Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1947/2023 19.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 31 saylı notariat kontoruna və Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-798/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. X7 ilə X11 xx.xx.1934-cü il tarixdə nikaha daxil olmuş, nikahdan sonra qadına “Aslanova” soyadı verilmiş, onların nikahlarından 1936-cı ildə Tofiq, 1938-ci ildə Aslan, 1945-ci ildə Mədinə, 1947-ci ildə Elmirə, 1949-cu ildə Nizami adını verdikləri övladları dünyaya gəlmişdir.
3. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sovet döngəsi 2 ünvanında yerləşən 5 saylı fərdi yaşayış evi Bakı şəhər Sovetinin texniki İnventarlaşdırma bürosu tərəfindən 07 aprel 1983-cü il tarixdə X4 adına qeydiyyata alınmışdır.
4. X7 xx.xx.1983-cü il tarixdə tərtib etdiyi və notarial qaydada təsdiq olunmuş vəsiyyətnamə ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sovet döngəsi 2 ünvanında yerləşən 5 saylı fərdi yaşayış evini nəvələri Cavabdeh2, Cavabdeh1 və X6 bərabər hissələrdə olmaqla vəsiyyət etmişdir.
5. X7 28 may 1990-cı il tarixdə ölmüşdür. 6. 02 may 2003-cü il tarixdə X3 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sovet döngəsi 2 ünvanında yerləşən 5 saylı fərdi yaşayış evinə dair vəsiyyət üzrə vərəsəlik işi açılmış, X9 və Cavabdeh1 öz vərəsəlik paylarından qardaşları Cavabdeh2 xeyrinə imtina etdiklərindən xx.xx.2003-cü il tarixdə sözügedən əmlakın ½ hissəsinə sonuncunun adına “Vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi”, ½ hissəsinə isə X5 adına “Məcburi paya dair” şəhadətnamə verilmişdir.
7. X10 ünvan 3 ünvanında yerləşən 5 saylı evin məcburi pay şəklində ona qalmış ½ hissəsini xx.xx.2003-cü il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh2 bağışlam ışdır.
8. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sovet döngəsi 2 ünvanında yerləşən 5 saylı fərdi yaşayış evi Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin xx.xx.2003-cü il tarixdə verdiyi qeydiyyat vəsiqəsi əsasında Cavabdeh2 adına qeydiyyata alınmışdır.
9. X10 13 noyabr 2008-ci il tarixdə ölmüşdür.
10. İddiaçı X6, Cavabdeh1 və Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi” tələbi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin olunmuşdur.
11. İddiaçı Cavabdeh2 qarşı “miras əmlakdan məcburi payın müəyyən edilməsi” tələbi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamə Bakı Apelyas iya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 31 saylı notariat kontoruna və Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 5 ünvanında yerləşən miras mülkə dair Bakı şəhəri 31 saylı notariat ofisi tərəfindən Cavabdeh2 10 sentyabr 2003-cü il tarixdə verilməklə reyestrdə 2V-33 nömrə ilə təsdiq olunmuş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız sayılması, həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət reyestrində aparılmış qeydin və verilmi ş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddia onunla əsaslandırılmışdır ki, atası X7 28 may 1990-cı il tarixdə, anası Aslanova (Qerxert) Alvina İvanovna 13 noyabr 2008-ci il tarixdə vəfat etmiş, anası ömrünün son günlərinə kimi ünvan 7, ev 5-də yaşamış, atası isə Mərdəkan qəsəbəsi, Pioner 9-da qeydiyyatda olmuşdur. Valideynlərinin nikahlarından beş övladları olmuş, Xəzər Rayon Məhkəməsində xx.xx.2021-ci il tarixli qətnaməsi ilə “mirasın qəbul edilməsi müddətinin bərpası” tələbinə dair iddia ərizəsi təmin edilmişdir. Bundan sonra 31 saylı notariat ofisinə müraciət etmiş, notarius ona yazılı imtina məktubu verərək bildirmişdir ki, mübahisəli ünvan xx.xx.2003-cü ildə 2V-33 saylı reystrlə Cavabdeh2 vəsiyyət üzrə vərəsəlik hüququ haqqında verilmiş şəhadətmə əsasında özəlləşdirilmişdir, vərəsələr arasında mübahisə olduğundan məhkəməyə müraciət etməlidir. Həmin vaxtdan məhkəmə qaydasında pozulmuş hüquqlarının bərpa olunması üçün çalışır. Bakı şəhəri 31 saylı notariat ofisinə atasından qalmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sovet küçəsi döngə 2, ev 5-ə dair mirasın qəbul edilməsinə dair məhkəmə qətnaməsini təqdim edərək vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı ərizə təqdim etmiş, notariat ofisi 21 aprel 2022-ci il tarixli “notariat hərəkətləri aparmaqdan imtina edilməsi haqqında” qərar qəbul etmiş, imtinaya səbəb kimi isə Cavabdeh2 verilmiş vəsiyyət üzrə vərəsəlik hüququ haqqında verilmiş şəhadətnaməni göstərmişdir. Cavabdeh2 vərəsələrin dairəsini notariusdan gizlədərək miras əmlaka dair qanun üzrə vərəsəlik haq qında şəhadətnamə, daha sonra isə öz adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sovet küçəsi döngə 2, ev 5-ə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almışdır. Cavabdeh2, X9 və Cavabdeh1 qardaşdırlar, X1 Fuadın xeyrinə vərəsəlikdən imtina etmişdir, lakin Cavabdeh1 nədənsə öz xeyrinə imtina etmişdir. Əldə edilən sənədlərdən görünür ki, qardaşı oğlu Bakı şəhəri 31 saylı notariat ofisinə ərizə ilə müraciət edərkən mərhumun ondan başqa vərəsələrinin olmamasını bildirmişdir. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Pioner küçəsi, ev 9-da qeydiyyatda olmaqla yaşayır, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sovet küçəsi döngə 2, ev 5-də yalnız mərhum anası yaşayıb və qeydiyyatda olub. 1964-cü ildən qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 100-1 -ci madd əsinə əsasən mülkiyyətində mənzil, yaşayış evi, bağ, qaraj, başqa bina və tikililər olan vətəndaş həmin mülkiyyət barəsində öz istəyinə görə sərəncam vermək: bunları satmaq, bağışlamaq, vəsiyyət etmək, icarəyə vermək, bunlar barəsində qanuna zidd olmayan başqa əqdlər bağlamaq hüququna malikdir.
14. Bakı Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 28 sentyabr 2022-ci il tarixli, 2(003)-2123/2022 nömrəli qətnaməsi ilə (hakim Z.Tağıyev) iddia tələblərinin təmin olunmaması qət edilmişdir.
15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan qanunvericiliyə görə, mirasdan məcburi pay almaq hüququ olan şəxslərin dairəsi miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övl adlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar təsbit edilmişdir və iddiaçı qeyd edilən şəxslər dairəsinə aid olmamaqla iddia tələbi üzrə onun subyektiv hüququ mövcud deyildir.
16. Məhkəmə gəldiyi nəticəni xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 527, 528, 538-ci maddələrinə, Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, məhkəmə qətnaməsinin ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual hüquq normalarının tələblərini pozmuş, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamış, qanuni qüvvədə olan məhkəmə qətnaməsini nəzərə almamış, ətraflı araşdırma aparmadan qanunsuz qərar çıxarmışdır.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-798/23 nömrəli iş üzrə 26 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər–E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova, S.Bəhramzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Məhkəmənin mövqeyinə görə iddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, mərhum atasından miras qalmış və miras qoyan tərəfindən cavabdehlərə vəsiyyət olunmuş ünvan 7 ünvanında yerləşən 5 saylı fərdi yaşayış evinə münasibətdə məcburi pay hüququ olsa da, notarius tərəfindən həmin əmlaka dair xx.xx.2003-cü il tarixdə vərəsəlik şəhadətnaməsi verilərkən müvafiq hüququ nəzərə alınmamış, beləliklə də hüquqları pozulmuşdur.
21. Qeyd olunmalıdır ki, vərəsəlik hüququnda mövcud olan institut kimi məcburi pay, miras qoyanın sağlığında öz əmlakına verdiyi sərəncamların (ölümə bağlı sərəncam kimi vəsiyyətin) qanunla məhdudlaşdırılmasıdır.
22. Sərəncam hüququ, mülkiyyət haqqının ən mühüm komponentlərindən biri kimi mülkiyyətçiyə öz əmlakının hüquqi müqəddəratını həll etmək imkanı verir. Bu baxımdan hər kəs öz mülkiyyətində olan əmlaka sərəncam verməkdə sərbəstdir.
23. Bununla belə, mülkiyyət hüququ əhatə etdiyi səlahiyyətləri həyata keçirmək baxımınd an mütləq deyil. Bu imkan başqa şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər.
24. Məcburi pay institutu miras qoyanın yaxın ailə üzvləri qarşısında olan maddi və mənəvi öhdəliklərindən irəli gəlir. Bu öhdəliklər çərçivəsində miras qoyanın ən yaxınlarını əmlakdan tamamilə məhrum etməsinin qarşısı alınır, onların minimum həcmdə əmlak almaları təmin edilir. Həmin şəxslərin məcburi pay gözləntiləri ailə bağlarının sıxlaşmasına, cəmiyyətin özəyi olan ailənin daha da möhkəmlənməsinə səbəb olmaqla ictimai bir fayda da təmin edir.
25. X4 mirasının açıldığı dövrdə qüvvədə olmuş Mülki Məcəllənin 538-ci maddəsində (§ 24) nəzərdə tutulurdu ki, vərəsəlikdə məcburi pay hüququ miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti ol mayan uşaqlarına (o cümlədən övladlığa götürülənlərə), habelə əmək qabiliyyəti olmayan ərə (arvada), valideynlərə (övladlığa götürənlərə) və ölənin himayəsində olanlara məxsusdur.
26. Yuxarıda qeyd olunduğu kimi (§ 10), iddiaçının ünvan 7 ünvanında yerləşən 5 saylı fərdi yaşayış evinə münasibətdə məcburi pay hüququnun olmadığı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir.
27. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları (§ 28,32) ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüqu qi müəyyənliyi təmin edir. “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.
28. Bakı şəh əri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 21 oktyabr 2019-cu il il tarixli qətnaməsi ilə tərəflər arasındakı münasibətlərə hüquqi müəyyənlik gətirilmişdir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.
29. Şərh olun anlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hal, onun tələbinin qanuni əsasının dispozisiya şərti ilə uzlaşmamaqdadır və birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri, tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir
30. Məhkəmə gəldiyi nəticəni xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 527, 528, 538, MPM-nin 14.2, 77.1, 80, 82.3, 88, 217.2, 217.3, 233.3, 385-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iş üzrə yeni qərar çıxarılmasını, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayə ti onunla əsaslandırılmışdır ki, İddiaçı atası vəsiyyət etsə də, iddiaçı mirası qoyanın birinci növbəli vərəsəsi kimi miras əmlakdan məcburi pay almaq hüququ olub. Lakin, cavabdehlər bu faktı notariusdan gizlədib və özlərindən başqa digər vərəsənin, yəni iddiaçının olması barədə məlumat verməyiblər. İdddiaçı İddiaçı vərəsə olmaqla, miras əmlakda məcburi pay hüququna malik olması işin mübahisəsiz halıdır. Bundan əlavə, notarius, mirası qoyanın digər vərəsələrinin olub-olmadığını və vərəsələrin dairəsinin müəyyən edilməsi üçün heç bir tədbir görməyib. Nəticədə vəsiyyət edilən miras üzrə mərhum oğlu məcburi paydan məhrum olub.
33. Kassator şikayətini Mülki Məcəllənin 1193, 1194, 1291, MPM-nin 14.2, 77.1, 82.3, 88, 106.1, 217.1, 217.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiy a şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq 01 sentyabr 2000-ci il tarixinə kimi qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir.
36. Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.
37. Maddə
538. Vərəsəlikdə məcburi pay hüququ miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyə ti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar. Mülki Prosessual Məcəllə
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
41. Mad də
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədlər i
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkə məsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun qaydada hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
48. Məhk əmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
49. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-798/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan