Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1930/2024 23.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəmə sinin Mülki kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 2(107)1139/2023 nömrəli qərardadından cavabdeh X134 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Göyçay Rayon Məhkəməsinin 25 noyabr 2014-cü il tarixli, 2(046)-1464/2014 nömrəli qətnaməsi ilə (hakim F.M.Əfəndiyev) İddiaçı iddiası təmin edilərək, Göyçay rayonu Qaraxıdır kənd sakini X135 və onun ailə üzvləri Cavabdeh3, X103 və X104 mülkiyyətinə verilmiş 0,71 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X105 və onun ailə üzvləri - X37 və X106 mülkiyyətinə verilmiş 0,26 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X38 və onun ailə üzvləri - X9, X56 və X19 mülkiyyətinə verilmiş 0,81 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X57 və onun ailə üzvləri - X58, X79 və X39 mülkiyyətinə verilmiş 0,67 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X107 və onun ailə üzvləri - Mahmudova Hicran Behbud qızının və X136 mülkiyyətinə verilmiş 0,61 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X137 və onun ailə üzvləri - X59, X108 və X153 mülkiyyətinə verilmiş 1,58 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Cavabdeh9 və onun ailə X3 mülkiyyətinə verilmiş 0,40 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X60 və onun ailə üzvləri X26, X27, X28, X61, X109, X62 və X29 mülkiyyətinə verilmiş 1,84 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X30 və onun ailə üzvləri - X80 X41 və X10 mülk iyyətinə verilmiş 1,62 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X11 və onun ailə üzvləri – X81, X42 və X43 mülkiyyətinə verilmiş 1,58 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X154 və onun ailə üzvləri - X155, X110, X156, X157 və X82 mülkiyyətinə verilmiş 1,78 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X83 və onun ailə üzvləri - X44, X84 və X45 mülkiyyətinə verilmiş 1,22 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X63 və onun ailə üzvləri - X12, X31, X32 və X20 mülkiyyətinə verilmiş 1,81 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Cavabdeh8 və onun ailə üzvləri - X111, X112, X64 və X65 mülkiyyətinə verilmiş 1,83 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X138 və onun ailə üzvləri X66, X33, X85 və X46 mülkiyyətin ə verilmiş 1,48 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X47 və onun ailə üzvləri - X113, X67, X68 və X48 mülkiyyətinə verilmiş 2,01 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X86 və onun ailə üzvləri - X114, X115, X87 və X69 mülkiyyətinə verilmiş 1,79 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X116 və onun ailə üzvləri - X70, X71 və X88 və X89 mülkiyyətinə verilmiş 2,03 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X139 və onun ailə üzvləri - X158, X117, X90, Cavabdeh5 və X118 mülkiyyətinə verilmiş 1,50 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X13 və onun ailə üzvləri - X49, X2 və X4 mülkiyyətinə verilmiş 1,01 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X91 mülkiyyətinə verilmiş 0,47 ha torpaq sahəsinə, Göyçay r ayonu Qaraxıdır kənd sakini X119 və onun ailə üzvləri – X92, X120 və X121 mülkiyyətinə verilmiş 0,36 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X122 və onun ailə üzvü X123 mülkiyyətinə verilmiş 0,73 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Babaşov Nəzarət Ələddin oğlunun və onun ailə üzvləri - Babaşova Zeynəb Seyfəddin qızının, Babaşova Gülmirə Nəzarət qızının, Babaşov Fariz Nəzarət oğlunun, Babaşova Nuranə Nəzarət qızının və Babaşov Pərviz Nəzarət oğlunun mülkiyyətinə verilmiş 1,33 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X124 və onun ailə üzvləri – X125, X126 və X127 mülkiyyətinə verilmiş 1,46 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X50 və onun ailə üzvü X14 mülkiyyətinə verilmiş 0,53 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Cavabdeh6 və onun ailə üzvləri - X93, X34 və X21 mülkiyyətinə verilmiş 0,93 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X22 və onun ailə üzvləri - X15 və X51 mülkiyyətinə verilmiş 1,46 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Cavabdeh1 Səftər oğlunun və onun ailə üzvləri - X72, X94, Cavabdeh2 və X95 mülkiyyətinə verilmiş 1,46 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X96 və onun ailə üzvləri - X23, X97 və X35 mülkiyyətinə verilmiş 0,40 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X52 və onun ailə üzvləri X5, X53 və X98 mülkiyyətinə verilmiş 1,22 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X183 və onun ailə üzvləri - X99 və X100 mülkiyyətinə verilmiş 0,97 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Cava bdeh7 mülkiyyətinə 0,47 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X16 və onun ailə üzvü X73 mülkiyyətinə verilmiş 0,53 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X24 mülkiyyətinə verilmiş 0,47 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X36 və onun ailə üzvləri - X6, X17, X18 və X7 mülkiyyətinə verilmiş 1,66 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X170 və onun ailə üzvləri - X101, X159, X140 və X141 mülkiyyətinə verilmiş 1,48 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X54 və onun ailə üzvləri - X74, X75, X76 və X128 mülkiyyətinə verilmiş 1,32 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X160 və onun ailə üzvləri - X102 və X142 mülkiyyətinə verilmiş 0,79 ha torpaq sahəsinə və Göyçay rayonu Qaraxıdır kənd sakini X 55 və onun ailə üzvləri - X77, X8 və X25 mülkiyyətinə verilmiş 0,44 ha torpaq sahəsinə dair onunla alqı-satqı müqavilələrinin bağlanmış hesab edilməsi və iddiaçının Göyçay rayonunun Qaraxıdır kəndində yerləşən cəmi 45,02 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması qət edilmişdir.
2. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qətnaməsinin ona və ailə üzvlərinə münasibətdə ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
3. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 sentyabr 2023-cü il tarixli, 2(107)-1139/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti icraata qəbul edilmişdir.
4. Sonradan, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 2(10 7)-1139/2023 nömrəli qərardadı ilə (hakim Ə.T.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Əsədlidən və E.M.Mehdiyevdən ibarət tərkibdə) apellyasiya şikayətinə baxılmasının mümkün hesab edilməklə işin icraata qəbul edilməsi haqqında Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 sentyabr 2023-cü il tarixli qərardadı ləğv edilmiş, apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə göndərilmişdir.
5. Apellyasiya instansiyası məhkəməsinin qərardadı onunla əsaslandırılmışdır ki, mülki işin İİ cildində olan məhkəmə bildirişlərinə əsasən, birinci instansiya məhkəməsi 28 oktyabr 2014-cü ilə təyin edilmiş məhkəmə hazırlıq iclası barədə, 11 noyabr 2014-cü ilə təyin edilmiş baxış iclası barədə, 25 noyabr 2014-cü ilə təyi n edilmiş baxış iclası barədə məhkəmə bildirişlərini cavabdehlərə təqdim etmək üçün Göyçay rayon Qaraxıdır Bələdiyyəsinə göndərmişdir. 25 noyabr 2014-cü ildə keçirilmiş məhkəmə iclasında cavabdehlərdən Cavabdeh9, X161 və X171 izahat verərək 2003-cü ildə onlara və ailə üzvlərinə məxsus torpaq sahəsini X1, həmin torpaq sahələrinə aid dövlət aktlarını sonuncuya verdiklərini, hal-hazırda torpaq sahələrinin iddiaçının mülkiyyətinə keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. Həmin məhkəmə iclasında iştirak etmiş İddiaçı və şahid X184 da cavabdehlərlə eyni məzmunlu izahat vermişlər. Cavabdehlərdən 21 nəfərinin məhkəmə iclasında iştirak etmiş cavabdehlərin izahatları ilə oxşar məzmunlu ərizələri mülki işin İİ cildinin 167-188-ci vərəqlərində yer almışdır. Cavabdehlərin hamısı eyni Qaraxıdır k əndinin sakinləri olmasına baxmayaraq onlardan 3 nəfəri məhkəmə iclasında iştirak etmiş, digərləri isə məhkəmə iclaslarında iştirak etməmişlər. Cavabdehlərin hər birinə aid sənədlər, o cümlədən şəxsiyyət vəsiqələrinin surətləri, yaşayış yerindən arayışlar, notariat kontoruna ünvanlanmış məktublar, torpağa mülkiyyət hüququna dair dövlət aktları mülki işin materiallarında yer almışdır. Həmçinin, apellyator olan - torpağa mülkiyyət hüququna dair dövlət aktında adı Əlövsət kimi yazılmış, Cavabdeh2 və onun ailə üzvlərinə aid JN-349 nömrəli dövlət aktı, xx.xx.2014-cü il tarixli 1121 nömrəli yaşayış yerindən ailə tərkibi barədə arayış, ailə üzvlərindən 4 nəfərə məxsus şəxsiyyət vəsiqələrinin surətləri və bir nəfərə məxsus doğum haqqında şəhadətnamənin surəti mülki işin İİ cildinin 82-91-ci vərə qlərində yer almışdır.
6. Məhkəmə kollegiyasının iclasında cavabdehlərdən Cavabdeh8 izahat verərək, həqiqətən ona və ailə üzvlərinə məxsus torpaq sahəsini iddiaçıya satdıqlarını, torpağın pulunu aldıqlarını, hazırki iş üzrə birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə prosesində iştirak edərək izahat verdiyini, digər cavabdehlərlə eyni kənddə yaşadığını, onların da məhkəmə iclası barədə məlumatlı olduqlarını, məhkəmənin qətnaməsini aldığını, qətnamə ilə razı olduğundan apellyasiya şikayəti vermədiyini bildirmişdir.
7. Məhkəmə kollegiyasının iclasında cavabdehlərdən Cavabdeh9 və şahid X185 Cavabdeh8 ilə eyni məzmunlu izahat vermişlər.
8. Məhkəmə kollegiyasının iclasında apellyator Cavabdeh2 izahat verərək bildirmişdir ki, onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ya şadıqları kənddən çox uzaqda yerləşdiyi üçün istifadə edə bilməmişlər. Həmin torpaq sahəsi 1998ci ildə atası Əjdər tərəfindən X162 icarəyə verilmişdir. Mehman bir neçə il icarə haqqını onlara taxıl verməklə ödəmiş, daha sonra isə heç bir ödəniş etməmişdir.
9. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 apellyator Cavabdeh2 ilə eyni məzmunlu izahat vermişlər. Onlar, həmçinin, hal-hazırda da mülkiyyətlərində olan torpaq sahələrinin kimin istifadəsində və ya sahibliyində olması barədə məlumatsız olduqlarını bildirmişdirlər.
10. Hazırkı işdə apellyator şikayətində qeyd etmişdir ki, hazırda mübahisələndirilən məhkəmə qətnaməsindən ona və ailə üzvlərinə məxsus 1,46 ha torpaq sahəsinin onun adına dövlət reyestrində qeydiyyata alınması məqsə dilə inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra xx.xx.2023-cü il tarixdə məlumatı olmuşdur.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyatyorun göstərdikləri inandırıcı deyildir. Belə ki, məhkəmə kollegiyasının araşdırmaları ilə müəyyən edilmişdir ki, İddiaçı 16 yanvar 2018-ci ildə həmin torpaq sahəsini öz adına dövlət reyestrində qeydiyyata aldırmışdır. Nəzərə alınmalıdır ki, torpaq sahəsi dövlət reyestrində qeydiyyatdan keçərkən müvafiq mütəxəssislər tərəfindən yerində ölçmə işlərinin aparılması mütləqdir. Əgər torpaq sahəsi faktiki olaraq onun istifadəsində deyildisə, ona və ailəsinə məxsus olmuş torpaq sahəsinin faktiki olaraq kimin istifadəsində olduğu ilə 23 il boyunca maraqlanmadan torpaq sahəsini adına dövlət qeydiyyatına aldırmaq üçün müraciət etməsi də inandırıcı deyildir.
12. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki Prosessual Məcəlləsinin 357.1, 360, 363.1.3, 363.2, 363.4, 364.1, 366.1, 366.2, 366.3, 372.1, 372.7, 384.0.6 və 400-cü maddələri, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarları ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
13. Cavabdeh2 kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 2(107)-1139/2023 nömrəli qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin icraata götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyası nın 29, 60-cı, Mülki Məcəlləsinin 146, 157, 222-ci, Mülki Prosessual Məcəllənin 62.4, 77.1, 78.1, 88, 134.1.4, 134.1.5, 209.1, 218.1, 233, 360, 364, 366-cı maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi kassatora və məhkəmədə iştirak edən şahidlərə ətraflı şəkildə ifadə verməyə şərait yaratmamışdır. İşdə iştirak edən şahidlər apellyatora və onlara məxsus olan torpaq sahələrinin mülkiyyətçilərin xəbərləri olmadan özgəninkiləşdirildiyini bildirsələr də, apellyasiya məhkəməsi bu ifadələri təhrif edilmiş formada qərardadda qeyd etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi kassatora təqdim edilməmişdir. Apellyasiya məhkəməsinin qərardadda qeyd etdiyi, kassatorun digər həmkəndlilərin birinci instansiya məhkəməsinə gəlmələri faktı o demək deyil ki, kassator və onun ai lə üzvləri də həmin məhkəmədən xəbərdar idilər. Barəsində şikayət verilən qərardadda kassatora və onun ailə üzvlərinə ünvanlanmış hər hansı bir bildiriş barədə qeyd etməmişdir. Kassator birinci instansiya məhkəməsinin qətnaməsini rəsmi qaydada aldıqdan sonra qanunvericiliyin müəyyən etdiyi müddətdə apellyasiya şikayəti vermişdir. İddiaçı 2018-ci ildə Çıxarış alma faktını tərəflərin heç biri rəsmi şəkildə təqdim etməmiş, həmin fakt elektron məhkəmə sistemində qeyd edilməmişdir. Bu fakt özlüyündə 2018-ci ildə baş verdiyindən, vaxt kəsiyi olaraq birinci instansiya məhkəməsinin qətnaməsindən sonra təsadüf edir ki, həmin fakt barədə apellyasiya instansiya məhkəməsinin məlumat alması mümkün deyildir. Bu isə özlüyündə apellyasiya instansiya məhkəməsinin qeyri-prosessual tərzdə sübutları əldə etdi yinə əsaslı şübhələr yaradır. Bundan başqa, kassator dəfələrlə qeyd etmişdir ki, torpaq sahəsini Mehman Nəzərova icarəyə vermiş, birinci instansiya məhkəməsi zamanı icraatın gedişindən və həmin qətnamədən məlumatlı olmamışdır.
15. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
16. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1.3-cü maddəsinə əsa sən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişik lik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində cavabdehin apellyasiya şikayətinin mümkünlüyünə hüquqi qiymət verərək müəyyən etmişdir ki, apellyasiya şikayətinin verilməsi ilə bağlı prosessual müddət ötürülmüşdür.
19. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan sənədlərə istinad edərək müəyyən etmişdir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlərin məlumatı olmuş və ya məlumalı olmalı olmuş, lakin onlar apellyasiya şikayətinin prosessual müddəti ötürməklə vermişlər.
20. Kassasiya şikayətində göstərildiyi kimi, cavabdehə həqiqətən qətnamə rəsmi qaydada təqdim edilmədiyi halda da, o, m ülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsinin hüquqi vəziyyəti ilə təxminən 9 il müddətindən maraqlanmamaqla, məhkəmə aktının alınması üçün ağlabatan müddətdə hər hansı tədbir görməmiş, bununla bağlı birinci instansiya məhkəməsinə müraciət etməmişlər. 21. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi X288 Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.”
22. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh tərəfin göstərilən davranışı pr osessual hüquqlardan sui-istifadə kimi qiymətləndirməlidir. Cavabdeh məhkəmə aktını əldə etmək üçün elementar hərəkətlər etmək imkanında olmuş, bu hərəkətlərin etməmələrinin riskini daşımalıdırlar.
23. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin qeyri-mümkün hesab olunmasına dair apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təm in edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 2(107)-1139/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.