Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1946/2020 09.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X2 və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-13341/2019 saylı qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.X.Mirzəyev, iş № 2(007)-1797/2019) İddiaçı Cavabdeh MTK-ya qarşı əmrin ləğv edilməsi, işə bərpa və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətna məsi ilə (hakimlər: İ.K.Xəlilov, X.A.Cəmilova və İ.Ə.Kərimli) iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilib Cavabdeh MTK-nın xx xxxxxx 2017-ci il tarixli 20 saylı əmrinin ləğv edilməsi, İddiaçı məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməklə əvvəlki vəzifəsinə (maliyyə direktoru) bərpa olunması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh MTK-da maliyyə direktoru vəzifəsində işləmiş və MTK-nın sədrinin xx xxxxxx 2017-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə, ştatların ixtisar edilməsinə görə həmin tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmi şdir. 2019-cu ilin aprel ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək maliyyə çətinlikləri keçirmələrini əsas göstərməklə cavabdehin ona 20 ay ərzində əmək haqqını ödəməməsini, bununla əlaqədar Dövlət Əmək Müfəttişliyinə müraciət etdikdə xx xxxx 2019-cu il tarixli məktubdan sonra onunla bağlanmış əmək müqaviləsinə ştatların ixtisar olunmasına görə xitam verilməsinin ona məlum olmasını, ştat ixtisarı barədə ona vaxtında məlumat verilməməsini və əmək kitabçasının indiyə kimi ona təqdim olunmamasını və s. əsas göstərməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx xxxxxx 2017-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa edilməklə məcburi işburaxma müddətinə görə ona əmək haqqının ödənilməsini və mənəvi ziyana görə cavabdehdən onun xeyrinə 8500 manat tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh MTK kasasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını və s. əsas göstərilməklə ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında iddiaçı və vəkili kasasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab e tmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbi qismən təmin olunub İddiaçı MTK-nın maliyyə direktoru vəzifəsinə bərpa olunarkən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx xxxxxx 2017-ci il tarixli əmrdən iddiaçının xx xxxx 2019-cu il tarixdə xəbər tutmasını, onunla bağlanmış əmək müqaviləsinə ştatların ixtisarı ilə əlaqədar xitam veriləcəyi barədə xəbərdar olunmamasını, işdən çıxarıldığı gün ona bu barədə əmrin və əmək kitabçasının təqdim olunmaması, onunla son haqq-hesabın aparılmamasını və bununla da əmək hüquqlarının pozulmasını əsas göstərilmişdir. Kasasiya şikayətində İddiaçı qanunda nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürməklə məhkəməyə müraciət etməsi iddia olunduğundan, apelyasiya instansiyası məhkəməsi tərəfindən isə işin həmin halı ilə əlaqədar işdə olan sübutlar tam və hərtərəfli yoxlanılmadığından, kasasiya kollegiyası hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İş materiallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx xxxxxx 2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmiş, İddiaçı isə işə bərpa tələbi ilə əlaqədar məhkəməyə 2019-cu ilin aprel ayında, yəni təxminən 1 il 6 aydan artıq müddət keçdikdən sonra müraciət etmişdir. Halbuki Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin 1-ci hissəsində göstərilən hallardan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciə edə bilər. İddiaçı iddia edir ki, o, MTK-da baş vermiş ştatların ixtisarı barədə xəbərdar olunmamış, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsindən uzun müddət ərzində ona əmək haqqının ödənilməməsi barədə yazdığı şikayət Dövlət Əmək Müfəttişliyi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli cavab məktubunu aldıqdan sonra xəbər tutmuş və yalnız bundan sonra – xx xxxxx 2019-cu il tarixdə işə bərpa və s. iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Əmək kitabçası və əmrin surəti işdən çıxarıldığı gün ona verilməmiş və onunla son haqq-hesab aparılmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqavil əsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İş materiallarından görünür ki, iddiaçı xx xxxxxx 2017-ci il tarixli əmrdən sonra işə çıxmamış və əmək haqqı almamışdır. İddiaçıya həmin vaxtdan əmək funksiyalarını icra etməyə imkan verilməməsi və əmək haqqının hesablanmaması işdən azad olunması barədə nəticəyə gəlmək üçün ona əsas verdiyindən, apelyasiya instansiyası məhkəməsi belə vəziyyətdə işdən çıxarılmasının iddiaçıya həmin vaxtdan məlum olub-olmamasına qiymət verməli idi. Çünki 296-cı maddənin 3-cü hissəsi əmək müqaviləsinin şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bil-bilə qəsdən pozulduğu günü də işçinin hüququnun pozulmasını aşkar etdiyi gün kimi müəyyən etmişdir. Göstərilən vəziyyətdə iddiaçıya işdən çıxdığı gün əmrin surətinin və əmək kitabçasının verilməməsi və eləcə də Əmək Müfəttişliyinin xx xxxx 2019-cu il tarixə qədər ona ünvanlanmış məktublarında əmək müqaviləsinə xitam verilməsi barədə məlumatın əks olunmaması iddia müddətinin ötürülməməsi barədə qəti nəticəyə gəlmək üçün əsas verməmişdir. İşdən görünür ki, iddiaçının aylıq əmək haqqı 200 manat təşkil etmişdir. Lakin işdə olan MTK-nın maliyyə sənədlərindən görünür ki, iddiaçıya 2017-ci ilin noyabr-dekabr aylarında kompensasiya kimi 400 manat, son haqq-hesab kimi 355,26 manat hesablanmışdır. Həmin kompensasiya və son haqq-hesabın iddiaçıya ödənilməsi onun işdən azad edilməsindən xəbərdar olması vaxtının müəyyən olunması üçün mühüm əhəmiyyət kəsb etdiyindən, kollegiya hesab edir ki, işə tək rar baxılarkən həmin məsələyə də aydınlıq gətirilməli və iddia müddətinin ötürülüb-ötürülməməsinə həmin sübutlar baxımından da qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1946/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1946/2020
09.09.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver