Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1947/2024 01.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 9 saylı Noariat Ofisi, 24 saylı Notariat Ofisi, 27 saylı Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı, yalan əqd Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), hakimlər Babayev Zəki Baba oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1062/2024 nömrəli 5 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfind ən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. X4 ilə X6 xx.xx.2005-ci il tarixdə nikah bağlamışlar;
3. Şahid3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116, 44 nömrəli mənzili (bundan sonra mübahisəli mənzil 44) Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 43.550 manata Cavabdeh2 (bundan sonra cavabdeh) satmışdır;
4. Həmin mənzil Cavabdeh2 tərəfindən Bakı şəhəri 24 saylı Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş xx.xx.2009-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əs asən 40.000 manata X1.
5. Qeyd olunan mənzil Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 40.000 manata iddiaçıya satılmış və hazırda onun mülkiyyətindədir;
6. Şahid3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116, 45 nömrəli mənzili (bundan sonra mübahisəli mənzil 45) cavabdeh Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən 26.130 manata Cavabdeh2 satmışdır;
7. Həmin mənzil Bakı şəhəri cavabdeh 24 saylı Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş xx.xx.2009-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 25.000 manata X1;
8. X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir;
9. Mübahisəli mənzil Bakı şəhəri 27 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinə və bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adına dövlət reyestrində qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir;
10. X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh Bakı şəhəri 24 saylı DNK-da mübahisəli mənzil 44 və mübahisəli mənzil 45-ə dair cavabdehlər Cavabdeh2 ilə X7 arasında bağlanaraq təsdiq edilmiş 4Ə-2-232 və 4Ə-2-231 reyestr nömrəli xx.xx.2009-cu il tarixli alqı-satqı müqavilələrinin və həmin müqavilələr əsasında DƏDRX-nin Bakı şəhər Ə razi İdarəsi tərəfindən X5 verilmiş mülkiyyət hüququna dair çıxarışların və həmin çıxarışların hüquqi nəticələrinin etibarsız hesab edilməsi, göstərilən mənzillərə dair X3 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların və onların hüquqi nəticələrinin ləğv edilməsi; cavabdeh Bakı şəhəri 27 saylı notariat ofisində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116-da yerləşən 45 saylı bir otaqlı mənzil barəsində rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli 2V-175 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin və eyni tarixli “Miras payın bölüşdürülməsi Müqaviləsi”nin göstərilən mənzilin Cavabdeh1 adına qeydə alınması barədə vərəsələrin razılığı hissəsində və göstərilən hüquqverici sənədlər əsasında göstərilən mənzil barəsində Cavabdeh1 DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, daşınmaz əmlak üzərində hüquq barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın isə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 2006-cı ilin ortalarından etibarən həyat yoldaşı Gündüz Nəbiyevin aldığı Bakı şəhəri, Təbriz küçəsi, 116 saylı evin 1-ci blokundakı 8 saylı 2 otaqlı mənzilə köçərək yaşamış, daha sonra, yəni 2007-ci ilin ortalarında isə həyat yoldaşının həmin binanın 5-ci blokunda aldığı yeni 3 otaqlı mənzilə köçmüşlər. 2022-ci ilin noyabr ayının sonunda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən evlərinə gələn məktubdan iddiaçıya məlum olmuş dur ki, yaşadıqları 3 otaqlı mənzilə görə onları (iddiaçı və onun həyat yoldaşını) məhkəməyə veriblər. Bundan sonra isə iddiaçının qaynı Sahiblə (yəni qardaşı ilə) telefon danışıqlarından başa düşmüşdür ki, həyat yoldaşı sələmə götürdüyü pulu sələmlə birlikdə “sələmçi”yə qaytarsa da, həmin adamın oğlu (yəni iddiası üzrə 1-ci cavabdeh) atasının ölümündən sui-istifadə edərək onları məhkəməyə vermişdir. İddiaçı qeyd etmişdir ki, həyat yoldaşı 16 dekabr 2022-ci il tarixdə ürəy çatişmazlığından vəfat etmişdir. İddiaçı qeyd etmişdir ki, qaynı Şahid5 ona dediklərindən ona məlum olmuşdur ki, yaşadıqları Bakı şəhəri, Təbriz küçəsi, 116 saylı evin 5-ci blokundakı 3 otaqlı mənzil birləşdirilmiş 2 mənzildən, mübahisəli 44 və 45 nömrəli mənzillərdən ibarətdir ki, həyat yoldaşı həmin mənzilləri 2007-ci ildə Pərviz adlı əvvəlki sahibindən də belə vəziyyətdə almış, məcburi köçkün olduğundan isə həmin mənzilləri baldızı Cavabdeh2 (yəni bacısının) adına rəsmiləşdirmişdir. Bundan 2 il sonra, yəni 2009-cu ildə isə özünün ticarət işləri ilə əlaqədar pul lazım olduğundan həmin mənzilləri iddiası üzrə birinci cavabdehin atası X7 ilə formal alqı-satqı edərək ondan faizə pul götürmüşdür. Həyat yoldaşı 2017-ci ilədək həmin şəxsə “əsas borc”la birlikdə külli miqdar pul versə də, Loğman Orucov yalnız bir mənzili, yəni mübahisəli 44 saylı mənzili geriyə qaytarmış, həmin mənzil isə iddiaçının xəbəri olmadan, yəni həyat yoldaşının ondan baldızı Cavabdeh2 oğlu Şahid6 adına alınmış etibarnamə əsasında iddiaçının adına rəsmiləşdirilmişdir. Bundan sonra Loğman Orucov digər, mübahisəli 45 saylı mənzilə görə h əyat yoldaşından “sələm” almaqda davam etmişdir. Odur ki, həyat yoldaşı bundan sonra da, yəni 2020-ci ilin oktyabr ayının sonunadək həmin mənzilə görə də “əsas borc”la birlikdə külli miqdar sələm ödəməyə məcbur olmuş, yalnız bundan sonra onlar mənzilin geriyə qaytarılması ilə bağlı məsələni həll etmək üçün bazar günü görüşərək söhbət etmişlər. Həmin söhbət zamanı Loğman Orucov 1-ci gün (2020-ci ilin noyabr ayının 2-si nəzərdə tutulur) ağır gün olduğunu bildirərək notariusa 2-ci gün, yəni 3 noyabr 2020-ci il tarixdə getməyi vəd etmiş, lakin həmin tarixdə onun ölüm xəbəri yayılmışdır. Bu səbəbdən də ikinci mənzili geriyə rəsmiləşdirmək mümkün olmamışdır. Loğman Orucovun ölümündən bir müddət sonra isə onun 2 oğlundan biri, yəni hazırki iddia üzrə 1-ci Cavabdeh1 atasının vəfatından suiistifadə edərək iddiaçının həyat yoldaşından faiz tələb etməyə başlamış, lakin həyat yoldaşı öz növbəsində borcu artıqlaması ilə bağladığını bildirərək mənzilin geri qaytarılmasını tələb etmiş, Cavabdeh1 isə bundan imtina edərək iddiaçının həyat yoldaşının başına oyun gətirəcəyi ilə dəfələrlə hədələmiş, sonra isə hadisələr qeyd edildiyi kimi cərəyan etmişdir. Bütün bu baş verənlərə görə iddiaçı, vəkil tutmaq və məsələni qanuni yolla həll etmək məsləhət görüldüyündən hüquqi yardım üçün 4 saylı Vəkil Bürosu ilə müqavilə bağlamışdır. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin vəkil sorğusuna xx.xx.2023- cü il tarixli məlumatında göstərilmişdir ki, mübahisəli hər iki mənzilləri 9 saylı DNK-da eyni gündə, yəni xx.xx.2007-ci il tarixdə bağlanaraq müvafiq olaraq 4Ə-1/72 və 4Ə-1/71 reyestr nömrəli alqı-satqı müqavilələrinə əsasən Şahid3 adından Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Sonra isə həmin mənzillər 24 saylı DNK-da eyni, yəni xx.xx.2009-cu il tarixli 4Ə2-232 və 4Ə-2-231 reyestr nömrəli alqı-satqı müqavilələrinə əsasən X3 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 21 saylı DNK-da xx.xx.2017-ci il tarixli 4Ə-336 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən mübahisəli mənzillərdən biri, yəni 44 saylı mənzil X3 adından iddiaçının adına keçmişdir. Digər, mübahisəli 45 saylı mənzil isə Bakı şəhəri 27 saylı DNK-nın xx.xx.2021-ci il tarixli 2V-175 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir.
13. Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizə verərək onunla əsa slandırmışdır ki, iddiaçı öz iddia ərizəsində guya onun heç bir şeydən xəbəri olmadığını bildirmiş, yalnız məhkəmə prosesi başlayanda ona məlum olmuşdur. İddiaçının tələbində göstərdikləri həqiqətə uyğun deyil. İddiaçının hər bir şeydən xəbəri olmuş, sadəcə olaraq müddət məsələsini pərdələmək məqsədi ilə belə bir mülahizə irəli sürmüşdür. Hamıya məlumdur ki, 2009-cu ildən 14 il keçmişdir, onlar bir ailə olaraq bütün hərəkətləri məsləhətləşərək etmişlər və iddiaçının hər bir şeydən xəbəri olmuşdur. İddiaya iddia müddəti tətbiq olunmalı və iddia tələbi rədd edilməlidir. Mübahisəli 45 saylı birotaqlı mənzil Bakı şəhəri 24 saylı DNK-da xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında alınmış, lakin iddiaçı 2023- cü ildə iddia qaldıraraq ümumilikdə kəsici müddəti ötürmüşdür. Alqı-satqı m üqaviləsi etibarsız olsa belə, iddiaçının məhkəmədə 14 il müddət ərzində iddia qaldırmaq hüququ mövcud deyildir. O, müqavilənin etibarsızlığının nəticələri barədə xx.xx.2009-cu il tarixdən 1 il ərzində iddia qaldıra bilərdi. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş edilmişdir.
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(005)-2126/2023 nömrəli 9 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə ) iddia təmin edilməmişdir.
15. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mərhum həyat yoldaşı ilə cavabdehin mərhum atası L.Orucov arasında borc münasibətlərinin olduğunu bildirsə də, həmin tərəflərin arasında belə münasibətlərin olması ilə bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir. Belə ki, iddiaçının mərhum həyat yoldaşının hansı tarixlərdə, hansı məqsədlərlə Loğman Nəbiyevdən borc alması, bu borcun hansı hissəsinin qaytarılması ilə bağlı hər hansı iltizam, yazılı sənəd, müqavilə təqdim edilməmişdir. Digər tərəfdən, işin mübahisəsiz halı ondan ibarətdir ki, Gündüz Nəbiyev və onun qardaşı Şahid5 tərəfindən L.Orucov və ya onun oğlu Ceyhun Orucova qarşı pul tələbi ilə bağlı hər hansı iddia qaldırılmamış, tərəfdən əsassız şəkildə faizə pul tələb edilməsi barədə hüquq-mühafizə orqanlarına müraciət edilməmişdir. Beləliklə, iddiaçı öz dediklərini şahid ifadəsi, iddiaçının izahatı və Cavabdeh2 etirafı ilə əsaslandırmışdır.
16. Məhkəmə hesab etmişdir ki, iddia tərəfinin vəsatəti əsasında ifadə vermiş şahidlərdən biri - Şahid3 mənzilin əvvəlki mülkiyyətçisi olmaqla, hazırkı mülki iş üzrə tərəflərin, eyni zamanda mərhum X8 Nəbiyevin arasındakı münasibətlər barədə hər hansı məlumat verməmişdir. Digər şahid – Şahid2 ümumiyyətlə mülkiyyətlə bağlı tərəflərin arasında mövcud olmuş və olan münasibətlər barədə heç bir məlumata sahib olmamaqla, yenə də mənzilin iddiaçının və onun ailəsinin istifadəsində olması faktını təsdiq etmişdir. Tərəflərin arasında pul-borc münasibətlərinin olması ilə bağlı ifadə verən yeganə Şahid5 ifadəsi mülki işin digər materilalları ilə öz təsdiqini tapmamışdır.
17. Cavabdeh2 iddia tələbini etiraf etməsinə münasibət bildirərək qeyd etmişdir ki, Cavabdeh2 İddiaçı mərhum həyat yoldaşı G. Nəbiyevin bacısıdır. Onun iddia tələbini etiraf etməsi mülki işin digər materialları ilə öz təsdiqini tapmamış, eyni zamanda cavabdehin hüquqlarını əsassız pozmuş dur. Buna görə də, məhkəmə həmin etirafı mülki prosessual qanunvericiliyin tələblərinə əsasən inandırıcı hesab etməmiş və təmin etməmişdir.
18. Məhkəmə əlavə olaraq onu da qeyd etmişdir ki, müqavilənin bağlanmasından 14 il müddət ötməsinə baxmayaraq, iddiaçının daşınmaz əmlakın kimin mülkiyyətində olması, 2007-ci və 2009-cu il tarixlərdə müqavilələrin bağlanması, 2017-ci ildə 44 saylı mənzilin yenidən Cavabdeh2 adına keçirilməsi, lakin 45 saylı mənzilin L.Orucovun mülkiyyəti olaraq qalması faktının ona məlum olmaması barədə dəlilini də əsassız hesab etmişdir.
19. Məhkəmə hesab etmişdir ki, mərhumlar arasında həqiqətən borc pul münasibətlərinin olması, külli miqdarda pul ödənilməsinə baxmayaraq, mənzillərdən yalnız birinin Cavabdeh2 adına keçirilməsi, lakin yenə də G.Nəbiyevin L.Orucova qar şı hər hansı bir iddia tələbinin olmaması, L.Orucov vəfat etdikdən sonra da mənzili “geri qaytarmaq” üçün hər hansı addım atmaması, iddiaçının bütün bu məsələlərdən məlumatlı olmaması ağlabatan deyil. L.Nəbiyevin xəstəliyi olsa belə, o yaxın qohumu olan qardaşı və bacısına, və ya hər hansı başqa yaxın qohumuna etibarnamə verərək uzun müddət istifadə və sahibliyində olan mənzili mülkiyyətinə keçirməklə bağlı hüquqi addımlar ata biləcəyi halda, bunu etməmişdir. Hazırkı iddia tələbi ilə isə iddiaçı yalnız Cavabdeh1 məhkəməyə müraciət edərək onun və ailəsinin mənzildən çıxarılmasını tələb etdikdən sonra məhkəməyə müraciət etmişdir.
20. Mübahisələndirilən müqavilələr xx.xx.2009-cu il tarixdə bağlansa da, müqavilənin etibarsızlığı barədə iddia ərizəsi ilə yalnız 2023-cü ildə müraciət edilmişdi r. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, iddia tələbi həm əsassız olduğundan, həm də kəsici müddətin tətbiqi ilə rədd edilməlidir. Kəsici müddət ilə bağlı münasibət bildirildiyindən və hazırkı mübahisə üzrə kəsici müddət tətbiq edildiyindən, məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirməyi zəruri hesab etməmişdir.
21. Məhkəmə eyni zamanda iddia tələblərinin qalan hissədə: vərəsəlik şəhadətnaməsinin, çıxarışın ləğv edilməsi və s. hissələrdə əlavə araşdırma aparılmadan rədd edilməsini prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Belə ki, həmin tələblər müqavilənin etibarsızlığı barədə tələbdən irəli gəlir və ilkin tələb təmin edilmədiyindən, ondan doğan tələblərin də əlavə araşdırılmasına zərurət qalmır. Eyni zamanda, məhkəmə onu da nəzərə almışdır ki, “Vərə səlik haqqında şəhadətnamə”, “Miras əmlakın bölünməsinə dair Müqavilə” və müvafiq mənzilə dair Çıxarış qanunvericiliyə uyğun şəkildə tərtib edilmiş, rəsmiləşdirilmişdir, hər hansı üçüncü şəxsin hüquqlarına toxunmur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti işin faktiki hallarına və iddia tələbinə uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş və pozulmuşdur. Nəticədə qanunsuz məhkəmə aktı qəbul edilmişdir. Belə ki, məhkəmə qətnaməsində cavabdeh qismində cəlb edilən Cavabdeh2 (İddiaçı mərh um həyat yoldaşı X2 bacısı) iddia tələbini etiraf etdiyi qeyd edilsə də, mülki işin digər materialları bununla bağlı öz təsdiqini tapmamışdır. Burada da məhkəmə məsələyə düzgün yanaşmayaraq obyektiv qiymət verməmişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1062/2024 nömrəli mülki iş üzrə 5 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli - sədrlik edən və məruzəçi, Vahid Sadıqov və Akif İsgəndərov) apelyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2126/2023 nömrəli, 9 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilmişdir.
25. Apellyasiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırda iddiaç ı cavabdehlər X7 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116, 44 və 45 nömrəli mənzillərə dair bağlanmış xx.xx.2009-cu il tarixli alqı-satqı müqavilələrinin və onların hüquqi nəticələrinin etibarsız hesab edilməsi ilə bağlıdır.
26. İddiaçı iddia tələbini qaynı Şahid5 dediklərinə əsaslanaraq irəli sürür və qeyd olunan müqavilələrin yalan əqdlər olmaqla əslində başqa əqdi pərdələmək məqsədi güddüyünü bildirir.
27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
28. Qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə əsasən yalan əqdi bağlayan tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağlad ıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.
29. İddiaçının nümayəndəsi və vəkilinin, habelə hazırki iş üzrə cavabdeh olan Cavabdeh2 məhkəmə iclasında bildirdiklərinə görə iddiaçının mübahisələndirilən alqı-satqı müqavilələrindən xəbəri olmamış, mənzildən çıxarılma tələbi ilə bağlı məhkəmə bildirişi aldıqdan sonra məlumatlı olmuşdur.
30. Kollegiya qeyd edir ki, mübahisələndirilən alqı-satqı müqavilələrinin bir tərəfi – satıcı Cavabdeh2dır, deməli o və müqavilənin digər tərəfi başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağlanılmış əqdlə həmin müqavi ləni pərdələyə bilər. Yəni, bununla bağlı iradə ifadələri, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti müqavilə tərəflərinə məxsusdur.
31. Lakin 44 və 45 nömrəli mənzillərin alqı-satqısına dair müqavilələrin tərəfi Cavabdeh2 həmin müqavilələrin yalan əqdlər olması əsası ilə iddia irəli sürməmiş, həmin müqavilələri mübahisələndirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, müqavilə tərəfləri qeyd olunan alqı-satqı müqavilələrini mübahisələndirmədikləri halda, hazırda iddiaçının həmin müqavilələri başqa şəxsin dediklərinə əsaslanmaqla mübahisələndirmək üçün subyektiv hüququ yoxdur və bu səbəbdən onun qeyd olunan müqavilələrin etibarsızlığı barədə iddiası təmin edilə bilməz.
32. Lakin işə baxmış birinci instansiya məhkəməsi alqı-satqı müqavilələrinin mübahisələndirilməsi üçün iddiaçının subyektiv hüquqa malik olub-olmadığını araşdırmamış, iddiaçının iddia tələbini başqa əsaslarla rədd etmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçının yuxarıda qeyd olunan mənzillərə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilmədiyindən, onun digər tələbləri də təmin edilə bilməz
33. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 139.1,139.3,140,337.1,337.4,340.2ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2008-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarı, MPMin 14.2, 77.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
35. İddiaçı kassasiya şikayətini iddia tələbi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hü quqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
38. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
39. Maddə
140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
40. Maddə 337.1. Müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya ə həmiyyətsiz əqdlər ola bilər.
41. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zər urətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Belə ki, xx.xx.2007-ci ildə Cavabdeh2 adına rəsmiləşdirilən mübahisəli mənzillərin əslində iddiaçıya və ya ərinə məxsus olması hüquqi baxımdan təsdiq edilmədiyi halda, həmin daşınmaz əşyalara dair 2009-cu ildə bağlanmış müqavilələrin və onların sonrakı hüquqi nəticələrinin etibarsız sayılması barədə iddiaçının subyektiv mənafeyi əsaslandırılmamışdır.
51. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi bu xüsusatla bağlı qeyd etmişdir ki, mübahisə predmeti olan 44 və 45 nömrəli mənzillərin alqı-satqısına dair müqavilələrin tərəfi Cavabdeh2 həmin müqavilələrin yalan əqdlər olması əsası ilə iddia irəli sürməmiş, həmin müqavilələri mübahisələndirməmişdir. Məhkəmə kol legiyası hesab etmişdir ki, müqavilə tərəfləri qeyd olunan alqı-satqı müqavilələrini mübahisələndirmədikləri halda, hazırda iddiaçının həmin müqavilələri başqa şəxsin dediklərinə əsaslanmaqla mübahisələndirmək üçün subyektiv hüququ yoxdur və bu səbəbdən onun qeyd olunan müqavilələrin etibarsızlığı barədə iddiası təmin edilə bilməz (§ 31).
52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
53. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
55. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1062/2024 nömrəli 5 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.