Məhkəmə qərarları › İş №2(102)-1951/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1951/2020

03.06.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1951/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)13204/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim L.E.Rəhimli, iş № 2(011)-5394/2019) İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilərək N küçəsində yaşayan İddiaçı hesablanmış 3758,40 manat məbləğində borcun silinməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: V.T.Həsənov, Ş.A.Məmmədova və X.Ə.Sarıyev) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları Cavabdeh əməkdaşları tərəfindən iddiaçının barəsində yaşadığı ünvanda sayğacdan kənar təbii qazdan istifadə etməsi barədə xx xxxxxx 2019-cu il və xx xxxx 2019-cu il tarixlərdə iki akt tərtib olunmuş və həmin aktlara əsasən iddiaçıya cəmi 3758,40 manat məbləğində borc hesablanmışdır. 2019-cu ilin may ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət ed ərək həmin aktların ondan xəbərsiz tərtib olunmaqla bu zaman çəkilmiş fotoşəkillərin ona məxsus ünvana aid olmamasını, onun tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına yol verilməməsini əsas göstərməklə təbii qazdan qanunsuz istifadəyə dair ona hesablanmış 3758,40 manat məbləğində borcun silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri İş üzrə cavabdeh kasasiya şikayəti verərək qətnamənin iş üzrə ekspertiza təyin olunmadan, iddiaçının göstərdikləri əsasında sübutlara düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin məhkəmə instansiyaları tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh iddiaçının yaşadığı ünvan üzrə quraşdırılmış sayğaca kənar xəttin qoşul masını iddia etsə də bunu sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş üzrə aparılmış məhkəmə mühəndis-texniki ekspertiza tədqiqatının nəticəsi barədə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli rəydən görünür ki, iddiaçıya məxsus ünvanda yerləşən sayğaca hər hansı bir qeyri-leqal müdaxilə halları (əlavə qoşulmalar) müəyyən edilməmişdir. Bundan başqa, Birliyin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar iddiaçının iştirakı olmadan tərtib olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş ”Qazdan istifadə Qaydalarını n 6.5-ci bəndinə əsasən qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İşdə olan sübutlar iddiaçı tərəfindən təbii qazdan qanunsuz istifadə olunmasını təkzib etdiyindən Birlik tərəfindən tərtib edilmiş aktlar iddiaçıdan tələb olunan məbləğin tutulması üçün əsas verməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəmənin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kolleg iya Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar