Məhkəmə qərarları › İş №2(102)-1939/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1939/2021

03.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1939/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərrac protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3488/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tari xdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı xx xxxxxx 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının surətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarına əsasən adları göstərilən rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcud şəhərsalma normalarına cavab verməyən uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırı lması məqsədi ilə yeni yaşayış binalarının tikilməsinə tikinti şirkətlərinin cəlb olunması Rayon İcra Hakimiyyətlərinə tapşırılmışdır. Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2016-cı il tarixli “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” 208 saylı sərəncamı ilə İddiaçı MMC-yə Bakı şəhərinin Nəsimi rayonu Şamil Əzizbəyov, Səməd Vurğun, Mərdanov Qardaşları və Salatın Əsgərova küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmiş, eyni zamanda ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi həmin MMC-yə həvalə edilmişdir. İddiaçı MMC tərəfindən göstərilən məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sahibləri ilə əldə edilmiş razılıq əsasında onlara mövcud sahələrdən 20 faiz əlavə sahə verilməsi və aylıq kirayə haqları, eləcə də, əşyaların daşınması xərclərinin ödənilməsi şərti ilə müqavilələr imzalanmış və bundan sonra həmin sahələrin sökülüb yerlərində müasir hündürmərtəbəli binaların tikintisinə başlanmışdır. xx xxxx 2018-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən N küçəsi, 69-da yerləşən və sahəsi 78.2 kv.metr olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ əldə etmiş Cavabdeh3 ona kompensasiya ödənilməsi və ya ona məxsus olan sahəyə 20 faiz əlavə edilməklə yeni tikilən binada sahə verilməsi barədə MMC-yə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2018-ci ilin avqust a yında İddiaçı MMC-nin direktoru cavabdehlər X1 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2016-cı il tarixli “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamına əsasən N küçəsi, 69-da yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin bütün mülkiyyətçiləri ilə ikitərəfli müqavilələrin bağlanmasına, lakin onların arasında Cavabdeh3 adlı mülkiyyətçinin olmamasını, həmin qeyri-yaşayış sahəsinin hərraca çıxarılarkən onlara heç bir formada məlumatın verilməməsini, N saylı evin N adına MTK-ya məxsus olmasını, lakin Cavabdeh3 MTK-nın üzvü olmamasını, əslində mövcud olmayan əmlakın hərraca çıxarılara q Cavabdeh3 satılmasını və s. əsas göstərməklə hərrac protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh3 adına verilmiş xx xxxx 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar