Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1940/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh X3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi və Bakı şəhəri 24 saylı DNK) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələb inə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5/2022 nömrəli iş üzrə 29 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 23 aprel 1939-cu il təvəllüdlü XXX, xx.xx.1942-ci il təvəllüdlü X5 və 25 fevral 1946cı il təvəllüdlü XXX, XXX ilə XXX qızının ailə münasibətlərindən doğulmuşlar. 2. 09.02.1969-cu il təvəllüdlü İddiaçı XXXnun oğludur.
3. XXX xx.xx.2010-cu ildə ölmüşdür.
4. XXX 20 fevral 1973-cü ildə, onun arvadı XXX qızı isə 14 dekabr 1987-ci ildə vəfat etmişlər. 5. ünvan 1 evə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindəki ilk qeydiyyat 13 iyul 2001-ci ildə XXXnun adına aparılmış, bununla bağlı Texniki İnven tarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən FM seriyalı XXX nömrəli qeydiyyat vərəqəsi verilmişdir. 6. 27 sentyabr 2001-ci ildə XXX ilə X5 arasında bağışlama müqaviləsi bağlanmış və həmin müqavilə ilə XXX mübahisəli evdən özünə çatacaq payı X3 bağışlamışdır. 7. 27.09.2001-ci il tarixdə 24 saylı dövlət notariat kontoru tərəfindən mübahisəli evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 8. 25.10.2001-ci ildə mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə X2 adına rəsmiləşdirilmişdir.
9. Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Zığ qəsəbəsi inzibati ərazi üzrə nümayəndəliyinin XXX saylı xx.xx.2015-ci il tarixli arayışına görə, XXXnun ünvan evdə qeydiyyatda olması və yaşayıb-yaşamaması barədə nümayəndəlikdə heç bir məlumat yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 saylı dövlət notariat kontoru tərəfindən verilmiş 27 sentyabr 2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mirasqoyanın (XXXnun) vərəsələrinin 2 nəfər olması və paylar üzrə bölgünün 1/2 hissədə olmaqla müəyyən edilməsi hissəsində etibarsız hesab edilməsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ünvan 1 ünvanda yerləşən mülk evə dair tam pay üzrə mülkiyyət hüququnun tanınması barədə cavabdeh X2 adına verilmiş 25 oktyabr 2001-ci il tarixli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsinə, XXXndan miras qalmış ünvan mülk evin 1/3 hissəsinə vərəsəlik hüququnun tanınmasına dair qətnamə çıx arılmasını xahiş etmişdir.
11. İddianın əsaslarına görə, iddiaçının atası XXX mübahisəli evdə doğulub və öldüyü günədək orada yaşayıbdır. Özü də həmin evdə doğulmuş, hazırda orada qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Babasının ölümündən xeyli sonra, yəni 13 iyul 2001-ci ildə ünvan 1 evə dair mərhumun adına qeydiyyat vəsiqəsi verilmişdir. Həmin ildə əmiləri XXX və X5 Bakı şəhəri 24 saylı notariat kontoruna müraciət edərək özlərinin XXXnun yeganə vərəsələri olduqlarını bildirməklə, faktiki olaraq XXXnun da mərhumun vərəsəsi olduğunu gizlətmiş və beləliklə də, mərhumdan miras qalmış əmlaka hər birinin 1/2 hissədə miras payının müəyyən edilməsinə nail olmuşlar. Bununla bağlı Bakı şəhəri 24 saylı notariat kontoru tərəfindən 27 sentyabr 2001-ci ildə qanun üzrə vərəsəlik haqqınd a şəhadətnamə verilmişdir. Həmçinin, X5 qardaşı XXXnu hədələyərək 27 sentyabr 2001-ci ildə onunla bağışlama müqaviləsi bağlamış və bununla da XXX miras mülkdə müəyyən edilmiş 1/2 payını cavabdeh X3 bağlışlamışdır. Daha sonra X1 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət etmiş, mübahisəli əmlaka tam mülkiyyət hüququnu təsdiq edən 25 oktyabr 2001-ci il tarixli XXX nömrəli qeydiyyat vəsiqəsi almış və bununla da mübahisəli əmlakın tam mülkiyyət hüququ ilə öz adına rəsmiləşdiirlməsinə nail olmuşdur.
12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1332/2015 saylı iş üzrə 25 may 2015-ci il tarixli qətnaməsi ilə (hakim C.Qədimov) iddia təmin edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razıl aşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6029/2015 saylı iş üzrə 05 noyabr 2015-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 may 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və T.Əliyev). c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
15. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1049/2016 saylı iş üzrə 18 mart 2016-cı il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnam əsi ləğv edilmişdir (hakimlər Ə.Mirzəliyev (sədrlik edən və məruzəçi), A.Kalbalıyev və İ.Xələfov). d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), E.Həsənov və X.Mərdanova) 2(103)-5/2022 nömrəli iş üzrə 29 aprel 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia rədd edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
19. Kassasiya şika yətinin dəlillərinə görə, qarşı tərəf öldüyü üçün apellyasiya instansiyasında icraat dayandırılmış olub və ölən şəxsin, yəni qarşı tərəf olan cavabdeh cavabdehun varisləri hələ də müəyyən olunmayıb. Belə olduğu təqdirdə apellyasiya instansiyası qarşı tərəf olaraq kimləri iclas barədə məlumatlandırıb? b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 22. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 24.1. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir; Maddə 25.1. Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır; Maddə 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması öl üm anı sayılır; Maddə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə
48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir; Maddə 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alın mış hüquqi şəxsə məxsusdur; Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar; Maddə 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 254.1. Məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır: 254.1.1. işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hü quq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə; Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.
1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
25. Azərbaycan Respublikası Konst itusiya Məhkəməsi Plenumunun qərarları “A.Səlimzadənin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərar: “... məhkəmə qətnaməsinin qanunvericiliyin tələblərinə əməl olunmadan çıxarılması həmin qətnaməni ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.” “K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərar: “... kassasiya qaydasında işə baxılması yaln ız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir.” “R.Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 avqust 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar: “Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul e dilə bilməz.”
26. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx.xx.2020-ci il tarixli 04/2020 nömrəli Qərardadı: Bənd
24. Qanunvericiliyin bu tələbləri, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun MPM-in 420-ci maddəsinin şərh edilməsinə dair qərarında əks olunmuş hüquqi mövqeyi baxımından məhkəmə tərkibi bildirir ki, kassasiya icraatı qaydasında məhkəmə aktınınyoxlanılması apelyasiya icraatında olduğu kimi şikayətin obyekti həddində olsa da, predmetinə münasibətdə fərqlidir. Belə ki, apelyasiya icraatından fərqli olaraq kassasiya icraatı qaydasında məhkəmənin yoxlaması, prosessual normalara riayət edilməsi is tisna olmaqla, şikayətdə irəli sürülmüş dəlillərin həddi ilə məhdudlaşır. Eyni zamanda qeyd edilməlidir ki, kassasiya şikayətində irəli sürülmüş hüquqi dəlili araşdırarkən kassasiya məhkəməsi şikayətçi tərəfindən bu dəlilə verilmiş hüquqi qiymətdən asılı olmamaqla “iura novit curia” - “məhkəmə hüququ bilir” hüquqi prinsipinə əsasən kassasiya şikayətinin yuxarıda qeyd edilən hədlərində qaldırılmış məsələnin yenidən hüquqi qiymətləndirilməsinə əsaslanaraq maddi və ya prosessual hüquq normalarına uyğun olmadığı üçün apelyasiya məhkəməsinin qərarını ləğv edə və ya dəyişdirə bilər. Şikayətin predmetinə daxil olan prosessual normalara riayət edilib- edilməməsi məsələsində isə qətnamənin hansı hissəsinin mübahisələndirilməsindən və verilmiş şikayətin prosessual pozuntularla bağlı irəli sürülmüş dəlillərindən asılı olmayaraq, kassasiya məhkəməsi qətnaməni bütövlükdə və şikayətin dəlillərinə bağlı olmadan yoxlamalıdır. Həmçinin, yoxlama zamanı nəzərə alınmalıdır ki, MPM-in 418.4.1-418.4.3-cü və 418.4.6-418.4.9-cu maddələrində nəzərdə tutulmuş və kobud prosessual pozuntular adlanan halların aşkar edilməsi qətnamənin ləğv edilməsinə şərtsiz əsasdır. Eyni zamanda, apelyasiya icraatında olduğu kimi, kassasiya icraatında da digər prosessual pozuntuların qətnamənin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq yuxarı instansiya məhkəməsi həll edir. Bu halda nəzərə alınmalıdır ki, qətnamənin apelyasiya icraatı qaydasında mübahisələndirilməyən hissəsində yoxlanılması, tərəflərin məhkəmə aktlarından şikayət vermək və əsaslandırılmış dəlillərini irəli sürmək kim i fundamental hüquqlarını məhdudlaşdırdığından, qətnamənin ləğvinə əsas verən əhəmiyyətli prosessual pozuntudur. Həmçinin, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən yol verilmiş böyük əhəmiyyət kəsb etməyən prosessual pozuntular məhkəmənin yekun nəticəsinə təsir göstərməmişdirsə və ya göstərə bilməmişdirsə, onlar qərarın ləğvi üçün əsas ola bilməz. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməs i kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı kassasiya şikayətində irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
31. Kassasiya şikayətinin dəlillərindən biri cavabdehin ölməsi və apellyasiya instansiyası m əhkəməsinin ölmüş şəxsə münasibətdə mübahisəyə mahiyyəti üzrə baxaraq, yekun məhkəmə aktı qəbul etməsi ilə bağlı olmuşdur.
32. Şikayətin sözügedən dəlili əsaslıdır.
33. İşdən görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixli vəsatətlə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2016-cı il tarixdə vəfat etdiyini bildirmiş, sonuncunun hüquqi varisi müəyyən edilənə qədər işin icraatının dayandırılmasını xahiş etmişdir.
34. Daha sonra, işin icraatı ilk dəfə xx.xx.2016, sonrakılar 2018 və 2021-ci illərdə olmaqla, üç dəfə dayandırılmış, müvafiq olaraq da 2018, 2020-ci illərdə, sonuncusu isə xx.xx.2022-ci il tarixdə olmaqla, icraat təzələnmişdir.
35. İşdən, həmçinin, aydın olur ki, cavabdehin oğlu X6 xx.xx.2019-cu il tarixli ərizə ilə apellyasiya instansiyası məhkəməsinə mürac iət edərək, mübahisəli əmlak üzərində həbs olduğundan həmin əmlaka dair vərəsəlik hüququnu rəsmiləşdirə bilmədiyini və vərəsəlik şəhadətnaməsi ala bilmədiyini bildirmişdir.
36. Göründüyü kimi, cavabdehin vərəsəsinin mövcud olduğu, onun mübahisəli (miras) əmlaka sahiblik etdiyi və eyni əmlaka vərəsəlik şəhadətnaməsi almaq istədiyi apellyasiya instansiyası məhkəməsinə məlum idi.
37. Bundan əlavə, MPM-lə işdə tərəf olan şəxs öldükdə məhkəmənin iş üzrə icraatın dayandırılması və ya iş üzrə icraata xitam verilməsi kimi iki qərardan birini qəbul etməli olduğu imperativ qaydada tənzimləndiyindən, apellyasiya instansiyası məhkəməsi qanunvericinin icrası məcburi sayılan göstərişinə hər bir halda əməl etməli idi.
38. Bu məcburilik ondan irəli gəlir ki, tələbin yönəldildiyi fiziki şəxsin mülki hüqu q qabiliyyəti, habelə mülki-prosessual hüquq qabiliyyəti xətm edilmişdir, ölümündən sonra onunla iddiaçı arasında hüquqi müstəvidə mübahisə, o cümlədən məhkəmə mübahisəsi yarana və o, bu mübahisəyə tərəf ola bilməz.
39. Məhkəmə kollegiyası, həmçinin, qeyd edir ki, MPM-in “Prosessual hüquq varisliyi” adlanan 58-ci maddəsi ilə (bu Qərarın 22-ci bəndi) qanunverici hansı hallarda hüquq münasibətinin hüquq varisliyinə yol verdiyini açıq şəkildə ifadə etmiş, bunu ümumi formada hüquq münasibətində tərəflərdən birinin sıradan çıxması ilə əlaqələndirib, xüsusi hallar olaraq şəxsin ölməsi, hüquqi şəxsin yenidən təşkil edilməsi, tələbin güzəşt edilməsi, borcun köçürülməsi kimi konkret misallarla təsvir etsə də, “maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında” da hüquq varisliyin in mümkünlüyünə işarə edərək, tərtib etdiyi siyahının qəti olmadığını bildirmiş, bununla da prosessual hüquq varisliyi institutunun mövcudluğunun müstəsna dərəcədə maddi hüquqi faktorlarla bağlı olduğunu təsbit etmişdir. Bu anlamda, əgər maddi hüquq münasibətləri hüquq varisliyinə yol verirsə, o halda həmin münasibətlərin əksini tapdığı məhkəmə mübahisəsində də prosessual hüquq varisliyi mümkündür. Başqa sözlə, maddi hüquq varisliyi olmadan prosessual hüquq varisliyi yoxdur, prosessual hüquq varisliyi maddi hüquq varisliyinin hüdudları daxilində mövcuddur. Odur ki, hüquq münasibətlərinin əvvəlcə maddi cəhətdən hüquq varisliyi məsələsi həll edildikdən sonra həmin münasibətlərə əsaslanan prosessual hüquq varisliyindən bəhs olunmalıdır.
40. Eyni zamanda, prosessual hüquq varisliyi MPM-in 54-c ü maddəsi ilə tənzimlənən əsl olmayan tərəfin əvəz edilməsindən də fərqləndirilməlidir. Belə ki: 1. əsl olmayan tərəfin əvəz edilməsi birinci instansiya məhkəməsində, hüquq varisliyi isə prosesin hər hansı mərhələsində mümkündür; 2. prosessual hüquq varisliyində əvəz edilən şəxsin bütün hüquq və vəzifələri varisə keçir, sonuncu, prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər onun üçün də məcburi olur, əsl olmayan tərəf əvəz edildikdən sonra isə işə əvvəldən baxılmağa başlanır (MPM-in 54.4-cü maddəsi) və belə bir məcburilik olmur; 3. əsl olmayan tərəfin əvəz edilməsi iddiaçının razılığı ilə mümkün olduğu halda, prosessual hüquq varisliyində hər hansı razılıq tələb olunmur.
41. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulmas ı və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.
42. Bu mənada, işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən hazırkı Qərarın 31-38-ci bəndlərində şərh edilən hallar və bildirilən hüquqi mövqelər işin faktiki halları ilə birlikdə dəyərləndirilməli, mötəbər sübutlara istinad olunub, qiymət verilməklə, həmin hallara aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.
43. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassa siya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
44. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5/2022 nömrəli iş üzrə 29 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. İddiaçı kassasiya şikayəti təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.