Məhkəmə qərarları › İş №2(102)-1944/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1944/2023

23.05.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1944/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanunsuz tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-847/2023 nömrəli iş üzrə 16 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Hüquqların dövlə t qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir.

2. İddiaçı ünvan 2 evdə yaşayır.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-XXX/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilk iddiaçı Cavabdeh X2 qarşı qanunsuz olaraq sökülmüş tikilinin bərpası, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddianın qismən təmin edilməsi, ünvan ünvandakı 6C saylı evin giriş qapısının qarşısındakı eni 1 metr, hündürlüyü 50 sm (25x25 olmaqla), uzunluğu isə 1.4 metr olan iki pilləli pilləkənin cavabdehin vəsaiti hesabına kubik daşından hörülməklə bərpa edilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddiaçı X1 Cavabdeh qarşı qanun suz tikinti işlərinin qadağan edilməsi və qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-XXX/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh X1 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qətnaməsinin ilk iddia təmin edilən hissədə dəyişdirilməsi, iddiaçı Cavabdeh mülkiyyətində olan ünvan ünvandakı 6C saylı yaşayış evinin giriş qapısının qarşısında sökülmüş iki pilləli pilləkənin bərpa edilməsi, iki pilləli pilləkənın ölçüləri yerdən 40 sm hündürlükdə olmaqla, birinci pilləkənın uzunluğu 60 sm, hündürlüyü 20 sm, eni 80 sm, ikinci pilləkənın uzunluğu 40 sm, hündürlüyü 20 sm və eni 50 sm müəyyən edilm əsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-XXX/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 dekabr 2021-ci il tarixli qətnaməsinin qismən - ilk iddia təmin olunan hissədə ləğv edilməsi, həmin hissədə yeni qərar qəbul edilməklə, ilk iddianın təmin edilməsi, iddiaçı Cavabdeh mülkiyyətində olan ünvanda yerləşən 6“C” saylı yaşayış evinin giriş qapısının qarşısında sökülmüş iki pilləli pilləkənin cavabdeh X1 vəsaiti hesabına kubik daşından hörülməklə bərpa edilməsi, iki pilləli pilləkənlərin ölçüləri eni 1 metr, hündürlüyü 50 sm, uzunluğu 1,4 metr olmaqla müəyyən edilməsi qəra ra alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan ev 6“C” saylı evin əlavə giriş qapısı kimi tikilmiş qapının sökülməsi və həmin hissənin daşla hörülməsi, cavabdehə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin giriş qapısının qarşısında tikinti işlərinin aparılmasının qadağan edilməsi, cavabdehlə onun evinin arasında olan hasarın üzərinə quraşdırılmış kameranın cavabdeh tərəfindən sökülməsinə və onun tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evinin girişini, həyətini və içini çəkən kameranın quraşdırılmasının ona qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddianın əsaslarına görə, cavabdeh həmin ərazidə tikinti işləri ap armasından sonra iddiaçının yaşadığı evin həyətinə avtomobil daxil ola bilmir. Cavabdeh ona və iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sərhədlərini müəyyən edən hasarın üzərində kamera quraşdırıb və həmin kamera birbaşa iddiaçının həyətini və evinin içini çəkir. Bu isə iddiaçının öz evində sərbəst hərəkət etmək imkanlarını məhdudlaşdırır. Demək olar ki, cavabdehin hasara quraşdırdığı kamera 24 saat müddətində iddiaçının evinə gələn qohumların, dostların və tanışların bütün hərəkətlərini müşahidə etməklə qeydə alır. Bu isə iddiaçının və evinə gələn şəxslərin şəxsi toxunulmazlıq hüququnu pozur.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim O.Məmmədli) 2(004)4435/2022 nömrəli iş üzrə 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabde hə iddiaçının yaşadığı fərdi yaşayış evinin girişini, həyətini və içini çəkən kameranın quraşdırılmasının qadağan edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qətnamənin iddia təmin edilən hissədə qismən ləğv edilib, iddianın bütünlüklə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətinin dəlillərinə görə, hasarın üzərində quraşdırılmış ona məxsus kamera yalnız onun həyətini çəkir. Həmin kamera iddiaçının yaşadığı fərdi yaşayış evinin nə girişini, nə həyətini, nə də içini çəkir. Bunu təsdiq edəcək iş materiallarında hər hansı bir sübut mövcud deyil. Həmçinin məhkəmə özü qeyd etmiş dir ki, həmin kamera onun həyətini çəkir. Belə olan halda məhkəmənin kamera quraşdırılmasının ona qadağan edilməsi barədə gəldiyi nəticənin tamamilə absurd və əsassız olduğu müəyyən edilir. Həmçinin, iddia ərizəsinə verdiyi etirazda da qeyd etdiyi kimi, cavabdehin yaşadığı evin, eləcə də evin yerləşdiyi torpaq sahəsinin cavabdehə məxsus olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda iddiaçının hazırkı tələbi irəli sürmək üçün ümumiyyətlə subyektiv hüququ mövcud deyil. Lakin məhkəmə tərəfindən əsassız olaraq bu dəlilə də hər hansı bir hüquqi qiymət verilməmişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), A.İmanov və Q.Əsgərov) 2(103)-847/2023 nömrəli iş üzrə 16 yanvar 2023-cü il tarixli qət naməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... cavabdeh apellyasiya şikayətində iki dəlil irəli sürmüşdür. Bunlardan birincisi - hasarın üzərində quraşdırılmış ona məxsus kameranın yalnız onun həyətinin çəkdiyini, ikincisi isə cavabdehin yaşadığı evin, eləcə də evin yerləşdiyi torpaq sahəsinin cavabdehə məxsus olmasını təsdiq edən hər hansı bir sübutun məhkəməyə təqdim edilmədiyi olmuşdur. Birinci dəlil üzrə cavabdehin narahatlığı anlaşılmazdır. Belə ki, əgər hasarın üzərində quraşdırılmış ona məxsus kamera yalnız onun öz həyətini çəkirsə, onda başqasının həyətinin çəkilməsini qadağan edən qətnamə onun hansı hüquqlarının pozulmasına yönəld iyi sübut edilmir və məntiqi cəhətdən əsassızdır. İkinci dəlil üzrə isə qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüquqlarının olmadığı halda belə şəxsin qeyd edilən ünvanda yaşaması onun əlaqəli mülki hüquqlarının olmasını müəyyən edir və qanuni qüvvəsini almış məhkəmə qərarları ilə təsdiq olunduğundan, habelə cavabdehin bununla bağlı qarşılıqlı iddiası olmadığından müzakirə predmeti ola bilməz. Diqqətə çatdırılmışdır ki, qonşunun mülkiyyət hüquqları yalnız yaşadığı daşınmaz əmlaka olan hüquqlarla məhdudlaşmır, bu həmdə ona məxsus daşınar əşyalar üzərində olan mülkiyyət hüquqlarına da aiddir.”

13. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 32-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2, 6.1.6, 170.1 və 170.2-ci maddələrinə istinad la əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, iddia təmin edilən hissədə ləğv edilib, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın bütünlüklə rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi tətbiq etdiyi normaların tərəflər arasındakı hazırkı mübahisəyə aidiyyətini əsaslandırmamış, bununla da maddi hüquq pozuntusuna yol vermişdir. İddiaçı cavabdehə məxsus hasarın üzərində quraşdırılmış kameranın iddiaçının həyətini çəkməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Belə ki, məhkəmələr tərəfindən hazırkı mübahisəyə obyektiv münasibət bildirilməsindən ötrü mübahisəli kameranın iddiaçının həyətini çəkib-çəkməməsi aydınlaşdırılmamışdır. Məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilməklə, yaxud mütəxəssis dəvət edilməklə, mübahisəli kameranın iddiaçının həyətini çəkib-çəkməməsi aydınlaşdırıla bilərdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı iddiaçının etirazının dəlilləri iddianın əsaslarını təkrarlamış, etirazda kassasiya şikayətinin təmin olunmayıb, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ 1

7. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə

32. Şəxsi toxunulmazlıq hüququ İ. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır; İİ. Hər kəsin şəxsi və ailə həyatının si rrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır; İİİ. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz; Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 18. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 19. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə

1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1.2. Bu Məcəllənin vəzifələri aşağıdakılardır: fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi və ailə həyatının, şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaq; Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşya ya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir; Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır; Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətl i olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış (müəyyən edilmiş) sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Kassasiya şikayətində qətnamənin iddia təmin edilən hissədə ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı həmin hissədə və şikayətdə irəli sürülən dəlillər üzrə yoxlanılır.

24. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olun ması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Kassasiya şikayətinə gəldikdə, şikayətin apellyasiya instansiyası məhkəməsinin tətbiq etdiyi normaların tərəflər arasındakı hazırkı mübahisəyə aidiyyətinin əsaslandırılmaması barədə dəlili əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, həmin məhkəmə işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparmış, işin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət vermişdir.

27. Şikayətin cavabdehə məxsus hasarın üzərində quraşdırılmış kameranın iddiaçının həyətini çəkməsini təsdiq edən hər hansı bir sübutun məhkəməyə təqdim edilməməsi, mübahisəli kameranın iddiaçının həyətini çəkib-çəkməməsinin aydınlaşdırılmaması və ekspertiza təyin edilməklə mübahis əli kameranın iddiaçının həyətini çəkib-çəkməməsinin aydınlaşdırılmasına dair dəlilləri işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir.

28. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-847/2023 nömrəli iş üzrə 16 yanvar 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar