Məhkəmə qərarları › İş №2(102)-1915/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1915/2025

03.07.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1915/2025 03.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, X19, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Sumqayıt şəhər 4 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, uydurma əqd, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin həqiqiliyi prezumpsiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Ape llyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2025-ci il tarixli, 2(103)1623/2025 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 16, 17 saylı mənzillər üzərində mülkiyyət hüququ 09 avqust 1997-ci il tarixdən Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə X41 barəsində Azərbaycan Respublikası CM-in 178.3.2 və 313-cü maddələri ilə istintaq olunan cinayət işi üzrə həmin əmlak üzərinə həbs qoyulmuşdur.

3. Bakı Ağır Cinayə tlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü ilə X41 Azərbaycan Respublikası CM-in 178.3.2-ci, 308.2-ci və 313-cü maddələri ilə təqsirli bilərək, CM-in 66.3-cü və 66.4-cü maddəsinə əsasən ona 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, qəti olaraq 11 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə Cavabdeh2 adına olan qeyd olunan mənzillərin üzərinə qoyulmuş həbs götürülmüşdür.

4. İddiaçı1, İddiaçı2, X29, İddiaçı4 və İddiaçı5 həmin cinayət işi üzrə zərərçəkmiş şəxslər qismində tanınmışlar.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 noyabr 2016-cı il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmünün dəyişdirilməsi, Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 №-li mənzillərinin üzərinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə qoyulmuş həbsin bərpa edilməsi, ziyanın ödənilməsinin həmin əmlaklara yönəldilməsi qərara alınmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 20 iyun 2017-ci il tarixli qərarı ilə Ali Məhkəmənin sədrinin təqdimatının tam, məhkumun müdafiəçisinin kassasiya şikayətinin isə qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 noyabr 2016-cı il tarixli qərarının X33 aid hissədə - ziyanın ödənilməsinin Cavabdeh2 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərə həmin əmlaklar a yönəldilməsi hissədə ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya baxışına təyin edilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 sentyabr 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü X33 aid mülki iddiaya dair - Cavabdeh2 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərə qoyulmuş həbsin götürülməsinə dair hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Ali Məhkəmənin Cinayət kollegiyasının 18 aprel 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 sentyabr 2017-ci il tarixli qərarı X33 aid mülki iddiaya dair – Cavabdeh2 adına olan Bakı şəhəri, T.Ulyançev küç əsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin üzərinə qoyulmuş həbsin götürülməsinə dair hissədə ləğv edilərək, işə yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 avqust 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü X34 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17 və 19 saylı mənzilləri üzərinə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 19 fevral 2015-cil il tarixli qərarı ilə qoyulmuş həbsin götürülməsinə dair hissədə ləğv edilməsi, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan üzrə onların mülki iddialarını təmin etmək məqsədi ilə Cavabdeh2 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17 və 19 saylı mənz illərin üzərinə qoyulması, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015ci il tarixli qərarı ilə qoyulmuş həbsin bərpa edilməsi və ziyanın ödənilməsi həmin mənzillərə yönəldilməsi qərara alınmışdır.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 21 avqust 2018-ci il tarixli qərarı ləğv edilmiş, işə həmin qərarla bağlı hissədə yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır.

11. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2019-cu il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə Cavabdeh2 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzilləri üzərinə qoyulmuş həbsin götürülməsinə dair hissədə ləğv edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə Cavabdeh2 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzilləri üzərinə qoyulmuş həbsin bərpa edilməsi və zərərçəkmiş şəxslərə (mülki iddiaçılara) vurulmuş maddi ziyanın ödənilməsinin həmin mənzillərə yönəldilməsi qərara alınmışdır.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası 22 noyabr 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2019-cu il tar ixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsində (hazırda Aqil Quliyev) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzilləri həbsdən azad edilməsi qət edilmişdir. 14. 02 iyul 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələri ilə Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev (7-ci Bayıl döngəsi) küçəsi, ev 13, 19 saylı mənzili Cavabdeh1 30000 manata, 16, 17 saylı mənzili – həmçinin 30000 manata satmışdır.

15. Bakı Apellyasiya Məhkəməsinin 28 fevral 2024-cü il tarixli qərardadı ilə maraqlı şəxslərin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 may 2024-cü il tarixli qərarı ilə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 28 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. 17. 23 aprel 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələri ilə Cavabdeh1 ünvan 2 ünvanında yerləşən mənzili Cavabdeh4 50000 manata, eyni binanın 16, 17 ünvanında yerləşən mənzili həmin alıcıya 50000 manata satmışdır.

18. Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillər üzərində Cavabdeh4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

19. İddiaçılar İddiaçı1, İddiaçı2, X29, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Sumqayıt şəhər 4 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə və sonradan Cavabdeh4 əlavə cavabdeh qismində qeyd etməklə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən 02 iyul 2022-ci il tarixdə təsdiq edilmiş Cavabdeh2 ilə Cavabdeh1 arasında imzalanmış ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 46.2 kv.m, yaşayış sahəsi 39.36 kv.m olan 2 otaqlı mənzilə dair daşınmaz Əmlakın AN-İ № 1059118, 02 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsinin və cavabdeh Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən 02 iyul 2022-ci il tarixdə təsdiq edilmiş Cavabdeh2 ilə Cavabdeh1 arasında imzalanmış ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 40 kv.m, yaşayış sahəsi 2 otaqlı mənzilə dair daşınmaz əmlakın AN-İ № 1059119, 02 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilələr əsasında mənzillərə dair verilmiş mülkiyyət hüququna dair çıxarışların ləğv edilməsi, Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən 23 aprel 2024-ci il tarixdə təsdiq edilmiş Cavabdeh1 ilə Cavabdeh4 arasında imzalanmış ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 46.3 kv.m, yaşayış sahəsi 39.36 kv.m olan 2 otaqlı mənzilə dair daşınmaz əmlakın AN-İ № 1251557, 23 aprel 2024-cü il tarixli alqı-satqı müqaviləsinin, Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən 23 aprel 2024-ci il tarixdə təsdiq edilmiş Cavabdeh1 ilə Cavabdeh4 arasında imzalanmış ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 40 kv.m olan 2 otaqlı mənzilə dair daşınmaz əmlakın AN-İ № 1251558, 23 aprel 2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilələr əsasında mənzillərə dair verilmiş mülkiyyət hüququna dair çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

20. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 həyat yoldaşı X30 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il hökmünə görə "xxxx" MTK-nın sədri vəzifəsini icra etmiş X41 07 avqust 2013-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə İddiaçı1 119.500 manat, 2014-cü ilin may ayında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə X2 180.000 manat, 2013-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə X5 55.000 manat, 05 fevral 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə X13 58.800 manat, 26 fevral 2014-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə X1 32.000 manat, 12 mart 2014-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə X3 70.000 manat və 31 mart 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən 20.000 manat, 01 aprel 2014-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə X14 73.000 manat, 05 aprel 2014-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə X6 87.000 ma nat, 17 may 2014-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə X4 88.000 manat, 19 may 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə İddiaçı5 94.000 manat, 23 aprel 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə Əli-zadə İsmayıl Nağı oğlundan 128.000 manat, 27 iyul 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə İddiaçı2 100.000 manat, 31 iyul 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə X15 114.000 manat, 02 avqust 2014-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə İddiaçı4 100.000 manat, 07 avqust 2014-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə X20 100.000 m anat, mənzil satmaq adı ilə X10 40.500 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Həmin hökmlə cavabdeh X24 100.000 manat pul alınaraq İddiaçı2, 137.000 manat pul alınaraq X7, 73.000 manat pul alınaraq X21, 114.000 manat pul alınaraq X22, 75.000 manat pul alınaraq X25, 337.760 manat pul alınaraq İddiaçı1, 69.000 manat pul alınaraq İddiaçı5, 100.000 manat pul alınaraq zərərçəkmiş X16, 100.000 manat pul alınaraq İddiaçı4 ödənilməlidir. Hökmlə zərərin hesabına cavabdeh X24 X8 190.000 manat, X17 86.000 manat, X23 58.800 manat, X18 81.000 manat, X26 100.000 manat alınaraq ödənilməlidir. Həmin hökmlə Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli qərarı ilə cavabdeh X11 adına rəsmiləşdirilmiş cavabdeh "xxxx" MTK-ya məxsus olan ünvan 5 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs və Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə Cavabdeh2 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin üzərinə qoyulmuş həbs götürülsə də, Bakı Apellyasiya Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qərarı ilə həmin daşınmaz əmlakların üzərinə qoyulmuş həbs bərpa edilmiş və zərərçəkmişlərə vurulmuş maddi ziyanın ödənilməsi həmin mənzillərə yönəldilmişdir. Ali Məhkəmənin Cinayət kollegiyasının 22 noyabr 2019-cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 13 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Lakin, yaxın zamanlarda icra tədbirləri ilə maraqlanan zaman icra məmu ru iddiaçılara bildirmişdir ki, Cavabdeh2 adına olan Bakı şəhəri, A.Quliyev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillər artıq başqa bir şəxsin Cavabdeh1 adına sənədləşdirilmişdir. İddiaçı Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev (hazırda Aqil Quliyev) küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərinin həbsdən azad edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. İddiaçılar işdə iştirak etməyə cəlb edilməyən, qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslər kimi Bakı şəhəri Səbail Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş, məhkəmənin 04 dekabr 20 23-cü il tarixli qərardadı ilə qətnamənin onların hüquqlarına toxunduğunun müəyyən edilmişdir. Həmin qətnamədən iddiaçılar işdə iştirak etməyə cəlb edilməyən, qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslər kimi apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2024-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 02 may 2024-cü il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlamışdır. Cavabdeh2 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə mənzillərin üzərindən həbs götürüldükdən sonra, Daşınmaz Əmlakın Alqısatqı müqaviləsi ilə 02 iyul 2022-ci il t arixində ünvan 3 ünvanında yerləşən 2 otaqlı mənzili və mənzil 16, 17 ünvanında yerləşən 2 otaqlı mənzili Cavabdeh1 mülkiyyətinə vermişdir. Mənzillərə dair alqı-satqı müqavilələri mənzillər üzərindən həbsin götürülməsi əsası sıradan çıxmaqla qanunsuz olmuşdur.

21. Cavabdeh1 iddiaya etiraz edərək göstərmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Baş prokurorluğuna qarşı “əmlakın həbsdən azad edilməsi” tələbinə dair mülki işə baxaraq, Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsi (hazırda Aqil Quliyev küçəsi) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərinin həbsdən azad edilməsi qət edilmişdir. Həmin qətnamədən iş üzrə cavabdeh Azərbaycan Respublikasının Baş prokurorluğu apellyasiya şikayəti verməmiş, qətnamə qanuni qüvvəyə minmiş, icra vərəqəsi verilmiş və Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsi (hazırda Aqil Quliyev küçəsi) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzilləri müvafiq icra orqanı tərəfindən həbsdən azad edilmişdir. Həmin mənzillər həbsdən azad edildikdən sonra, yəni onun üzərində hər hansı yüklülük və məhdudiyyətlər olmadığı dövrdə yəni - 02 iyul 2022-ci il tarixdə satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh1 arasında 02 iyul 2022-ci il tarixli alqı-satqı müqavilələri bağlanılmışdır. Cavabdeh2 əri X30 məhkum olunduğu cinayət işi üzrə zərərçəkmiş şəxslər məhkəmənin bu qətnaməsindən maraqlı şəxs kimi ancaq 24 noyabr 2023-cü il tarixində apellyasiya şikayəti vermiş və bu qətnamənin ləğv edilməsini xahiş etmişlər. Mübahisə edilən alqı-satqı müqaviləsi bağlanan zaman mülki qanunvericiliyin hər hansı tələbi pozulmamışdır. İstər Bakı şəhəri Səbail Rayon Məhkəməsində, istərsə də Bakı Apellyasiya Məhkəməsində icraat vaxtı mübahisə tərəfi iddiaçı Cavabdeh2 olmuşdur. Həmin icraatlarda Cavabdeh1 heç bir prosessual şəxs kimi, yəni iddiaçı və ya cavabdeh şəxs olmamışdır. Cavabdeh1 istər 02 iyul 2022-ci il tarixdə alıcı qismində adı çəkilən mənzilləri satıcı Cavabdeh2 alan zaman, istərsə də 23 aprel 2024-cü il tarixində satıcı qismində alıcı Cavabdeh4 satan zaman əmlakın üzərində heç bir yüklülük və məhdudiyyətlər olmamış, müqavilələr mülki qanunvericiliyin tələblərinə tam uyğun olaraq rəsmiləşdirilmişdir. Cavabdeh1 23 aprel 2024-cü il tarixində satıcı qismində alıcı Cavabdeh4 əmlakı satan zaman isə əmlakın tam mülkiyyətçisi olmuşdur.

22. Birinci instansiya məhk əməsində Cavabdeh4 nümayəndəsi X36 iddiaya etiraz edərək bildirmişdir ki, iki mənzilin çıxarışları ayrıdır, lakin mənzillər birləşdirilmişdir. Cavabdeh1la razılaşmışlar ki, 2025-ci ilin sonuna qədər mənzili təhvil versinlər, iki il ərzində 2024-cü ilin sonunadək 350 manat, 2024-cü ilin yanvar ayından 400 manat kirayə haqqı verəcəkdir. Bacanağı və qayını o ərazidə yaşayırlar, onlar vasitəsilə həmin məhəllədə mənzil satıldığını öyrənmiş və qiyməti ucuz olduğu üçün almaq qərarına gəlmişlər. Cavabdeh4 oğlu şəhid olmuş, bununla bağlı dövlət tərəfindən onun ailəsinə müəyyən pul məbləği kompensasiya kimi verilmişdir. Cavabdeh bu mənzilləri qardaşının uşaqları üçün almışlar. Mənzillərin mübahisəli olması barədə məlumatları olmamış, mənzilləri qanuni əsaslarla almışlar.

23. Bakı şəhəri Səbail Ray on Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2(009)1702/2024 nömrəli qətnaməsi ilə (hakim R.Qafarova) iddianın təmin edilməsi, Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 02 iyul 2022-ci il tarixdə təsdiq edilmiş Cavabdeh2 ilə Cavabdeh1 arasında imzalanmış ünvan 3 ünvanında yerləşən mənzilə dair daşınmaz Əmlakın AN-İ № 1059118, 02 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 02 iyul 2022-ci il tarixdə təsdiq edilmiş Cavabdeh2 ilə Cavabdeh1 arasında imzalanmış ünvan 4 ünvanında yerləşən mənzilə dair daşınmaz əmlakın AN-İ № 1059119, 02 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeyd edilən müqavilələr əsasında mənzillərə dair Cavabdeh1 a dına verilmiş mülkiyyət hüququna dair xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ların ləğv edilməsi, Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 23 aprel 2024-ci il tarixdə təsdiq edilmiş Cavabdeh1 ilə Cavabdeh4 arasında imzalanmış ünvan 3 ünvanında yerləşən mənzilə dair daşınmaz əmlakın AN-İ № 1251557, 23 aprel 2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 23 aprel 2024-ci il tarixdə təsdiq edilmiş Cavabdeh1 ilə Cavabdeh4 arasında imzalanmış ünvan 4 ünvanında yerləşən mənzilə dair daşınmaz əmlakın AN-İ № 1251558, 23 aprel 2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın AN-İ № ******* və AN-İ № ********* saylı, 23 aprel 2024-cü il tarixli alqı-satqı müqavilələri əsasında mənzillərə dair Cavabdeh4 adına verilmiş mülkiyyət hüququna dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ların ləğv edilməsi, 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2, X22, İddiaçı4 və İddiaçı5 ödənilməsi qət edilmişdir.

24. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 mübahisəli mənzilləri satmaq, Cavabdeh1 isə almaq kimi bir niyyətləri olmamışdır. Müəyyən edilmişdir ki, həmin müqavilə üzrə tərəf olan Cavabdeh1 digər Cavabdeh2 bacısının əridir və onları n hər ikisi müqavilələri imzalayarkən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qətnaməsinin qanuni qüvvəsində olmasına baxmayaraq Şahin Əliyevin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmünün Bakı Apellyasiya Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qərarı ilə dəyişdirilərək hökmün sözügedən mənzillər üzərində həbsin götürülməsi hissəsində ləğv edilməsi, beləliklə həbsin bərpa edilməsi və zərərçəkmişlərə vurulmuş maddi ziyanın ödənilməsinin həmin mənzillərə yönəldilməsi, başqa sözlə vurulmuş maddi ziyanın ödənilməsinə yönəlmiş əmlakların mülki məhkəmə icraatının predmeti ola bilməyəcəyi barədə tam məlumatlı idilər. Belə olan halda, Cavabdeh1 qeyd edilən müqavilələr üzrə vicdanlı əldə edən kimi qiymətləndirilə bilməz.

25. M əhkəmə hesab etmişdir ki, Cavabdeh4 yuxarıda adları qeyd edilən şəxslərlə yaxınlığı, qohumluğu və əvvəldən tanışlığı olması kimi hallar müəyyən edilməsə də, onun əldə etdiyi mənzillər əvvəlcə vicdanlı olaraq əldə etməyən Cavabdeh1 mənzillərin məhz ona satmaqda niyyətinin bu mənzillər üzərində həbsin bərpa edilməsindən sonra zərərçəkmişlərə vurulmuş maddi ziyanın ödənilməsinin həmin mənzillərə yönəldilməsinin qarşısını almaq, artıq digər şəxsin mülkiyyətində olan mənzillərə tutmanın yönəldilə bilinməməsi görüntüsünü yaratmaq olmuşdur.

26. Belə olan halda məhkəmə hesab etmişdir ki, Cavabdeh1 ilə Cavabdeh4 arasında imzalanmış alqı-satqı müqavilələrinin zahiri görüntüsünə görə qanunvericiliyin tələblərinə uyğun formada tərtib edilməsi müşahidə edilsə də, yuxarıda qeyd edilən cinayət işi üzrə zərərçəkmişlərə vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə həmin mənzillərin üzərində həbsin bərpa edilməsi baxımından bu alqı-satqı müqavilələri qanuni əsaslarla bağlanmış əqdlər kimi qiymətləndirilə bilməz.

27. Məhkəmə Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsində (hazırda Aqil Quliyev) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin həbsdən azad edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qətnamədən iş üzrə cavabdeh Azərbaycan Respublikasının Baş prokurorluğu apellyasiya şikayəti verməməsi, qətnamənin qanuni qüvvəyə minməsi, icra vərəqəsi verilməsi, mənzillərin müvafiq icra orqanı tərəfindən həbsdən azad edilməsi, 02 iyul 2022-ci il tarixdə alıcı qismində adı çəkilən mənzilləri satıcı Cavabdeh2 alan zaman və Cavabdeh4 satan zaman əmlakların üzərində heç bir yüklülük və məhdudiyyətlər olmamasına, eləcə də müqavilələrin mülki qanunvericiliyin tələblərinə tam uyğun olaraq rəsmiləşdirilməsinə istinad etməsinə qiymət verərək cavabdehin bu arqumentləri ilə razılaşmamış və iddiaya etirazının dəlilləri ilə bağlı cavabdeh tərəfin verdiyi izahatlarını iddianın əsassız olması üçün yetərli sübut kimi qiymətləndirməmişdir.

28. Birinci instansiya məhkəməsi cavabdeh tərəfin iddiaya etiraz ilə izahatlarına tənqidi yanaşaraq qeyd etmişdir ki, Cavabdeh1 mübahisəli mənzilləri əldə edərkən əmlakların üzərində heç bir yüklülük və məhdudiyyətlər olmasa da, onun baldızı Cavabdeh2 alqı-satqı müqavilələri əsasında əldə edilməsi baxımından vicdanlı alıcı olmamış və mənzillər üzərində həbsin azad edilməsinə dair qətnamənin ləğv edilməsindən sonra Cavabdeh4 ilə bağladığı növbəti əqdlər də əvvəlki əqd kimi zərərçəkmişlərə vurulmuş maddi ziyanın ödənilməsinin həmin mənzillərə yönəldilməsinin qarşısını almaq məqsədini daşımışdır.

29. Məhkəmə Cavabdeh4 qohumları vasitəsilə satılan mübahisəli mənzillərin təklif olunması və mənzillərin daha ucuz qiymətə satılmasına görə əldə etməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdehin bu mövqeyi əsaslı sayıla bilməz. Belə ki, mənzili alan şəxsin əmlakın legitimliyinə dair lazımi araşdırma aparması vəzifəsi qanunvericilikdə nəzərdə tutulmasa da, o, mənzillərin satışı barədə heç yerdə elanın verilməməsi və ucuz satılmasını nəzərə alaraq, mənzillərin alınmasından öncə lazımi ehtiyatlılıq tədbirləri görməli, qeyd edilən halların səbəbləri ilə maraqlanmalı və bundan sonra müəyy ən qərara gəlməli idi.

30. Məhkəmə hesab etmişdir ki, Cavabdeh4 digər cavabdehlər olan Cavabdeh2 ilə Cavabdeh1 ilə məhkəmə hökmünün icrasının zərərçəkmişlərə vurulmuş maddi ziyanın ödənilməsinin həmin mənzillərə yönəldilməsinin qarşısını almaq niyyətlərinin həyata keçirilməsində birbaşa aktiv rolu olmasa da, hətta əqdlər üzrə vicdanlı alıcı sayılmış olsa belə, onunla bağlanmış müqavilələrin etibarsız sayılmaması cinayət işi üzrə zərərçəkmiş kimi tanınmış, hazırkı iş üzrə iddiaçıların onlara vurulan maddi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının adından çıxarılmış qərarının bu hissədə icrasının mümkünsüzlüyünə gətirib çıxarmaqla sözügedən şəxslərin qanunla qorunan hüquqlarına xələl gətirə bilər.

31. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki M əcəlləsinin 324.5, 337.1, 337.4, 337.5, 340.2, 404.1, 405.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 119.1, 217.3, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli, “B.Qasımovun şikayəti üzrə” 09 dekabr 2019-cu il və “N.Əsədovanın şikayəti üzrə” 12 aprel 2021-ci il tarixli, “N.Hacıyevanın şikayəti üzrə” 10 mart 2020-ci il və “X.Mirzəliyevin şikayəti üzrə” 17 sentyabr 2021-ci il tarixli, “X.Mirzəliyevin şikayəti üzrə” 17 sentyabr 2021-ci il tarixli, “X12 şikayəti üzrə” 08 may 2008-ci i l tarixli Qərarlarına, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli qərardadına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

32. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. Qətnamədən həmçinin Cavabdeh4 apellyasiya şikayəti verərək, onun ləğv olunması və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2025-ci il tar ixli, 2(103)-1623/2025 nömrəli qətnaməsi ilə (hakim A.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər M.Məmmədovdan və F.Talışinskidən ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

35. Birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşan apellyasiya kollegiyası hesab etmişdir ki, baxılan iş üzrə etibarsızlığı tələb edilən Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqavilələri əhəmiyyətsiz olan əqdlər kateqoriyasına daxildir.

36. Belə ki, Cavabdeh2 mübahisəli mənzilləri satmaq, Cavabdeh1 isə almaq kimi bir niyyətləri olmamışdır. Müəyyən edilmişdir ki, həmin müqavilə üzrə tərəf olan Cavabdeh1 digər Cavabdeh2 bacısının əridir və onların hər ikisi müqavilələri imzalaya rkən Səbail Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qətnaməsinin qanuni qüvvəsində olmasına baxmayaraq Şahin Əliyevin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmünün Bakı Apellyasiya Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qərarı ilə dəyişdirilərək hökmün sözügedən mənzillər üzərində həbsin götürülməsi hissəsində ləğv edilməsi, beləliklə həbsin bərpa edilməsi və zərərçəkmişlərə vurulmuş maddi ziyanın ödənilməsinin həmin mənzillərə yönəldilməsi, başqa sözlə vurulmuş maddi ziyanın ödənilməsinə yönəlmiş əmlakların mülki məhkəmə icraatının predmeti ola bilməyəcəyi barədə tam məlumatlı idilər. Belə olan halda Cavabdeh1 qeyd edilən müqavilələr üzrə vicdanlı əldə edən kimi qiymətləndirilə bilməz.

37. Belə ki, birinci instansiya məhkəməsi haqlı ola raq qeyd etmişdir ki, qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka 3-cü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Qanunvericilik vicdanlılığın qoruyucu təsirindən yararlana bilməsi üçün bəzi hallarda şəxsin müəyyən vaxt ərzində vicdanlı olmasını, bəzi hallarda isə müəyyən bir anda vicdanlı olmasını şərt qoymuşdur. Qanunvericilikdən də göründüyü ki mi daşınmaz əmlaka hüquqlar əldə edərkən reyestrə güvənən üçüncü şəxsin əldə etdiyi hüquqlarının qorunmasının məhz onun hüquqları əldə edərkən vicdanlı olması halında mümkün olduğu müəyyən edilmişdir.

38. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış əqdlərin yalan əqd olmaqla görüntü xatirinə bağlanmasını, eləcə də sonuncunun vicdanlı əldə edən olmamasını təsdiq edən digər hal da, onun Cavabdeh2 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 28 fevral 2024-cü il tarixli qərardadından verdiyi kassasiya şikayətinin nəticəsini gözləmədən təkrarən Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən 23 aprel 2024-ci il tarixdə təsdiq edilmiş n övbəti müqavilələr əsasında mübahisəli mənzilləri Cavabdeh4 satmasıdır. Belə ki, bu alqı-satqı müqavilələrinin təsdiqindən sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 02 may 2024-cü il tarixli qərarı ilə sözügedən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirmədən saxlamışdır.

39. Beləliklə də, qanuni qüvvəsini almış məhkəmə aktları ilə mübahisəli mənzillər üzərində həbslər bərpa edilmiş və burada məqsəd zərərçəkmişlərə vurulmuş maddi ziyanın ödənilməsi olmuşdur.

40. Göstərilənlərə əsasən Cavabdeh4 yuxarıda adları qeyd edilən şəxslərlə yaxınlığı, qohumluğu və əvvəldən tanışlığı olması kimi hallar müəyyən edilməsə də, onun əldə etdiyi mənzillər əvvəlcə vicdanlı olaraq əldə etməyən Cavabdeh1 mənzillərin məhz ona satmaqda niyyətinin bu mənzillər üzərində h əbsin bərpa edilməsindən sonra zərərçəkmişlərə vurulmuş maddi ziyanın ödənilməsinin həmin mənzillərə yönəldilməsinin qarşısını almaq, artıq digər şəxsin mülkiyyətində olan mənzillərə tutmanın yönəldilə bilinməməsi görüntüsünü yaratmaq olmuşdur.

41. Belə olan halda, Cavabdeh1 ilə Cavabdeh4 arasında imzalanmış alqı-satqı müqavilələrinin zahiri görüntüsünə görə qanunvericiliyin tələblərinə uyğun formada tərtib edilməsi müşahidə edilsə də, yuxarıda qeyd edilən cinayət işi üzrə zərərçəkmişlərə vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə həmin mənzillərin üzərində həbsin bərpa edilməsi baxımından bu alqı-satqı müqavilələri qanuni əsaslarla bağlanmış əqdlər kimi qiymətləndirilə bilməz.

42. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsində (hazırda Aqil Quliyev) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin həbsdən azad edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-134/2022 saylı iş üzrə 13 aprel 2022-ci il tarixli qətnamədən iş üzrə cavabdeh Azərbaycan Respublikasının Baş prokurorluğu apellyasiya şikayəti verməməsi, qətnamənin qanuni qüvvəyə minməsi, icra vərəqəsi verilməsi, mənzillərin müvafiq icra orqanı tərəfindən həbsdən azad edilməsi, 02 iyul 2022ci il tarixdə alıcı qismində adı çəkilən mənzilləri satıcı Cavabdeh2 alan zaman və Cavabdeh4 satan zaman əmlakların üzərində heç bir yüklülük və məhdudiyyətlər olmamasına, eləcə də müqavilələrin mülki qanunvericiliyin tələblərinə tam uyğun olaraq rəsmiləşdirilməsinə istinad etməsinə qiymət verərək, cavabdehin bu a rqumentləri ilə razılaşmamış və iddiaya etirazının dəlilləri ilə bağlı cavabdeh tərəfin verdiyi izahatlarını iddianın əsassız olması üçün yetərli sübut kimi qiymətləndirməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

43. Cavabdeh1 və Cavabdeh4 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələblərinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini və ya işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

44. Məzmunları oxşar olan həmin kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikas ı Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152.1, 140-cı, Mülki Prosessual Məcəllənin 9, 217-ci maddələrinin tələbləri pozulmuşdur.

45. Belə ki, 13 aprel 2022-ci il tarixində Bakı şəhəri Səbail Rayon Məhkəməsi iddiaçı Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Baş prokurorluğuna qarşı “əmlakın həbsdən azad edilməsi” tələbinə dair mülki işə baxaraq, Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsi (hazırda Aqil Quliyev küçəsi) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərinin həbsdən azad edilməsi iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Həmin qətnamədən iş üzrə cavabdeh Azərbaycan Respublikasının Baş prokurorluğu apellyasiya şikayəti verməmiş, qətnamə qanuni qüvvəyə minmiş, icra vərəqəsi verilmiş və mənzillər müvafiq icra orqanı tərəfindən həbsdən azad edilmişdi r. Bundan sonra, yəni mənzillərin üzərində hər hansı yüklülük və məhdudiyyətlər olmadığı dövrdə, 02 iyul 2022-ci il tarixdə satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh1 arasında alqı-satqı müqavilələri bağlanılmışdır. Cavabdeh2 əri X30 məhkum olunduğu cinayət işi üzrə zərərçəkmiş şəxslər isə məhkəmənin bu qətnaməsindən maraqlı şəxs kimi ancaq 24 noyabr 2023-cü il tarixində apellyasiya şikayəti vermiş və bu qətnamənin ləğv edilməsini xahiş etmişlər. 28 fevral 2024-cü il tarixində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası həmin şikayətə baxmış, maraqlı şəxslərin apellyasiya şikayətini qismən təmin etmiş, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə iş üzrə icraata xitam vermişdir. Adı çəkilən sənədlərdən göründüyü kimi mübahisə edilən alqı-satqı müqaviləsi bağlanan zaman mülki qa nunvericiliyin hər hansı tələbi pozulmamışdır. İstər Bakı şəhəri Səbail Rayon Məhkəməsində, istərsə də Bakı Apellyasiya Məhkəməsində icraat vaxtı mübahisə tərəfi Cavabdeh2 olmuş, həmin icraatlarda Cavabdeh1 heç bir prosessual şəxs kimi, yəni iddiaçı və ya cavabdeh şəxs olmamışdır. Cavabdeh1 istər 02 iyul 2022-ci il tarixdə alıcı qismində adı çəkilən mənzilləri satıcı Cavabdeh2 alan zaman, istərsə də 23 aprel 2024-cü il tarixində satıcı qismində alıcı Cavabdeh4 satan zaman əmlakın üzərində heç bir yüklülük və məhdudiyyətlər olmamış, müqavilələr mülki qanunvericiliyin tələblərinə tam uyğun olaraq rəsmiləşdirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə mənzillərin mülkiyyətçiləri olan Cavabdeh1 və digər vicdanlı alıcı Cavabdeh4 mülkiyyət hüquqları pozulmuşdur. Bundan başqa, B akı Apellyasiya Məhkəməsində bu işə məhkəmə baxışı 26 fevral 2025-ci il tarixinə saat 12.00-a təyin edilmişdir. Məhkəmə baxışından bir gün öncə vəkil elektron məhkəmə sisteminə ərizə yükləyərək, məhkəmə iclasının digər vaxta təyin edilməsini xahiş etmiş, lakin məhkəmə bu vəsatəti təmin etməmiş, tərəfləri dinləmədən müşavirəyə çıxaraq qətnamə qəbul etmişdir. Kassatorlardan Cavabdeh1 Qarabağ müharibəsi iştirakçısıdır, Xocalı soyqırımı qurbanlarının canlı şahididir, 2-ci qrup əlildir. Həmin tarixdə Xocalı soyqırımına həsr olunmuş tədbirdə iştirak etmişdir. Digər kassatorun nümayəndəsi olan oğlu X36 isə hərbi qulluqçu kimi ezam olunduğundan, məhkəmədə iştirak edə bilməmişdir.

46. Kassasiya şikayətlərinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qa ydasında baxılmışdır.

47. Kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

48. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

49. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlərlə bütövlüklə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının hədlərini kassasiya şikayətlərinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

50. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyə t hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən reyestrin məzmununu n qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, d igər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normaları nın pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 53. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxıla n iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

54. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında mübahisəli daşınmaz əmlaklara dair bağlanmış 02 iyul 2022-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız olmaları hissəsində ap ellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarına uyğun olsa da, Cavabdeh1 və Cavabdeh4 arasındakı müqavilələrin etibarlığına hüquqi qiymət verilərkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir.

55. İlk olaraq məhkəmə kollegiyası cavabdehlərin Mülki Prosessual Məcəlləsinin 9cu maddəsi ilə təmin hüquqlarının pozulmasına dair kassasiya şikayətlərinin dəlillərini əsassız hesab edir.

56. Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdehlər apellyasiya instansiyası məhkəməsindəki iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, onların nümayəndəsi olan Vəkil məhkəmə iclasında iştirak etmiş, sonuncu cavabdehlərin hazırkı kassasiya şikayətlərində qeyd olunan səbəblərə görə məhkəmədə iştirak edə bilməmələrini göstərməklə, məhkə mə iclasının təxirə salınmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi bu vəsatəti müzakirə edərək, cavabdehlərin səlahiyyətli nümayəndəsi ilə təmsil olunduqlarını əsas gətirməklə, işə baxılmasını mümkün hesab etmişdir.

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin bu qərarı ilə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə uyğun olmuş və kassatorların ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi hüquqları pozulmamışdır.

58. Məhkəmə kollegiyası həmçinin, Cavabdeh2 ilə Cavabdeh1 arasında mübahisəli daşınmaz əmlaklara dair bağlanmış 02 iyul 2022-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız olması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşır.

59. Belə ki, apel lyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində tərəflərin izahatları və işdə olan sübutları qiymətləndirərək, Cavabdeh2 Cavabdeh1la qohum olmalarını, sonuncunun müqavilələri imzalayarkən Şahin Əliyevin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmünün Bakı Apellyasiya Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qərarı ilə dəyişdirilərək, mənzillərin üzərindəki həbsin bərpa edilməsi barədə məlumatlı olmasını müəyyən etdiyindən, əsaslı olaraq qeyd olunan müqavilələrin uydurma əqd kimi əhəmiyyətsiz olmaları nəticəsinə gəlmişdir.

60. Kassatorların bu hissədə Mülki Məcəllənin 140-cı maddəsinə istinadları əsassızdır. Bu səbəbdən ki, alıcı olan Cavabdeh1 daşınmaz əmlakın dövlət reyestrindəki qeydin qeyri-dəqiq olmasını bilməsi məhkəmə tərəfindən mü əyyən olunmuşdur. Belə olan halda, Cavabdeh1 qeyd edilən müqavilələr üzrə vicdanlı əldə edən kimi qiymətləndirilə bilməz.

61. Bununla belə, apellyasiya instansiyası məhkəməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh4 arasındakı 23 aprel 2024-cü il tarixli müqavilələri də etibarsız hesab etmişdir.

62. Lakin, nəzərə alınmalıdır ki, qeyd olunan müqavilələr bağlanarkən mübahisəli mənzillərin üzərindəki həbsin götürülməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 28 fevral 2024-cü il tarixli qərardadı ilə ləğv olunsa da, daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeyd bərpa edilməmişdir.

63. Apellyasiya instansiyası məhkəməsi bu hissədə mövqeyinin əsaslandırılması zamanı göstərmişdir ki, “Cavabdeh4 yuxarıda adları qeyd edilən şəxs lərlə yaxınlığı, qohumluğu və əvvəldən tanışlığı olması kimi hallar müəyyən edilməsə də, onun əldə etdiyi mənzillər əvvəlcə vicdanlı olaraq əldə etməyən Cavabdeh1 mənzillərin məhz ona satmaqda niyyətinin bu mənzillər üzərində həbsin bərpa edilməsindən sonra zərərçəkmişlərə vurulmuş maddi ziyanın ödənilməsinin həmin mənzillərə yönəldilməsinin qarşısını almaq, artıq digər şəxsin mülkiyyətində olan mənzillərə tutmanın yönəldilə bilinməməsi görüntüsünü yaratmaq olmuşdur”.

64. Yəni, apellyasiya instansiyası məhkəməsi 23 aprel 2024-cü il tarixli alqı-satqı müqavilələrini satıcı Cavabdeh1 vicdansız hərəkətlərinə görə (iddiaçılara vurulmuş maddi ziyanın bu mənzillərə yönəldilməsinin qarşısının alınması məqsədi ilə bağlanması) etibarsız hesab etmişdir.

65. Məhkəmə kollegiyası hesab edir ki, apellya siya məhkəməsinin mövqeyi bu hissədə Mülki Məcəllənin 140, 148.2, 149.2 və 340.1-ci maddələrin tələblərinə zidd olmuşdur.

66. Belə ki, məhkəmə qərarı ilə tutulan borcun mübahisəli mənzillərə yönəldilməsinin qarşısının alınmasına dair satıcının niyyəti özü-özlüyündə bu müqavilələrin formal, görünüş üçün bağlanmış olmasına dəlalət etmir.

67. Mülki Məcəllənin 340.1-ci maddəsinin dispozisiyasından görünür ki, uydurma əqdin aşağıdakı əlamətləri mövcuddur: - bu əqdi bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə uyğun hüquqi nəticə, yəni tərəflər üçün hüquq və vəzifələr yaranmır, belə niyyət də mövcud deyildir; - əqdin tərəfləri bununla formal hüquqi görünüş yaradaraq, tam başqa məqsəd güdürlər. Bu məqsədin hüquqazidd xarakter daşıması: vergi ödəməkdən yayınması, cinayət yol u ilə əldə edilmiş əmlakı müsadirə olunmaqdan xilas edilməsi, öhdəliyini icra etməkdən boyun qaçırması, birgə nikah dövründə əldə olunmuş əmlakın ər-arvad arasında bölünməsinin qarşısının alınması və s. istisna olunmur.

68. Göstərilən hallara görə uydurma əqd qanunazidd və məzmunu qüsurlu olduğu üçün əhəmiyyətsizdir.

69. Göründüyü kimi, maddi hüquq normasının dispozisiya şərtlərinə əsasən uydurma əqd kimi qiymətləndirilməsi üçün həmin əqddə iştirak edən bütün tərəflərin müqaviləni hüquqi nəticə yaratmaq niyyəti olmadan bağlanması sübut olunmalıdır ki, apellyasiya məhkəməsi belə sübutlara istinad etməmişdir.

70. Əqdin bu əlamətləri məhkəmə tərəfindən müəyyən olunmadığı halda isə, növbəti mərhələ olaraq alıcının Mülki Məcəllənin 140-cı maddəsinin tələblərinə uyğun olaraq vicdanlılığına (yəni aldığı mənzillərə dair daşınmaz əmlakın dövlət reyestrindəki qeydin qeyri-dəqiq olmasını bilərək həmin mənzilləri mülkiyyətlərinə almalarına) hüquqi qiymət verilməlidir.

71. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarında göstərmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. 72. “S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumumu göstərmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.

73. Göründüyü kimi, MM-in 140-cü maddəsinin mahiyyəti ondan ibarətdir ki, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin qeyri-dəqiq olması müəyyən edildiyi anadək, həmin qeydə əsasən həyata keçirilmiş əqdlər (yalnız əqdin xeyrinə hüquq özgəninkiləşdirilən tərəfinin qeydin qeyri-dəqiq olmasını bildiyi hal istisna olmaqla) əsasında hər bir şəxsin əldə etdikləri hüquqlar müdafiə edilməlidir. Bu zaman ilkin qeydin hansı əsasla edilməsi, o cümlədən qanunsuz olması əhəmiyyət kəsb etmir. Qeydin yalnız qanuni əsaslarla həyata keçirildiyi halda d aşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamlığı prezumpsiyasının qüvvədə olması və əldə edən şəxsin hüquqlarının müdafiə olunması, həmin normanın mahiyyətinə ziddir və zərurətini aradan qaldırır. Mülki Məcəllənin 148.2 və 149.2-ci maddələrinin məzmunu da, qeyd olunanları təsdiq edir. Belə ki, həmin müddəalara görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları, habelə əsassız dövlət qeydiyyatının dəyişdirilməsi zamanı vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqlar müdafiə olunmalı və saxlanılmalıdır.

74. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, məhkəmənin hazırki mövqeyi apellyasiya məhkəməsi tərəfindən birmənalı olaraq Cavabdeh4 əmlakın vicdanlı alıcısı olm asına dair göstərişi kimi qiymətləndirilməməlidir.

75. Belə ki, alıcının əqdləri formal, alqı-satqıya uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan bağlanmasının əlamətləri kimi bu əmlakların alqı-satqı qiymətlərinin həqiqi dəyərlərindən kəskin fərqli olması, əmlakların dəyərinin ödənilməməsi, alıcı və satıcının yaxın münasibətlərdə olması, alqı-satqının satıcı tərəfindən müvafiq elanlar verilmədən, alıcının isə alternativ alış variantları araşdırmadan həyata keçirilməsi, alıcının aldığı mənzillərə baxmadan alqı-satqı müqaviləsi imzalaması, alıcının mənzilləri adına qeydə alsa da, faktiki sahibliyinə keçirməməsi, onların uzun müddət ərzində satıcının istifadəsində qalması və s. bu kimi hallar ola bilər ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin bu hallarla bağlı tərəflərin verdi kləri izahatlara və təqdim etdikləri sübutlara Mülki Prosessual Məcəllənin 88, 106.1-ci maddələrinə əsasən hüquqi qiymət verilməmişdir.

76. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il ta rixli Qərarı).

77. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

78. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətna məsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

79. Odur ki, qətnamə qeyd olunan hissədə maddi və prosessual hüquq normalarına uyğun olmadığından ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

80. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mövcul iddia tələblərinə tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.

81. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2025-ci il tarixli, 2(103)-1623/2025 nömrəli qətnaməsi iddianın “Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 23 aprel 2024-ci il tarixdə təsdiq edilmiş Cavabdeh1 ilə Cavabdeh4 arasında imzalanmış ünvan 3 ünvanında yerləşən mənzilə dair daşınmaz əmlakın AN-İ № 1251557, 23 aprel 2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin; Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 23 aprel 2024-ci il tarixdə təsdiq edilmiş Cavabdeh1 ilə Cavabdeh4 arasında imzalanmış ünvan 6 ünvanında yerləşən mənzilə dair daşınmaz əmlakın AN- İ № 1251558, 23 aprel 2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin; Daşınmaz əmlakın AN-İ № ******* və AN-İ № ********* saylı, 23 aprel 2024-cü il tarixli alqı-satqı müqavilələri əsasında mənzillərə dair Cavabdeh4 adına verilmiş mülkiyyət hüququna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışların ləğv edilməsinin” təmin olunan hissəsində ləğv edilsin və iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar