Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-278/2025 23.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X12 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçılar İddiaçı3, İddiaçı4, X3 nümayəndəsi vəkil Nümayəndə1, İddiaçı1 nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və Məmmədova (Kazımova) Güldanə Cəzahir qızının cavabdehlər Cavabdeh2 və Xaçmaz rayon Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-648/2024 nömrəli, 25 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı3, İddiaçı4, X3 nümayəndəsi vəkil Nümayəndə1 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Əliyeva) iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və Məmmədova (Kazımova) Güldanə Cəzahir qızı cavabdehlər Cavabdeh2 və Xaçmaz rayon Notariat Ofisinin xüsusi notariusuna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. İddiaçılar İddiaçı3, İddiaçı4, X3 nümayəndəsi vəkil Nümayəndə1 və İddiaçı1 qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçı3, İddiaçı4, X7 və İddiaçı1 məhkəmədə iddia qaldıraraq İddiaçı3, İddiaçı4, X3 və İddiaçı1 ümumi paylı mülkiyyətlərində olan Xaçmaz rayonu Çaxmaqlı kəndində yerləşən 1,5 ha torpaq sahəsinin Cavabdeh2 satılmasına dair AN-1 ******* nömrəli xx.xx.2006- cı il tarixdə 1 saylı Cavabdeh1 təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılardan İddiaçı4 arvadı, İddiaçı2 (nikaha qədərki soyadı Kazımova) və İddiaçı1 qızıdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Xaçmaz rayon torpaq şöbəsinin JN: 0013 saylı, 30211068 kodu olan xx.xx.1998-ci il tarixli Dövlət Aktına əsasən Xaçmaz rayonu Çaxmaqlı kəndində yerləşən 1,78 ha torpaq sahəsi onun, arvadı və qızları Əfsanə və Güldanənin paylı mülkiyyətinə verilmişdir. xx.xx.2021-ci il tarixdə həmin torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış və bu barədə çıxarış verilmişdir. Kiçik qızı Güldanəyə ailə qurarkən cehiz vermədiyinə görə xx.xx.2021-ci il tarixdə o, arvadı Nəmidə və qızı Əfsanə torpaq sahəsinin öz paylarına düşən hissəsini ona bağışlamışlar. Daşınmaz əmlakın bağışlama müqaviləsi Xaçmaz rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. Daha sonra xx.xx.2021-ci il tarixdə İddiaçı1 həmin torpaq sahəsinin 1,5 ha hissəsini alqı-satqı müqaviləsinə əsasən X1. Cavabdeh2 məhkəmədə iddia qaldıraraq İddiaçı3 ilə ailə üzvlərinin adına verilmiş, Xaçmaz rayonu Çaxmaqlı kəndində yerləşən 1,7823 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli, **********81 qeydiyyat nömrəli çıxarışın, onun əsasında Xaçmaz rayon 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 16 may 2021-ci il tarixli 4Ə-917 nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-461/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. O, həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Daha sonra həmin məhkəməyə ərizə verərək, mülkiyyət hüququna dair dövlət aktı əsasında İddiaçı3 adına verilmiş xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi haqqında iddia üzrə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etdiyini, həmin iş üzrə qərar qüvvəyə minənə qədər işə baxılmasının dayandırılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1206/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, mülki iş üzrə icraat inzibati qərar qüvvəyə minənə qədər dayandırılmışdır. Cavabdeh2 hər iki məhkəməyə yazdığı iddia ərizələrindən görünür ki, xx.xx.2021-ci il tarixli **********81 qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi tələb edərkən onunla İddiaçı3 və onun ailə üzvləri arasında xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına əsaslanmışdır. 2006-cı ildə böyük qızı Pərvanənin difteriya xəstəliyindən müalicə olunması üçün arvadı ilə pay torpağının 1,5 ha hissəsini satmaq qərarına gəlmişlər, bu barədə yaşadığı kənddə bir neçə tanışına, o cümlədən evlərin alqı-satqısı ilə məşğul olan həmkəndlisi İlham adlı şəxsə bildirmişdir. O, da torpaq sahəsini satmaqda kömək edəcəyini söyləmişdir. Bir müddət sonra İlham Xaçmaz rayonunun Çaxmaqlı kəndində yaşadığı evə gəlib Bakı şəhərində tanışının torpaq almaq istədiyini bildirmişdir. Yaşadığı evin həyətində beh olaraq həmin vaxt dövriyyədə olmuş 10 ədəd 10000 pul əskinazı verib xəstə qızının müalicəsinə xərcləməyini və torpağa dair dövlət aktını ondan götürərək ağ vərəqə (A4 vərəqin yalnız bir üzünə) özünə, arvadına və iki qızının əvəzinə ona imza etdirərək beh müqaviləsi yazacağını, daha sonra torpağı alan şəxslə onu görüşdürüb torpağın qiyməti barədə danışacaqlarını bildirmişdir. Bundan sonra İlhamla görüşmüşlər. Tanışının daha torpağı alası olmadığını, verdiyi pulu geri istəyərkən dövlət aktını qaytarmasını tələb etmişdir. Pulu indi verməsini, dövlət aktını isə Bakıda yaşayan tanışından sonra alıb verəcəyini söyləmişdir. Ona dövlət aktını geri qaytaranda pulunu verəcəyini bildirmişdir. Bir müddət sonra İlham kənddən daimi yaşamaq üçün Bakı şəhərinə köçmüşdür. Daha sonra onu axtarmamış, bu səbəbdən dövlət aktı onda qalmışdır. Həmin vaxtlar qızı Pərvanə vəfat etmiş və sonra torpağın satılmasına ehtiyac qalmamışdır. Təxminən 2011-ci ildə bağ sahəsində tanımadığı şəxs ondan Cəzahir olduğunu soruşmuş, özünü də Nəsir müəllim kimi təqdim etmiş, alqı-satqı müqaviləsinə əsasən bağının sahibi olduğunu bildirərək, bağın pulunu makler kimi tanıdığı İlhama vermişdir. İddiaçı bildirmişdir ki, bağın sahibi o olduğu halda, pulu İlhama niyə vermişdir. Bundan 11 il keçdikdən sonra Cavabdeh2 2022-ci ildə əvvəlcə ondan Xaçmaz rayon polis şöbəsinə şikayət vermiş, daha sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hər iki idarədə izahatı sözləri ilə yazılmamışdır. xx.xx.2006-cı il tarixdə Cavabdeh2 adlı Füzuli rayon sakini ilə Xaçmaz rayon notariat ofisində görüşüb onunla alqı-satqı müqaviləsi bağlanması, İlhamın ona 2500 manat pul verməməsi, məhkəmədə isə ona 1000 manat verə bilərlər, lakin iddiaçı buna razı deyil məzmunda izahat verməmisdir. Göründüyü kimi müstəntiq şikayətin cinayət isinin başlanmasını rədd etmək məqsədilə izahatını qərəzli olaraq sözləriylə yazmamış, mülki xarakterli alqı-satqı müqaviləsi bağlanmasını, tarixini, yerini və qiymətini isə Cavabdeh2 şikayət ərizəsindən götürmüşdür. Qətnamədə isə izahatının belə yazılması anlaşılan deyil. Pay torpaq sahəsini ailə üzvlərinə verildiyi gündən bu günə kimi ailə üzvləri ilə birlikdə əkib-becərir, torpaq vergisini də özü ödəmişdir. Qaraçı Bələdiyyəsinə əmlak və torpaq vergi borcunun olmaması Xaçmaz rayon Qaraçı bələdiyyəsinin 34 saylı xx.xx.2023-cü il tarixli arayışı təsdiq edir. AN-1 ******* №-li 20 fevral 2006-cı il tarixli notarial qaydada təsdiq olunmuş müqavilədən görünür ki, torpaq sahəsinin alqı-satqı müqaviləsi İddiaçı3, X5, X7 ilə Cavabdeh2 arasında bağlanmış, müqavilə xx.xx.2006-cı il tarixdə Xaçmaz rayon 1 saylı dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş, tərəflərin şəxsiyyəti müəyyən edilmiş və müqaviləni tərəflər şəxsən onun iştirakı ilə imza etmişlər. Halbuki öncə qeyd etdiyi kimi o və arvadı İddiaçı4 Cavabdeh2 ilk dəfə 2011-ci ildə torpaq sahələrinə gələrkən görmüşlər. xx.xx.2006-cı il tarixdə o, İddiaçı4 və qızları Əfsanə və Güldanə Xaçmaz rayon 1 saylı notariat kontorunda olmamışlar, pay torpaqlarını Cavabdeh2 satmamışlar, mübahisələndirdikləri alqı-satqı müqaviləsini dövlət notariusun iştirakı ilə imzalamamışlar. Müqavilədən həmçinin görünür ki, dövlət notariusu hər üç satıcının İddiaçı3, X5 və X3 şəxsiyyətini hər birinə müqavilə tarixindən 6 gün əvvəl xx.xx.2006-cı il tarixdə Xaçmaz RPŞ tərəfindən verilmiş müvəqqəti şəxsiyyət vəsiqəsinə əsasən müəyyən etmiş, lakin müqavilədə həmin vəsiqələrin nömrəsini qeyd etməmiş və həmin vəsiqələrin (Forma 9 arayışında vətəndaşın fotoşəkili onun nömrəsi göstərilir) surətini notariat işinə əlavə etməmişdir. Hər üçü müvəqqəti şəxsiyyət vəsiqəsinin verilməsi üçün Xaçmaz RPŞnə müraciət etməmişlər və onlara xx.xx.2006-cı il tarixdə belə bir vəsiqə verilməmişdir. Hər üçünə şəxsiyyət vəsiqəsini əvəz edən arayışın (Forma9) verilməsi barədə Xaçmaz RPŞnin qeydiyyat və şəxsiyyət vəsiqəsinin xidməti arxivində məlumat olmaması Xaçmaz RPŞnin 3-13-79/2-34764/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubu ilə təsdiq olunur. Göründüyü kimi notariusun satıcıların şəxsiyyətini müəyyən etməsi və müqavilənin onun iştirakı ilə imzalaması barədə qeydi fakta söykənmir, müvəqqəti şəxsiyyət vəsiqəsini əvəz edən orqanın məktubu ilə təkzib olunur. Bu fakt satıcıların alqı-satqı müqaviləsini notariusun iştirakı ilə imza etməsi qeydinin həqiqətə uyğun olmadığını, notarius tərəfindən saxta müqavilə tərtib etdiyini göstərir. Arvadının adı Nəmidə olduğu halda alqı-satqı müqaviləsində notarius satıcının X2 olduğunu qeyd etmişdir. Halbuki, ona (Forma-9) müvvəqəti şəxsiyyət vəsiqəsi verilməmisdir. Müqavilədə satıcının adının düzgün göstərilməməsi notariusun müvəqqəti şəxsiyyət vəsiqəsinin görmədən, hüquqi qüvvə alması məqsədilə hər üç satıcının şəxsiyyətini müvəqqəti şəxsiyyət vəsiqəsi ilə müəyyən etdiyini göstərməklə, qərəzli olaraq faktiki saxta müqavilə tərtib etmişdir. Notariat işinə əlavə edilmiş onun və arvadının adından Xaçmaz rayonu 1-ci dövlət notariat kontoruna yazılmış və əvəzlərinə imza edilmiş ərizədən görünür ki, xx.xx.1989-cu ildə doğulmuş X7 və xx.xx.1992-ci ildə doğulmuş İddiaçı1 məxsus Xaçmaz rayon Çaxmaqlı kəndində yerləşən torpaq sahəsinin satılmasına və alqı-satqı müqaviləsinə özləri tərəfindən imza edilməsinə etiraz edilmir. Ərizə adlarından latın əlifbası ilə yazılmışdır. Ərizənin kimlər tərəfindən yazılması hissəsində adları, soyadları, ata adları latın, imzaların qarşısında isə soyad və adları kirill əlifbası ilə yazılmış, vətəndaşların şəxsiyyəti dövlət notariusu tərəfindən yoxlanıldı qeydi aparılaraq imzası ilə təsdiq edilmişdir. Burada da notarius hər ikisinin şəxsiyyətini müvəqqəti şəxsiyyət vəsiqəsinə əsasən müəyyən etdiyini, təkrar olaraq arvadının adını düzgün olmayaraq Həmidə göstərmişdir. Bir daha notariusun forma 9 arayışını görmədən, hər ikisinin şəxsiyyətini müəyyən etmədən saxta müqavilənin tərtib etdiyini göstərir. Digər tərəfdən İddiaçı4 orta təhsillidir, latın əlifbası ilə yazıb oxumağı bacarır. Ərizə iştirakları ilə yazılmış olsaydı onu yazan şəxs arvadının adını Nəmidə yazardı. Bu faktın özü də onların xx.xx.2006-cı il tarixdə 1 saylı Cavabdeh1 olmadıqlarını, adlarından yazılan ərizədə onun və arvadının imzası oİmadığını, notariusun şəxsiyyətlərini müəyyən etməsi və müqaviləni onun iştirakı ilə imzalanması qeydinin həqiqətə uyğun olmadığını, ərizənin qərəzli olaraq saxta alqı-satqı müqaviləsi tərtib edilməsi məqsədilə yazıldığını göstərir. Öncə qeyd etdiyi kimi, İlhama verdiyi boş ağ A4 vərəqin yalniz bir üzünün sol aşağı hissəsində ad və soyadlar göstərilmədən özünün və qızları Əfsanə və Güldanənin yerinə imza etmişdir, digər bir imza isə arvadına məxsusdur. Müqavilənin birinci və ikinci səhifəsində satıcıların imzaları onun, arvadının və qızlarının imzası deyil, onların qarşısında yazılmış ad və soyadlar onun, arvadı və qızlarının tərəfindən yazılmamışdır. Digər qızı Əfsanə də müqavilənin bağlandığı göstərildiyi gün, xx.xx.2006-cı il tarixdə 1 saylı Cavabdeh1 olmamış, müvəqqəti şəxsiyyət vəsiqəsi almamış, adının qarşısındakı imza ona məxsus deyil, latın əlifbası ilə yazılmış Kazımova Əfsanə soyad və adı başqa şəxs tərəfindən yazılmışdır. Əfsanə ilk dəfə şəxsiyyət vəsiqəsini müqavilədə göstərildiyi gündən iki il sonra xx.xx.2008-ci il tarixdə almışdır. İddia ərizəsinə əlavə etdiyi onun şəxsiyyət vəsiqəsindəki imzası müqavilədə onun adının qarşısında olan imzalarla uyğunluğu yoxdur. Şəxsiyyət vəsiqəsində onun imzasındakı hərflərin ölçüləri, ara məsafəsi və xətti müqavilədəki imzalardan tam fərqlidir. Müqavilədən həmçinin görünür ki, paylı mülkiyyətin mülkiyyətçisi müqavilədə satıcı kimi göstərilmiş 14 yaşı tamam olmamış İddiaçı1 soyadı və adı kirill əlifbası ilə yazılmışdır. Halbuki, o, təhsilini latın əlifbası ilə almış, kilill əlifbasını bilmir. xx.xx.2006-cı il tarixdə 1 saylı Cavabdeh1 olmamış, müqavilədəki imza ona məxsus deyil, kirill əlifbası ilə yazılmış İddiaçı1 soyad və adı başqa şəxs tərəfindən yazılmışdır. Qızı İddiaçı1 bacısı Əfsanə ilə eyni gündə, xx.xx.2008-ci il tarixdə ilk dəfə şəxsiyyət vəsiqəsi almışdır. İddia ərizəsinə əlavə etdiyi onun şəxsiyyət vəsiqəsindəki imzası müqavilədə onun adının qarşısında olan imzalarla uyğunluğu yoxdur. Şəxsiyyət vəsiqəsində onun imzasındakı hərflərin ölçüləri, ara məsafəsi və xətti müqavilədəki imzalardan tam fərqlidir. Lakin, müqaviləni təsdiq edən notarius İlhama verdiyi vərəqdə 4 imza olduğunu gördüyü üçün müqaviləni imza etməyə səlahiyyətli şəxs kimi 3 satıcı- Cəzahir, Nəmidə və Əfsanəni göstərməli olduğu halda, Güldanənin 14 yaşına çatdığını hesab edərək, valideynlərin uşaqların paylarının satılmasına razılıq vermələri barədə ərizəyə və müqavilənin hər iki səhifəsində satıcıların sırasına 14 yaşı tamam olmamış İddiaçı1 adını daxil etmişdir. Bu hal notariusun İddiaçı1 şəxsiyyətini müəyyən etmədiyini göstərir. Müqavilədən görünür ki, notariusun iştirakı ilə tərəflər şəxsən müqaviləni imzalamış və onun tərəfindən tərəflərin şəxsiyyəti müəyyən edildiyi üçün AN-1 ******* №-İi 20 fevral 2006-cı il tarixli alqı-satqı müqaviləsini notarial qaydada təsdiq etmişdir. Halbuki, yuxarıda qeyd etdiyi təkzib olunmaz faktlar bunun əksini, həmin günü arvadı və qızları ilə notariat kontorunda olmadıqlarını, şəxsiyyətlərini müəyyən etmədiyini və onun yanında müqaviləni imzalamadıqlarını, qərəzli olaraq saxta torpaq sahəsinin alqısatqı müqaviləsini tərtib etdiyini sübut edir. Cavbdeh Cavabdeh2 alqı-satqı müqaviləsinin saxta olduğunu müqaviləni təsdiq edən notarius kimi yəqin bilmişdir. 16 ildən sonra məhkəməyə müraciət etməsi bu fikrini təsdiq edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçılar İddiaçı3, İddiaçı4, X3 nümayəndəsi vəkil Nümayəndə1 və İddiaçı1 Xaçmaz Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan hakim iddiaçı tərəfin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbini təsdiq edəcək kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim etməməsini göstərsə də, qətnamənin təsvir hissəsində əks etdirdiyi və istifadə etdiyi 4 sənəddən mübahisəyə aid 3 sübut iddiaçılar tərəfindən iddia ərizələrinə əlavə edilmişdir. Digər 4-cü sənəd isə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb etməyən cavabdehin nümayəndəsinin kəsici müddətin tətbiq edilməsi barədə ərizəsidir. Məhkəmə iclasında təqdim etdiyi və elektron məhkəmə informasiya sistemində yerləşdirdiyi işin düzgün həlli üçün mühüm əhəmiyət kəsb edən aşağıda qeyd olunan sübutları işə baxan hakim məqsədli və qərəzli olaraq qətnamədə əks etməmiş və mübahisəyə tətbiq olunmalı hesab etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatı” (bundan sonra Təlimat) və iddia ərizəsində göstərdiyi digər hüquqi aktları rədd etmək üçün dəlillər gətirməmişdir. İddia tələbinin əsaslı olmasını sübut etmək üçün iddia ərizəsinə 4 iddiaçının şəxsiyyət vəsiqəsinin surətini, mübahisələndirilən torpaq alqı-satqı müqaviləsinin Təlimatın” 17, 18 və 39-cu bəndlərinə zidd, qüsurlu olmasını göstərmək üçün xx.xx.2006-cı il tarixdə 4Ə/1-84 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin 18 vərəq ksero surətini, İddiaçı3, İddiaçı4, X6 şəxsiyyət vəsiqəsini əvəz edən arayışın (Forma-9) verilməməsi barədə Xaçmaz RPŞ-nin 3-13-79/2-34764/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubunu, Cavabdeh2 heç vaxt torpaq sahəsinə sahiblik və istifadə etməməsini sübut etmək üçün iddiaçıların əmlak və torpaq vergi borcunun olmamasını təsdiq edən Xaçmaz rayon Qaraçı bələdiyyəsinin 34 saylı xx.xx.2023-cü il tarixli arayışını,Əfsanə Kazımovaya (Orucova) ilk dəfə xx.xx.2008-ci il tarixdə verilən şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. Bu sənədlər iddiaçının tələblərini müəyyən edən faktlarla və hallarla (MPM 81 m.) əlaqədardır, məhkəmənin iddiaçı tərəfin iddia tələbini əsaslandıran halları təsdiq edən kifayət qədər sübut təqdim etməməsi barədə iş üzrə nəticəsini təkzib edir, düzgün olmadığını, qərəzli yazıldığını və başlıcası işə baxan hakimin sübutlar haqqında, mübahisəyə sübutların aid edilməsinin mahiyyəti haqqında düzgün təsəvvürə malik olmadığını göstərir. Yuxarıda qeyd etdiyi sübutları qətnamədə göstərməməsi, qəbul etməməsi və nəzərə almaması bu nəticəyə gəlməyə əsas verir. Bu da hakimin məhkəmə sübut etməsinin predmetini nədən ibarət olmasını, əqdlərin etibarlı olması və əqdlərin etibarsız olması şərtlərini mahiyyətini bilmədiyindən irəli gəlir. Cavabdeh2 müqavilədəki adının qarşısındakı imzanın onun başqa sənədlərdəki adının qarşısındakı imzalarla müqayisə edə bilmək üçün xx.xx.2023-cü il tarixdə Dövlət Notariat Arxivinə sorğu verib mübahisələndirilən alqı-satqı müqaviləsinin qeydə alındığı reyestr kitabından çıxarışı xx.xx.2023-cü il tarixdə alıb hazırlıq iclasında məhkəməyə təqdim etmişdir. Müqavilədə Cavabdeh2 adını qarşısındakı imza ilə həmin müqavilənin qeydə alındığı reyestr kitabındakı adının qarşısındakı imza kəskin surətdə fərqlənir, hər iki sənədi eyni şəxsin imzalamadığı aydın görünür. Halbuki, notariusun iştirakı ilə müqavilə imzalandıqdan dərhal (təxminən 1-2 dəqiqə) sonra müqavilənin tərəfləri notariat ofisinin katiblik otağına keçib müqavilənin qeydə alındığı reyestr kitabında da adlarının qarşısında imza edirlər. Cavabdeh2 5 saylı Xaçmaz Ərazi idarəsinə yazdığı 29 aprel 2023-cü il tarixli ərizədəki imzası müqavilədəki və etibarnamədəki imzasında kəskin surətdə fərqlənir. Cavabdeh2 nümayəndəsi və vəkili bundan əvvəl iştirak etdiyi müxtəlif məhkəmələrdə elektron etibarnamə təqdim etmişdir. Həmin etibarnamədə etibar edən şəxsin imzası görünmür. Cavabdeh2 etibarnamədəki imzası ilə müqavilədəki imzasını müqayisə etmək üçün cavabdehin nümayəndəsindən cavabdehin imzası görünən etibarnaməni məhkəməyə təqdim etməsini təklif etmiş, lakin o, qətiyyətlə həmin etibarnaməni məhkəməyə təqdim etməyəcəyini bildirdi. Həmin etibarnamənin işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən sübut olduğunu hakimə bildirməyimə baxmayaraq, onu cavabdehin nümayəndəsindən tələb etməkdə maraqlı olmadı. Tərəflərə bərabər yanaşmadığı və işin hallarını obyektiv araşdırmaq istəmədiyi aydın oldu. Vəkil sorğusu ilə cavabdehin imzası görünən etibarnaməni verildiyi notariat ofisindən götürüb məhkəməyə təqdim etmiş və xx.xx.2024-cü il tarixdə elektron məhkəmə informasiya sistemində yerləşdirmişdir. Cavabdehin nümayəndəsinə verdiyi etibarnamədəki imza onun müqavilədəki və alqı-satqı müqaviləsinin qeydə alındığı reyestr kitabındakı imzadan tamamilə fərqlənir. Göründüyü kimi iddiaçı kimi Cavabdeh2 da notarial alqı-satqı müqaviləsinin bağlandığı xx.xx.2006-cı il tarixdə notariat ofisində olmamış həmin müqaviləni imzalamamışdır. Cavabdehin nümayəndəsinə verdiyi etibarnaməni və Dövlət Notariat Arxivindən mübahisələndirilən alqı-satqı müqaviləsinin qeydə alındığı reyestr kitabından çıxarışı məhkəməyə təqdim etməyi, məhkəmənin iddiaçı tərəfin iddia tələbini əsaslandıran halları təsdiq edən kifayət qədər sübut təqdim etməməsi barədə iş üzrə nəticəsini təkzib edir, həqiqəti əks etdirmədiyini, tərəflərə bərabər yanaşmadığını və qərəzli yazıldığını göstərir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Birgə iddiaçılar və nümayəndələri kimi bu qaydaya uyğun olaraq, işin məhkəmə icraatında olduğu 11 ay ərzində keçirilən məhkəmə iclasının 6-da iştirak edərək səmimi, geniş izahatlar, cavabdehin nümayəndəsinin və işə baxan hakimin suallarına cavablar vermiş, aktivlik göstərərək iddia tələbinin əsaslarını təsdiq edən, cavabdehin etirazının əsaslarını təkzib edən çoxsaylı sübutlar təqdim etmişdir. Birgə iddiaçılardan fərqli olaraq cavabdeh keçirilən 6 məhkəmə iclasının heç birində iştirak etməmiş, əsassız mübahisələndirdiyi torpaq sahəsi özgəninkiləşdirilənə qədər keçən 16 il ərzində torpaq sahəsinə sahiblik və istifadə etməmiş, torpaq vergisini ödəməmiş, ən əsası məhkəməyə torpaq sahəsinin dəyərini iddiaçılara ödəməsini və iddia tələbinin əsaslarını təkzib edən, müqavilənin qanuni bağlanması barədə etirazının əsasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Halbuki alqı-satqı müqaviləsi öncəsi əmlakın alıcısı onun satıcısından ona dəyərini ödəməsini təsdiq edən iltizam, yaxud qəbz alır. Cavabdehin nəinki bu mülki işdə, bu torpaq sahəsi ilə bağlı, bundan əvvəl tərəflər arasında olmuş mübahisələrlə əlaqədar başqa işlərdə də işin faktiki halları barədə bir dənə olsun izahatı yoxdur. Məhkəmədə nümayəndəsinin isə iş materiallarında cavabdehi təmsil etmək hüququ verən elektron etibarnamə, vəkil orderi və bir də iddiaçıların kəsici müddəti ötürmələri barədə ərizəsi mövcuddur. Məhkəmə də izahatı yalnız alqı-satqı müqaviləsinin bağlanmasından, ola bilsin ki, İlham adlı makler iddiaçıya torpağın pulunu verməməsindən, polisdə araşdırma zamanı iddiaçının topağı satmasını bildirməsindən və iddiaçı tərəfin kəsici müddəti ötürmələrindən ibarət olmuşdur. 2011-ci ildə cavabdeh də torpağın pulunu İlham adlı maklerə verdiyini bildirmişdir. Halbuki, müqavilənin predmetinin dəyəri müqavilə bağlandığı gün, yaxud ondan əvvəl alıcı satıcıya verilməlidir. Birgə iddiaçılar İlham adlı maklerə onları notariat ofisində təmsil etmək üçün etibarnamə verməmişdir. Müqavilədən də görünür ki, İlham adlı həmin makler də Cavabdeh2 təmsil etməmişdir. Göründüyü kimi cavabdehin torpağın pulunu iddiaçılara vermək əvəzinə, maklerə vermişdir. İlhamın iddiaçıya pul verməməsi cavabdehə hələ 2011-ci ildən məlum olmuşdur. Həmin vaxt iddiaçıları məhkəməyə verməmiş, görünür makleri də məhkəmə verməmişdir. Bu gün də məhkəməyə gəlmir, maklerə nə üçün, nə vaxt, harada, hansı məbləğdə pul verməsi məsələsinə aydınlıq gətirmək istəmir. Belə görünür ki, cavabdehin məhkəməyə gəlməsi ilə əsl həqiqət ortaya çıxmasını bildiyi üçün nümayəndəsi onun gəlməsinə imkan vermir. Məhkəmədə çəkişmə prinsipinə tələblərinə əməl etmədikləri onların haqsız olduğunu göstərir. Qüsurlu müqavilədən başqa əllərində bir sənəd olmadığına görə nümayəndəsi məhkəməyə müraciət etmək əvəzinə polisə müraciət etmişdir. Nə vaxtdan müqavilənin və ya çıxarışın ləğv edilməsi istintaq araşdırmasının predmeti olmuşdur. Müstəntiq tərəfindən iddiaçının notariusda olması, torpağı satması və 2500 manat pul alması alması hissəsində izahatını təhrif edərək yazmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında müstəntiqin qərarının MPM-nin 82.4-cü maddəsinin tələbinə görə məhkəmə üçün preyudisial hüquqi qüvvəsi yoxdur. Beləliklə işə baxan hakim tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipini MPM 9 m.), təqdim edilmiş sübutları araşdırmamaqla və istifadə etməmələri iş üzrə məhkəmə baxışının prinsipini (14.2.m.), işin faktiki halları barədə izahatı zəruri olmasına baxmayaraq, məhkəmə izahat vermək üçün cavabdehi şəxsən məhkəməyə çağırmamaqla nümayəndə vasitəsi ilə işin aparılması barədə MPM 69.1.m. tələbini pozmuşdur. Məhkəmənin iddia tələbini təmin etməməsinin digər bir əsası isə təzələnmiş məhkəmə icraatında məhkəmə prosesi zamanı iddiaçı tərəfin naməlum səbəbdən əlavə imza və xətt nümunəsinin verilməsindən imtina etməsidir. İşə baxan hakim Aynur Əliyeva cavabdehin nümayəndəsinə imza nümunələri vermədikdə MPM-nin 97.5.-ci maddəsinin nəticələrini izah etməmiş, bununla da o, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, iş üzrə məhkəmə baxışının prinsiplərini pozmuşdur. Həmin normanın tələbinə görə prosessual hüquqlarının həyata keçirilməsinə kömək etməli olan məhkəmə, əksinə mane olmuşdur. Göründüyü kimi məhkəmə prosesi zamanı iddiaçı tərəfin naməlum səbəbdən əlavə imza və xətt nümunəsinin verilməsindən imtina etməsini göstərsə də, öncə qeyd etdiyi məlum, hakimin qərəzli olması səbəbindən imza nümunələri verilməmişdir. İşə baxan hakim qəbul etdiyi qərardada zidd olaraq cavabdehin imza nümunələrini götürmədən ekspertizaya göndərməsi, cavabdehin imza nümunələri verməsi üçün son məhkəmə iclasını təxirə almaması, ümumiyyətlə belə bir fikri olmaması, israrla yalnız iddiaçıların imza nümunələri verməsini təkidlə tələb etməsi, alqısatqı müqaviləsindəki imzanın cavabdehə məxsus olduğunu açıq-aydın bildirməsi, onu mülkiyyətçi hesab etməsi, artıq onun qəbul edəcəyi qərar barədə nəticəsinin bəri-başdan qərəzli formalaşdığını göstərir. Bu səbəbdən işə qeyri-obyektiv baxacağına öncə qeyd etdiyi əsasları var, ziyanına qərar qəbul etməsi artıq onlara bəlli oldu. Digər tərəfdən maddi və prosessual hüquq normaları mükəmməl bilmədiyi, mübahisə üzrə nəticənin yalnız ekspert rəyindən asılı olduğunu bildirməsi bu fikrini təsdiq edir. Sadə, lakin onun üçün çətin olan işin öhdəsindən gələ bilməməsi tam aydındır. Bu qüsurlu mühakimə ilə Mülki Prosessual Məcəllənin tələblərinə əməl etməklə mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq edib qanuni və əsaslı qətnamə qəbul etməsi inandırıcı görünmür. Hakim işə baxarkən, işin nəticəsi barədə fikrini bildirməməli, obyektivliyini qoruyub saxlamalı, tərəflərdən heç birinə üstün münasibətini hiss etdirməməlidir. Belə münasibət keçirilən hər bir prosesdə hissə olundu və bu məzmunda etiraz yazılmasına səbəb oldu. Beləliklə işə baxan hakim MPM-nin 9.1., 14.1., 77.1., 97.5. maddələrin tələbini kobud şəkildə pozması düzgün olmayan və bilə-bilə ədalətsiz qətnamə qəbul etməsinə səbəb olmuşdur. Məhkəmənin iddia tələbini təmin etməməsinin digər bir əsası isə-iddiaçıların notariat orqanına getmədikləri halda onların nikah haqqında şəhadətnaməsinin və uşaqlarının (Kazımova Əfsanə, İddiaçı1) doğum haqqında şəhadətnamələrinin surətlərinin notariat işinə necə əlavə olunduğunun açıqlamamasıdır. Məhkəmə iclasında cavabdehin nünayəndəsi və hakim tərəfindən belə bir sual verilməmişdir. Bu faktı məhkəmə iclasının video audio yazısı təsdiq edir. İşə baxan hakimə də bu sənədlər müşavirə otağında deyil, xx.xx.2024-cü il tarixdə qətnamə elan edildikdən sonra məlum olmuşdur. Belə ki, işə baxan hakim Aynur Əliyevanın xx.xx.2024-cü il tarixli sorğusuna əsasən, Dövlət Notariat Arxivinin rəisi xx.xx.2024-cü il tarixdə mübahisələndirilən müqaviləyə dair notariat işinin kserosurətini Xaşmaz Rayon Məhkəməsinə göndərmişdir. Həmin məktub elektron informasiya məhkəmə sistemində 06 noyabr 2024-cü il tarixdə 34 nömrə altında yerləşdirilmişdir. Dövlət Notariat Arxivininin məktubundan görünür ki, notariat işi qətnamə elan edildikdən 4 gün sonra Xaçmaz Rayon Məhkəməsinə göndərilmiş, sistemdə yerləşdirildiyi xx.xx.2024-cü il tarixdə 12 gün sonra isə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. Qətnamə isə həmin sənədlər daxil olduqdan 8 gün sonra 14 noyabr 2024-cü il tarixdə sistemə yerləşdirilmişdir. Məhkəmənin iddia tələbini təmin etməməsinin digər bir əsası isə İlham adlı şəxsin (makler) məhkəməyə şahid qismində çağırılmasının qarşısının alınması ilə əsaslandırmışdır. Bildirir ki, işə baxan hakimin İlham adlı makleri şahid qismində məhkəməyə çağırmaq fikri olmamışdır. Onu məhkəməyə gətirilməsini iddiaçılardan tələb etmişdir. İşə baxan məhkəməyə bildirdi ki, İlham adlı makler iddiaçını aldadıb torpağın dövlət aktının əslini götürdükdən sonra kənddən köçüb Bakı şəhərində yaşayır. Onun yaşadığı yer iddiaçılara məlum deyil. Torpaq sahəsini cavabdehə İlham adlı makler tapmışdır. Cavabdeh2la ailəvi dost olduqlarını bildirmişdir. Hər ikisi Bakı şəhərində yaşayır. 2011-ci ildə cavabdeh kəndə gələrkən torpağın pulunu İlham adlı maklerə verdiyini bildirmişdir. Ona görə onun yaşadığı və işlədiyi yeri bilir. Vəsatət verdi ki, cavabdehin nümayəndəsi cavabdehi və onun dostu İlham adlı makleri növbəti məhkəmə iclasına gəlməsini təmin etsin. İddiaçılar da bu fikrini bəyəndilər. Cavabdeh onun bu vəsatətinə etirazını bildirdi. Məhkəmə də cavabdehin nümayəndəsinə onların məhkəməyə gəlməsini təklif etmədi. Məhkəmənin iddia tələbini təmin etməməsinin digər bir əsası da iddiaçılar tərəfindən kəsici müddətin ötürülməsi ilə əsaslandırmışdır. Kəsici müddətin tətbiqi məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçı tərəfin 2011-ci ildə cavabdehin mübahisəli torpaq sahəsinə gələrək oranı aldığını bildirdiyi nəzərə alınaraq, belə qənaətə gəlmək olar ki, iddiaçı tərəfin əqdin etibarsızlığı üçün əsas olduğunu nəzərdə tutduqları halları bildiyi və ya bilməli olduğu tarix həmin vaxtdan, yəni 2011-ci il tarixdən hesablanmalıdır. İddiaçı tərəf cavabdehin həmin torpaq sahəsini aldığını onlara bildirdikdən sonra dərhal və ya ən gec bir il ərzində əqdi mübahisələndirmək əvəzinə, 2021-ci il tarixdə bu torpaq sahəsinə dair hüquqları dövlət reyestrində qeydiyyata aldıraraq çıxarış əldə etmiş, daha sonra həmin ildə torpaq sahəsinin bir hissəsini müxtəlif əqdlər əsasında özgəninkiləşdirmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, hətta yuxarıda sadalanan əsaslar olmasaydı belə, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında İddiaçı3 iddia ərizəsində göstərildiyi kimi 2011ci ildə tanımadığı Nəsir müəllim kimi özünü təqdim edən şəxslə ilk dəfə görüşərkən, ona torpağı aldığını, pulunu makler İlhama verdiyini bildirmişdir. İddiaçı da ondan torpağı sahibi olduğu halda torpağın pulunu ona yox, İlhama adlı maklerə nə üçün verdiyini soruşmuşdur. Bundan sonra həmin şəxs maşınına əyləşib sürüb getdiyini bildirmişdir. Cavabdeh və məhkəmədə onu təmsil edən nümayəndəsi iddiaçı ilə 2011-ci ildə görüşərkən ona alqı-satqı müqaviləsini verməsini, yaxud məhkəməyə yaşadığı ünvana göndərməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. İddiaçılar bildirirlər ki, cavabdehi ilk dəfə 2011-ci ildə görmüşlər. Notariusda təsdiq olunmuş müqavilə saxtadır. Belə olan halda iddiaçıların hansı hüquqları pozulmuşdur. Saxta müqavilədə göstərilən tarixdən həmin vaxta qədər 5 il, ondan sonra da 2021-ci ildə qızına bağışladığı vaxtadək 12 il müddətində torpağına sahiblik etmiş və əkib-becərərək istifadə etmişlər. Cavabdehin nümayəndəsinə verdiyi etibarnamədəki imzası müqavilədəki adının qarşısındakı imzalardan kəskin surətdə fərqlənir. Cavabdehin özü də bilir ki, notariat ofisində iştirak etməmişdir, müqavilə saxtadır. Ona görə həmin vaxt məhkəməyə müraciət etməmişdir. Bundan 11 il sonra o, xx.xx.2022-ci il tarixdə çıxarışın və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ərizə ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin hakimi Vüsalə Qasımovanın imzaladığı 15 dekabr 2022-ci il tarixli 2(067)-3530/2020 nömrəli məhkəmə bildirişindən görünür ki, hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Bildirişin nə vaxt göndərilməsi, hazırkı iş üzrə iddiaçıların onu alması vaxtı barədə məlumatı yoxdur. Əgər göndərilibsə yəqin bir neçə gün sonra tərəf almışdır. İddia ərizəsindən görünür ki, mübahisələndirilən müqavilə ona əlavə edilmişdir. Hazırkı iddia ərizəsi elektron məhkəmə informasiya sistemi vasitəsilə 27 noyabr 2023-cü il tarixdə göndərilmiş, həmin tarixdə də məhkəməyə daxil olmuş, işə baxan hakim Aynur Əliyeva 18 dekabr 2023-cü il tarixdə hazırlıq iclasının 17 yanvar 2024cü il tarixə təyin edilməsi barədə tərəflərə məhkəmə bildirişi göndərmişdir. Birgə iddiaçıların hüquqlarının pozulduğunu bildiyi gün xx.xx.2022-ci ll tarixi qəbul edilsə, onların iddia ərizəsi Mülki Məcəllənin 354.2.-ci maddəsində müəyyən edilmiş 1 il müddətindən tez, 11 ay sonra 27 noyabr 2023-cü il tarixdə Xaçmaz Rayon Məhkəməsinə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə müraciət etmişlər. Məhkəmənin iddia tələbini təmin etməməsinin digər bir əsası İddiaçı4 adının müqavilədə texniki səhv olaraq “Həmidə” kimi qeyd olunduğunu, notariat işindəki yazıların əksəriyyətinin “kiril” qrafikası ilə tərtib edildiyi üçün ad, soyad və ya ata adında texniki səhvin olması notariat qaydasında təsdiq edilmiş müqavilənin etibarsızlığı üçün əsas hesab edilməməlidir. Məhkəmələr mübahisəni nizamlayan maddi hüquq normaları müəyyən etdikdən sonra yalnız onların izahi ilə bağlı qəbul edilmiş Konstitusiya Məhkəməsinin qərarlarını qətnamədə qeyd etməlidir. İşə baxan məhkəmə isə faktlara əsaslanan iş üzrə nəticəsini və onunla əlaqəsi olduğunu göstərmədən qətnamənin əsaslandırıcı hissəsinə xeyli sayda Mülki Məcəllənin normalarını və Konstitusiya Məhkəməsinin qərarlarını daxil etmişdir. Bu hüquqi aktlara əsaslanaraq, tərəflər arasında 20 fevral 2006-cı il tarixli Xaçmaz rayonu Çaxmaqlı kəndində yerləşən 1.50 ha torpaq sahəsinə dair notarial qaydada təsdiq olunmuş alqısatqı müqaviləsinin bağlanması nəticəsinə gəlmişdir. İddiaçı3 izahatında göstərmişdir ki, İlham adlı maklerin verdiyi boş ağ A4 vərəqin yalniz bir üzünün sol aşağı hissəsində ad və soyadlar göstərilmədən özünün və qızları Əfsanə və Güldanənin yerinə onun özü imza etmiş, digər bir imzanı isə arvadı etmişdir. Müqavilənin birinci və ikinci səhifəsində satıcıların adlarının qarşısındakı imzalar onun, arvadının və qızlarının imzası deyil, müqavilənin 2-ci səhifəsində imzalar qarşısında yazılmış ad və soyadlar da onların tərəfindən yazılmamışdır. İddiaçı3 digər qızı xx.xx.1989-cu il tarixdə anadan olmuş yetkinlik yaşına çatmayan Əfsanə də müqavilənin bağlandığı göstərildiyi gün, xx.xx.2006cı il tarixdə, 1 saylı Cavabdeh1 olmamış, müvəqqəti şəxsiyyət vəsiqəsi almamış, adının qarşısındakı imza ona məxsus deyil, latın əlifbası ilə yazılmış Kazımova Əfsanə soyad və adı başqa şəxs tərəfindən yazılmışdır. Əfsanə ilk dəfə şəxsiyyət vəsiqəsini müqavilədə göstərildiyi gündən iki il sonra xx.xx.2008-ci il tarixdə almışdır. İddia ərizəsinə əlavə etdiyi onun şəxsiyyət vəsiqəsindəki imzası, müqavilədə onun adının qarşısında olan imza ilə oxşarlığı yoxdur. Şəxsiyyət vəsiqəsində onun imzasındakı hərflərin ölçüləri, ara məsafəsi və xətti müqavilədəki imzalardan tam fərqlidir. Müqavilənin 2-ci səhifəsində onun ad və soyadı qarşısındakı imza, müqavilənin 1-ci səhifəsindəki imzadan kəskin surətdə fərqlənir. Göründüyü kimi müqaviləni imzalayan başqa şəxs müqavilənin 1-ci səhifəsində imzaladığı kimi 2-ci səhifəsini eyni cür imzalaya bilməmiş, bu səbəbdən imzalar biri digərindən fərqlənir. Müqavilədə satıcı kimi göstərilmiş 14 yaşı tamam olmamış İddiaçı1 soyadı və adı kirill əlifbası ilə yazılmışdır. Halbuki, o, təhsilini latın qrafikası ilə almış, kirill əlifbası ilə yazıb oxumağı bilmir. Müqavilə bağlanarkən iştirak etməsi, adı və soyadı göstərilməsi və qarşısında notariusun yanında imzalar etməsi göstərilsə də, xx.xx.2006-cı il tarixdə, 1 saylı Cavabdeh1 olmamış, müqavilədəki imza ona məxsus deyil, kirill qrafikası ilə yazılmış İddiaçı1 soyad və adı onun tərəfindən yazılmamışdır. İddiaçı3 qızları Güldanə və Əfsanə ilə eyni gündə, xx.xx.2008-ci il tarixdə ilk dəfə şəxsiyyət vəsiqəsi almışdır. İddia ərizəsinə əlavə edilmiş onun şəxsiyyət vəsiqəsindəki imzası müqavilədə onun adının qarşısında olan imzadan kəskin surətdə fərqlənir. Şəxsiyyət vəsiqəsində onun imzasındakı hərflərin ölçüləri, ara məsafəsi və xətti müqavilədəki imzalardan tam fərqlidir. Müqavilənin 2-ci səhifəsində onun ad və soyadı qarşısındakı imza, müqavilənin 1-ci səhifəsindəki imzadan kəskin surətdə fərqlənir. Göründüyü kimi müqaviləni imzalayan başqa şəxs müqavilənin 1ci səhifəsində imzaladığı kimi 2-ci səhifəsini eyni cür imzalaya bilməmiş, bu səbəbdən imzalar biri digərindən fərqlənir. İddia ərizəsində göstərildiyi kimi 2006-cı ildə qızlarının ağır xəstəliyini müalicə etmək üçün birgə iddiaçılar pay torpaq sahəsinin bir hissəsini satıb onu müalicə etmək istəmiş, İlham adlı makler İddiaçı3 2006-cı ildə tədavüldə olmuş 10 ədəd 10.000 pul əskinazı beh vermiş, sonra aldadaraq notariat kontorunda torpağı almaq istəyən şəxslə onu görüşdürməmiş, daha sonra alıcının torpaq sahəsini almaq fikrindən daşındığını bildirmiş, verdiyi behi tələb edərkən torpağa dair dövlət aktının əslini İddiaçı3 qaytarmadığı üçün beh ona qaytarılmamışdır. Cavabdeh2 torpağın pulunu İlham adlı maklerə verdiyini, nümayəndəsi də məhkəmədə ola bilsin İlham Cəzahirə pul vermədiyini bildirmişdir. Alqı-satqı müqaviləsinin 4 və 5-ci bəndindən görünür ki, satıcı torpağı 2500 manat satdı, alıcı isə həmin qiymətə aldı. Tərəflər arasında daşınmaz əmlakın qiyməti ilə əlaqədar hesablaşma qaydası: Alıcı torpaq sahəsinin bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan qiymətini nəğd şəkildə satıcıya tam ödədi. Satıcı isə həmin məbləği bütünlüklə qəbul etdi. Müqavilədən belə aydın olur ki, torpağın dəyəri (qiyməti) əvvəlcədən ödənilmişdir. Lakin müqavilənin sonunda idiaçının cavabdehdən 2500 manat pul alması, bunu təsdiq edən imzası və öz xətti ilə adı və soyadı yazılmış qeyd yoxdur. İş materiallarında cavabdehin təqdim etdiyi belə bir sübut yoxdur. Tərəflər 2006-cı ildə notariat orqanında notariusun yanında görüşsələr bu məsələyə aydınlıq gələr, Cavabdeh2 İlham adlı maklerin İddiaçı3 2500 manat pul verib-vermədiyini bilərdi. 2011-ci ildə yaşadığı kəndə gəlməsinə, 2022-ci ildən bu mübahisələrə ehtiyac qalmazdı. Göründüyü kimi tərəflər müqavilənin təsdiq olunduğu gün notariat kontorunda notariusun yanında görüşməmişlər. 2011-ci ildə cavadehlə görüşdükdən sonra birgə iddiaçılar tərəfindən torpaq sahəsinin özgəninkiləşdirilməməsi, daha 10 il müddətində 2021-ci ildə övladlarına bağışlayana qədər ona sahiblik və təyinatı üzrə istifadə edilməsi onların mübahisələndirilən alqı-satqı müqaviləsini bağlamadıqlarını, torpağın pulunu almadıqlarını təsdiq edir. Cavabdeh İlham adlı maklerdən ona verdiyi pulu tələb etmək əvəzinə birgə iddiaçıları əsassız məhkəmə çəkişmələrinə cəlb etmişdir. Müqavilənin məzmunu iş üzrə obyektiv gerçəkliyi əks etdirmir. Əqdin məzmunu iyerarxiya prinsipi üzərində qurulan mülki qanunvericilik sisteminə daxil olan bütün hüquqi aktların müəyyənləşdirdiyi tələblərə cavab verməlidir. Burada Konstitusiya, Mülki Məcəllə, qanunlar, prezident fərmanları, Nazirlər Kabinetinin qərarları, habelə Mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları nəzərdə tutulur. Göründüyü kimi alqı-satqı müqaviləsi məzmunu qüsurlu olan əqddir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 17, 18 və 39-cu bəndinin, Mülki Məcəllənin 29.1., 29.2., 30.1., 30.2.-ci maddəsinin tələbinin pozulması ilə təsdiq olunmuşdur. Əqdin elementlərinin (subyekt tərkibi qüsurlu olan əqdlər, iradəsi qüsurlu olan əqdlər, forması qüsurlu olan əqdlər, məzmunu qüsurlu olan əqdlər) qüsurlu olması mülki hüquq pozuntusudur. Belə olan halda əqdlərin etibarsızlığı Mülki Məcəllənin XİV fəslin tələblərinə uyğun mübahisələdirilə bilər. Hazırkı mübahisəyə səbəb isə notariusun qanunsuz hərəkətləri, alqı-satqı müqaviləsi bağlanmadığı halda qərəzli olaraq saxta alqı-satqı müqaviləsinin təsdiq etməsidir. Bu müqavilə hüquqi qüvvədə olduğu üçün məhkəmə qaydasında etibarsız hesab edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçılar İddiaçı3, İddiaçı4, X3 nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı1 nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh2 nümayəndəsi vəkil Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh Xaçmaz rayon Notariat Ofisinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini iddiaçıların iddia tələbinin əsası kimi istinad olunmuş hallar da sübuta yetirilməməsi, mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarlılığı üçün Mülki Məcəllədə müəyyən olunmuş şərtlərin pozulması, müqavilənin bağlanması zamanı pozuntulara yol verilməsinin məhkəmədə öz təsdiqini tapmaması, bununla bağlı iddiaçılar tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişlər. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Xaçmaz rayon torpaq şöbəsinin JN: 0013 saylı, 30211068 kodu olan xx.xx.1998-ci il tarixli dövlət aktına əsasən Xaçmaz rayonu Çaxmaqlı kəndində yerləşən 1,78 ha torpaq sahəsi onun, arvadı və qızları Əfsanə və Güldanənin paylı mülkiyyətinə verilməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədədir. Mövcud iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 339.2-ci maddəsi nəzərdən keçirilə bilər. İşdən görünür ki, iddiaçılar onların xx.xx.2006-cı il tarixdə 1 saylı Xaçmaz rayon dövlət notariat kontorunda olmadıqlarını, müqavilənin notariusun iştirakı ilə imzalamadığını, adlarından yazılan ərizədə, müqavilənin birinci və ikinci səhifəsində satıcı qrafasındakı imzaların onlara məxsus olmadığını, müqavilədə vəsiqələrin nömrəsini qeyd edilmədiyi, arvadının adı Nəmidə olduğu halda, müqavilədə satıcı kimi Həmidə qeyd edildiyini, ərizədə adları, soyadları, ata adları latın, imzaların qarşısında isə soyad və adları kirill əlifbası ilə yazıldığını 14 yaşı tamam olmamış qızı Güldanənin soyadı və adının kirill əlifbası ilə yazıldığına istinad edərək müqavilənin etibarsız olduğunu iddia etmiş, cavabdeh isə iddiaçının bu dəlillərini əsassız hesab edərək iddia tələbinə etiraz etmişdir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Mülki Məcəllənin 339.2. maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır (Ə.Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniya qarşı” üş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi. Bu mənada məhkəmə kollegiyası apellyatorların şikayətində göstərdiyi dəlillərə münasibətdə aşağıdakıları qeyd etməyi zəruru hesab edir. Belə ki, iddia ərizəsinin məzmunundan, eləcə də Nəmidə və İddiaçı3 məhkəmə iclasında verdikləri izahatlarından görünür ki, difteriya xəstəliyindən əziyyət çəkən qızı Pərvanənin müalicəsi üçün pay torpağını satmaq qərarına gəldiklərini, bu məqsədlə bir neçə tanışlarının, o cümlədən həmkəndlisi İlham adlı şəxsə kömək etmək məqsədilə müraciət etdiklərini, sonuncu da onların yaşadığı evə gəlib Bakı şəhərində yaşayan tanışının torpağı almaq istədiyi onlara bildirdiyini, yaşadıqları evin həyətində beh olaraq 10 ədəd 10000 pul əskinazının onlara verildiyini, sonuncunun isə onları aldadaraq əvəzində ağ vərəqə onlara və iki qızının əvəzinə imza etdirərək torpağa dair aktı onlardan aldığını, lakin qızı Pərvanənin vəfat etdiyi üçün torpağı satmaq fikirlərindən danışdıqlarının bildirmişlər. Məlum olduğu kimi, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Qeyd olunmalıdır ki, iddiaçı tərəf ilk olaraq alqı-satqı müqaviləsinin təsdiq edilməsi ilə əlaqədar ümumiyyətlə notariat kontoruna (ofisinə) getmədiklərini və boş ağ A4 vərəqin yalnız bir üzünün sol aşağı hissəsində imza etdiklərini, müqavilədəki imza və yazıların onlara məxsus olmadığını bildirsələrdə, iş materiallarına əlavə edilmiş notariat işindən görünür ki, iddiaçı Cəzahir və İddiaçı4 ünvan 1 ünvanladığı yazılı ərizədə onlara məxsus mübahisəli torpaq sahəsinin satılmasına və özləri tərəfindən imza etmələrin etiraz etmədiklərini bildirərək, Xaçmaz rayon Çaxmaxlı kəndində yerləşən torpaq sahəsinin 1.50 ha hissəsini alıcının mülkiyyətinə verilməsi barədə xx.xx.2006-ci il tarixdə alqı-satqı müqaviləsi bağlamışlar. Digər tərəfdən iddiaçıların notariat orqanına getmədikləri halda onlara məxsus nikah haqqında şəhadətnamənin, uşaqları Əfsanə və İddiaçı1ların doğum haqqında şəhadətnamələrinin surətlərinin notariat işində mövcudluğu, iddiaçıların bu dəlillərini təkzib etməklə yanaşı, müqavilənin onların iştirakı ilə bağlanaraq imzalanmasını bir daha təsdiq edir. Göründüyü kimi, iddiaçıların mübahisəli torpaq sahəsini satmaq barədə iradə ifadələri mövcud olmuş və bu məqsədlə də 10 ədəd 10000 manatlıq pul əskinazını almış və sonradan bu razılaşmalarını notarial qaydada rəsmiləşdirmişlər. İddiaçılardan İddiaçı1 14 yaşının tamam olmaması, Əfsanə Kazımovanın isə 17 yaşında olmasına baxmayaraq, əqdin bağlanması zamanı (valideynlərinin yazılı razılıq ərizəsi) Mülki Məcəllənin 29.1 və 30.1-ci maddələrinin tələbləri pozulmamışdır. Mövcud müqavilədə satıcı qismində İddiaçı4 adının “Həmidə” kimi qeyd edilməsi, eləcə də müqavilədəki yazıların əksəriyyətinin “kiril” qrafikası ilə tərtib edilməsi müqavilənin etibarsızlığının sübut kimi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, ad, soyad və ya ata adında texniki səhvin, eləcə də müqavilədəki yazıların bir qisminin “kiril” qrafikası ilə tərtib edilməsi notarial qaydada təsdiq edilmiş müqavilənin etibarsızlığı üçün əsas ola bilməz. Müqavilədəki imzaların yoxlanılması məqsədilə birinci instansiya məhkəməsi iddiaçı tərəfin təşəbbüsü ilə məhkəmə xətşünaslıq ekspertizası təyin etmiş, lakin iddiaçılardan İddiaçı3 yaza bilmədiyini əsas gətirərək sərbəst xətt nümunəsini verməkdən imtina edərək, yalnız imza nümunələrini məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəf isə müqavilədə olan imzanın ona məxsus olduğunu və bu halı mübahisələndirmədiyini əsas gətirərək xətt və imza nümunələrinin verilməsindən imtina etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinnin məhkəməyə daxil olmuş vəsatətində isə imza nümunələrinin kifayət etmədiyini əlavə 3-5 vərəq imza nümunəsi verilməsi bildirilsə də, təzələnmiş məhkəmə icraatında məhkəmə prosesi zamanı iddiaçı tərəf əlavə imza və xətt nümunəsinin verilməsindən imtina etməsi səbəbindən rəyin verilməsi mümkün olmamışdır. Tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədilə məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışında iddiaçı Cəzahir və İddiaçı4ların imza nümunələrini təqdim edilməsi təklif olunsa da, iddiaçılardan İddiaçı3 yataq xəstəsi olması əsas gətirilərək onun sərbəst imza və sərbəst yazı nümünlərinin təqdim etmələrinin imkan xaricində olduğunu bildirərək, yalnız İddiaçı4 imza nümunələri təqdim edilmişdir. Qeyd etmək lazımdır ki, tərəfin çəkişməli prosesdə iştirak dərəcəsi onun öz iradəsindən asılıdır və çəkişmədəki passiv iştirakı onun özü üçün neqativ nəticələrə səbəb olur. Bu mənada məhkəmə kollegiyası İddiaçı3 hər iki instansiya da ekspertiza keçirilməsini arzuladığı halda, sonradan ekspertiza keçirilməsindən yayınması (ekspertizanın keçirilməsi üçün imza nümunələrini təqdim etməməsi) ekspertiza təyin edilən faktının rədd edilməli olması qənaətini qaçılmaz edir. Məhkəmə kollegiyası Xaçmaz rayon dövlət notariat ofisində xx.xx.2006-cı il tarixdə 4Ə/184 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin 1 və 2-ci səhifəsində İddiaçı4 adının qarşısında olan imza eyni şəxs tərəfindən imzalanmasının müəyyənləşdirilməsindən ötrü məhkəmə xətşünaslıq ekspertizası təyin etmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-4/1169/2025 nömrəli, 03 sentyabr 2025-ci il tarixli ekspert rəyinə əsasən ekspertizaya təqdim olunmuş xx.xx.2006-cı il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin (kserosurəti mülki işin 2-ci cildinin 9-10-cu vərəqlərində) 1-ci vərəqində olan “satıcılar” qrafasında 2-ci imza və müqavilənin sonundakı “satıcılar” qrafasında İddiaçı4 adının qarşısındakı imza – İddiaçı4 tərəfindən icra olunduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası ekspertiza təyin olunarkən cavabdehin imza nümunələrinin alınmaması barədə iddiaçıların dəlilinə gəldikdə isə qeyd edir ki, məhkəmə iclasında çıxış edən cavabdehin nümayəndəsi müqavilədə imzanın cavabdeh tərəfindən icra edildiyini, müqavilənin onun iradə ifadəsi ilə bağlandığını bildirərək sonuncunun imza nümunələrinin təqdim edilməsinə zərurət olmadığını bildirmişdir. Bu baxımdan məhkəmə kollegiyası iddiaçıların bu dəlilini də əsaslı hesa etmir. Məhkəmə kollegiyası iddiaçıların İlham adlı şəxsin məhkəmə iclasına şahid qismində çağırılmaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfə həmin şəxsin soyadı, əlaqə məlumatları və ünvanı barədə bildirilməsi təklif olunsa da, sonuncular etiraz edərək məlumatları təqdim etməkdən imtina etdiklərindən qeyd edilən şəxsin şahid qismində çağırılması mümkün olmamışdır. Halbuki, şahidin çağırılması barədə vəsatət qaldıran şəxsin şahidin soyadı, adı, ata adı və yaşadığı yeri göstərməyə borclu olduğu MPM-nin 104.6-cı maddəsində öz əksini tapmışdır. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini də əsaslı hesab etmir. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.1., 337.2. maddələri). Lakin hazırki işdə əqdin etibarsızlığına əsas olan hallar, yəni mübahisələndirilən əqdin bağlanması zamanı mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtlərin pozulması halları mövcud deyil. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ərizədə qeyd etdiyi hallar mövcud əqdin etibarsızlığı üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçılar iddia tələbi ilə məhkəməyə müraciət edərkən, qanunvericilikdə nəzərdə tutulmuş 1 illik müddəti də ötürmüşlər. Belə ki, həm iddia ərizəsində, həm də məhkəmə prosesində dindirilən zaman iddiaçı tərəf 2011-ci ildə torpaq sahəsinə tanımadığı şəxsin ondan Cəzahir olduğunu soruşduğunu, özünü də Nəsir müəllim kimi təqdim etdiyini, alqı-satqı müqaviləsinə əsasən torpağın sahibi olduğunu, həmçinin 11 il keçdikdən sonra Cavabdeh2 2022-ci ildə əvvəlcə ondan Xaçmaz rayon polis şöbəsinə şikayət verdiyini, daha sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini bildirmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunan maddədə nəzərdə tutulan müddət əslində iddia müddəti deyil, kəsici müddətdir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. Kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən olunmuş bir illik müddət iddia müddəti olmamaqla qanunun həmin normasının qüvvəsi müddətin tətbiqi barədə ərizənin verilməsindən asılı olmayaraq, bunun üçün qanuni əsaslar olduqda tətbiq edilir. Göründüyü kimi iddiaçı mübahisələndirilən əqdin bağlanmasından ümumilikdə 17 il, Cavabdeh2 2011-ci ildə mübahisəli torpaq sahəsinin yerləşdiyi yerə gəlib alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsinin onun olmasını bildirməsi vaxtdan 12 il, Xaçmaz rayon Polis Şöbəsinə xx.xx.2022-ci ildə şikayətlə müraciət etdiyi müddətdən isə 1 il 5 ay 11 gün sonra iddia qaldırmaqla Mülki Məcəllənin 354.2. maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddəti ötürmüşlər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların müqavilənin etibarsızlığı tələbi müddətin ötürülməsi əsası ilə də təmin edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 120 (yüz iyirmi) manat iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və Məmmədova (Kazımova) Güldanə Cəzahir qızından müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçılar İddiaçı3, İddiaçı4, X3 nümayəndəsi vəkil Nümayəndə1 və İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və Məmmədova (Kazımova) Güldanə Cəzahir qızı cavabdehlər Cavabdeh2 və Xaçmaz rayon Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və Məmmədova (Kazımova) Güldanə Cəzahir qızından iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 120 (yüz iyirmi) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-278/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-278/2025
23.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver