Məhkəmə qərarları › İş №2(102)-1917/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1917/2019

14.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1917/2019 14.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, iddiaçı “xxxx”xxxx QSC-nin vəkili X1 iştirakı ilə. Cavabdeh Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2018-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 fevral 2012-ci il tarixli qətnaməsi ilə (hakim:R.R.Mustafayev; 2(002)132/20 12) iddiaçı “xxxx”xxxx Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı daxili maliyyə lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi nəticəsində dəymiş ziyanın tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 7328 (yeddi min üç yüz iyirmi səkkiz) ABŞ dolları məbləğində əsas borcun, 11927 (on bir min doqquz yüz iyirmi yeddi) ABŞ dolları məbləğində kreditə görə faiz borcunun, 423 (dörd yüz iyirmi üç) ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 19678 ( on doqquz min altı yüz yetmiş səkkiz) ABŞ dollarının Azərbaycan manatı məzənnəsinə uyğun olaraq və ödənilmiş dövlət rüsumu məbləğindən 12 (on iki) manat 40 (qırx) qəpiyin «xxxx»xxxx QSC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2018-ci tarixli qətnaməsi ilə (hakimlər:E.Q. Nəbiyev (sədrlik edən), R.Ə.Qurbanov, A.N.İmanov; 2(103)10983/2018) Cavabdeh oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qradağ rayon Məhkəməsinin 22 fevral 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı “xxxx”xxxx Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh “xxxx”xxxx Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 7328 ABŞ dolları məbləğində əsas borcu, 22927 ABŞ dolları məbləğində kreditə görə faiz borcu və 12423 ABŞ dolları dəbbə pulu məbləğinin, habelə 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «xxxx»xxxx QSC-nin İdarə heyətinin sədri Z6 Cavabdeh arasında bağlanmış 03 mart 2009-cu il tarixli daxi li lizinq müqaviləsinə əsasən, «xxxx»xxxx QSC, cavabdehin ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri müqavilənin ayrılmaz hissəsi olan və ümumi dəyəri 74580 ABŞ dolları olan 01 ədəd “HOWO” markalı yük avtomobilini öz mülkiyyətinə əldə edərək, onu cavabdehə müvəqqəti sahiblik və istifadəyə vermişdir. Cavabdeh isə öz növbəsində müqaviləyə əsasən 74580 ABŞ dolları məbləğində borcu illik 26 % faiz hesablanmaqla, 36 ay müddətinə «xxxx»xxxx QSC-ə ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan sonra 16 mart 2009-cu il tarixdə cavabdehlə «xxxx»xxxx» QSC arasında tərtib edilmiş təhvil-təslim aktma əsasən ümumi dəyəri 74 580 ABŞ dolları olan 01 ədəd «HOWO» markalı yük avtomobili cavabdehə lizinqə verilmişdir. Cavabdeh Lizinq Müqaviləsinə əlavə N2 (Lizinq ödənişlərinin qrafiki) üzrə 36 ay müddətinə illik 26% məzənnə hesablanmaqla mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış və müqavilə şərtlərinə tam əməl efməmişdir, bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdeh öhdəlikləri yerinə yetirmədiyi üçün şirkət tərəfindən dəfələrlə xəbərdarlıq edildikdən sonra lizinq obyektini geri qaytarmışdır və cavabdehin «xxxx»xxxx» QSC-yə faiz borcu üzrə 11927 ABŞ dolları, dəbbə borcu üzrə 12423 ABŞ dolları, cəmi 24350 ABŞ dollan borcu qalmışdır. Bundan sonra yuxarıda qeyd edilən lizinq obyekti 02 iyul 2010-cu il tarixdə təkrarən 60 000 lizinqə verilmiş və nəticədə cavabdehin əsas borcdan 7328 ABŞ dolları borcu yaranmışdır. Belə olan halda cavabdehin 7 328 ABŞ dollanrı əsas borcu, faiz borcu üzrə 11927 ABŞ dolları, dəbbə borcu üzrə 12423 ABŞ dolları, cəmi 31678 ABŞ dolla rı qalmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmış, işin həqiqi halları, o cümlədən iddiaçının nümayəndəsi tərəfindən tam saz vəziyyətdə geri alınmış yük nəqliyyat vasitəsi tam saz vəziyyətdə olduğu halda 74580,00 ABŞ dolları (60000,00 manata) satılmış yük nəqliyyat vasitəsinin sonradan 60000,00 ABŞ dollarına birdən birə 14580,00 ABŞ dolları ucuz qiymətə sataraq pul tələb edilməsi tamamiylə əsassızdır və Azərbaycan Respublika sının Mülki Məcəlləsinin 439.1-ci maddəsinin tələblərinin pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin İzahatları Məhkəməkollegiyasınıniclasında iddiaçı «xxxx»xxxx QSC-nin vəkili X3 kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüq uqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən işdə olan 03 mart 2009-cu il tarixli daxili maliyyə lizinqi müqaviləsindən göründüyü kimi, Cavabdeh «xxxx»xxxx QSC ilə illik 26 faiz dərəcəsi tətbiq edilməklə 36 ay müddətinə lizinq müqaviləsi bağlamışdır. 17 avqust 2011-ci il tarixli «Maliyyə arayışı»ndan göründüyükimi, cavabdehin 67328 ABŞ dolları məbləğində əsas borcu, 11927 ABŞ dolları faiz borcu qalmış və 12423 ABŞ dolları penya məbləği hesablanmışdır. 12 yanvar və 26 yanvar 2010-cu il tarixli xəbərdarlıq məktublarının surətlərindən göründüyü kimi Cavabdeh borcun ödənilməsi təklif olunmuşdur. 18 noyabr 2011-ci il tarixli ödəniş tapşırığından göründüyü kimi, iddiaçı tər əfindən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumunun Dövlət Reyestrindən Çıxarışından görünür ki, “xxxx”xxxx QSC-nin adı dəyişilərək “xxxx” MMC ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 445-ci maddəsinə əsasən icranı gecikdirmi ş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam v erildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. - 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. - 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. - 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amartizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faizlər, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir. - 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 439.1.-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qad ağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. - 439.2.-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. - 439.7.-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. - 467 -ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, 03 mart 2009-cu il tarixdə Cavabdeh «xxxx»xxxx QSC ilə illik 26 faiz dərəcəsi tətbiq edilməklə 36 ay müddətinə lizinq müqaviləsi balamışdır. İddiaçı təşkilat müqavilə üzrə öz öhdəliklərini icra etsə də, Cavabdeh müqavilə üzrə üzrərinə düşən öhdəliklərini icra etməmişdir. Cavabdeh borcun ödənilməsi təklif olunsa da öhdəliklərini icra etməmiş və nəticədə iddiaçı təşkilata borcu yaranmışdır. Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalı olduğundan, Azərbaycan Respublikasının pul vahidi manat o lduğundan, hazırki iddia tələbi xarici valyuta ilə göstərilərsə də, ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan ABŞ dollarının manat məzənnəsi ilə hesablanıb manatla tutulmalıdır.İddiaçının xeyrinə cəriməyə görə cavabdehdən 423 ABŞ dolları məbləğində cərimə borcu tutulmalıdır.16 mart 2009-cü il tarixli təhvil-təslim aktından görünür ki, lizinq obyekti 60 000 manat qiymətləndirilmiş və Cavabdeh qeyd edilən qiymətlə razı olmuş və akta imza etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublika sı MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq iddia tələbinin qismən təmin olunması barədə həmin məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 15 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar