Məhkəmə qərarları › İş №2(102)-1915/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1915/2019

02.04.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1915/2019 02.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi, məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi Nümayəndə, vəkili Vəkil və Cavabdeh qızının iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2018-ci il tarixli, 2(103)-11239/2018 saylı qətnaməsindən Cavabdeh qızı və vəkili xxx oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Xətai rayon məhkəməsinin 13 iyul 2018-ci il tarixli, 2(011)4536/ 2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim F.Ə.Məmmədov) İddiaçı Cavabdeh qızına qarşı “3.800 manat kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi” barədə iddiası təmin edilməmişdir. İddiaçının nümayəndəsi Vəkil qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2018-ci il tarixli, 2(103)-11239/2018 saylı qətnaməsi ilə (hakimlər İ.K.Xəlilov sədrlik edən, məruzəçi, X.A.Cəmilova və İ.Ə.Kərimli) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Xətai rayon məhkəməsinin 13 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni qətnamə çıxarılmaqla iddia ərizəsi təmin edilmiş, iddiaçı tərəfindən 8.000 manat kompensasiya ödənilməklə cavabdehin uşaqları ilə birlikdə Bakı şəhəri, xxx küçəsi, 37 saylı evin 5-ci mənz ilindən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Cavabdeh və vəkili xxx qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı “3.800 manat kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki, 04 noyabr 2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, xxx küçəsi, 37 saylı evin 5-ci mənzili mülkiyyət hüququ üzrə onun adına qeydə alınmışdır. Həmin mənzil ümumi sahəsi 30,05 kv.metr olmaqla, 2 otaqdan ibarətdir. Mənzildə özü, bacısı xxx, qardaşı xxx, sonuncunun arvadı xxx və iki uşaqları yaşayırlar. Cavabdeh isə keçmiş arvadı olmaqla mənzildə yaşamır və sonuncu ilə aralarında bağlanmış nikah 01 sentyabr 2016-cı il tarixdə pozulmuşdur. C avabdehlə bir mənzildə yaşamaları mümkün deyil. Cavabdehə 3.800 manat kompensasiya ödəməklə onun mənzilə olan istifadə hüququna xitam vermək istəyir. Mənzilə qiymətləndirici tərəfindən bütövlükdə 38.000 manat qiymət qoyulub. Həmin ərazidə yerləşən mənzilin aylıq kirayə haqqı isə 100 manat təşkil edir. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı kassasiya şikayətinə dair etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Cavabdeh məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləməmişdir. İddiaçı nümayəndəsi Nümayəndə və Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsini n qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etmişlər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəy işdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxararkən, iddiaçı tərəfindən mübahisəli mənzildən istifadə hüquqlarına görə cavabdehə təklif edilən 8.000 manat kompensasiya məbləğinin ədalətli, ağlabatan və yetərli olmasına, həmin kompensasiya məbləğinin cavabdehə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respub likası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 04 noyabr 2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, xxx küçəsi, 37 saylı evin 5-ci mənzil i mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmışdır. Həmin mənzil ümumi sahəsi 30,05 kv.metr olmaqla, 2 otaqdan ibarətdir. Mənzildə iddiaçı, bacısı xxx, qardaşı xxx, sonuncunun arvadı xxx, iki uşağı, həmçinin cavabdeh və iki uğaşı daimi qeydiyyatdadırlar. Tərəflərin nikahı 01 sentyabr 2016-cı il tarixdə pozulmuş və uşaqlar cavabdehin yanında qalmışlar. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı 3.800 manat kompensasiya ödənilməklə cavabdehin mənzilə olan istifadə hüququna xitam verilməsini iddia etmişdir. Mənzilə qiymətləndirici tərəfindən bütövlükdə 38.000 manat qiymət qoyulmuşdur. Eləcə də həmin ərazidə yerləşən mənzilin aylıq kirayə haqqı qiymətləndiricinin hesabatına görə 100 manat müəyyən edilmişdir. İşin mübahisə olunmayan həqiqi hallarından görünür ki, mübahisəl i mənzildə iddiaçının mülkiyyət, cavabdehin isə istifadə hüquqları vardır. İşdən görünür ki, apellyasiya baxışı zamanı iddiaçı yazılı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin mənzilə olan istifadə hüququna görə 8.000 manat kompensasiya təklif edir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma razılaşıb, işə əlavə edilmiş sübutları araşdırıb hesab edir ki, kassasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbləri baxımından tam əsassızdır. Belə ki, həmin maddənin mənasına görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdiril ir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İşədən görünür ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi haqqında tərəflər arasında hər hansı razılaşma yoxdur və bu hüquqa mənzilin mülkiyyətçisi olaraq iddiaçının məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilməsi üçün qanuni əsaslar əmələ gəlmişdir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azər baycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normasının tələblərini, eləcə də Konstitusiya Məhkəməsinin Plenmunun sözügedən qərarında şərh edilən məcburi göstərişləri əsas tutub haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə mənzildən istif adə hüququna xitam verilməsi üçün təklif edilən 8.000 manat kompensasiya məbləği yetərlidir, çünki işdə, iddiaçının təklif etdiyi həmin məbləğin hesabına cavabdehə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, iddiaçı tərəfindən təklif edilən 8.000 manat kompensasiya məbləğinin yetərli, ağlabatan olmamasını və həmin kompensasiya məbləğinin onlara davamlı surətdə, müəyyən müddət daxilində başqa yerdə mübahisəli mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməməsini və sair göstərsə də, etirazının əsası k imi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tə rəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Əksinə, işdən, iddiaçının etiraz ərizəsindən və onu əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh uzun müddətdir ki, mübahisəli mənzildən faktiki istifadə etmir. Belə ki, onun mənzilə mülkiyyət hüququnun tanınması barədə iddiası Bakı şəhəri, Xətai rayon məhkəməsinin 06 may 2016-cı il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Cavabdehin oğlu xxx 2008-2009-cu tədris ilindən xxx şəhəri, xx vi adına 11 saylı tam orta məktəbinin 1-ci sinifinə qəbul edilmiş və hazırda məktəbin 11-ci sinifində təhsil alır, qızı xxx isə 2012-2013-cü tədris ilindən həmin məktəbin 1-ci sini finə qəbul edilmiş və hazırda məktəbin Vİİ sinifində təhsil alır. Cavabdeh 2006-cı ildən 2015-ci ilədək bir müddət xxx şəhərində yerləşən “Stimul” aptekində əczaçı işləmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorların kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosess ual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdikləri dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh qızı və vəkili xxx oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2018-ci il tarixli, 2(103)-11239/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar