Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2247/2025 12.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Şamaxı rayon Dövlət Notariat Kontoruna qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya baxışından çıxarılma, kassasiya şikayəti qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul olunduqda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Şamaxı rayon Dövlət Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-149/2025 nömrəli iş üzrə 21 fevral 2025-ci il tarixli qətnaməsindən maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi:
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon dövlət Notariat Kontorunda xx.xx.2008-ci ildə 42-2/263 reyestrlə təsdiq olunmuş alğı-satqı müqaviləsinin və bunun əsasında verilmiş sənədlərin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Şamaxı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 25 sentyabr 2023-cü il tarixli, 2(074)-554/2023 nömrəli qətnaməsi ilə (hakim Natiq İsmayılov) iddia təmin edilmişdir.
3. Hüquq və mənafelərinə tox unulan şəxs Maraqlı şəxs1 apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-149/2025 nömrəli, 21 fevral 2025-ci il tarixli qətnaməsi və eyni tarixli və nömrəli qərardadı ilə (hakimlər L.E.Rəhimli - sədrlik edən və məruzəçi, A.M.Süleymanova və F.Ə.Məmmədov) apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “Şamaxı rayon dövlət notariat ofisində 23 may 2008-ci il tarixdə 4Ə-2/263 reyestr nömrəsi ilə təsdiq edilmiş alğısatqı müqaviləsinin əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi” hissəsində ləğv edilməklə iddia həmin hissədə baxılm amış saxlanılmış, qətnamə qalan baxılan - “Şamaxı rayon dövlət notariat ofisində 23 may 2008-ci il tarixdə 4Ə-2/263 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair” hissəsində dəyişdirilmədən saxlanılmışdır.
5. Qətnamə ilə hüquq və mənafelərinə toxunulan Maraqlı şəxs1 (Vəkil2) və Maraqlı şəxs2 (Vəkil4) ayrı-ayrılıqda kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin “Şamaxı rayon dövlət notariat ofisində 23 may 2008-ci il tarixdə 4Ə-2/263 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair” hissəsində ləğv edilməsi və iddia tələbinin tam şəkildə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
6. Kassasiya şikayəti 2(102)-2247/2025 nömrəli, 2025-ci il 24 iyun tarixli qərardadla kassasiya icraatına qəbul edilsə də, sonradan kassasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul edildiyi müəyyən edilmişdir.
7. Belə ki, işin hallarından göründüyü kimi torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən 6,26 hektar torpaq sahəsi İddiaçı və X1 mülkiyyətində olmuşdur. İşin digər mübahisəsiz hallarından görünür ki, X2 xx.xx.2006-cı ildə vəfat etmişdir. Buna baxmayaraq, xx.xx.2008-ci il tarixdə Qobustan rayon Dövlət notariat kontorunun notariusu tərəfindən İddiaçı və X1 özlərinə məxsus torpaq sahəsi ilə bağlı müəyyən hərəkətlərin edilməsini Cavabdeh1 həvalə etmələrinə dair etibarnamə verilmişdir. Həmin etibarnamə əsasında xx.xx.2008-ci il tarixdə həmin torpaq sahəsinin 40059,83 kv.metr hissəsi Cavabdeh2 satılmışdır. Sonradan digər müqavilələrlə mübahisəli torpaq sahəsi Maraqlı şəxs1, daha sonra Maraqlı şəxs2 satılmışdır. Hazırkı iddia mübahisəli torpaq sahəsinə dair birinci bağlanılan xx.xx.2008-ci il tarixli müqavilənin və onun əsasında verilmiş sənədlərin etibarsızlığı ilə bağlı olmuşdur.
8. Məhkəmə tərkibi qeyd edir ki, hazırda mübahisələndirilən qətnamə yalnız xx.xx.2008-ci il tarixli müqavilənin etibarsızlığı ilə bağlı olduğundan, həmin müqavilədən irəli gələn hər hansı hüquqi akt, o cümlədən mübahisəli torpaq sahəsinə dair xx.xx.2013cü il və xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələri mübahisə predmeti olmadığından, torpağı sonradan almış Maraqlı şəxs1 və Maraqlı şəxs2 maraqlarına toxunmur.
9. MPM-in 403.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 402 -ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
10. MPM-in 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək, işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.
11. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə,..., apellyasiya instansiyası məhkəməsi tərəfin dən qaytarılır.
12. Beləliklə, hazırkı kassasiya icraatı üzrə kassasiya şikayəti MPM-in tələblərinə zidd olaraq səhvən icraata qəbul olunduğu üçün həmin şikayətin icraata qəbul edilməsi barədə 2(102)-2247/2025 nömrəli, 2025-ci il 24 iyun tarixli qərardad ləğv edilməli və şikayət kassasiya baxışından çıxarılmaqla geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
13. Qeyd olunanlara əsasən və MPM-nin 402.1, 408.1.1 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının kassasiya şikayətinin icraata qəbul edilməsi barədə 24 iyun 2025-ci il tarixli qərardadı ləğv edilsin. Kassasiya şikayətləri kassasiya baxışından çıxarılsın, iş Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarıl