Məhkəmə qərarları › İş №2(102)-1920/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1920/2025

17.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1920/2025 17.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil - Tikinti Koopretivinə, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: buraxılmış prosessual müddətin bərpası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin etibarsızlığı, qeydiyyatın ləğvi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5077/2024 nömrəli, 8 aprel 2025-ci il tarixli qərardadından İddiaçı kassasiya şikayətinə 17 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan1də inşa edilən (indiki ünvan2) çoxmənzilli yaşayış binasının 3-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 205 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh2 Pay haqqının satılması barədə 30 mart 2022-ci il tarixli müqavilənin və bu əsasda aparılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 18 may 2022-ci il tarixli, **********59-05301-083001 reyestr nömrəli, ********** nömrəli qeydin etibarsız hesab olunmaqla ləğv edilməsi, Cavabdeh3 Bakı şəhəri 44 saylı Notariat ofisində xx.xx.2023-cü il tarixli, 4Ə-297 reyestr qeydli bağışlanma müqaviləsinin etibarsız hesab olunması və bu əsasda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılmış 06 oktyabr 2023-cü il tarixli, **********59-05301-083001 reyestr nömrəli, ********** nömrəli qeydin ləğv edilməsi və qeyriyaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(010)1029/2024 nömrəli qətnaməsi ilə iddia təmin olunmuşdur (hakim Rübabə Qafarova). b) Ap ellyasiya instansiyası məhkəməsindəki icraat

3. Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd oluması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2(103)-5077/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(010)-1029/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbinin rədd edilməsi qət edilmişdir (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Günay Axundova, Xəyal Sarıyev).

5. Apellyasiya instansiyası məhkəməsinin qətnamə 23 dekabr 2024-cü il tarixdə İddiaçı və onun nümayəndəsi Vəkil1 elektron kabinetinə yerləşdirilmişdir.

6. İddiaçı (vəkil və nümayəndə Vəkil1) qət namədən kassasiya şikayətini 26 fevral 2025-ci il tarixdə elektron kabinetə yerləşdirmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3 mart 2025-ci il tarixli, 2(103)-5077/2024 nömrəli qərardadına əsasən kassasiya şikayəti prossesual müddət ötürülməklə verildiyinə görə geri qaytarılmışdır.

8. İddiaçı 17 mart 2025-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2024cü il tarixli, 2(103)-5077/2024 nömrəli qətnaməsindən kassasiya şikayəti verərək, eyni zamanda şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.

9. Müddətin bərpası barədə ərizə belə əsaslandırılıb ki, iddiaçı tərəf qətnamə ilə ilk gündən razılaşmayaraq onun qanunsuz və ədalətsiz olduğunu deməklə tərəflərindən kassasiya şikayəti verilmiş və 26 fevral 2025- ci il tarixdə vək ilin elektron kabinetinə yerləşdirilmişdir. Lakin 14 mart 2025-ci il tarixdə sistemə yüklənmə yolu ilə 2(103)5077/2024 saylı, 03 mart 2025-cü il qərardadının qəbul edildiyi məlum olmuş və müəyyən edilmişdir ki, işə baxan məhkəmə kollegiyası həmin qərardadla kassassiya şikayətini mümkün hesab etməyərək geri qaytarmışdır. 15 mart 2025-ci il tarixdə həmin qərardaddan kassasiya şikayəti verilmiş və orada göstərilmişdir ki, “Qeyd olunan həmin qətnamə iddiaçı tərəfə 29 dekabr 2024-cü il tarixdə göndərilmiş və bununla əlaqədar elektron məhkəmə sistemində vəkil, nümayəndə və yaxud iddiaçının özü tərəfindən görünən hissədə məktub yerləşdirilmişdir. İddiaçının mövqeyi aşkardır və haqlı olduğuna əmin olduğundan mütləq qaydada qətnaməni kassasiya qaydasında mabahisələndirmək mövqeyində olmuşdur. İki a ylıq müddəti həmin məktubdakı tarixdən hesablayan iddiaçı tərəf xəstə olmasına baxmayaraq müddətin buraxılmamasına əmin olduğundan kassasiya şikayəti verilməsi üçün iddiaçı ilə vəkil arasında 25 fevral 2025-ci il tarixdə müqavilə bağlanmış, həmin tarixdə dövlət rüsumu ödənmiş və kassasiya şikayəti hazırlanaraq 26 fevral 2025-ci il tarixdə elektron məhkəmə sisteminə yerləşdirilməklə verilmişdir. Belə ki, qətnaməni 29 yanvar 2024-cü il tarixdən alınmış hesab olunduğunu düşünülmüş və vaxtın bitməsinə bir neçə gün qaldığına əmin olmuşlar. Lakin işə baxan və əsassız və qanunsuz qətnamə qəbul edən məhkəmə qətnaməsinin ləğv olunmasından narahat olduğu üçün əlinə fürsət düşdüyünü düşünərək iddiaçının əleyhinə növbəti qərəzi və qanunsuzluğu edib. İddiaçının mövqeyi ilk gündən bəsit və qərarlı ola raq ondan ibarət olmuşdur ki, əleyhinə çıxarılmış qətnamə qanunsuz və əsassızdır, bunu mübahisələndirəcəkdir. Qətnaməni mübahisələndirməkdə iddiaçı qərarlı və qətiyyətli olmuşdur. Heç bir maneə iddiaçı əmlakının əlindən alınmasına və qanunsuzluqla məhkəməni uduzmasına razılıq verə bilməz. Odur ki, kassasiya şikayəti yenidən verilmiş və iddiaçı Ali Məhkəmə səviyyəsində mövqeyinin n yoxlanmasını istəmiş və yekun qərarın adil olacağına ümid etmişdir. Bununla yanaşı, iddiaçı buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə də verilməli olduğunu düşünür. Müddət çərçivəsində şikayətin verilməsi imkanı təbii maneələrlə də mümkün olmamışdır. Belə ki, “xoşbəxtikdən” iddiaçı “böyrəkdə daş ağrılarından” əziyyət çəkən birisidir və 20 fevral 2025-ci il tarixdən 24 fevral 2025-ci il tarixədək müddət ərizində “General Hospital” Tibb Mərkəzində stasionar qaydada müalicədə olunmuşdur. Sadəcə olaraq, iddiaçı buna lüzum olmadığını düşündüyündən əvvəl bu barədə heç bir sənəd təqdim etməmiş, prosessual müddətlərlə bağlı ilk kassasiaya şikayəti verilən dövrdə söz salmağı lüzum bilməmişdir. Lakin iddiaçı hazırkı vəziyyətdə məhkəmənin israrlı mövqeyi qarşısında heç bir əlavə mübahisəli vəziyyət yaratmaq fikirində olmadığından və mövqeyinin ədalətli və qanuni olmasına inandığından hazırkı vəsatəti verir və müddətin üzrlü səbəblərdən buraxıldığını göstərərək şikayətin Ali Məhkəmənin Mülki Kollegiyasına baxılması üçün göndərilməsini istəyir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5077/2024 nömrəli, 8 aprel 2025-ci il tarixli qərardadı ilə İddiaçı Bakı Apellyasiya Məhkəmə sinin 26 noyabr 2024-cü il tarixli, 2(103)-5077/2024 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş, müddətin bərpasından imtina edilməsi və kassasiya şikayətinin İddiaçı geri qaytarılması qərara alınmışdır (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Günay Axundova, Xəyal Sarıyev).

11. Apellyasiya instansiyası məhkəməsi iddiaçının dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, kassasiya şikayətinin verilməsi üçün müddət 24 fevral 2025-ci il tarixdə (23 fevral 2025-ci il tarixin bazar günü olması nəzərə alınmaqla) başa çatmışdır. Çünki, qətnamənin 23 dekabr 2024-cü il tarixdə ayrı-ayrılıqda həm iddiaçının, həm də onun nümayəndəsinin elektron məhkəmə informasiya sistemindəki elektron k abinetlərinə yerləşdirilməklə çatdırılması iş materialları ilə təsdiqini tapır, elektron kabinetdə başqa tarixli məktubun olması qətnamənin rəsmi qaydada verilməməsi ilə eyniləşdirilə və həmçinin, iddiaçının həmin məktubda göstərilən tarixə əsasən müddətin bərpası barədə ərizədə qeyd olunduğu kimi “tərəfin ona sistemdə qətnamənin 29 dekabr 2024-cü ildə göndərildiyini və həmin müddətdən qabaq, yəni 26 fevral 2025-ci il tarixdə vaxtında şikayət verdiyini düşünməsi” üzrlü səbəb kimi qəbul edilə bilməz. Çünki, şikayət vermə müddətinin başlanğıcı işdə iştirak edən şəxsin düşüncəsinə görə deyil, sənədin rəsmi qaydada təqdim olunduğu vaxt ilə müəyyən edilir.

12. Apellyasiya instansiyası məhkəməsi ərizənin iddiaçının böyrəkdə daş ağrıları ilə bağlı 20 fevral 2025-ci il tarixdən 24 fevral 2025-ci i l tarixədək müddət ərzində “General Hospital” Tibb Mərkəzində stasionar qaydada müalicədə olunması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, şikayət verilməsi üçün müəyyən olunan müddət yalnız 20-24 fevral 2025-ci il tarixlərindən ibarət deyildir, qeyd olunan tarixlərə qədər kassasiya şikayətinin verilməsi üçün iddiaçının 1 ay 26 gün imkanı olmuşdur. Həmin müddətdə isə kassasiya şikayətinin verilməsi imkanından istifadə olunmamışdır. Buraxılmış prosessual müddətin bərpası üçün elə üzrlü səbəblər mövcud olmalıdır ki, bunun nəticəsində tərəf prosessual hərəkətləri etmək imkanından məhrum olsun. Lakin iddiaçının 1 ay 26 gün kassasiya şikayəti vermək imkanından məhrum olmasa da, bu imkandan istifadə etməmiş, yalnız stasionar müalicədə olduğu 4 günlük müddətə əsaslanmaqla hazırkı ərizəni v ermişdir.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara əsasən hesab etmişdir ki, qanunla nəzərdə tutulan prosessual müddətin bərpası üçün cavabdehin irəli sürdüyü dəlillər əsassız olduğu üçün müddət üzrlü hesab edilə bilməz

14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Prossesual Məcəlləsinin 128.1, 128.3, 129.1, 130.1, 130.3, 133.1, 133.2, 133.3, 405 və 408.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı (Vəkil1) apellyasiya instansiyası məhkəməsinin xx.xx.2025-cü il tarixli qərardadının ləğv edilməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5077/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə prosessual müddətin üzrlü səb əblərdən buraxılmış hesab olunmaqla bərpasının təmin edilərək sonrakı prosessual hərəkətlərin davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Şikayət müddətin bərpası barədə ərizənin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, şikayətin verilməsinin bu tarixədək uzanmasının, daha əvvəl verilə bilməməsinin səbəbi İddiaçı “diabetik şəkər” xəstəsi olması, yanvar və fevral ayları ərzində ambulator müalicələrdə olması və “böyrək daşı pristupu”səbəbindən son dörd gün stasionar müalicədə xəstəxanada qalması olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmı ş müddəti bərpa edir. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8- ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının p ozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

19. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyi üç ün məhkəmə kollegiyası qərardadı tam yoxlayır.

20. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır.

22. Qətnamədən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin ötməsi mübahisəsizdir.

23. Prosessual qanunvericiliyin tələbinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

24. Qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququ konstitusion hüquq olsa da, Mülki Prosessual Məcəllədə məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şik ayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və s. amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də birinci və apellyasiya instansiyası məhkəmələrinin aktlarından şikayət verilməsi müddətidir. Məhkəmə aktının yuxarı instansiya məhkəmələrində mübahisələndirilməsi hüququ hüdudsuz deyil və bu hüquq qanunla nəzərdə tutulmuş yuxarıda göstərilən tədbirlərlə məhdudlaşdırıla bilər ki, hazırkı işdə də bu hal prosessual müddətin ötməsi ilə bağlı olmuşdur.

25. Eyni zamanda prosessual qanunvericilik ötürülmüş müddətin bərpası imkanını da nəzərdə tutmuşdur. Bu isə müvafiq vəsatətin verilməsi yolu həyata keçirilir.

26. İşdən görünür ki, iddiaçı belə bir vəsatət vermiş və müddəti ötürməsinin üzrlü səbəbi kimi “Genera l Hospital” Tibb Mərkəzinin arayışına istinad etmişdir. Həmin arayışda iddiaçının xx.xx.2025-ci il tarixdən “Böyrək daşı xəstəliyi kəskin tutmalarla” diaqnozu ilə Tibb Mərkəzinə müraciət etməsi, müayinə olunaraq 24 fevral 2025-ci ilə kimi stasionar müalicədə olması qeyd edilmişdir.

27. İşin müəyyən edilən halına görə barəsində kassasiya şikayəti verilən qətnamə iddiaçının nümayəndəsi və vəkilinin elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, iddiaçı kassasiya şikayətini 26 fevral 2025-ci il tarixdə (23 fevral 2025-ci il tarixin bazar günü olması nəzərə alınmaqla) təqdim etməklə iddia müddətini ötürmüşdür.

28. İddiaçının təqdim etdiyi arayışa əsasən o, prosessual müddətin son 4 günündə – 2025-ci il 20-24 fevral tarixlərində stasionar müalicədə olmuşdur.

29. Mülki Prosessual M əcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

30. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, şikayət verilməsi üçün müəyyən olunan müddət yalnız 20-24 fevral 2025-ci il tarixlərindən ibarət deyildir, qeyd olunan tarixlərə qədər kassasiya şikayətinin verilməsi üçün iddiaçının 1 ay 26 gün imkanı olmuş, həmin müddətdə isə kassasiya şikayətinin verilməsi imkanından istifadə olunmamışdır. Həmçinin buraxılmış prosessual müddətin bərpası üçün elə üzrlü səbəblər mövcud olmalıdır ki, bunun nəticəsində tərəf prosessual hərəkətləri etmək imkanından məhrum olsun.

31. Məhkəmə kollegiyası apellyasiya instansiyasının bu mövqeyi ilə bağlı qe yd edir ki, Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

32. Qanunvericiliyin apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən şikayət verilməsi üçün 2 ay müddət müəyyən etməsi şikayət verən şəxsin həmin müddətlər daxilində istənilən gün, hətta müddətin sonuncu günü saat iyirmi dördə qədər şikayət verməsinə imkan yaradır.

33. O da nəzərə alınmalıdır ki, prosessual hərəkətlər Mülki Prosessual Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. (Mülki Prosessual Məcəllə, maddə 128.1)

34. Apellyasi ya instansiyası məhkəməsinin qətnamələrindən şikayət verilməsi üçün nəzərdə tutulan 2 aylıq müddət qanunla müəyyən edilən müddətdir.

35. İddiaçı kassasiya şikayətinin prosessual müddət daxilində verə bilməməsinin üzrlü halı barədə sübut təqdim etmişdir.

36. Apellyasiya instansiyası məhkəməsinin həmin sübutu nəzərə almayaraq, şikayət verilməsi üçün müəyyən olunan müddətin yalnız 20-24 fevral 2025-ci il tarixlərindən ibarət olmaması barədə mövqeyi qanunla müəyyən edilmiş prosessual müddətin qısaldılması deməkdir ki, bu da prosessual qanunvericiliyin müddətlərlə bağlı normasına zidd olmaqla yanaşı, həm də şəxsin bu müddətlər daxilində məhkəmə müdafiəsi hüququnu həyata keçirmək imkanının qarşısını alır. Həm də müddət məhz o hallarda bərpa edilə bilər ki, onun buraxılmasının səbəbi olan üzrlü h al elə həmin müddət daxilində baş verir. Əks halda, prosessual müddətlər daxilində baş verən istənilən hal onun davam etmə müddətindən asılı olmayaraq, eyni məntiqlə üzrlü sayılmaya bilər. Bu isə qanunla müəyyən edilmiş prosessual müddətlər və onların bərpası ilə bağlı normaların əhəmiyyətini heçə endirər.

37. Həmçinin apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, buraxılmış prosessual müddətin bərpası üçün elə üzrlü səbəblər mövcud olmalıdır ki, bunun nəticəsində tərəf prosessual hərəkətləri etmək imkanından məhrum olsun.

38. Prosessual qanunvericilik (MPM 133.1) məhkəməyə qanunla müəyyən edilmiş müddətin buraxılma səbəblərinin üzrlü saymaq səlahiyyəti versə də, həmin üzrlü halların dairəsini müəyyən etməmiş, bunu məhkəmənin öhdəsinə buraxmışdır.

39. Nəzərə alınsa ki, iddiaçı st asionar müalicədə olub, bu hal ağlabatan mühakimə əsasında onun kassasiya şikayəti vermək imkanından məhrum edən hal kimi qiymətləndirilə bilər, bu baxımdan həmin halın üzrlü sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslı olmamışdır. Belə olan təqdirdə, məhkəmə kollegiyası işi yeni apellyasiya baxışına göndərmədən, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında belə qənaətə gəlir ki, iddiaçının müddətin bərpası barədə ərizəsi təmin edilməlidir.

40. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda, məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu da ehtiva edir.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməli, kassasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair iddiaçının vəsatəti təmin edilməli, kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa olunmalıdır.

42. Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5077/2024 nömrəli, 8 aprel 2025-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2(103)5077/2024 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin olunsun və prosessual müddət bərpa edilsin. İş üzrə sonrakı prosessual hərəkətlər edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar