Məhkəmə qərarları › İş №2(102)-1916/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1916/2021

29.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1916/2021 29.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1916/2021 (Açar sözlər: kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4741/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açı q məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Borc verən Cavabdeh ilə borc alan İddiaçı arasında bağlanmış 14 iyun 2016-cı il tarixli kredit müqaviləsinə əsasən borc verən borc alana 12000 ABŞ dolları məbləğində pul borc verir, borc alan krediti 14.09.2016-cı il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında 14.06.2016-cı il tarixdə bağlanmış və Bakı Şəhəri 5 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək qeydə alınmış “Kredit müqaviləsinin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsasl andırılmışdır ki, qeyd edilən “Kredit müqaviləsi” ilə nəzərdə tutulmuşdur ki, cavabdeh iddiaçıya guya 3 ay müddətinə 12.000 ABŞ dolları məbləğində pulu borc vermişdir. Əslində cavabdeh tərəfindən iddiaçıya borc verilməmiş, ümumiyyətlə cavabdeh ilə iddiaçı arasında borc münasibətləri olmamışdır. Faktiki olaraq isə cavabdehin anası Nəzakət Musayeva iddiaçının arvadı Nina Maqaldadzeyə 14.09.2016-cı il tarixədək 12.000 ABŞ dolları məbləğində borc vermiş, lakin bu hal qeyd edilən “Kredit müqaviləsi” ilə rəsmiləşdirilmişdir. Bu hal X2rşı irəli sürdüyü və Səbail Rayon Məhkəməsinin icraatında olan iddia ərizəsi ilə mübahisəsiz olaraq təsdiq olunur. Belə ki, Nəzakət Musayeva həmin iddia ərizəsində etiraf edir ki, 12.000 ABŞ dolları onun tərəfindən Nina Maqaldadzeyə verilmişdir. Bundan başqa (hazırk i iş üzrə iddiaçı) İddiaçı (hazırki iş üzrə cavabdeh) Taliə Musayevaya və başqalarına qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi” barədə iddiası olmuşdur. Həmin iddia ərizəsi əsasında başlanmış mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi 22.10.2018-ci il tarixli qərarında (İş № 2(102)-6526/2018) da müəyyən edilmişdir ki, 12.000 ABŞ dolları məbləğində borc Nəzakət Musayeva tərəfindən Nina Maqaldadzeyə verilmiş, lakin bu hal yuxarıda qeyd edilən “Kredit müqaviləsi” ilə rəsmiləşdirilmişdir. Göstərilənlərə əsaslanaraq iddiaçı hesab edir ki, onunla cavabdeh arasında 14.06.2016-cı il tarixdə bağlanmış və Bakı Şəhəri 5 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək qeydə alınmış “Kredit müqaviləsinin” etibarsız hesab e dilməsi barədə qətnamə qəbul edilməlidir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.Hüseynov, iş № 2(006)-6293/2019) İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, borc verən Cavabdeh ilə borc alan İddiaçı arasında bağlanmış 14 iyun 2016-cı il tarixli kredit müqaviləsinə əsasən borc verən borc alana 12000 ABŞ dolları məbləğində pul borc vermiş, borc alan krediti 14.09.2016-cı il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı qeyd olunan müqavilənin uydurma əqd olduğunu, cavabdeh tərəfindən ona həmin müqavilə üzrə borc pul verilmədiyini bildirsə də, bununla bağlı sü butları məhkəməyə təqdim edə bilməmişdi. İddiaçının iddia ərizəsində istinad etdiyi X8 tərəfindən X6rşı «borcun tutulması» tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində X1 Nina Viktorovnaya 48600 ABŞ dolları pul borc verdiyini qeyd etmiş və həmin məbləği də ondan tələb etmişdir, 12000 ABŞ dolları borc məbləğinin isə qızı, hazırki mülki iş üzrə Cavabdeh tərəfindən mübahisələndirilən müqaviləyə əsasən İddiaçı verildiyini qeyd etmişdir. Qeyd olunan iddia ərizəsində X8 mübahisələndirilən kredit müqaviləsindəki məbləğin ona məxsus olmasını, həmin borcun onun tərəfindən İddiaçı verildiyini etiraf etməmiş, onlar tərəfindən verilmiş borc məbləğini ümumi şəkildə qeyd etməklə X7 48600 ABŞ dolları borc verdiyini göstərmiş və həmin məbləği də tələb etmişdir. Apelyas iya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov, iş № 2(103)-4741/2020) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Nəzakət Musayevanın öz hüquqlarının müdafiəsi məqsədi ilə verdiyi iddia ərizəsindən görünür ki, həmin iş üzrə iddiaçı Nəzakət Musayeva 12.000 ABŞ dollarını tələb etməmiş, həmin məbləğin qızı Təliə tərəfindən Mixaila verildiyini bildirmişdir. Nəzakət iddia ərizəsində Ninaya 48.600 ABŞ dolları pul borc verdiyini qeyd etmiş və həmin məbləği də ondan tələb etmişdir. Bu hal Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olmuş 2(009)-88/2020 saylı işin başlanmasına əsas olmuş Nəzakət Musayevanın iddia ərizəsinin məzmundan aşkar şəkildə görünür. Belə ki, Nəzakət Musayeva həmin iddia ərizəsində bildirmişdir ki, o və qızı Təliə tərəfindən Nina Maqaladadzeyə və İddiaçı cəmi 60.600 ABŞ dolları məbləğində borc vermişlər. Bu məbləğin yalnız 48.600 ABŞ dolları onun tərəfindən Nina Maqaladadzeyə verilmişdir. Bu səbəbdən də, o, yalnız həmin məbləğin Nina Maqaladadzedən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi 22.10.2018-ci il tarixli qə rarına (İş № 2(102)-6526/2018) gəldikdə isə, həmin iş üzrə məhkəmələrin baxışı predmeti iddiaçı Mixayıl Melnikovun “alğı-satqı müqavilənin etibarsız hesab edilməsi tələbi” barədə iddiası olmuş, həmin vaxt 14.06.2016-cı il tarixli “Kredit müqaviləsinin” etibarlılığı mübahisə predmeti olmamışdır. Buna görə həmin iş üzrə qəbul edilmiş məhkəmə aktları hazırki iş üzrə preyudisial xarakter daşımır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki iddianın irəli sürülməsi üçün qanunvericilikdə 1 illik kəsici müddət nəzərdə tutulmuşdur. İş materiallarından isə görünür ki, mübahisələndirilən əqd 14.06.2016-cı il tarixdə bağlanmışdır. İddiaçı həmin müqavilədən, müqaviləni imzaladığı an məlumatlı olmuş, lakin müqavilənin etibarsızlığı barədə iddianı bir illik müddəti ötürməklə, 03.10.2019-c u il tarixdə cavabdehə qarşı irəli sürmüşdür. Buna görə də Məhkəmə hesab edir ki, hazırki apellyasiya baxışının predmeti olan iddia tələbi əsaslı olsa idi belə, ona kəsici müddət tətbiq edilməsi səbindən təmin oluna bilməzdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)4741/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, İddiaçı X3 arasında Bakı şəhəri 5 saylı notariat kontorunda 3 ay müddətinə 12000 ABŞ dolları verilməsi barədə bağlanmış 14 iyun 2016-cı il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4741/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız İddiaçı kassasiya şikayəti vermiş və qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulm ayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araş dırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məh kəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apellyasiya şikayətində göstərilən dəlillərə istinad edərək prosessual hüquq normalarının pozulmasını və apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsini göstərmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyas ı məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4741/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar