Məhkəmə qərarları › İş №2(102)-1952/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1952/2023

17.05.2023 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1952/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: subroqasiya qaydasında ziyanın ödənilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 yanvar 2023-cü il tarixli, 2(103)125/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icra at qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanda yerləşən 21 saylı mənzil Əliyev Kamil Rafael oğlunun mülkiyyətində olmaqla, İddiaçı Sığorta Şirkəti tərəfindən 27 sentyabr 2017-ci il tarixdən “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmışdır.

2. Həmin mənzilin qonşuluğunda yerləşən - Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 8, 22/23/24 saylı mənzillər Cavabdeh mülkiyyətindədir. 3. 05 yanvar 2018-ci il tarixdə Əliyev Kamil Rafael oğlunun mülkiyyətində olan mənzilin dam hissəsində yanğın baş vermiş və həmin mənzilə maddi ziyan vurulmuşdur.

4. Baş vermiş yanğın hadisəsi ilə bağlı Azərbaycan Respublikası FHN-nin Əməliyyatİstintaq İdarəsində araşdırma aparılmış və 28 fevral 2018-ci il tarixli qərarla cinayət işinin başlanması Azərbaycan Re spublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Həmin qərarla müəyyən olunmuşdur ki, X3 Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 8, 24 saylı mənzilin sakini kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda, müvafiq qaydaların tələblərini pozaraq, yaşadığı mənzildə istismar etdiyi sobada və tüstü bacasında isitmə mövsümü başlamazdan əvvəl yoxlama, təmizləmə, təmir işləri aparmamış və yandırdığı sobanı yanar vəziyyətdə nəzarətsiz saxlamışdır. Bu səbəbdən 05 yanvar 2018-ci il tarixdə saat 05 radələrində mənzildə istismar olunan sobanın yanar vəziyyətdə nəzarətsiz qalması nəticəsində sobanın hədindən artıq qızaraq çardağın taxta konstruksiyalarının alışdırmasından yanğın baş vermişdir. 5. 14 mart 2018-ci il tarixli sığorta aktına əsasən, ünvan 2 ünvanda yerləşən 21 saylı mənzilə yanğın nəticəsində vurulmuş zərər 15906 manat, 250 manat azadolma məbləği və 18 manat bərpa məbləği çıxılmaqla, sığorta ödənişinin məbləği 15638 manat məbləğində müəyyən edilmiş və həmin məbləğ 14 mart 2018-ci il tarixli ödəniş tapşırığı ilə Əliyev Kamil Rafael oğluna ödənilmişdir.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli qərarı ilə Cavabdeh müdafiəçisi X4 tərəfindən verilmiş şikayət təmin edilərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 28 fevral 2018-ci il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilməsi, toplanılmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır.

7. Azərbaycan Respublik ası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 dekabr 2022-ci il tarixli qərarı ilə 05 yanvar 2018-ci il tarixdə saat 05 radələrində ünvan 2 ünvanda yerləşən vətəndaş Əliyev Kamil Rafael oğluna məxsus 21 saylı mənzildə baş vermiş yanğın hadisəsi ilə əlaqədar X2 əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15638 manat sığorta ödənişi məbləğinin və 30,40 manat dövlət rüsumunun, cəmi 15668,40 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etm işdir.

9. İddia onunla əsaslandırılmışdır ki, 05 yanvar 2018-ci il tarixdə ünvan 1 ünvanda yerləşən Əliyev Kamil Rafael oğluna məxsus 21 saylı mənzilə həmin ünvanda yerləşən 24 saylı mənzilin sakini tərəfindən yanğın təhlükəsizliyi qaydalarına riayət edilməməsi nəticəsində yanğın hadisəsi baş verərək sığortalı əmlaka maddi zərər vurulmuşdur. FHN-nin DYNX-nin 2-ci Ərazi 05 yanvar 2018-ci il tarixli Yanğın Haqqında aktında göstərilmişdir ki, ünvan 2 ünvanda yerləşən 24 saylı mənzildə kamin tipli təbii qaz sobasının tüstü bacasının həddən artıq qızaraq həmin ünvanda yerləşən 21 saylı mənzilin tavanının yanar konstruksiyalarını alışdırması yanğın hadisəsinin baş verməsinə səbəb olmuşdur. Müstəqil ekspert rəyinə görə mənzilə 15906 manat ziyan dəymişdir. 250 manat azadolma məbləği və 18 manat bərpa məbləği çıxılmaqla, sığortalıya 15638 manat ödəniş həyata keçirilmişdir.

10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2(009)1739/2020 nömrəli qətnaməsi ilə (hakim İ.Ş.Rüstəmli) iddia təmin edilərək, 15638 manat pul vəsaiti və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat olmaqla, ümumilikdə 15668,40 manat məbləğində pul vəsaitinin Cavabdeh alınıb "xxxx" ASC-yə ödənilməsi qət olunmuşdur.

11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883, 916.1, 922.1, 936.2, 1114.1-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələri, “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”nın 12-ci, “Azərbaycan Respublikasında yanğın təhlükəsizlik Qaydaları”nın 7.1, 7.3-cü bəndləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2(009)-1739/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 yanvar 2023-cü il tarixli, 2(103)-125/2023 nömrəli qətnaməsi ilə (hakim X.Ə.Sarıyevin sədrliyi və məruzəsi ilə, hakimlər F.V.Abdıyevin və F.H.Qasımovun iştirakı ilə) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2(009)-1739/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddianın təmin edilməsi, Cavabdeh 15638 manat sığorta ödənişinin əvəzinin və 30,40 manat dövlət rüsumunun, cəmi 15668,40 manatın tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh ünvanlanmış məhkəmə bildirişlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada ona göndərildiyi və çatdırıldığı barədə iş materiallarında hər hansı bir sübut olmamasına baxmayaraq birinci instansiya məhkəməsi, onun iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xə bərdar edilməsi” ilə şərtləndirmişdir. İş materiallarından isə cavabdehin birinci instansiya məhkəməsində keçirilən iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumatlandırılmadan işə baxılmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur.

15. Apellyasiya məhkəməsi bu kontekstdə hesab etmişdir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlili olmaqla yanaşı, şikayətin digər dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasınd a mahiyyəti üzrə baxılmalıdır.

16. Məhkəmə göstərmişdir ki, cavabdeh tərəfindən məhkəmə təqdim olunmuş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli qərarına əsasən Cavabdeh müdafiəçisi X4 tərəfindən verilmiş şikayət təmin edilərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin təhqiqatçısı Mustafayev Cəmil oğlunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilməsi, toplanılmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır.

17. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 dekabr 2022-ci il tarixli qərarı ilə 05 yanvar 2018-ci il tarixdə saat 05 radələr ində ünvan 1 ünvanda yerləşən vətəndaş Əliyev Kamil Rafael oğluna məxsus 21 saylı mənzildə baş vermiş yanğın hadisəsi ilə əlaqədar X2 əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Cavabdeh mülkiyyətçisi olduğu mənzildə yanğın təhlükəsizliyi qaydaları pozulması nəticəsində sığortalı Əliyev Kamil Rafael oğlunun mənzilində baş vermiş yanğın nəticəsində sonuncuya maddi zərər dəymişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 15638 manat məbləğində sığortalı Əliyev Kamil Rafael oğluna sığorta ödənişi həyata keçirmişdir. "xxxx" ASC sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək sığorta hadisəsi nəticəsində əmlaka dəyən ziyanın əvəzini ödədiyindən, haqlı olaraq ödənilmiş əvəz miqdarının geriyə tələb (reqress) hüququ ilə məhkəməyə müraciət etmişdir.

19. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, sığortalıya dəymiş zərər müstəqil qiymətləndirici tərəfindən müəyyən olunmuş, həmin qüsur aktı apellyator tərəfindən mübahisələndirilməmiş, bundan əlavə qüsur aktını təkzib edən sübutlar təqdim olunmamışdır.

20. Məhkəmə apellyatorun sığortalı Əliyev Kamil Rafael oğlu tərəfindən qanunsuz tikinti işləri aparması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, bu hal məhkəmə araşdırması zamanı sübut olunmamış, əksinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin 26 dekabr 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Azərbaycan Respub likası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatı Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 5 saylı MKİS-in 22 dekabr 2022-ci il tarixli 243 saylı məktubuna əsasən 21 saylı mənzilin sahibi təqribən 3 ay keçdikdən sonra təmir-bərpa işləri görməyə başlamış və Səbail rayon İcra Hakimiyyəti Başçısının 21 iyul 2018-ci il tarixli, 103 saylı Sərəncamına əsasən mənzilin sahəsi artırılaraq 201,2 kv.m olmuşdur. Yanğın baş verdiyi tarixədək 21 saylı mənzildə təmir-bərpa işləri görülməmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 922.1, 936.1, 936.2, 936.5, 1096.1, 1097.1, 1114.1-ci, “İcbari sığortalar haqqında” Qanunun 13.1, 23.1.6, 35.1, 36.1.1, 38, 39.3.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 385.1.1, 384.0.1, 387.2.2-ci maddələri ilə əsaslandırmı şdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

22. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 yanvar 2023-cü il tarixli, 2(103)-125/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 88, 217.1-217.4, 386, 387.1, 390-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi iş üzrə tərəflərin həqiqi münasibətlərinə düzgün hüquqi qiymətini verməmişdir. Baş vermiş yanğın hadisəsinin həqiqi səbəbi Cavabdeh məxsus mənzilin damında (binanın da m örtüyünün üstündə) Əliyev Kamil Rafael oğlunun qanunsuz apardığı tikinti işləri nəticəsində binanın bacasının qapaması olmuşdur. Apellyasiya instansiyası isə ekspertin qanunsuz rəyini təkrar əsas götürməklə qətnaməsini əsaslandırmışdır. Arxitektur layihəli binanın damını qanunsuz zəbt edib, orada geniş miqyaslı inşaat işləri aparan, kassatorun mənzilini tam yararsız hala salan Əliyev Kamil Rafael oğlunun qanunsuz hərəkətlərinə göz yumulur. Aidiyyəti qurumlar, o cümlədən fövqəladə hallar, icra hakimiyyəti aparılan tikintinin qanunsuz olduğunu, kassatorun mənzilinin üstündə yerləşən bacaya tikinti zamanı müdaxilə edildiyi və yanğının baş verməsi səbəbinin həmin müdaxilə səbəbindən bacanın çıxışının qapanması nəticəsində baş verdiyi aydın göstərilir. Məhkəmənin istinad etdiyi ekspert rəyi ə sassız olmuş, apellyasiya məhkəməsi iş üzrə heç bir araşdırma aparmadan, daha doğrusu təqdim olunmuş sübutlara, işin içərisində olan, tikinti özbaşnalıqlarını əks etdirən görüntülərə, başqa bir məhkəmənin həmin faktlara görə Fövqəladə hallar nazirliyinin qərarını ləğv etməsi əsaslarına, aidiyyəti qurumların faktlar üzrə cavablarına əhəmiyyətsiz yanaşmışdır.

24. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

25. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

26. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

27. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yo xlanılması təşkil edir. Tətbiq edilən hüquq:

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilə rin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyə ti daşıyır (maddə 1096.2). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 29. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyə n zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasın a, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Məhkəmə kollegiyası qeyd edir ki, hazır ki kassasiya şikayətində maddi hüquq normalarının düzgün tətbiqi mübahisələndirilmir. Şikayətin dəlilləri prosessual hüquq normaların pozulması ilə bağlıdır.

33. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyatorun şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət vermiş, sübutetmə yükünü düzgün bölüşdürmüş və işin hallarını tam və hərtərəfli araşdırmaqla, gəldiyi nəticəni qanunvericiliyə uyğun əsaslandırmışdır.

34. Apellyasiya və kassasiya şikayətlərinin dəlilləri sığortalanmış mənzil üzərində sığortalı tərəfindən qanunsuz tikilinin aparılması və yanğın hadisəsinin bunun nəticəsində baş verməsinin araşdırılmamasından ibarət olmuşdur.

35. Lakin, cavabdeh bu dəlillə bağlı işin faktiki hallarını araşdıran apellyasiya məhkəməsinə hər hansı sübut təqdim etməmişdi r. Halbuki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

36. Əksinə, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin bu dəlilinə hüquqi qiymət verərkən Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 5 saylı MKİS-in 22 dekabr 2022-ci il tarixli 243 saylı məktubuna istinad edərək göstərmişdir ki, 21 saylı mənzilin sahibi yanğından təqribən 3 ay keçdikdən sonra təmir-bərpa işləri görməyə başlamış və Səbail rayon İcra Hakimiyyəti Başçısının 21 iyul 2018-ci il tarixli, 103 saylı Sərəncamına əsasən mənzilin sahəsi artırılaraq 201,2 kv.m olmuşdur. Yanğın baş verdiyi tarixədək 21 saylı mənzildə təmir-bərpa işləri görülməmişdir.

37. Qeyd olunmalıdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyul 2018ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin 28 fevral 2018-ci il tarixli qərarı ləğv edilsə də, təhqiqat orqanı tərəfindən 26 dekabr 2022-ci il tarixdə yeni qərar qəbul edilmişdir.

38. Həmin qərarın məzmunundan da müəyyən olunur ki, Cavabdeh şikayətinin dəlillərinə əsasən iş üzrə kompleks məhkəmə yanğın-texniki və tikinti-texniki ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 sentyabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən 21 saylı mənzildə baş vermiş yanğının mənbəyi mənzilin yaşayış otağının tavanında olmuş lakin inkişaf etməmişdir. Hadisənin baş vermə şəraitini, yoxlama materiallarındakı məlumatları, yanğın haqqında aktın nəticəsini nəzərə almaqla, yanğının mənbə zonasındakı yalnız 24 saylı mənzilin tüstü bacasının yerləşdiyinə, otağın tavanı ilə çəkilmiş elektrik xətlərinin termiki təsirə məruz qalmadığına, tavanın yanar materiallarının üzərində yaranmış termiki təsir izlərinin xarakterinə və nisbi dərəcəsinə əsaslanaraq yanğın, tüstü bacasının ifrat dərəcədə qızması nəticəsinə yaxınlıqda yerləşən yanar materialları a lışdırması nəticəsində baş verməsi üçün xarakterikdir. Baş vermiş yanğın hadisəsi zamanı “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları” nın (YTQ 02-2002) 1.2-ci, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları” nın (YTQ 01-2001) 7.1, 7.3, 7.6 bəndlərinin tələbləri 24 saylı mənzilin sakini tərəfindən pozulmuşdur. ünvan 1 ünvanda yerləşən 21 saylı mənzil yanğından sonrakı ilkin vəziyyətdə saxlanılmadığına, təqdim olunmuş əlavə materiallarda mənzilin texniki parametrlərini özündə əks etdirən texniki sənədlər olmadığına görə, baş vermiş yanğın hadisəsindən əvvəl hər hansı işlər aparılıb-aparılmamasını, qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı alınıb-alınmamasını və aparılmış işlərlə baş vermiş yanğın hadisəsinin arasında birbaşa səbəbli əlaqədarlığın olub-olmamasını müəyyən etmək mümkün deyildir.

39. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, sığortalı Əliyev Kamil Rafael oğlunun yaşayış evinin damında inşa etdiyi tikilinin qanunsuz və təhlükəli olması hazırki mübahisənin predmetini təşkil etmir. Kassator həmin tikilinin onun hüquq və mənafelərini pozduğunu hesab etdiyi halda, müvafiq iddia ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququna malikdir.

40. Sübutların düzgün qiymətləndirilməməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mü bahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 yanvar 2023-cü il tarixli, 2(103)-125/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar