Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1930/2023 17.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və q. cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın yekunlarının və reyestrdə aparılmış qeydlərin etibarsız hesab edilməsi” tələbi barədə mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın qeyri-mümkünlüyü, kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatət verildikdən sonra yenidən kassasiya şikayəti vermədiyinə görə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh "xxxx" MMC-yə qarşı “hərra cın yekunlarının və reyestrdə aparılmış qeydlərin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(103)4079/2022 saylı qətnaməsindən kassasiyanın mümkünlüyü məsələsini yoxlayaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(xxx)xxxx/2021 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2,İddiaçı3, İddiaçı4 cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın yekunlarının və reyestrdə aparılmış qeydlərin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2(103)-xxxx/2022 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-xxxx/2021 nömrəli qətn aməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(103)-xxxx/2022 saylı qətnaməsini ləğv edərək işin yenidən apelyasiya icraatı qaydasında baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 09 fevral 2(102)-xxxx/2023 nömrəli qərarı ilə kassasiya şikayətinin müddəti ötürülməklə verildiyinə görə qeyri mümkün hesab edilməsi, kassasiya şikayətinin geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2023-cü il tarixli 2(103)-4079/2022 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2(103)-4079/2022 nömrəli qətna məsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçı1 Bakı Apellyasiya Məhkəməsinə “Prosessual müddətin bərpa olunması barədə” vəsatətlə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-xxxx/2022 saylı qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsi və tərəfindən verilmiş kassasiya şikayətini işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2023-cü il tarixli 2(103)-xxxx/2022 nömrəli qərardadı ilə ərizə təmin edilməklə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2(103)-xxxx/2022 nömrəli qətnaməsindən İddiaçı1 tərəfində n kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və kassasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının MPM-in 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). İş materialları ilə təsdiq olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2023-cü il tarixli 2(103)-xxxx/2022 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2(103)-xxxx/2022 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara al ınmış, İddiaçı1 prosessual müddətin bərpası barədə vəsatət verməklə eyni zamanda kassasiya şikayəti verməyərək Azərbaycan Respublikasının MPM-in 133.3-cü maddəsinin tələbinə əməl etməyib.Elektron məhkəmə informasiya sisteminin məlumatları ilə də İddiaçı1 prosessual müddətin bərpası barədə vəsatət verməklə eyni zamanda kassasiya şikayəti verməsi təsdiqlənmir. Yəni İddiaçı1 tərəfindən əvvəlcə verilmiş kassasiya şikayəti hüquqi cəhətdən qaytarılmış, yeni kassasiya şikayəti isə verilməmişdir. Azərbaycan Respublikasının MPM-in 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. -408.5-ci maddəsinə əsasən 408.1.1—408.1.5 və 4 08.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığından (yeni kassasiya şikayəti verilmədiyindən) kassasiya qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-in 404-1.1 maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir; -404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Şərh olunanlara əsasən və Az ərbaycan Respublikası MPM-in 404 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın yekunlarının və reyestrdə aparılmış qeydlərin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(103)4079/2022 saylı qətnaməsindən kassasiya qeyri-mümkün hesab edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1930/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-1930/2023
17.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver