Məhkəmə qərarları › İş №2(102)-1951/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1951/2025

22.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1951/2025 22.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı7, İddiaçı4, İddiaçı5, Quliyeva (Sadıqova) Zeynab Qasım qızının cavabdehlər Ağcabədi Regional “Asan Xidmət” mərkəzində notariat ofisi, Cavabdeh2, Cavabdeh3 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: vərəsələrin miras paylarının müəyyən edilməsi ilə bağlı mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı7, İddiaçı4, İddiaçı5, Quliyeva(Sadıqova ) Zeynab Qasım qızının cavabdehlər Ağcabədi Regional “Asan Xidmət” mərkəzində notariat ofisi, Cavabdeh2, Cavabdeh3 qarşı “miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)333/2025 nömrəli, 3 fevral 2025-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X11 29 avqust 1997-ci ildə, həyat yoldaşı X15 17 may 2014-cü ildə, onların qızı X4 15 fevral 2018-ci ildə vəfat etmişdir. X4 nikaha girməmiş və övladı olmamışdır.

2. Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin verdiyi çıxarışda 4.3804 ha kənd təsərrüfatı təyinatlı tor paq sahəsinin mövcudluğu təsdiqini tapmışdır. Torpaq sahəsi Kələbədin(Gələbədin) kəndində yerləşir. Torpaq sahəsi ailə üzvlərinə məxsusdur.

3. Miras qoyan X11 və X8, həmçinin onların vəfat etmiş qızı X2 ikinci dərəcəli vərəsələri İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh2, Cavabdeh3, X7 və X5r. X9 13 yanvar 2020-ci ildə vəfat etmişdir. Vəfat edən şəxsin birinci dərəcəli vərəsələri İddiaçı7, X12, Quliyeva (Sadıqova) Zeynab Qasım qızı, İddiaçı5dır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X11, X15 və X1 qalan miras əmlakının vərəsəlik qaydasında bölünərək tanınmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçılar yuxarı da göstərilən işin faktiki hallarına istinad edərək tələblərini onunla əsaslandırılmışdır ki, miras qoyan şəxslərlə vəfat edənə qədər bir yerdə yaşayıblar. Torpaq sahələri də qonşu ərazidə yerləşmiş, həmin torpaq sahəsini vəfat edən şəxslərlə bir yerdə əkib biçiblər. Miras qoyan şəxslər vəfat etdikdən sonra da vərəsələri olaraq torpaq sahəsindən istifadə ediblər. Vərəsəlik işi ilə bağlı Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət ediblər. Notariat ofisi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən imtina cavabı vermişdir. Notariat ofisi tərəfindən aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin imtinası əsassızdır və qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ver ilməlidir.

6. Ağcabədi Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2(017)-1644/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Ağcabədi rayonunun Gələbədin kəndi ərazisində yerləşən 4,3804 ha torpaq sahəsinin mirasın kütləsinə daxil olan 2,1902 ha hissəsindən – İddiaçı1 4/28 pay, İddiaçı2 4/28 pay, İddiaçı3 4/28 pay, Cavabdeh2 4/28 pay, Cavabdeh3 4/28 pay, X3 4/28 pay və X6 4/28 pay müəyyən edilməsinə; mərhum X6 çatası 4/28 paydan qanun üzrə bərabər pay hüquqlu birinci dərəcəli vərəsələri - İddiaçı7 1/28 pay, İddiaçı4 1/28 pay, İddiaçı5 1/28 pay, Quliyeva (Sadıqova) Zeynab Qasım qızına 1/28 pay müəyyən edilməsinə qət etmişdir.( X23)

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, daşınmaz əmlakın reyestr nömrəsi **********77, qeydiyyat nömrəsi **********, qeydiyyat tarix i xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Ağcabədi rayonunun Gələbədin kəndi ərazisində yerləşən 4,3804 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh2, X11, X16, X4, Cavabdeh3 və X10 məxsus olmuşdur. Miras qoyan X11 və X8, həmçinin onların vəfat etmiş qızı X2 ikinci dərəcəli vərəsələri İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh2, Cavabdeh3, X7 və X5r. X9 13 yanvar 2020-ci ildə vəfat etmişdir. Vəfat edən şəxsin birinci dərəcəli vərəsələri İddiaçı7, X12, Quliyeva (Sadıqova) Zeynab Qasım qızı, İddiaçı5dır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 140-cı maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1- ci maddəsinə, Azərbaycan Respublikası MPM-nin 77.1, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

9. Qətnamədən narazı qalan Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan Ağcabədi Rayon Məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün halları aydınlaşdırmamışdır, məhkəmə tərəfindən müəyyən olunan iş üçün mühim əhəmiyyətli hallar sübut olunmamışdır. Odur ki, Ağcabədi Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2(017)-1644/2024 saylı qətnaməsini ləğv edib, iddia tələbinin təmin edilməməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş edir.

11. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-333/2025 nömrəli, 3 fevral 2025-cü il tarixli qətnaməsi ilə (hak imlər: Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Aytən Novruzova) Ağcabədi Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2(017)-1644/2024 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə tam olaraq razılaşmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1,1133.2,1134.1,1145,1146,1151.1,1151.2,1159.1,1159.2,1162, 1243.1,1243.2,1243.3,1246 və1248.1-ci maddələrinə; Mülki Prosessual Məcəlləsinin 9, 14.2, 77.1, 88, 107, 119.1, 217, 218, 372, 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarı, “Məh kəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali məhkəməsinin plenum qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

14. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə etiraz daxil olmamışdır. a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-333/2025 nömrəli, 3 fevral 2025-cü il tarixli qətnaməsini ləğv edərək, işə yenidən baxılması üçün apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1145, 1162,1243.1,1243.2, 1255-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin 416,417.1.4, 417.2, 418.1 istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Tətbiq edilən hüquq Azərbaycan Mülki Məcəlləsinin

17. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 18. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 19. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

20. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

21. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

22. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

23. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

24. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqları na və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı v ə qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur.

25. Maddə 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

26. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.

27. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

28. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı ida rə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

29. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

30. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

31. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbu l oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

32. Maddə 9.1-ci və 9.3. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. K assasiya baxışının hədləri

39. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Mə zahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

43. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

66. Kassasiya şikayətinin bəzi dəlilləri mahiyyəti e tibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiy ini yoxlayır.

44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

46. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-333/2025 nömrəli, 3 fevral 2025-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar