Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1917/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) 24.05.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2021-ci il tarixli, 2(103)9191/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 24 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İş in hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı iddia qaldıraraq, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 34 saylı evin 84 saylı mənzilinin ¼ hissəsinə (16,975 kv.metr) dair Cavabdeh1la Cavabdeh2 arasında notarial qaydada bağlanmış 22 yanvar 2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən Cavabdeh2 adına veilmiş 29 yanvar 2021-ci il tarixli Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri, Xətai rayon məhkəməsinin 29 iyun 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim P.M.Zamanlı) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəs i, 34 saylı evin 84 saylı mənzili ¼ hissədə (16,975 kv.metr) Cavabdeh1 mülkiyyətində olub və sonuncu özünə aid olan hissəni 22 yanvar 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən Cavabdeh2 bağışlayıb və 29 yanvar 2021-ci il tarixli Çıxarışa əsasən mənzil mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. Hazırda iddiaçı qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 27.218,41 manat pulun tutulub ona ödənilməsinin, habelə mağaza avadanlıqlarının və onların hissələrinin onunla Cavabdeh1 arasında bərabər şəkildə naturada bölünməsinin qət edildiyini, tutmanın həmin mənzilə yönəldilməməsi üçün sonuncunun mənzildəki payını Cavabdeh2 bağışladığını göstərib, sözügedən bağışlama müqavil əsinin etibarsız hesab edilməsini və həmin mənzilə dair Cavabdeh2 adına verilmiş Çıxarışın ləğv edilməsini iddia edir. Göründüyü kimi iddiaçı hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmayıb. Belə ki, qanuna görə hər bir məhkəmə aktı vaxtında icra edilməlidir. Məhkəmə aktının icrası özündə hər kəsin ədalətli məhkəmə baxışına olan hüququnun tərkib hissəsini təşkil etdiyinə görə məhkəmə qətnaməsinin icra olunmaması eyni zamanda həmin hüququn pozulmasına dəlalət edir. Bununla belə məhkəmə qətnaməsinin icrası zamanı borclunun borc əvəzinə ödəmək niyyətində olan əmlaklarına borcun yönəldilməsi də nəzərə alınmalı və əgər borclunun könüllü şəkildə təqdim etdiyi əmlak borcun ödənilməsini təmin edirsə, borc ilk növbədə həmin əmlakın hesabına ödənilməlidir. İşdən görünür ki, bor clu Cavabdeh1 icra məmurunun hərəkətsizliyindən şikayətlə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli icra sənədi əsasında Bakı şəhəri, Xətai rayon İcra Şöbəsinin icraatında olan icra işi üzrə borclu Cavabdeh1 mülkiyyətində olan, Qala qəsəbəsi, Xaşaxuna bağ massivində yerləşən bağ evində saxlanılan uşaq geyimləri, uşaq mebel avadanlıqları və digər əşyaların qiymətləndirilərək hərraca çıxarılması və satılaraq icra sənədi üzrə tələbkar İddiaçı ödənilməli olan borca yönəldilməsi vəzifəsinin Bakı şəhəri, Xətai rayon İcra Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Qanuni qüvvəyə minmiş Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 16 dekabr 2019-cu i l tarixli icra sənədi üzrə borclu Cavabdeh1 mülkiyyətində olan, Qala qəsəbəsi, Xaşaxuna bağ massivində yerləşən bağ evində saxlanılan uşaq geyimləri və uşaq mebel avadanlıqlarının qiymətləndirilərək hərraca çıxarılması və satılaraq icra sənədi üzrə tələbkar İddiaçı ödənilməli olan borca yönəldilməsi vəzifəsinin Bakı şəhəri, Xətai rayon İcra Şöbəsinə həvalə edilməsi qərara alınıb. Həmin qərardadla borclu Cavabdeh1 mülkiyyətində olan təxminən 40.000 manat dəyərində əmlak hərraca çıxararaq borcun ödənilməsinə yönəldilib. Bundan əlavə, Cavabdeh1 özgəninkiləşdirilən mənzilin mülkiyyətçisi olub və o, mülkiyyətçi kimi həmin mənzilə təkbaşına və ya başqaları ilə birlikdə sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək kimi konstitusiyon hüquqa malik olub. Ona görə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.5-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Ə.İbayev sədrlik edən, məruzəçi, Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Xətai rayon məhkəməsinin 29 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansi ya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.5-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblər ini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh1 etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədin, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmi n hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınl aşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mü lki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələb lərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və iddiaçının kassasiya şikayətinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlili ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 34 saylı evin 84 saylı mənzili ¼ hissədə (16,975 kv.metr) Cavabdeh1 mülkiyyətində olub və sonuncu özünə aid olan hissəni 22 yanvar 2021-ci il tarixli notarial qaydada tə sdiq edilmiş bağışlama müqaviləsinə əsasən Cavabdeh2 bağışlayıb və 29 yanvar 2021-ci il tarixli Çıxarışa əsasən mənzil mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. Hazırda iddiaçı qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 27.218,41 manat pulun tutulub ona ödənilməsinin, habelə mağaza avadanlıqlarının və onların hissələrinin onunla Cavabdeh1 arasında bərabər şəkildə naturada bölünməsinin qət edildiyini, tutmanın həmin mənzilə yönəldilməməsi üçün sonuncunun mənzildəki payını Cavabdeh2 bağışladığını göstərib, sözügedən bağışlama müqaviləsinin etibarsız hesab edilməsini və həmin mənzilə dair Cavabdeh2 adına verilmiş Çıxarışın ləğv edilməsini iddia edir. Göründüyü kimi iddiaçı hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmayıb. Belə ki, qanuna görə hər bir məhkəmə aktı vaxtında icra edilməlidir. Məhkəmə aktının icrası özündə hər kəsin ədalətli məhkəmə baxışına olan hüququnun tərkib hissəsini təşkil etdiyinə görə məhkəmə qətnaməsinin icra olunmaması eyni zamanda həmin hüququn pozulmasına dəlalət edir. Bununla belə məhkəmə qətnaməsinin icrası zamanı borclunun borc əvəzinə ödəmək niyyətində olan əmlaklarına borcun yönəldilməsi də nəzərə alınmalı və əgər borclunun könüllü şəkildə təqdim etdiyi əmlak borcun ödənilməsini təmin edirsə, borc ilk növbədə həmin əmlakın hesabına ödənilməlidir. İşdən görünür ki, borclu Cavabdeh1 icra məmurunun hərəkətsizliyindən şikayətlə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli icra sənədi əsasında Bakı şəhəri, Xəta i rayon İcra Şöbəsinin icraatında olan icra işi üzrə borclu Cavabdeh1 mülkiyyətində olan, Qala qəsəbəsi, Xaşaxuna bağ massivində yerləşən bağ evində saxlanılan uşaq geyimləri, uşaq mebel avadanlıqları və digər əşyaların qiymətləndirilərək hərraca çıxarılması və satılaraq icra sənədi üzrə tələbkar İddiaçı ödənilməli olan borca yönəldilməsi vəzifəsinin Bakı şəhəri, Xətai rayon İcra Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Qanuni qüvvəyə minmiş Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli icra sənədi üzrə borclu Cavabdeh1 mülkiyyətində olan, Qala qəsəbəsi, Xaşaxuna bağ massivində yerləşən bağ evində saxlanılan uşaq geyimləri və uşaq mebel avadanlıqla rının qiymətləndirilərək hərraca çıxarılması və satılaraq icra sənədi üzrə tələbkar İddiaçı ödənilməli olan borca yönəldilməsi vəzifəsinin Bakı şəhəri, Xətai rayon İcra Şöbəsinə həvalə edilməsi qərara alınıb. Həmin qərardadla borclu Cavabdeh1 mülkiyyətində olan təxminən 40.000 manat dəyərində əmlak hərraca çıxararaq borcun ödənilməsinə yönəldilib. Bundan əlavə, Cavabdeh1 özgəninkiləşdirilən mənzilin mülkiyyətçisi olub və o, mülkiyyətçi kimi həmin mənzilə təkbaşına və ya başqaları ilə birlikdə sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək kimi konstitusiyon hüquqa malik olub. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfi ndən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarın da hüquqi mövqeyi ondan ibarət olub ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamadığını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüqu qun ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən edilmiş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, hər bir kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquql arını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməs ini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2021-ci il tarixli, 2(103)-9191/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1917/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1917/2022
24.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver