Məhkəmə qərarları › İş №2(102)-1935/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1935/2019

15.03.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1935/2019 15.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, Musayeva Gülnarə Eldar qızının katibliyi ilə, İddiaçı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 oktyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiy a instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Şəki rayon 1 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, çıxarışların ləğv edilməsi və sair “tələblərinə dairiddia ərizəsi ilə Şəki rayon məhkəməsinə müraciət etmişdir. Şəki rayon məhkəməsinin 19 noyabr 2015-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Mehdiyev, iş 2(075)-4189/2015) İddiaçı Mehdiqulu oğlunun cavabdehlər Şəki rayon 1 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarş ı 25 fevral 2013-cü il tarixli 1/70 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, ünvan 1 ünvanında yerləşən miras əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına dair 2013-cü il 27 mart tarixli, RX seriyalı ******* saylı və 2015-ci il 19 iyun tarixli, RX seriyalı ******* saylı çıxarışların ləğv edilməsinə, İddiaçı və X2 ünvan 1 ünvanında yerləşən miras əmlak olan fərdi yaşayış evindən ½ pay bölgüsü ilə bərabər hissələrdə irs almaq hüququna dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə və həmin əmlak üzərində ½ pay hüququ ilə İddiaçı və X1 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına və reyestrdən çıxarışla rəsmiləşdirilməsi tələbinə dair iddiası təmin edilməmiş, İddiaçı Mehdiqulu oğlunun dövlət büdcəsin ə ödədiyi 10 manat dövlət rüsumu xərci onun özünə aid edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), H.Səlimov və Ə.Məcidov, iş № 2(107)-284/2016) İddiaçı Mehdiqulu oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 19 noyabr 2015-ci il tarixli qətnаməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, İddiaçı Mehdiqulu oğlunun iddia tələbi təmin edilmiş, Şəki rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 25 fevral 2013-cü il tarixli 1/70 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız sayılması, ünvan 1 ünvanında yerləşən miras əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı, 2013-cü il 27 mart tarixli çıxarış, eyni zamanda ünvan 1 ünvanında yerləşən miras əmlakın ümumi birgə mülkiyyət hüququ əsasında 2/3 hissə üzərində X1 və X4, İddiaçı isə həmin əmlakın 1/3 hissəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı 19 iyun 2015-ci il tarixli çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən miras əmlak olan fərdi yaşayış evindən ½ pay bölgüsü ilə bərabər hissələrdə irs almaq hüququna dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ve rilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi olan miras əmlak üzərində ½ pay hüququ ilə İddiaçı və ½ pay hüququ ilə X1 mülkiyyət hüquqlarının tanınması və dövlət qeydiyyatına alınmaqla rəsmiləşdirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 13 iyul 2016-cı il tarixli qərarı ilə (hakimlər G.Quliyev (sədrlik edən və məruzəçi), Q.Allahverdiyev və Ə.Əliyev, iş № 2(102)-3161/2016) X4 kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının18 fevral 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər K.Rəhimov (sədrlik edən və məruzəçi), G.Abbasov və R.Rəf iyev, iş № 2(107)-125/2017) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 19 noyabr 2015-ci il tarixli qətnаməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, İddiaçı iddia tələbi təmin edilmiş, Şəki rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 25 fevral 2013-cü il tarixli 1/70 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız sayılması, ünvan 1 ünvanında yerləşən miras əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı, 2013-cü il 27 mart tarixli çıxarış, eyni zamanda ünvan 1 ünvanında yerləşən miras əmlakın ümumi birgə mülkiyy ət hüququ əsasında 2/3 hissə üzərində X1 və X4, İddiaçının isə həmin əmlakın 1/3 hissəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı 19 iyun 2015-ci il tarixli çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən miras əmlak olan fərdi yaşayış evindən ½ pay bölgüsü ilə bərabər hissələrdə irs almaq hüququna dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi olan miras əmlak üzərində ½ pay hüququ ilə İddiaçı Mehdiqulu oğlunun və ½ pay hüququ ilə X1 mülkiyyət hüquqlarının tanınması və dövlət qeydiyyatına alınmaqla rəsmiləşdirilməsi qət edilmişdir. Azərbay can Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 30 may 2017-ci il tarixli qərarı ilə (hakimlər T.Qoldman (sədrlik edən və məruzəçi), Ə.Rüstəmov və İ.Dəmirov, iş № 2(102)-3465/2017) üçüncü şəxslər X4 və X1 kassasiya şikayətləri təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının10 yanvar 2017-ci il tarixli qətnaməsidəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 22 sentyabr 2017-ci il tarixli qərardadı ilə X1 əlavə kassasiya şikayətinin Plenumun baxışına çıxarılmasından imtina edilmişdir. Ərizəçi X1 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 30 may 2017-ci il tarixli qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını və miras əmlakın bölgüsü ilə bağlı qanuni qüvvəyə minmiş iki məhkəmə qərarının mövcud olduğunu nəzərə alaraq, həmin qərarın Konstitusiyanın 29 və 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1243, 1248.1 və 1272-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 217.3, 233.3, 416, 417.1.3, 418.1 və 420-ci maddələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 aprel 2018-ci il tarixli qərarı ilə İddiaçı Şəki rayon 1 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və s. iddia təl əbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə, 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1 və 418.3-cü maddələrinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilərək, işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 29 iyun 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 30 may 2017-ci il tarixli qərarı, onunla əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şükürov (sədrlik edən və məruzəçi), M.Hüseynov və R.Əliyev, iş № 2(107)-2244/2018) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki rayon məhkəməsinin 19 noyabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 oktyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası m əhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahi sənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, X2 və İddiaçı 26 fevral 1993-cü il tarixdə vəfat etmiş X10 və 30 sentyabr 2010-cu il tarixdə vəfat etmiş X3 qanun üzrə vərəsələri olaraq ünvan 2 ünvanda yerləşən miras fərdi yaşayış evində yaşamaqla vərəsəliyi faktiki olaraq artıq qəbul etmişlər. Eyni zamanda, X4 vərəsəlikdə pay hüququnun olması məhkəmələr tərəfindən müəyyən edilmiş və o, qanuni qüvvəsini almış məhkəmə aktı əsasında qanun üzrə vərəsəlik şəhadətnaməsi və çıxarış əldə etmişdir Şəki rayon məhkəməsinin 11 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə iddiaçılar X2 və bacısı X4 cavabdeh İddiaçı qarşı valideynlərindən miras qalmış ünvan 2 evin və onun yerləşdiyi həyətyanı sahənin vərəsələr arasında, iddiaçı tərəfə 2/3 hissə, cavabdeh tərəfə isə 1/3 hissə olmaqla bölünməsi və sərhədlərin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 yanvar 2015-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmuş, paylı mülkiyyətdə olan ümumi sahəsi 159.2 kv.m yaşayış evinin 2/3 hissəsinin (107.7 kv.m) iddiaçı tərəfə, qalan hissəsinin isə cavabdeh tərəfə verilməsi və iddiaçılara artıq düşən 1.6 kv.m sahəyə görə cavabdeh İddiaçı 200 manat məbləğində pulun ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2015-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunduğu kimi, X2 və X4 İddiaçı qarşı məhkəmədə qaldırdıqları iddia Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 yanvar 2015-ci il tarixli qətnaməsi ilə miras əmlakdan bərabər paylar olmaqla 2/3 pay iddiaçıların, 1/3 pay isə İddiaçı xeyrinə müəyyən edildikdən sonra sonuncu həmin qətnamədən kassasiya şikayəti vermiş, lakin şikayət Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən təmin edilməmişdir. Yalnız bundan sonra İddiaçı Şəki Rayon Məhkəməsində iddia qaldıraraq bacısı X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərmiş, iddiasını dövlət notariat kontoruna və dövlət reyestr xidmətinə qarşı yönəldərək qanun üzrə vərəsəlik şəhadətnaməsinin və çıxarışın ləğv olunmasını və miras əmlakın onunla X2 arasında ½ payla bölünməsini xahiş etmişd ir. İş materiallarından da göründüyü kimi, İddiaçı yenidən iddia qaldıraraq ilk iş üzrə iddiaçılar olmuş şəxsləri (X2 və X4) cavabdeh kimi göstərməklə faktiki olaraq eyni mübahisə üzrə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243, 1276-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 233.3-cü maddələrinin normasını tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə müvafiq olaraq, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəl ləsinin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qə tnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanu nları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edil məməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Şəki Ap ellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 oktyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 oktyabr 2018-ci iltarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar