Məhkəmə qərarları › İş №2(102)-1928/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1928/2019

18.03.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1928/2019 18.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1928/2019 18 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, iddiaçı ***-in “***” İdarəsinin vəkili X6 oğlunun və Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.10.2018-ci il tarixli, 2(103)-9879/2018 nömrəli qətnaməsindən iddiaçı ***-in “***” İdarəsinin kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Binəqə di Rayon Məhkəməsinin (hakim A.Ə.Rzayev) 18 dekabr 2017-ci il tarixli, 2(001)-13037/2017 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Q.Hüseynov, X.A.Cəmilova və İ.K.Xəlilov) 16.10.2018-ci il tarixli, 2(103)-9879/2018 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. İddiaçı ***-in “***” İdarəsi və vəkili X6 oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “***” İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Magistral X3 b alans və istismarında olan 720 mm diametrli “Hövsan-Digah-Qaradağ” yüksək təzyiqli (12atm) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında, Bakı şəhəri, ***-Sumqayıt şossesi, «Xırdalan» qaz paylayıcı stansiyasının yaxınlığındakı ünvandan keçən hissəsində, kəmərin mühafizə zonasında cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş 4 metr məsafədə daş hasarın onun hesabına sökülməsi, mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən “***” İdarəsi Abşeron Magistral X3 balans və istismarında olan 720 mm diametrli “Hövsan-Digah-Qaradağ” yüksək təzyiqli (12atm) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında, Bakı şəhəri, ***-Sum qayıt şossesi, «Xırdalan» qaz paylayıcı stansiyasının yaxınlığında, kəmərin mühafizə zonasında kəmərdən 4 metr məsafədə daş hasar inşa olunub. Tikintilərin qarşısının alınması və mühafizə zonasında yerləşən tikililərin ləğv edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi üçün Binəqədi Rayon İcra Hakimiyyətinə, Binəqədi rayon Polis idarəsinə, X1 Görülməsi X2 Agentliyinə məktubla rəsmi müraciətlər edilib. Agentlik tərəfindən qeyd edilən ərazidə mühafizə zonalarının pozulması təsdiqlənib və magistral qaz kəmərlərinin təhlükəsizliyini və kəmərin mühafizə zonasının bərpa edilməsini təmin etmək məqsədilə müvafiq tədbirlər görülməsi üçün Binəqədi Rayon İcra Hakimiyyətinə rəsmi müraciət edilib. Müraciətlərə cavab olaraq qeyd edilən tikintilərin sənəd verilmədiyi bildirilib və tikililərin sökü lməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi məqsədəmüvafiq hesab edilib. Cavabdeh tərəfindən, buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, habelə, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən tikili sökülməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı ***-in “***” İdarəsi və vəkili X6 oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi hazırkı mübahisəyə yalnız mül kiyyət hüququ kontekstindən yanaşmış və gələcəkdə yarana biləcək riskləri nəzərə almamışdır. Bundan başqa, işdə olan ekspert rəyinə əsasən mübahisəli tikili qaz boru kəmərində baş verə biləcək hər hansı bir qəzanın qarşısının alınmasında maneəçilik törədə bilər. Lakin apellyasiya məhkəməsi həmin təhlükəni nəzərə almayıb və həmin ekspert rəyinə münasibət bildirməyib. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X6 oğlu kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə uyğun olaraq işə onun izahatı alınmadan baxılmışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbayca n Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlilləri baxımından Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 16.10.2018-ci il tarixli qətnaməsini qiymətləndirərək, hesab edir ki kasassiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və yeni apellyasiya baxışına göndərilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26789 saylı, 02 noyabr 2017-ci il tarixli ekspert rəyinə əsasən, Cavabdeh Bakı şəhəri, ***-Sumqayıt şossesi, «Xırdalan» qaz pa ylayıcı stansiyasının yaxınlığındakı ünvandan keçən ərazisində inşa olunan hasarın qaz kəmərinin oxundan 4 metr aralıda yerləşməsini nəzərə alaraq, cavabdehin mişar daşından inşa etdiyi qarajın tədqiq olunan ünvandan keçən 720 mm diametrli «HövsanDigah-Qaradağ» yüksək təzyiqli (12atm) yerüstü magistral qaz kəməri mühafizə zolağında yerləşib və bununla əlaqədar, mübahisəli tikili qaz boru kəmərində baş verə biləcək hər hansı bir qəzanın qarşısının alınmasında maneəçilik törədə bilər. Apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsaslarını aşağıdakı kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz (maddə 180.1-180.3). Apellyasiya baxış zamanı cavabdehin təqdim etdiyi sənədlərlə müəyyən edilmişdir ki, Binəqədi rayonu Biləcəri bələdi yyəsinin 12.02.2004-cü il tarixli, 406 saylı qərarı ilə bələdiyyə ərazisində 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh satılmışdır. Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 225 saylı, 21.10.2016-cı il tarixli Sərəncamı ilə Cavabdeh *** qəsəbəsi ərazisində istifadəsində olan 600 kv.m torpaq sahəsində təqdim edilən layihə əsasında inşa edilmiş bir mərtəbəli, mansardlı fərdi yaşayış evi göstərilən ölçülərlə ilkin hüquqi qeydiyyata alınmışdır. İddiaçı iddia ərizəsini cavabdehin yeraltı qaz kəmərinin mühafizə zonasında özbaşına tikili inşa etməsi ilə əsaslandırmışdır. Lakin iş materialları ilə müəyyən edilir ki, mübahisəli tikili yerli özünüidarə orqanının qərarı ilə cavabdehə ayrılmış torpaq sahəsinin hasarıdır. İddiaçının həmin torpaq sahəsinin hüdudlar ı daxilində inşa etdiyi fərdi yaşayış evi yerli icra hakimiyyəti tərəfindən ilkin qeydiyyata alınmışdır. İş materiallarında istinad olunan hüquq müəyyənedici sənədlərin qüvvədən düşdüyü (ləğv edildiyi) barədə məlumat (sübutlar) yoxdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının istinad etdiyi hallar şəxsin qanuni istifadəsində olan torpaq sahəsində inşa edilmiş və ilkin qeydiyyata alınmış tikilinin özbaşına tikili hesab edilərək sökülməsi üçün əsas ola bilməz. Kollegiya apellyasya instansiyası məhkəməsinin qənaəti ilə qismən razılaşsa da hesab edir ki, nə qədər ki cavabdehin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, qaz xəttinin cavabdehin tikilisinin eskiz layihəsinin təsdiq edilməsindən əvvəl və yaxud sonra çəkilməsinə qiymət vermədən iş üzrə yekun qərarın qəbul edilməsi düzgün hesab edilə bilməz. Odur ki, iddiaçı tərəfin dəlillərinə ətraflı qiymətin verilməsi üçün ilk növbədə qaz xəttinin çəkiliş layihəsi ilə cavabdehə torpaq sahəsinin ayrılması, habelə tikintinin razılaşdırılmasına dair sənədlərin xronoloji ardıcıllığına qiymət verilməlidir. Belə ki, N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarına əsasən məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstəri lməlidir; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3.-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər İşə yenidən apellyasiya qaydasında baxılan zaman prosessual qanunvericiliyin istinad edilən tələbinə riayət olunmaqla mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ***-in “ ***” İdarəsinin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.10.2018-ci il tarixli, 2(103)9879/2018 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Hacıyev Sənan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar