Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1924/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Beyləqan rayonu * saylı Notariat Ofisinə, Cavabdeh2 və Cavabdeh* qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, prosessual müddətin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Beyləqan rayonu * saylı Notariat Ofisinə, Cavabdeh2 və Cavabdeh* qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(*06)-*767/2023 nömrəli, *5 mart 2024-cü il tarixli qərardadından Cavabdeh* tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Beyləqan rayonu * saylı Notariat Ofisinə, Cavabdeh2 və Cavabdeh* qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, *5.**.2022-ci il tarixli, 5469 reyestr nömrəli etibarnamə əsasında qardaşı oğlu Cavabdeh2 ilə qardaşı Cavabdeh* arasında Beyləqan rayon * saylı Notariat Ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, AN-№ **32053 saylı Daşınmaz əmlakın alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Beyləq an Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(020)947/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Nurullayev) iddia təmin olunmuşdur.
3. Cavabdeh* apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(*06)-*767/2023 nömrəli, 2* dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Cahid İmanov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Pərviz Əhmədov) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh* qətnamədən kassasiya şikayəti vermişdir.
6. Apellyasiya instansiyası məhkəməsinin *5.03.2024-cü il tarixli qərardadı ilə (Cahid İmanov (sədrli k edən və məruzəçi), Tale Kərimov və Samir Mayılov) kassasiya şikayəti geri qaytarılmışdır.
7. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi cavabdeh və onun nümayəndəsi – vəkilinin elektron kabinetinə 25 dekabr 2023-cü il tarixdə yerləşdirilmiş, həmin qətnamədən kassasiya şikayəti isə *0.03.2023-cü il tarixdə “Elektron-məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim edilmişdir. Bununla da, qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət cavabdeh tərəfindən ötürülmüşdür.
8. Məhkəmə qeyd etmişdir ki, kassasiya şikayətini verən cavabdeh tərəfindən şikayətə prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilməmişdir. Nəticədə prosessual müddətin üzürlü səbəbdən ötürülüb-ötürülmədiyinə məhkəmə tər əfindən qiymət verilməsi mümkün olmamışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
9. Cavabdeh* (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və kassasiya şikayətinə baxılmasını xahiş etmişdir.
10. Şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 403 və 405-ci maddələrinə istinad etməklə əsaslandırmış və qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin 2* dekabr 2023-cü il tarixli qətnaməsini ** yanvar 2024-cü il tarixdə rəsmi olaraq almış, həmin qətnamədən şikayət vermək istəsə də elektron məhkəmə informasiya sistemində şəxsi kabineti olmadığı üçün və kasasiya şikayətinin vəkil tərəfindən tərtib olunması tələbinə görə vəkillə müq avilə bağlamağa və dövlət rüsumu ödəməyə kifayət qədər maddi imkanı olmamışdır. xx.xx.2024-cü il tarixdə müqavilə bağlayaraq, həmin tarixdə dövlət rüsumu ödəyərək, kasasiya şikayətini vəkil tərəfindən *0 mart 2024-cü il tarixdə vermişdir. Kasasiya şikayəti vaxtında verilmiş və müddət ötürülməmişdir. Bu səbəbdən, apellyasiya məhkəməsi gəldiyi nəticədə haqlı olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri.
11. İddiaçı Yusifova İradə Ağa Bala qızı kassasiya şikayətinə etiraz edərək, kassasiya şikayətinin təmin eidlməməsini, apellyasiya instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
12. Maddə *30.*. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətl əri etmək hüququ keçmiş olur.
13. Maddə 405.0.*. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
14. Maddə 404-*.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
15. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
16. Maddə 408.*.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsat ət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
17. Maddə 4*6.*. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
18. Maddə 4*6.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 4*8.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya instansi yası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Cavabdeh özü də kassasiya şikayətini müddəti ötürməklə təqdim etdiyini etiraf etmiş, lakin bunun üzürlü səbəblə bağlı olduğunu əsaslandırmağa çalışmışdır. Halbuki həmin əsaslar müddət ötürülməklə verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə qərardadın ləğv olunması üçün deyil, əsaslar olduğu halda ötürülmüş müddətin bərpa olunması üçün əsas ola bilərdi. Həmin məsələ isə hazırkı icraatın predmeti deyildir.
21. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
22. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 4*6, 4*7 və 4*9-cu maddələrini rəhbər tutaraq, Məhkə mə kollegiyası Qərara aldı Cavabdeh* kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(*06)-*767/2023 nömrəli, *5 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.