Məhkəmə qərarları › İş №2(102)-1942/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1942/2022

18.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1942/2022 18.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyun 2021-ci il tarixli, 2(103)5351/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Bakı şəhəri 46 saylı Notariat kontorunda bağlanmış 22 yanvar 2018-ci il tarixli müqavilə ilə İddiaçı ona məxsus olan ünvan 1 ünvanında yerləşən 267,1 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasını Cavabdeh satmağı razılaşmış və sonuncu gələcəkdə bağlanacaq daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təminatı kimi 1600 manat məbləğində pul vəsaitini beh olaraq nağd qaydada ödəmişdir. 15 mart 2018-ci il tarixli müqavilə ilə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini Cavabdeh 73000 manata satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında ünvan 3 ünvanında ye rləşən qeyri-yaşayış sahəsinə dair 15 mart 2018-ci il tarixli alqı-satqı müqaviləsinin, eyni tərəflər arasında imzalanmış 22 yanvar 2018-ci il tarixli beh müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus olan Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 2-ci döngə, 5c ünvanında yerləşən qeyri-yaşayış sahəsini "xxxx" QSC-yə ipotekaya qoyaraq kredit götürmüşdür. Həmin banka 47000 ABŞ dolları borcu yaranmışdır. İşə yatırmaq üçün iddiaçının əlavə 40000 ABŞ dollarına ehtiyacı var idi. Bu problemlərin həlli üçün iddiaçı 2012-ci ildə Cavabdeh müraciət etmiş və borc almışdır. İddiaçı bundan sonra həm banka olan 47000 ABŞ dolları borcunu ödəyərək, qeyri-yaşayış sahəsini ipotekadan azad etmiş, həm də cavabdehə 40000 ABŞ dolları vəsait ödəmişdir. İddiaçının Rusiya Federasiyası ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, lakin iqtisadi böhran nəticəsində biznesi iflasa uğramış və o, 2015-ci ildə Azərbaycana qayıtmışdır. Cavabdeh 2018-ci ilin əvvəlində iddiaçıya müraciət edərək aralarında razılaşma yazmağı və orada nə qədər borcunun olmasının qeyd edilməsini, habelə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin formal olaraq onun adına keçirməyini istəmiş, 22 yanvar 2018-ci il tarixdə tərəflər arasında qeyri-yaşayış sahəsinə dair beh müqaviləsi imzalanmış, müqavilədə qeyri-yaşayış sahəsi 80000 manata qiymətləndirilmiş və 1600 manat beh verildiyi göstərilmişdir. Cavabdeh alqı-satqı zamanı hər bir hərəkətin qanuni olmasını, pul vəsaitinin bankdan keçməsini istəmiş, lakin bu maddi imkanına görə mümkün olmadığından alqı-satqı müqaviləsində əmlak 73000 manat dəyərləndirilmişdir. 15 mart 2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və cavabdeh notariusun depozit hesabına pul vəsaitini ödəmişdir. Lakin iddiaçı cavabdehlə birlikdə banka gedərək pul vəsaitini çıxarıb tamamilə hamısını özünə qaytarmışdır. İddiaçı 2018-ci ildə azadlıqdan məhrum edilmiş, 2019-cu ildə isə həbsdən çıxmışdır. Lakin alqı-satqıdan sonra, həbsdə olduğu dövrdə qeyri-yaşayış sahəsi iddiaçının istifadəsində olmuşdur. Sonradan tərəflərin münasibətləri pozulmuş və cavabdeh iddiaçıya bildirmişdir ki, borcu deyil, artıq əmlakı istəyir. Alqı-satqı müqaviləsi formal bağlanmış və digər əqdi pərdələmək üçün imzalanmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-841/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Ə.Səmədov) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 324.1, 324.2, 329.1, 329.2, 337.1, 337.2, 337.3, 337.4, 339.4, 354.1, 354.2, 354.2, 390.1, 567-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçı etibarsız hesab etdiyi alqısatqı və beh müqavilələri könüllü bağlanılmışdır. Digər tərəfdən isə iddiaçı tərəfindən müqavilənin etibarsızlığı ilə bağlı kəsici müddət buraxılmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(006)-841/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyu n 2021-ci il tarixli, 2(103)-5351/2021 nömrəli qətnaməsi ilə (hakim F.F.Babayevin sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və E.M.Həsənovdan ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(006)-841/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi izah etmişdir ki, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İddiaçının etibarsız hesab edilməsini tələb etdiyi müqavilənin lazımi subyektlərin (səla hiyyətli şəxslərin) arasında bağlanmış olduğu mübahisə mövzusu deyildir; müqavilənin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı, onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu isə sübuta yetirilməmişdir. Göstərilənlərə əsasən apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, apellyatorun irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbini n qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Şərh olunanlarla yanaşı məhkəmə hesab etmişdir ki, apellyator tərəfindən müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyun 2021-ci il tarixli, 2(103)-5351/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddi a ərizəsində göstərilən hallara istinad edilməklə, onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi MM-in 337.1, 340.2 və 339-cu maddələrini tətbiq etməli olduğu halda, bunu etməmiş, əsassız olaraq MM-in 354.2, 347.1ci maddələrini tətbiq etmişdir. Həmçinin məhkəmə iddiaçının ədalətli məhkəmə araşdırılması hüququnu, MPM-in 14, 88, 217-ci maddələrinin tələblərini pozmuşdur. Kassator məhkəməyə vəsatət verərək, hüququn inkişafının və məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün işin şifahi icraatda baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş dəlillərin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olması üçün əsasları müəyyən etməmiş və kassasiya şikayətinə Az ərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində iddiaçı X1 cavabdeh İddiaçı qarşı “zəbt olunmuş sahənin boşaldılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə dayandırılmış icraatın uzadılması məqsədi ilə verilmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi q iymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılmasını təşkil edir. Tətbiq edi lən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin d igər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və v əzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar h esab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndiri lməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təm in etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən əsaslı olaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin etibarsız əqd kimi tanınması üçün əsaslar mövcud deyild ir. İzah olunmalıdır ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; məzmunu; forması; iradə və iradə ifadəsi. İddiaçı kredit müqaviləsinin “formal”, yəni aralarında olan borc münasibətləri pərdələnmək məqsədi ilə bağlanmasını, tərəflərin iradəsinə uyğun olmamasını bildirsə də, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, müqavilənin əhəmiyyətsiz olması ilə bağlı hallar iş üzrə sübut olunmamışdır. Belə ki, iddiaçının özünün də göstərdiyi kimi, müqavilə əvəzli olmuş, onun dəyəri bank vasitəsi ilə iddiaçıya ödənilmişdir. Qeyd olunmalıdır ki, yuxarıda qeyd olunan mülki prosessual normalara görə mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdi m edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qe yd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın və müvafiq olaraq iddiaçının şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verilmiş və müəyyən etmişdir ki, müqavilənin etibarsızlığı üçün əsas ola bilən sübutlar iş materiallarında mövcud deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası iddiaçı tərəfindən qanunla müəyyən olunmuş kəsici müddəti ötürməsinə dair işin faktiki hallarını araşdıran məhkəmələrin gəldikləri nəticəyə əlavə hüquqi qiymət verilməsini zəruri bilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan ma ddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyun 2021-ci il tarixli, 2(103)-5351/2021 nömrəli qətnaməsini dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar