Məhkəmə qərarları › İş №2(102)-1943/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1943/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1943/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: işəgötürənin işçinin cinayət əməlləri nəticəsində vurduğu ziyana görə məsuliyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili XXX oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 sentyabr 2020-ci il tarixli, 2(103)6999/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən v erilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Cavabdeh ASC-nin 26 aprel 2016-cı il tarixli, 500 №-li, 10 may 2016-cı il tarixli, 501 №-li, 01 iyul 2016-cı il tarixli 502 №-li mədaxil qəbzlərinə əsasən İddiaçı tərəfindən həmin Banka ümumilikdə 20000 ABŞ dolları məbləğində pul yerləşdirmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli hökmü ilə X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4, 32.4, 312.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum olunmuşdur. Həmin hökmə əsasən X7 digər cinayət əməlləri ilə yanaşı 13 yanva r 2016-cı il tarixdən Cavabdeh ASC-nin Gəncə filialının Yeni Gəncə şöbəsinin baş mütəxəssisəməliyyatçısı vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, 2016-cı ilin aprel ayında tanışı Gəncə şəhər sakini İddiaçı müraciətinə əsasən sonuncunun adına Cavabdeh ASC-nin Gəncə filialında **********241219 №-li kart hesabı açaraq, həmin hesaba mədaxil etmək adı ilə 26 aprel 2016-cı il tarixdə İddiaçı 5000 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 7503 manat, 10 may 2016-cı il tarixdə İddiaçı oğlu XXXdan 5000 ABŞ dolları, 10 may 2016-cı il tarixdə İddiaçı oğlu XXXdan 5000 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 7547 manat və 01 iyul 2016-cı il tarixdə İddiaçı 10000 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 1 5425 manat olmaqla, cəmi 30475 manat pulu ünvan 1əbəsində yerləşən bankın Yeni Gəncə şöbəsinin inzibati binasında alaraq, həmin vəsaiti İddiaçı bankdakı qeyd olunan hesabına mədaxil etməyərək şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə edib İddiaçı məxsus xeyli miqdarda əmlakı aldatma və etibardan sui-istifadə yolu ilə vahid qəsdlə ələ keçirərək dələduzluq etmiş, özünün qanunsuz əməllərini pərdələmək üçün İddiaçı 5000 ABŞ dolları pulun sonuncunun hesabına mədaxil olunmasını özündə əks etdirən 26 aprel 2016-cı il tarixli, 500 №-li, sonuncunun oğlu XXXa 5000 ABŞ dolları pulun sonuncunun hesabına mədaxil olunmasını özündə əks etdirən 10 may 2016-cı il tarixli, 501 №-li və İddiaçı 10000 ABŞ dolları pulun sonuncunun hesabına mədaxil olunmasını özündə əks etdirən 01 iyul 2016- cı il tarixli, 502 №-li qəbzləri ünvan 1əbəsində yerləşən bankın Yeni Gəncə şöbəsinin inzibati binasında tərtib edib həmin qəbzlərə tamah niyyəti ilə pulların guya İddiaçı hesabına köçürülməsi barədə bilə-bilə yalan məlumatlar daxil edərək, imzalamaqla və rəhbərlik etdiyi Cəmiyyətin möhürü ilə təsdiqləməklə İddiaçı və onun oğlu XXXa vermiş, həmin hərəkətləri ilə təkrarən vəzifə saxtakarlığı törətmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Gəncə” filialının Yeni Gəncə şöbəsinin bağlanması ilə əlaqədar iddiaçının banka qoyduğu 20000 ABŞ dolları pulun, 2018-ci ilin mart ayından Mülki Məcəllənin 449cu maddəsində nəzərdə tutulmuş qaydada hesablanmış faizin, istin taqın və məhkəmənin gedişatı zamanı çəkilmiş əzab-əziyyətə, yollarda xərclənmiş, habelə digər məsələlərin həlli ilə bağlı iddiaçıya dəymiş maddi ziyana görə 2000 manatın cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 20000 ABŞ dolları məbləğində pulu ayrıayrı vaxtlarda, yəni 24 aprel 2016-cı il tarixdə 5000 ABŞ dolları (qəbz № 500), 10 may 2016-cı il tarixdə (qəbz № 501) 5000 ABŞ dolları, 01 iyul 2016-cı il tarixdə 10000 (qəbz № 502) ABŞ dolları məbləğində olmaqla cavabdeh Bankın Gəncə filialının Yeni Gəncə şöbəsinə depozitə qoymuşdur. İddiaçının adına bank hesabı açılmış və hər ay faizinin ona verilməsi barədə plastik kart da verilmişdir. 01 aprel 2017-ci il tarixədək bank tərəfindən iddiaçının depozitə qo yduğu pulun faizi kimi ona kartla 3700 manat ödənilmişdir. Birinci kartın bir illik müddəti bitdikdən sonra 2017-ci ilin aprel ayında iddiaçıya 2-ci kart verilmişdir. Lakin 3 ay müddətində iddiaçının hesabına pul daxil olmadığı üçün o, Bankın “Gəncə” filialına müraciət etmiş, filialın Yeni Gəncə şöbəsinin müdiri XXX bildirmişdir ki, faizlər nağd şəkildə ödəniləcəkdir. Beləliklə, 2017-ci ilin sentyabr ayından 2018-ci ilin mart ayına qədər iddiaçıya ayda 600 ABŞ dolları məbləğində faiz verilmişdir. Sonradan məlum olmuşdur ki, X4 cinayət işi qaldırılmış, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli qərarı ilə X8 azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cavabdeh ASC-nin Gəncə filialının Yeni Gəncə şöbəsi cinayət işinin qaldırılması ilə əlaqədar ləğv edildiyinə görə iddiaçı 06 noyabr 2019-cu il tarixdə ona dəymiş ziyanın və depozitə qoyduğu 20000 ABŞ dolları məbləğindəki pulun ona ödənilməsi barədə cavabdehə müraciət etmiş, 29 dekabr 2019-cu il tarixli cavab məktubu ilə pulun və dəymiş ziyanın ödənilməsindən imtina edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(006)1893/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdeh "Cavabdeh” ASC-dən 20000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun, habelə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin keçmiş işçisinin iddiaçıya qarşı cinayət əməli, iddiaçıya məxsus pulu mənimsəməsi faktı məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-ü, Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçı cavabdehdən vurulmuş maddi zərərə görə 20000 ABŞ dolları məbləğində pul vəsaitini tələb etməkdə haqlıdır. İddia tələbinin “2018-ci ilin mart ayından indiyə kimi Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada hesablanmış faizin, istintaqın və məhkəmənin gedişatı zamanı çəkilmiş əzab-əziyyətə, yollarda xərclənmiş, habelə digər məsələlərin həlli ilə bağlı iddiaçıya dəymiş maddi ziyana görə 2000 manatın Cavabdeh ASC-dən a lınıb iddiaçıya verilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı həmin tələblərinin əsaslı olmasını təsdiq edən sübutları (faizlərin dərəcəsini müəyyən edən müqavilə, maddi ziyanla bağlı sənədlər) məhkəməyə təqdim edə bilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(006)-1893/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 sentyabr 2020-ci il tarixli, 2(103)-6999/2020 nömrəli qətnaməsi ilə (hakim X.A.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Həsənovdan və F.F.Babay evdən ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(006)-1893/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin əməkdaşının əmək fəaliyyətini həyata keçirdiyi zaman iddiaçıya münasibətdə cinayət əməlinin törətməsi, bununla da ona maddi ziyan vurması işin mübahisəsiz halıdır. Belə olan halda isə cavabdehin əməkdaşının cavabdehə münasibətdə maddi məsuliyyəti yaranmışdır. Cavabdeh əməkdaşı tərəfindən iddiaçıya ziyan vurulmasının cavabdehə hər-hansı aidiyyətinin olmamasına istinad etsə də, həmin hallar iş materialları ilə sübut edilmir. Belə olan halda birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 sentyabr 2020-ci il tarixli, 2(103)-6999/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyət kəsb edən halları nəzərə almamış, işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Belə ki, X3 Gəncə şəhəri Nizami Rayon Məhkəməsində verdiyi ifadəsinə əsasən iddiaçı ilə sonuncunun arasında olan borc münasibətləri bilavasitə onların uzu nmüddətli tanışlıqlarından irəli gəlmiş, X3 bankın işçisi qismində fəaliyyəti ilə bağlı olmamışdır. İddiaçı və onun oğlu X8 tərəfindən verilmiş qəbzlərin saxta olmasını bilmiş, pul bankın kassasına lazımi qaydada mədaxil olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək, kassasiya şikayətinin dəlillərinin iş materialları ilə təkzib olunmasını göstərmiş və şikayətin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili XXX oğlu kassasiya şikayətinə etiraz edərək təmin olunmaması və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlan ılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin 19 may 2021-ci il tarixli iclasında Cavabdeh ASC-nin nümayəndələri X5, X9 və vəkili XXX kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehin nümayəndələri və vəkili iclasa gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apell yasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılma hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddia birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilsə də, iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya şikayətini cavabdeh vermiş və iddianın təmin olunmuş hissəsinin ləğv olunmasını xahiş etmişdir. Hazırda cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini eyni əsaslarla mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əm lakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (d elikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və iş lərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olm aması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instan siyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, işin faktiki hallarını araşdıran məhkəmələr səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutları qiymətləndirərək, o cümlədən Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 oktyabr 2019cu il tarixli hökmü ilə müəyyən olunmuş halları nəzərə alaraq hesab etmişlər ki, X8 idd iaçıya qarşı cinayət törədərkən cavabdehin işçisi olmuş və həmin cinayət onun bankda olan fəaliyyəti ilə əlaqəli olmuşdur. Belə olan halda isə məhkəmələr əsaslı olaraq Mülki Məcəllənin 1099-cu maddəsini tətbiq edərək belə nəticəyə gəlmişlər ki, cavabdeh əməkdaşının iddiaçıya vurduğu ziyana görə məsuliyyət daşıyır və iddiaçı vurulmuş zərəri işəgötürən olaraq Cavabdeh ASC-dən tələb edilməsində haqlı olmuşdur. Belə ki, cavabdeh kassasiya şikayətinə X3 barəsində olan cinayət işi üzrə icraat zamanı verdiyi ifadəsinə istinad edərək, sonuncu ilə iddiaçı arasında şəxsi münasibətlərinin olmasını və iddiaçının pulu X6 faizə verdiyini iddia etsələr də, həmin hal iş materialları ilə sübut olunmamışdır. X1 həmin ifadəsində iddiaçını bankın müştərisi kimi tanıdığını, sonuncudan 20000 ABŞ dolları aldıq dan sonra onu inandırmaq üçün kassa mədaxil orderlərini verdiyini və adına bank hesabı açdığını, lakin pulu həmin hesaba mədaxil etmədiyini göstərmişdir. Beləliklə, iddiaçının X6 verdiyi pulu banka əmanət olaraq deyil, şəxsi münasibətlər zəminində faizə verməsi cavabdehin istinad etdiyi ifadə ilə müəyyən olunmamış və cavabdeh buna dair başqa sübutları işin faktiki hallarını araşdıran məhkəmələr təqdim etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilənlərə əsasən məhk əmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri sübutların qiymətləndirilməsi ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 sentyabr 2020-ci il tarixli, 2(103)-6999/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar