Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1937/2024 10.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əsassız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-898/2024 nömrəli, 1 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdırara q aşağıdakıları müəyyən etmişlər:
2. İddiaçı (bundan sonra-iddiaçı) Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşayış evi üzrə 2011-ci ildən Cavabdeh (bundan sonra-cavabdeh) abonentidir və ona **********00080 saylı abonent kodu verilmişdir;
3. İddiaçı yaşadığı həmin evin təbii qazla təchizatı üçün xx.xx.2022-ci il tarixdə “Zenner G-4T Smart” markalı qaz sayğacı quraşdırılmışdır;
4. Sözügedən ünvanda xx.xx.2022-ci il tarixdə akt tərtib olunmuş, abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi göstərilməklə həmin akt əsasında ona 4406,40 manat borc hesablanmışdır;
5. Həmin ünvanda xx.xx.2022-ci il tarixdə də akt tərtib olunmuş, abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi göstərilməklə həmin akt əsasında ona 1468,80 manat borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən abonent hesabına aktlar əsasında hesablanmış ümumilikdə 5875,20 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh İB tərəfindən ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Zirə Südçülük sovxozu ünvanında yerləşən evdə qaz itkisinin yarandığı müəyyən edilmiş və 5875,20 manat məbləğində borc hesablanmışdır. Fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi birlik daşıdığı halda, qaz sayğacında yaranmış qüsura görə 5875,20 manat məbləğində borcun hesablanmasına əsas olmuş hallar tamamilə qanunsuz və əsassız olduğu üçün həmin borc silinməlidir. Cavabdeh birlik mənzildən kənarda quraşdırılmış sayğacdakı pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair hər hansı mötəbər sübut təqdim etməmişdir, halbuki bu halda sübut etmə yükü cavabdehin üzərinə düşür.
8. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia tələbini müdafiə edərək izahatında həmçinin göstərmişdir ki, qeyd olunan mənzil onun atasının olmuş, öz evləri atasının evindən 3-4 km aralıda yerləşmişdir. Atası xəstə olduğundan 2020-2021-ci illərdə sonuncunun evinə köçmüşlər. Sonradan onlar artıq orada yaşamamağa başlamışlar. Həyətində su quyusu qazdıraraq nasos vasitəsilə bir neçə metr dərinlikdən su çıxartmış, qonşuluqda yerləşən mənzillərə mütəmadi su verilməli olduğundan su borularını qoşmaq və nasosu işlətmə k üçün həftədə 1-2 dəfə evə gedib-gəlmişdir. Bir gün evə gəldikdə mənzilə gedən şlanqlardan birinin kəsildiyini görmüş və sonradan Cavabdeh İBnin əməkdaşlarının kəsdiyini öyrənmişdir. Cavabdeh birlik mənzildən kənarda quraşdırılmış sayğacdakı pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair hər hansı mötəbər sübut təqdim etməmişdir, halbuki bu halda sübut etmə yükü cavabdehin üzərinə düşür. "Azəriqaz” İB tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında yaşadıqları evə məxsus qaz sayğacına aktlar tərtib edilməklə əsassız olaraq borc hesablanmışdır. Sözügedən aktlardan xəbərləri olmamış və aktlar onların iştirakı olmadan tərtib edilmişdir. Məsələni araşdırdıqdan sonra ona məlum olmuşdur ki, "Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş aktlar əsasında guy a onun tərəfindən sayğacdan kənar qeyri-qanuni istifadə edilmişdir. Həmin aktlar tərtib olunmuş evdə heç vaxt təbii qazdan qeyri-qanuni olaraq qanunsuz istifadə olunmamışdır. Onların sayğacdan kənar istifadə etmək kimi niyyəti olmamışdır. Aktlar tərtib edilən zaman, sözügedən evdə PG-4, QSSQ-250l, dəmir soba, İran sobasının olması qeyd edilmiş və bu avadanlıqlara görə ona cərimə hesablanmışdır. Həmin evdə yaşayış yoxdur, ümumiyyətlə də uzun müddət olmamışdır.
9. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının istifadəsində olan ünvana sayğac quraşdırılmış, lakin iddiaçı təbii qazdan həmin sayğac vasitəsilə istifadə etməmişdir. Evə çəkilən su şlanqlarının içərisindən qeyri-qanuni qaz xətti keçirilmiş və mənzilin təbii qaz təchizatı həmin xətt vasitəsilə ödənilmişdir. Cavabdehin əməkdaşları tərəfindən həmin hallar aşkar edildiyi üçün aktlar tərtib olunmuşdur, aktlar əsaslıdır və həmin aktlar əsasında dəymiş ziyan hesablanmışdır.
10. Məhkəmə tərəfindən iddiaçının ünvanına keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, ünvanda bir mərtəbəli və bir köməkçi ev, evin həyətində qeyristandart su qızdırıcısı, kombi, 4 gözlü qaz plitəsi və dəmir soba vardır. Mənzildə “İran” sobası aşkar edilməmişdir. Müayinə aparılan zaman su xətti kimi istifadə edilən şlanqdan hər hansı qeyri-qanuni və sayğacdan kənar qaz xətti müşahidə edilməmişdir.
11. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-917/2023 nömrəli 18 may 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh tərəfindən İddiaçı abonent hesabına (abonent kodu **********00080) hesa blanmış 5875,20 manat məbləğində borc silinmişdir (hakim Emin Rüstəmov).
12. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən aktların tərtib olunmasına əsas olmuş halların məhz iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 iş günü müddə tində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmçinin istehlakçıya verilmiş qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır. Məhkəmə araşdırması zamanı isə iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsi halı müəyyən edilməmişdir. Belə ki, məhkəmə tərəfindən iddiaçının ünvanı yerində müayinə edilmiş və həmin müayinə zamanı iddiaçının ünvanına cavabdeh Birliyə məxsus qaz xəttindən başqa qeyri-qanuni hər hansı bir xəttin daxil olması müəyyən edilməmişdir. Qaz sərfi nəticəsində itirilmiş qazın iddiaçının təqsiri ucbatından baş ver məsini isə cavabdeh Birlik sübut etməli olduğu halda, bu hal sübut edilməmişdir. Bu səbəbdən qaz sərfi nəticəsində itirilmiş qazın bərpası üçün dəymiş ziyanın iddiaçının hesabına hesablanması əsassızdır. Həmin ünvanda aktların tərtib edildiyi aylarda müntəzəm olaraq yaşayış olmamışdır. Qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına, onda baş verən texniki problemlərin aradan qaldırılmasına cavabdehliyi isə qaz paylayıcısı daşıyır. Bununla da “Qazdan istifadə Qaydaları” haqqında normativ aktın tələblərini pozmaqla iddiaçı tərəfindən təbii qazdan istifadə etməsi hallarını sübuta yetirmədən həmin aktları tərtib etmişlər, odur ki, aktlar əsassızdır.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Qanunun 20ci və 21-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.8-ci, 6.2-ci, 6.5-ci, 6.6-cı, 6.7-ci bəndlərinə və Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə istinadla əsaslandırılmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, iddiaçının təbii qazdan sayğacsız istifadə etdiyinin sübuta yetirildiyini nəzərə almadığı, maddi hüquq normalarını düzgün tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışdır.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Sabit Bəhrəmzadə) 2(103)-898/2024 nömrəli, 1 fevral 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh nümayəndəsinin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Kollegiya hesab etmişdir ki, akta əsasən hesablayıb tələb etdiyi məbləğ baxımından cavabdeh bunu sübut edə bilməmişdir.
17. İddiaçıya aid abonent saldosuna əsasən onun barəsində 2018-ci ilin aprel ayında da qazdan sayğacsız istifadə etdiyi qeyd olunmaqla akt tərtib edilmiş, buna baxmayaraq xx.xx.2022-ci il tarixinə qədər onun evinə sayğac quraşdırılmamış, sayğac quraşdırıldıqdan 10 gün sonra isə akt tərtib edilərək qazdan sayğacsız istifadə etməsinə görə ona 4406,40 manat, 2 ay sonra növbəti akt tərtib olunaraq 1468,80 manat sərfiyyat hesablanmışdır.
18. Bundan əlavə, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmamış, akt tərtib edilərkən onun bir nüsxəsi həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq nə iddiaçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yaxud cinayət təqibi orqanına təqdim edilməmiş, beləliklə də iddi açının (istehlakçının) qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən olunmamışdır.
19. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 1096, 1097-ci və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın göstərişlərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (Vəkil ) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-898/2024 nömrəli, 1 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edərək iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayətini belə əsaslandırmışdır ki, iddiaçının iddia tələ bi əslində cavabdehə vurulmuş zərər olmasına baxmayaraq, məhkəmə iddia tələbinin böyük bir qismini əsassız olaraq təmin etmişdir. Bundan əlavə, məhkəmə dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə mülki işə əlavə edilmiş saldoya nəzər yetirməmiş. Halbuki diqqət etməli olsa idi iddiaçının təbii qazdan istifadə etmədiyini və istifadə edilmiş qaza görə hər hansı məbləğ ödənilməmişdir. İddiaçı həmin ünvanda yaşamadığını qonşuların ancaq su quyusundan istifadə etməsini qeyd etsə də bu halı təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməməsinə baxmayaraq məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla yanaşı məhkəmə qətnaməsində aktlara olan münasibətini öz mülahizəsinə əsaslanaraq qətnamə qəbul etmişdir.
22. Həmçinin, məhkəmə ödəniş cədvəlini təqdim olunmasını tələb etmiş və bu icra olunsa da məhkəmə qətnamə qəbul eddərkən ödəniş cədvəlində göstərilənləri nəzərə almamışdır.
23. Kassator şikayətinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 157.5-ci, Mülki Prossesual Məcəllənin 77, 88-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Resöublikasının Mülki Məcəlləsi:
25. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
26. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir).
28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəz i zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:
29. Maddə 13, hissə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istif adə qaydaları ilə tənzimlənir (2022-ci il mayın 1-dən qüvvəyə minmişdir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə o lunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya insta nsiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 2022-ci il m ayın 1-dən qüvvəyə minmiş 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
39. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Akta əsasən hesablanmış məbləğ baxımından cavabdeh bunu sübut edə bilməmişdir.
40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiym ət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
41. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlill ərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
43. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-898/2024 nömrəli, 1 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.