Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1933/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Firmasına və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 dekabr 2022-ci il tarixli, 2(103)7155/2022 saylı qətnaməsindən üçüncü şəxs X verdiyi kassasiya şikayəti üzrə işə 13 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları İddiaçı ilə X 11 sentyabr 2004-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahları dövründə "xxxx" Firmasının direktoru (icraçı) X3 ilə İddiaçı (sifarişçi) arasında 29 avqust 2005-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən tərəflər Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, İİ məhəllədə inşa edilən 1 bloklu, 36 mənzilli, 10 mərtəbəli, şərti olaraq binasında İİİ mərtəbədə 1 otaqlı, ümumi yaşayış sahəsi 52 kv.metr olan 12 saylı izolə olunmuş mənzilin satılması və bunun müqabilində mənzilin hər 1 kv.metrinin dəyərini razılaşdırılmış qiymətlərlə, müqaviləyə 1 saylı əlavəyə əsasən qrafik üzrə ödənilməsi barədə razılaşmışlar. 20 dekabr 2008-ci il tarixli maliyyə arayışına əsasən, İddiaçı tərəfindən mənzilə görə 14.040 manat məbləğində pul "xxxx" Firmasına ödənilmişdir. İddiaçı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xı arasında olan nikah qeydi Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qətnaməsi ilə ləğv edilmişdir. 04 iyul 2019-cu il tarixli maliyyə arayışında "xxxx" Firması tərəfindən qeyd olunmuşdur ki, mübahisə predmeti olan mənzil üçün X 11.310 manat ödəniş etmişdir. "xxxx" Firması ilə X arasında bağlanmış 04 iyul 2019-cu il tarixli müqavilə ilə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsi 30 C saylı evin 12 saylı mənzili sonuncuya satılmışdır. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 31 iyul 2019-cu il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsi 30 C saylı evin 12 saylı mənzil i xüsusi mülkiyyət hüququ üzrə x adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı X qarşı “birgə nikah dövründə əldə edilmiş mənzildən payların müəyyən edilməsi, həmin mənzildən İddiaçı payına düşən ½ hissəsinin dəyərinin Xn alınaraq ona ödənilməsi” tələbinə dair iddiası qanunla nəzərdə tutulmuş iddia müddətinin ötürülməsi əsası ilə təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" Firmasına və üçüncü şəxs x və digərlərinə qarşı “müqavilənin, maliyyə arayışının etibarsız hesab edilməsi və Çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahi l qəsəbəsi, İİ məhəlləsində inşa edilən 1 girişli, 10 mərtəbəli, 36 saylı mənzilli yaşayış binasında 3-cü mərtəbədə ümumi sahəsi 52 kv.metr olan bir otaqlı 12 saylı mənzilin X adına qeydiyyata alınmasına dair 31 iyul 2019-cu il tarixli Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Firması tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, İİ məhəllədə inşa edilən 1 girişli, 10 mərtəbəli, 36 mənzilli yaşayış binasında 3-cü mərtəbəsində ümumi sahəsi 52 kv.metr olan 1 otaqlı 12 saylı mənzilin alğı-satqısına dair X ilə bağlanmış müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi və həmin sənədlər əsasında göstərilən mənzilin X adına qeydiyyata alınması na dair 31 iyul 2019-cu il tarixli Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin yuxarda göstərilən hallarına istinad edərək movgeyini belə əsaslandırmişdır ki, X ilə bir müddət bir yerdə yaşasalar da, sonradan aralarında narazılıqlar yaranmış və Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 15 iyul 2014-cü il tarixli, 2(002)-629/2014 saylı qətnaməsi ilə onunla X arasında olan nikah qeydi ləğv edilmişdir. 2020-ci ildə onun X qarşı “əmlak bölgüsü barədə” iddia ərizəsinə Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsində baxılarkən məlum olmuşdur ki, X "xxxx" Firması vasitəsi ilə bütün sənədləri onun adına qeydiyyata alınmış göstərilən mübahisəli mənzili qanunsuz olaraq öz adına rəsmiləşdirmiş və 31 iyul 2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almış dır. Yuxarıda göstərildiyi kimi, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin İİ məhəllədə inşa edilən 1 girişli, 10 mərtəbəli, 36 mənzilli yaşayış binasında 3-cü mərtəbəsində ümumi sahəsi 52 kv.metr olan 1 otaqlı 12 saylı mənzilin alınması barədə "xxxx" Firması ilə 29 avqust 2005-ci il tarixli müqavilə onunla bağlanmış, onun tərəfindən imzalanmış və mənzilin dəyəri onun tərəfindən ödənilmişdir. X iddia ərizəsinə etiraz təqdim edərək, etirazında göstərmişdir ki, İddiaçı hazırki iddia tələbləri tam əsassız və yanlış iddia tələbidir. Belə ki, İddiaçı bundan əvvəl sözügedən mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünməsinə dair iddia tələbinə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası tərəfindən, o cümlədən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyası tərəfindən baxılıb hüquqi qiymət verilmişdir. Hər iki məhkəmə instansiyasının mövqeyi belə olmuşdur ki, İddiaçı ona qarşı əmlakın bölgüsü tələbi üzrə sözügedən mənzilə dair iddia etmək üçün 3 illik iddia müddətini ötürmüşdür və həmin mənzilə iddia etmək hüququnu itirmişdir. Belə ki, həmin mübahisəyə baxılan zaman İddiaçı işə baxan məhkəmə tərkibini yanıldaraq Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 02 mart 2015-ci il tarixli “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsinə dair işin baxılmamış saxlanması barədə” qərardadını məhkəmə tərkibindən gizlətmiş və bununla da məhkəmə tərkibinin iddia müddətinin axımını düzgün müəyyən edə bilməməsinə nail olmuşdur. Lakin, onun tərəfindən Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 02 mart 2015-ci il tarixli qərardadı Ali Məhkəməyə təqdim edildikdən sonra, A li Məhkəmə ədalətli və obyektiv qərar qəbul edərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının qətnaməsini ləğv etmişdir. O cümlədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyası da Ali Məhkəmənin qərarındakı göstərişlərə riayət edərək, İddiaçı birgə nikah dövründə əldə edilmiş mənzildə payların müəyyən edilməsi və həmin mənzildən İddiaçı payına düşən 1/2 hissəsinin dəyərinin ondan alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi barədə qətmanə qəbul etmişdir. Bu səbəbdən, hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən hüquqi qiymət verilərək sözügedən mənzilə İddiaçı payının müəyyən olunmaması barədə məhkəmə qərarları olduğu halda, sonuncu hazırki iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etməsi məhkəmənin boşuna vaxtını almaqdan başqa bir şey deyildir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti hazırkı iddia tələbi üçün görünüş yaratmaqdan başqa bir şey deyil. Azərbaycan Respublikası Ali Məhkəməsi bir mübahisə üzrə iki fərqli mövqe nümayiş etdirməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" Firmasının nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddianı qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı ilə "xxxx" Firması arasında bağlanmış 29 avqust 2005-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi 2ci məhəllədə inşa edilən 1 bloklu, 36 mənzilli, şərti olaraq “A” binasında, 3-cü mərtəbədə, 1 otaqlı, ümumi sahəsi 52 kv.metr olan, 12 saylı izolə olunmuş mənzil İddiaçı satılmışdır. Həmin Müqaviləyə 1 saylı əlavəyə əsasən mənzilin ümumi dəyəri 15.600 ABŞ dolları müəyyən olunmuş və müqavilə bağlanan gün 2.500 ABŞ dolları ilkin ödəniş edilmişdir. İlkin ödəniş edildikdən sonra yerdə qalan 13.100 ABŞ dolları pul vəsaiti hissə-hissə ödənilmiş və 08 oktyabr 2008-ci il tarixdə sonuncu ödəniş edilmişdir. 2019-cu ilin iyul ayında X "xxxx" Firmasına müraciət edərək bildirmişdir ki, iddiaçı həmin mənzilə dair bağlanmış 29 avqust 2005ci il tarixli müqavilənin onun adına dəyişdirilməsinə razıdır, və ozu burda olmadığına görə mənzilə dair müqavilənin onun adına dəyişdirilməsinə dair razılıq ərizəsini hal-hazırda onlara təqdim edə bilmir, iddiaçının həmin razılıq ərizəsini Firmaya təqdim edəcəkdir, iddiaçı mənzilə dai r mülkiyyət hüququna dair tezliklə çıxarış alınması üçün müqavilənin onun adına dəyişdirilməsinə etiraz etmir. Həmin dövrdə Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli, 529 saylı Fərmanına əsasən çoxmənzilli binalarda olan mənzillər üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kütləvi şəkildə aparılırdı və həmin Fərmanın qüvvədə olma müddəti 01 yanvar 2020-ci il tarixədək müəyyən edilmişdir. Məhz bu səbəbdən də, 2019-cu ildə "xxxx" Firması tərəfindən inşa olunmuş Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi 2-ci məhəllədə inşa edilən 1 bloklu 36 mənzilli “A” binasında yerləşən mənzillərə də çıxarışlar verilməsinə başlanılmışdır. Həmçinin qeyd edi rlər ki, X ilə iddiaçı arasında olan nikahın pozulmasından onların məlumatları olmamışdır. Buna görə də, X yuxarıda qeyd olunan sözləri ilə (iddiaçı həmin mənzilə dair bağlanmış 29 avqust 2005-ci il tarixli müqavilənin onun adına dəyişdirilməsinə razıdır, iddiaçı burda olmadığına görə mənzilə dair müqavilənin onun adına dəyişdirilməsinə dair razılıq ərizəsini halhazırda onlara təqdim edə bilmir, iddiaçı həmin razılıq ərizəsini Firmaya təqdim edəcəkdir, iddiaçı mənzilə dair mülkiyyət hüququna dair tezliklə çıxarış alınması üçün müqavilənin onun adına dəyişdirilməsinə etiraz etmir) "xxxx" Firmasının rəhbərliyini inandırmış, eləcə də, "xxxx" Firmasının rəhbərliyinin X ilə iddiaçı arasında olan nikahın pozulmasından məlumatı olmadığına görə, buna görə də, onların ər-arvad olduğunu bildiyinə gö rə iddiaçı ilə "xxxx" Firması arasında bağlanmış 29 avqust 2005-ci il tarixli müqaviləni X adına dəyişdirərək 04 iyul 2019-cu il tarixli müqavilə bağlanmış və maliyyə arayışı verilmişdir. X tərəfindən həmin mənzilə görə "xxxx" Firmasına hər hansı məbləğdə ödəniş edilməmiş, həmin maliyyə arayışı mənzil üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün tələb olunduğuna görə X verilmiş maliyyə arayışı iddiaçı tərəfindən mənzilin dəyəri kimi ödənilmiş ödənişlər əsasında tərtib edilmişdir. Təxminən 2020-ci ilin sonlarında onlara məlum olmuşdur ki, X ilə iddiaçı arasında olan nikah 2014-cü ildə pozulmuş və X "xxxx" Firmasının rəhbərliyini aldadaraq 2019-cu ilin iyul ayında həmin mənzilə dair müqavilənin öz adına dəyişdirilməsinə nail olmuşdur. Bakı şəhər i Qaradağ Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(002)-310/2022 saylı qətnaməsi ilə (hakim K.B.Əsədov) iddia təmin edilərək, "xxxx" Firması ilə X arasında bağlanmış 04 iyul 2019-cu il tarixli müqavilənin, mənzilə dair X adına verilmiş 04 iyul 2019cu il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsi 30 C saylı evin 12 saylı mənzilinə dair X adına verilmiş 31 iyul 2019-cu il tarixli Çıxarış ləğv edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" Firması ilə X arasında bağlanmış 04 iyul 2019-cu il tarixli müqavilə və mənzilə dair X adına verilmiş 04 iyul 2019-cu il tarixli maliyyə arayışı birmənalı şəkildə et ibarsızdır. Belə ki, X öz marağını təmin etmək üçün "xxxx" Firmasına yalan məlumat verməklə, bağlandığı andan etibarsız olan müqavilənin bağlanmasına və maliyyə arayışı almasına nail olmuşdur. "xxxx" X2 verdiyi məlumata inanaraq, iddiaçı ilə əlaqə saxlamadan, X verdiyi məlumatları yoxlamaq imkanı olmasına baxmayaraq, sonuncunun verdiyi yanlış məlumat əsasında etibarsız müqavilə bağlamış, SX pulunu ödəmədiyi halda mənzilin pulunun sonuncu tərəfindən ödənilməsinə dair etibarsız maliyyə arayışı vermişdir. "xxxx" Firası özü də qeyd olunan halları təsdiq etmişdir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337, 337.1, 337.2, 337.3, 337.4, 337.5-ci maddələrinə və digər maddi, prosessual hüquq normalarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsind əki icraat Üçüncü şəxs Xa apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 dekabr 2022-ci il tarixli, 2(103)7155/2022 saylı qətnaməsi ilə (hakimlər R. M. Həsənov sədrlik edən, məruzəçi, M. A. Məmmədov, İ.Ə.Kərimli) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(002)-310/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 29 avqust 2005-ci il tarixli müqavilənin predmeti mənzilin “icraçı” "xxxx" Firması tərəfindən “sifarişçi” İddiaçı satıl ması kimi göstərilsə də, müqavilənin məzmunu və tərəflərin müqavilə üzrə nəzərdə tutulan öhdəlikləri onu deməyə əsas verir ki, onların arasında faktiki olaraq inşa edilən çoxmənzilli yaşayış binasında izolə edilmiş mənzilin tikintisinə dair podrat münasibətləri mövcud olmuşdur. Bu səbəbdən də həmin müqavilə podrat müqaviləsi kimi qiymətləndirilməklə, yaranmış mübahisənin həlli zamanı podrat hüquq münasibətlərinə dair normalara istinad olunmalıdır. Bu mənada qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış 29 avqust 2005-ci il tarixli müqavilənin şərtləri hər iki müqavilə subyekti tərəfindən icra edilmişdir. Yəni, “icraçı” adlanan podratçı hazırlanmış məmulatı (mübahisəli mənzili) inşa edərək “sifarişçi” adlanan podratçıya təhvil vermiş, sonuncu isə görülmüş işin dəyərini (şərtləşdirilmiş m uzdu) tam olaraq ödəmişdir. Bununla da, podrat münasibətlərinin tələblərinə uyğun olaraq cavabdeh "xxxx" Firması mübahisəli əmlaka- Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsi 30 C saylı evin 12 saylı mənzilinə mülkiyyəti İddiaçı vermişdir. Başqa sözlə, müqavilənin icra edilməsi ilə əlaqədar "xxxx" Firması həmin mənzilə dair hüquqlarını itirmişdir. Lakin buna baxmayaraq, "xxxx" Firması mənzilin qanuni sahibi olan iddiaçının iradə ifadəsi olmadan, həmin mənzilə dair iddianın keçmiş arvadı olan üçüncü şəxs X ilə yeni müqavilə bağlamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, "xxxx" Firmasının bu hərəkətləri mülki qanunvericiliyin tələbləri baxımından qanunsuz olmuş, onun həmin mənzil üzərində sərəncam vermək səlahiyyəti olmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdi r ki, müqavilə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamına yönəlmiş razılaşma olduğundan, onun bağlanması zamanı əqdin subyekt tərkibinə, məzmununa, iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlərə əməl edilməlidir. Yalnız bu şərtlərə əməl edilməklə bağlanmış əqd etibarlı hesab oluna və onun tərəfləri üçün hüquqi nəticələr yarada bilər. Hazırkı işin araşdırılan hallarından görünür ki, "xxxx" Firması ilə üçüncü şəxs x arasında bağlanmış 04 iyul 2019-cu il tarixli müqavilə qeyd edilən tələblərə cavab verməmiş, bu müqavilə səlahiyyəti olmayan subyekt tərəfindən bağlanmış və mübahisəli mənzilə dair həqiqi hüquq sahibi olan iddiaçının iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə uyğun olmamışdır. Buna görə də həmin müqavilə bağlandığı andan etibarsız olmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş üçüncü şəxs X onunla iddiaçının arasında baş tutmuş məhkəmə mübahisələri üzrə qüvvədə olan qətnamələrin olmasına, həmin qətnamə ilə müəyyən edilmiş halların hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etməsinə istinad etsə də, məhkəmə kollegiyası bu dəlilləri əsassız hesab edib. Belə ki, mülki iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 oktyabr 2021-ci il tarixli qətnaməsindən göründüyü kimi Əvəz X1rşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinin təmin edilməsinə dair Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir. Belə ki, qeyd edilən mübahisə ərlə arvadın ailə-hüquq münasibətlərindən irəli gəlməklə, onların birgə nikah dövründə əldə edilmiş ümumi birgə əmlakının bölünməsi ilə bağlı olmuşdur. Hazırki mübahisə isə iddiaçı ilə "xxxx" Firması arasında yaranmış müqavilə-hüquq münasibətlərindən irəli gəlməklə, onların bağlamış olduğu podrat müqaviləsi əsasında iddiaçının əldə etdiyi və cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuş hüquqlarının bərpa edilməsi ilə bağlıdır. Ona görə də, iddiaçı ilə üçüncü şəxs X arasında olan mübahisə ilə bağlı qətnamənin mövcudluğu hazırkı mülki mübahisənin mahiyyəti üzrə baxılaraq həll edilməsinə mane olmur. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.4, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 421.1, 752.1, 752.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Üçüncü şəxs X(Vəkil3) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs X kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə tərəflər arasında əqdə əsaslanan iddia tələbi üzrə (əmlak bölgüsünə dair) və Ali Məhkəmənin Mülki kollegiyasının 14 iyun 2022-ci il tarixli Qərarının 54, 55 və 56-cı bəndlərinin tələblərinə uyğun olaraq qanuni qüvvəsini almış məhkə mə aktı mövcuddur. Hazırkı mübahisə üzrə işə birinci instansiya məhkəməsində baxılaraq qanunsuz qərar qəbul edilmişdir Halbuki, bu mübahisənin mahiyyəti üzrə iddiaçı ilə arasında bundan əvvəlki mülki iş (əmlakdan payların müəyyən edilməsi tələbi) üzrə iddiaçının xeyrinə çıxarılmış qanunsuz qətnamə Ali Məhkləmənin qərarı əsasında ləğv edilmişdir. İşə baxan birinci instansiya məhkəməsinin hakimin qərəzli mövqeyi isə məhkəmə iclasında cavabdehin özünün ("xxxx" firmasının) yox, vəkilinin “etirafları” əsasında səlahiyyətli şəxsi və onun qanuni nümayəndəsi barədə yox, onun “yalan danışmağı” ilə əlaqədar barəmdə xüsusi qərardad qəbul etməsi ilə açıq-aşkar görsənir. Birinci instansiya məhkəməsinin prosessual və maddi hüquqların pozulması ilə qəbul edilmiş qətnaməsindən verilmiş apellyasiya şikayət inə baxarkən, Bakı Apelyyasiya Məhkəməsi prosessual hüququn pozuntusu üzrə (MPM-in 19-cu maddəsi) dəlilə heç bir hüquqi qiymət verməmişdir. Həmin Qərardadın 54-cü bəndində göstərilir ki, əqdə əsaslanan tələblər əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllənin 140-cı maddəsi). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllənin 166.1-ci maddəsi). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Həmin Qərardadın 55-ci bəndinə əsasən əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdir ənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər; Maddə 337.1. Bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; Maddə 354.2. Bu məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu günd ən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər; Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə v ə ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından,yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına m üvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iş üzrə əhəmiyyətli olan hal ları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işin mübahisə olunmayan hallarına görə, 11 sentyabr 2004-cü il tarixdə iddiaçı rəsmi nikah əsasında üçüncü şəxslə ailə qurub və onların birgə nikahından 2006-cı il tarixdə əkiz uşaqları doğulub. Sonradan Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 15 iyul 2014-cü il tarixli qətnaməsi ilə iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış nikah pozulub. Həmçinin, tərəflərin mübahisələndirdiyi Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Əlyar Gülbabayev küçəsi 30 “C” saylı evin 12 saylı mənzili işə əlavə edilmiş 29 avqust 2005-ci il tarixli müqaviləyə əsasən "xxxx" firması tərəfindən 14040 manata iddiaçıya satılıb və mənzilin pay haqqının tam məbləğdə ödənilməsinə dair sonuncunun adına maliyyə arayışı verilib. Daha sonra, işdən görünür ki, iddiaçı nın yazılı razılıq ərizəsi olmadan "xxxx" firması tərəfindən 16 mart 2015-ci il tarixli müqaviləyə əsasən sözügedən mənzil X adına keçirilib və sonuncunun adına 04 iyul 2019-cu il tarixli maliyyə arayışı verilib. 31 iyul 2019-cu il tarixli Çıxarışa əsasən həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X adına qeydə alınıb. Bundan sonra, İddiaçı məhkəmədə X qarşı iddia qaldıraraq, sözügedən mənzilin ½ hissəsinə onun, ½ hissəsinə isə X paylarının müəyyən edilməsi, həmin mənzilin onun payına düşən ½ hissəsinin dəyərini təşkil edən 20.000 manat pulun X tutulub ona ödənilməsini xahiş edib və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilib. Sözügedən qətnamə ilə müəyyən edilib ki, İddiaçı mənzilə münasibətdə hü ququnun müdafiəsi məqsədi ilə ilk dəfə 2015-ci ildə eyni xarakterli iddia tələbi ilə məhkəməyə müraciət edib. Bu hal isə onu deməyə əsas verir ki, İddiaçı ən geci həmin vaxt mübahisəli mənzilə münasibətdə hüququnun pozulduğundan məlumatlı olub. Bununla da İddiaçı hazırki iddia tələbi ilə 24 sentyabr 2019-cu il tarixdə məhkəməyə müraciət etməklə, qanunla nəzərdə tutulmuş iddia müddətini ötürüb. Bu da iddianın rədd olunması üçün əsasdır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Əvəz X1rşı ümumi əmlak sayılan mübahisəli mənzilin bölünməsi, yəni həmin mənzildən ona düşən ½ payın ayrılması və dəyərinin ödənilməsi barədə iddiası 3 illik iddia müddətini ötürdüyü üçün rədd edilib. İlk növbədə qeyd olunmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatının əsas vəzifəsi hər bir fiziki v ə hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmçinin, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia tələbinə aid olmayan sübutların araşdırılıb, həmin sübutlar əsasında iddianın predmetinə aid olmayan hallarla bağlı müəyyən edilən faktların həmin şəxslərin iştirak etdiyi başqa bir iş üzrə preyudisial əhəmiyyət daşıyıb-daşımaması məsələsinə gəldikdə kassasiya instansiyası məhkəməsi aşağıdakıları qeyd edir. Mülki Prosessual Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əla qədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Müki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanu ni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Apellyasiya instansiyası məhkəməsi, sözügedən mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların hazırki işdə iştirak edən şəxslər üçün düzünə preyudisiallığı olmasa da, həmin faktların hazırki iş üzrə araşdırılmış, qiymətləndirilmiş tələbin və etirazın predmetinə bilavasitə aid olmasını nəzərə almayıb. Digər tərəfdən, işdən görünür ki, X sözügedən mənzilə mülkiyyət hüququ onunla "xxxx" firması arasında bağlanmış 16 mart 2015-ci il tarixli müqaviləyə, 04 iyul 2019-cu il tarixli maliyyə arayışına əsasən əmələ gəlib və bu barədə onun adına 31 iyul 2019-cu il tarixli Çıxarış verilib. Apellyasiya instansiyası məhkəməsi, İddiaçı mübahisəli mənzilə münasibətdə hüququnun müdafiəsi məqsədi ilə ilk dəfə 2015-ci ildə “mənzildən payının müəyyən edilməsi və payının dəyərinin ödənilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etməsini, həmin mənzilə dair 16 mart 2015-ci il tarixdən "xxxx" firması ilə X arasında müqavilənin bağlanmasını, həmin mənzilə dair onun adına 04 iyul 2019-cu il tarixli maliyyə arayışının, habelə mülkiyyət hüququna dair 31 iyul 2019-cu il tarixli Çıxarışın verilməsini, iddiaçının hazırki iddia tələbləri ilə məhkəməyə yalnız 06 dekabr 2021-ci il tarixdə müraciət etməsini nəzərə almadan, iddiaçının sözügedən müqavilənin etibarsız hesab edilməsinə əsas verən halları nə vaxtdan bildiyini və ya bilməli olduğunu araşdırmadan, həmin müqavilənin mübahisə edilən və ya əhəmiyyətsiz əqd olduğunu müəyyən etmədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə- əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı irad əsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müd dətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə” 12 mart 2020-ci il tarixli Qərarında da ifadə edilmişdir. Həmin Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kə sici müddətlərə aiddir. Belə ki, kəsici müddət- şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi üçüncü şəxs X kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayıb hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normaların ın pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, işin yuxarıda müəyyən edilmiş hallarını, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutl ara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Üçüncü şəxs Xn kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 dekabr 2022-cü il tarixli, 2(103)-7155/2022 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.