Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-149/2025 21.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Şamaxı rayon Dövlət Notariat Kontoruna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X15 (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh1 (sonuncu məhkəmə iclasına gəlməmişdir), qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs1 nümayəndəsi və vəkili Vəkil2 (sonuncu məhkəmə iclasına gəlməmişdir) iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-554/2023 nömrəli qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH ******* satlı çıxarışdan görünür ki, Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən 2.2568 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2009-cu il tarixdə İddiaçı və X5 adına qeydiyyata alınmışdır.
2. 23 may 2008-ci il tarixli AN-İ, ******* saylı Daşınmaz Əmlakın alqı satqı müqaviləsinin surətindən görünür ki, X12, X13 tərəfindən verilmiş etibarnaməyə əsasən onların adlarından çıxış edən Cavabdeh1 X16 tərəfindən verilmiş JN 0492 kod 41003018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Şamaxı rayonunun Qızmeydan kəndi ərazisində yerləşən ümumi sahəsi 6.26 ha torpaq sahəsindən 40059.83 kv.m torpaq sahəsini Cavabdeh2 4050 manata satmışdır.
3. Notariat işində olan xx.xx.2008-ci il tarixli etibarnamədən görünür ki, X12, X14 və digər şəxslər Cavabdeh1 onlara məxsus torpaq sahəsini satmaq üçün 3 il müddətinə etibarnamə vermişlər.
4. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2006-cı il tarixdə ölmüşdür.
5. Şamaxı Regional “Asan Xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2006-cı ildə vəfat etmiş X10 adına vərəsəlik işi açılmamış və vərəsələrin dairəsi barədə məlumat aşkar olunmamışdır.
6. Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Qızmeydan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-75-35/2-135-24 nömrəli arayışında qeyd edilmişdir ki, torpağa mülkiyyət hüququna dair dövlət aktında JN-0492 KOD 41003018 nömrə ilə qeyd olunan Şamaxı rayon DNK-nın xx.xx.2005-ci il tarixli 4Ə/186 saylı alqısatqı müqaviləsi ilə İddiaçı və onun ailə üzvlərinə verilmiş 40059.83 kv.m torpaq sahəsi xx.xx.2005-ci il tarixdən bu günədək İddiaçı və onun ailə üzvlərinin istifadəsindədir. Qeyd olunan torpaq sahəsinin istifadəsi ilə bağlı bu günə kimi nümayənədliyə hər hansı pretenziya və şikayət daxil olmamışdır.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Şamaxı rayon Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon dövlət Notariat Kontorunda xx.xx.2008-ci ildə 42-2/263 reyestrlə təsdiq olunmuş alqı-satqı müqaviləsinin və bunun əsasında verilmiş sənədlərin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2022-ci ilin yayında X3 miras qalmış, onunla birgə mülkiyyətdə DTXK-nin 0492 saylı akt əsasında olmuş 40059.83 kv.metr torpaq sahəsindən V.İ.Karpaçeva məxsus ½ hissəyə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmişdir. Digər 2.2568 ha torpaq sahəsi tərəfindən satıldığından o, yalnız 40059,83 kv.m torpaq sahəsinin sənədləşməsində maraqlı olmuşdur. Həmin 2.2568 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanması üçün o Şamaxı rayon Nağaraxana kənd sakini X1 etibarnamə vermişdir. Alqı-satqı müqaviləsinin bağlanıbbağlanmamasından onun xəbəri yox idi. X18 alqı-satqı müqaviləsinin nüsxəsini ona verməmişdir. Bununla maraqlanmamışdı da. Çünki 2.2568 ha torpaq sahəsinin pulunu Şücayətdən etibarnaməni verəndə almışdır. Həmin vaxtdan, yəni 2008-ci ildən 2022-ci ilə qədər o heç bir maneə olmadan 4.005998 ha torpaq sahəsini əkib becərmişdir. Vərəsəlik işi ilə əlaqədar sənədləri toplayarkən məlum olub ki, Şamaxı rayon Notariat kontorunda alqı-satqı müqaviləsi bağlanarkən onun adından Şücayət Əkbərov yox, Cavabdeh1 satıcı qismində, Cavabdeh2 əvəzinə Həsənov Ağacan alıcı qismində iştirak ediblər və bu zaman 2.2568 ha əvəzinə onun xəbəri olmadan 4.005983 ha torpaq sahəsi alqı-satqı əməliyyatının predmeti olub. Bu barədə o, 2022-ci ildə məlumat alıb. Əlində isə DTXK-nin 0492 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı olduğundan başqa sənədin olduğunu bilməmiş və əkdiyi torpaq 4.005983 ha torpaq sahəsi olub. Heç kimdə ona bu torpağın alqı-satqı olduğunu deməyib, çünki o, 2.2568 ha torpağı satıb. 2022-ci ildə DƏDRX-də araşdırma apararkən xx.xx.2009-cu il tarixli **********068 reyestr nömrəli çıxarışın onun və X5 adına olduğu üzə çıxıb. Bu sənəd əslində ona lazım deyil, çünki həmin torpağın pulunu Şücayət Əkbərovdan alıb. Sadəcə o həmin sənədi 2023-cü ildə reyestrdən ona görə götürüb ki, sənədi sübut növü kimi məhkəməyə təqdim etsin. X7 etibarından sui-istifadə edərək, onu aldatmış, həcmi az olan torpağı onlara saxlayıb, həcmi çox olan torpağı çox pul müqabilində Cavabdeh2 satmağa nail olmuşdur. Bu səbəbdən müqavilə onun iradəsinin ifadəsi olmadığından, aldadıldığından etibarsız hesab edilməlidir. Əgər subsidiyaların əkinçilərə, mülkiyyətçilərə ödənilməsi zamanı sənədlərdə vəfat etmiş şəxslərin adları olduğuna görə dövlət aktlarının dəyişdirilməsi zərurəti ortaya çıxmasaydı və mərhum X6 vərəsəlik işi ortaya çıxmasaydı onun bu işlərdən, aldadılmağından xəbəri olmayacaqdı.
9. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-554/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Şamaxı rayon dövlət notariat ofisində 23 may 2008ci il tarixdə 4Ə-2/263 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi qət edilmişdir (hakim Natiq İsmayılov).
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.3, 359.1, 362.1, 362.2, 365.1.7, 786.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri
11. Qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs1 apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-554/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Maraqlı şəxs1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, mübahisəli torpaq sahəsini Şamaxı Rayon dövlət Notariat Kontorunda xx.xx.2013-cü ildə bağlanmış alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 dəyərini ödəməklə satın almışdır. Daha sonra Maraqlı şəxs1 adına həmin torpaq sahəsi ilə bağlı xx.xx.2013-cü il tarixində çıxarış verilərək torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Torpaq sahəsi onun mülkiyyətinə verildikdən sonra, həmin sahə onun istifadəsində olmaqla sahibliyində və mülkiyyətində olmuşdur. Torpaq sahəsini satın aldıqda o vicdanlı əldə edən olmuş və o həmin sahənin dəyərini əvvəlki mülkiyyətçiyə ödəməklə, onu satın almışdır. Eyni zamanda onu da qeyd etmək istərdi ki, Maraqlı şəxs1 adı çəkilən torpaq sahəsini xx.xx.2022-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsi əsasında Maraqlı şəxs2 satmış və o da torpaq sahəsinin dəyərini təşkil edən pul vəsaitini Maraqlı şəxs2 almışdır. Göründüyü kimi, onlar vicdanlı əldə edənlər olmaqla torpaq sahəsini bağladıqları alqı-satqı müqavilələri əsasında əldə etmişlər.
13. Hazırki işə birinci instansiya məhkəməsində baxıldığı və iş üzrə məhkəmə qətnaməsi qəbul edildiyi zaman, işə baxan məhkəmə işin faktiki hallarını, torpaq sahəsinin kimə məxsusluğunu araşdırmadan, verilmiş iddianın o və Maraqlı şəxs2 maraqlarına toxunmasına baxmayaraq, bu şəxsləri iş üzrə maraqlı tərəf kimi cəlb etmədən işə baxmış və nəticədə ədalətsiz qətnamə qəbul etmişdir.
14. Halbuki torpaq sahəsi alqı-satqı müqaviləsi bağlandıqdan sonra ilk olaraq Cavabdeh2, sonra onun və sonda Maraqlı şəxs2 mülkiyyətinə keçmişdir ki, həmin sahə də bu şəxslərin mülkiyyətində və sahibliyində olmuşdur. İşin bu halları da iddaçıya məlum olsa da, iddiaçı məhkəmədə verdiyi iddia tələbini “Şamaxı Rayon dövlət Notariat Kontorunda xx.xx.2008-ci ildə 42-2/263 reyestrlə təsdiq olunmuş, alqı-satqı müqaviləsinin və bunun əsasında verilmiş sənədlərin etibarsız hesab olunması barədə” irəli sürməklə düşünmüşdür ki, bu qətnamənin mövcudluğundan onun və eləcə də Maraqlı şəxs2 məlumatı olmadığı halda, onların da adlarına olan sənədlər etibarsız hesab olunacaq. Lakin, DƏDRK və RPHŞ 14 saylı Şamaxı Ərazi İdarəsinin Şamaxı rayon İcra və Probasiya şöbəsinə ünvanladığı məktubunda Şamaxı Rayon Məhkəməsinin 2(074)-554/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədində xx.xx.2013-cü il və xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsızlığı barəsində heç bir münasibət bildirilmədiyindən, X4 hüququnun bərpasının mümkünsüz olduğu bildirilmişdir.
15. İddiaçı hazırki iddia tələbini bu şəkildə qaldırmaqla istəyinə nail ola bilmədikdən sonra, xx.xx.2024-cü il tarixində Şamaxı rayon Məhkəməsində yeni iddia irəli sürməklə artıq cavabdeh qismində Şamaxı rayon Dövlət Notariat ofisini, Cavabdeh2, Sumqayıt şəhər 1 saylı Notariat ofisini, Maraqlı şəxs1, Maraqlı şəxs2 və DƏDRK və RPHŞ 14 saylı Şamaxı Ərazi İdarəsini qoymaqla xx.xx.2013-cü il və xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsızlığını və onların əsasında verilmiş çıxarışların ləğv edilməsini xahiş etmişdir. Qeyd olunan iddianın mövcudluğu və məhkəmə mübahisəsinin gedişatından məlumatı olduqdan dərhal sonra, tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixində order, etibarnamə və ərizə təqdim etməklə, işə əlavə olunması xahiş olunmuşdur. Məhkəmə tərəfindən işə əlavə olunması barədə heç bir bildiriş göndərilmədiyindən, xx.xx.2024-cü il tarixində məhkəmə iclas katibinin telefon zəngindən sonra ona məlum olmuşdur ki, məhkəmə iclası xx.xx.2024-cü il tarixinə təxirə salınmışdır. Verdiyi ərizənin nəticəsi barəsində ona məlumat verilməməsi ilə bağlı irad bildirdikdən sonra, onun işə əlavə olunması ona bildirilmişdir. Məhz vəkili işə əlavə olunduqdan sonra, məlum olmuşdur ki, məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixində qətnamə qəbul edilmiş və iddiaçının sonradan qaldırdığı iddia tələbi üzrə ərizəsində həmin qətnaməyə istinad etməklə, digər müqavilələrin də etbirsızlığını irəli sürür.
16. İddiaçı torpaq sahəsini 2008-ci ildə Cavabdeh2 satdıqdan sonra, torpaq sahəsi artıq onun sahibliyindən və mülkiyyətindən çıxmışdır. Və iddiaçı bu torpaq sahəsinin qanunsuz olaraq Cavabdeh2 satılmasına istinad edirsə, iddiaçı həmin torpaq sahəsi ilə bağlı müqaviləni, müqavilənin bağlanmasından 15 il keçdikdın sonra deyil, elə həmin dövrdə mübahisələndirməli idi. Qeyd olunmalıdır ki, iddiaçı tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsini və çıxarışı məhkəmədə mübahisələndirməyə dair qanunla müəyyən edilmiş iddia müddətlərini ötürmüşdür. Göründüyü kimi, iddiaçı qanunla müəyyən edilən iddia müddətlərini ötürmüşdür.
17. Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir.
18. Məhkəmə həqiqətin müəyyən edilməsində iştirak etməkdən çəkinmiş, faktiki olaraq ədalət mühakiməsini həyata keçirməmiş, nəticədə maraqlarına toxunan Maraqlı şəxs1 və Maraqlı şəxs2 bu tələb üzrə tərəf kimi işə cəlb etməmişdir. Məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.
19. Qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 da apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-554/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Maraqlı şəxs2 apellyasiya şikayətini Maraqlı şəxs1 apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
22. Məhkəmə iclasında qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
23. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs1 nümayəndəsi və vəkili Vəkil2 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
24. Cavabdeh1 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
25. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
26. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh2 və Şamaxı rayon Dövlət Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.
27. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
28. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
29. Maddə 25.1. Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır.
30. Maddə 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır.
31. Maddə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.
32. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
33. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
34. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
35. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
36. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
37. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
38. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
39. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
40. Maddə 646.2. Əgər bu məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. Maddə 384.0.5. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
48. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
Apellyasiya baxışının hədləri
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
50. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
51. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(105)-149/2025 nömrəli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-554/2023 nömrəli qətnaməsi qismən - “Şamaxı rayon dövlət notariat ofisində 23 may 2008-ci il tarixdə 4Ə-2/263 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinin əsasında verilmiş sənədlər etibarsız hesab edilməsi” hissəsində ləğv edilərək, həmin hissədə iddia baxılmamış saxlanılmışdır.
52. Apellyasiya şikayətlərindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(074)-554/2023 nömrəli qətnaməsi tam həcmdə mübahisələndirilmişdir. Ona görə də kollegiya Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsini “Şamaxı rayon dövlət notariat ofisində 23 may 2008-ci il tarixdə 4Ə-2/263 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair” hissəsini yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-554/2023 nömrəli qətnaməsi qismən, yəni “Şamaxı rayon dövlət notariat ofisində 23 may 2008-ci il tarixdə 4Ə-2/263 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinin əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi” hissəsində ləğv edilməli, qalan baxılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıldır.
54. Belə ki, məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən 6,26 hektar torpaq sahəsi İddiaçı və X6 mülkiyyətində olmuşdur. İşin digər mübahisəsiz hallarından görünür ki, X13 xx.xx.2006-cı ildə vəfat etmişdir. Buna baxmayaraq, xx.xx.2008-ci il tarixdə Qobustan rayon Dövlət notariat kontorunun notariusu tərəfindən İddiaçı və X6 özlərinə məxsus torpaq sahəsi ilə bağlı müəyyən hərəkətlərin edilməsini Cavabdeh1 həvalə etmələrinə dair etibarnamə verilmişdir. Həmin etibarnamə əsasında xx.xx.2008-ci il tarixdə həmin torpaq sahəsinin 40059,83 kv.metr hissəsi Cavabdeh2 satılmışdır. Sonradan digər müqavilələrlə mübahisəli torpaq sahəsi Maraqlı şəxs1, daha sonra Maraqlı şəxs2 satılmışdır.
55. Hazırki iddia məhz mübahisəli torpaq sahəsinə dair birinci bağlanılan xx.xx.2008ci il tarixli müqavilənin etibarsızlığı ilə bağlıdır. Göründüyü kimi, həmin müqavilə bağlanılan zaman torpağın mülkiyyətçilərindən biri olan X13 artıq ölmüşdür. Belə olan halda, kollegiya hesab edir ki, həmin şəxsin adından verilmiş etibarnamə və onun əsasında bağlanmış müqavilə etibarlı sayıla bilməz.
56. Məhkəmə kollegiyası izah edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd şərtin mövcudluğu tələb olunur: 1. əqdin subyektiv tərkibinə aid edilən şərt;
2. əqdin məzmununa aid edilən şərt; 3. əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt və 4. əqdin formasına aid edilən şərt. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.
57. Göründüyü kimi işin həqiqi halları ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan alqı-satqı müqaviləsi bağlanarkən əmlakı satan Cavabdeh1 bu müqaviləni X6 adından bağlamağa səlahiyyətli olmamışdır, ümumiyyətlə X13 müqavilə bağlanılan zaman sağ olmamışdır.
58. Belə ki, Mülki Məcəllənin 25-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır.Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır.
59. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.
60. Beləlliklə yuxarıda qeyd olunan normalara əsaslanaraq kollegiya hesab edir ki, X6 müqavilə bağlanılan zaman hüquqsubyektiliyi olmadığından, müqavilənin subyekti kimi çıxış edə bilmədiyindən, onun adından heç bir müqavilə bağlana bilməzdi.
61. Kollegiya apellyasiya şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, hazırkı mübahisə yalnız xx.xx.2008-ci il tarixli müqavilənin etibarsızlığı ilə bağlı olduğundan, torpaq sahəsinə dair xx.xx.2013-cü il və xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələri mübahisə predmeti olmadığından, torpağı sonradan almış Maraqlı şəxs1 və Maraqlı şəxs2 vicdanlılığına qiymət verilməsini məqsədəmüvafiq hesab etmir.
62. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər apellyasiya şikayətlərinin tam təmin edilməsi üçün əsas ola bilməz.
63. Odur ki, sadalanan qanunvericilik normalarına və işin xüsusatlarına əsasən məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2008-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə zidd olaraq bağlandığından, apellyasiya şikayətləri tam təmin oluna bilməz.
64. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, hazırkı iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-554/2023 nömrəli qətnaməsi qismən - “Şamaxı rayon dövlət notariat ofisində 23 may 2008-ci il tarixdə 4Ə-2/263 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinin əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi” hissəsində ləğv edilməli, qalan baxılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayətləri qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-554/2023 nömrəli qətnaməsi qismən – “Şamaxı rayon dövlət notariat ofisində 23 may 2008-ci il tarixdə 4Ə- 2/263 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinin əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi” hissəsində ləğv edilsin. Qətnamə qalan baxılan - “Şamaxı rayon dövlət notariat ofisində 23 may 2008-ci il tarixdə 4Ə-2/263 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair” hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.