Məhkəmə qərarları › İş №2(102)-328/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-328/2023

17.01.2023 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-328/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 sentyabr 202 2-ci il tarixli, 2(103)5382/2022 saylı qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh2 xx.xx.2013-cü il tarixdə idarə etdiyi "xxxx" markalı ** XS *** dövlət nömrə nişanlı avtomaşınla yolun sağ hərəkət hissəsinə çıxaraq X7 məxsus Howo markalı ** BE *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla toqquşmuşdur. 2. “Mercedes Benz 817 Yük” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2010-cu il tarixdə X5 adına qeydiyyata alınmış, həmin avtomobil xx.xx.2011xx.xx.2021-ci il tarixləri üçün Cavabdeh3 etibarnamə əsasında verilmiş, xx.xx.2015-ci il tarixdə alqısatqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. 3. “Howo” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti ASC-si tərəfindən sığortalanmışdır. Sığortanın növü “avtonəqliyyat vasitələrinin sığortası”, sığorta məbləği 66000 manat müəyyən edilmişdir. Bunun nəticəsində İddiaçı Sığorta Şirkəti ASC-si tərəfindən 10039 manat məbləğində zərər müəyyən edilmiş və 500 manat azadolma məbləği çıxılmaqla faktiki zərərçəkənə 9539 manat ödəniş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Sığorta Şirkəti ASC-si cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı X8 məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış, Howo markalı ** BE *** dövlət nömrə nişanlı avtomaşına vurulan ziyanın əvəzində 9539 manat sığorta ödənişi məbləğinin və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 manat, cəmi 9569.40 manatın cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Atəşgah Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddiaçı movgeyini belə əsaslandırmişdır ki, Cavabdeh2 xx.xx.2013-cü il tarixdə idarə etdiyi "xxxx" markalı ** XS *** dövlət nömrə nişanlı avtomaşınla yolun sağ hərəkət hissəsinə çıxaraq X7 məxsus, İddiaçı Sığorta Şirkətində sığortalanmış, Howo markalı ** BE *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla toqquşmuş, nəticədə həmin avtomaşına maddi ziyan dəymişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh1 mülkiyyətində və Cavabdeh3 qanuni sahibliyində olan "xxxx" markalı ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən t utulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması BYP 273978 saylı DYPİ-nin İnzibati Xəta haqqında Protokolunda öz əksini tapmışdır. AR DİN BDYP-nin xx.xx.2020-ci il tarixli, 016-208911220 saylı cavab məktubundan da göründüyü kimi, "xxxx" markalı ** XS *** dövlət nömrə nişanlı avtomaşın hadisə tarixində Cavabdeh3 qanuni sahibliyində olmuşdur. Toqquşma nəticəsində avtomobilə dəymiş ziyanla bağlı X2 (F.Ş.0) təqdim etdiyi xx.xx.2013-cü il tarixli akta uyğun olaraq, həmin avtomobilə 10039 manat ziyan dəymişdir. MİP № 115030-B05 saylı sığorta müqaviləsinə və № 1802/2013 saylı sığorta aktına əsasən, İddiaçı Sığorta Şirkəti 500 manat azadolma məbləği çıxmaqla 9539 manat sığorta ödənişi həyata keçirmişdir.

6. Məhkəmə iclasında çıxış edən Cavabdeh1 nümayəndəsi və eyni zama nda vəkili X6 iddia tələbini qəbul etməməklə yanaşı, həmin avtomobilin 2010-cu il tarixdən Cavabdeh1 faktiki sahibliyində olmadığını, baş etibarnamə əsasında başqa şəxsə verildiyini bildirmış, iddia tələbinin Cavabdeh1 qarşı təmin edilməməsini xahiş etmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2194 nömrəli 16 may 2021-ci il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Avtoservis” tərəfindən təqdim edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Howo” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 9339 manat müəyyən edilmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsi (bundan sonra birinci inst ansiya məhkəməsi) (hakim X3) 2(011)-557/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə, iddia tələbi qismən təmin edilmişdir və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 9339 manat pul vəsaiti tutularaq, İddiaçı SŞ ASC-yə ödənilməsi və iddia tələbi Cavabdeh1 qarşı təmin edilməməsi qət edilmişdir. İddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30.40 manat dövlət rüsumunun 50 %, yəni 15.20 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi, qalan 50 %, yəni 15.20 manat iddiaçıya aid edilməsi qət edilmişdir. İddia qismən təmin edildiyindən, məhkəmə xərclərinə görə ekspertiza xərci qismində sərf edilmiş 100 manatın 50%, yəni 50 manat cavabdehlərdən, qalan 50%, yəni 50 manat İddiaçı SŞ ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilməs i qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Mercedes Benz” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etmiş Cavabdeh2 16 sentyabr 2021-ci il tarixdə həmin avtomaşını idarə edən zaman avtomobilin qabaq sol təkərində nasazlıq yaranmış, sürücü yol boyu onu təmir etdirməmiş, təkər sıradan çıxmış və idarəetməni itirərək yolun sol hərəkət hissəsinə çıxaraq qarşı tərəfdə hərəkətdə olan “Howo” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. "xxxx" markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 adına qeydiyyata alınsa da, onun tərəfindən qanuni şəkildə Cavabdeh3 faktiki sahibliyinə və istifadəsinə verilmişdir. Həmin avtomobilin Cavabdeh3 tərəfindən Cavabdeh2 qanuni şəkildə verilmə si mülki işdə olan sübutlarla təsdiq olunmur.

10. Məhkəmə hesab edib ki, “Howo” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi İddiaçı SŞ ASC tərəfindən sığorta olunduğundan, sığorta şirkəti tərəfindən zərərçəkənə artıq sığorta ödənişi ödənildiyindən və bu fakt iş materiallarında olan sübutlarla qismən təsdiq olunduğundan, Cavabdeh3 tərəfindən avtomobil etibarnaməsiz Cavabdeh2 istifadəsinə verildiyindən, iddia Cavabdeh3 və Cavabdeh2 qarşı qismən təmin edilməli, İddiaçı SŞ ASC-si tərəfindən ödənilmiş və ekspert rəyi ilə təsdiq edilmiş 9339 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

11. Bununla yanaşı məhkəmə hesab edib ki, “Mercedes Benz 817 Yük” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2010-cu il tarixdə Cavabdeh1 adına qeydiyyata alınsa da, onun tərəfindən qanuni şəkildə Cavabdeh3 faktiki sahibliyinə və istifadəsinə verildiyindən iddia tələbi Cavabdeh1 qarşı əsassız olduğu üçün təmin edilməməlidir.

12. Məhkəmə öz mövgeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 936.1, 936.2, 1108.1, 1108.2, 1096, 1097, 1114.1, 1115-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 2(011)557/2021 nömrəl i iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi) E.Mehdiyev və X.Sarıyev) 2(103)-5382/2022 saylı 23 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməməsi və hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Apellasiya instansiya məhkəməsi mövgeyini belə əsaslandırmişdır ki, birinci instansiya məhkəməsində icraat zamanı maddi zərərin məbləğinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilib və zə rərin məbləğinin 9.339 manat olduğu müəyyən edilib. Məhkəmə həmin məbləğin 2 cavabdehdən – Cavabdeh2 və Cavabdeh3 tutulmasını qət edib. Qətnaməni yalnız Cavabdeh2 mübahisələndirdiyinə görə qətnamənin ona aid hissəsi yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin 3 dəlili var. 1-ci, “Howo” markalı avtomobilin zədələnməsi nəticəsində dəyən zərərin məbləği düzgün müəyyən edilməyib; 2-ci, "xxxx" markalı avtomobilin sahibinin mülki məsuliyyəti Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanıb və zərərin əvəzi həmin şirkət tərəfindən ödənilib; 3-cü, iddiaçı 3 illik iddia müddətini ötürüb. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, zərərin məbləği ekspertiza rəyinə əsasən müəyyən edilib, həmin rəy kifayə t qədər əsaslandırılıb, təkrar ekspertizanın keçirilməsi üçün əsas yoxdur. Cavabdehin vurduğu zərərin əvəzinin mülki məsuliyyətin icbarı sığrtası üzrə onun əvəzinə sığorta şirkəti tərəfindən ödənilməsi barədə sübut təqdim edilməyib. Əgər belə bir hal baş veribsə, bu barədə sübutu cavabdeh təqdim etməlidir. O cümlədən hazırkı iddianın irəli sürülməsi üçün iddia müddəti 3 il deyil, 10 ildir. Belə ki, Mülki Məcəllənin 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti 10 il təşkil edir. Hazırkı iddia zərərin əvəzinin ödənilməsi barədə iddia olduğuna görə ona 10 illik iddia müddəti tətbiq edilə bilər. 10 illik iddia müddəti keçməyib.

16. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 936.2, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şi kayətinin dəlilləri

17. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin Bakı Apelyasiya məhkəməsinin 2(103)-5382/2022 saylı xx.xx.2022 tarixli qərarı ləğv edərək, işin yenidən araşdırılması üçün Bakı Apelyasiya məhkəməsinə göndərilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir.

18. Şikayət onunla əsaslandırılmışdır ki, 16 sentyabr 2013-ci il tarixdə o, istifadəsində olan "xxxx" markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə İddiaçı sığorta Şirkətində sığortalanmış ** BE *** dövlət qeydiyyat nömrəli avtomaşınla toqquşmuşdur. Lakin, ** BE *** dövlət qeydiyyat nömrəli avtomaşına iddia ərizəsində qeyd ediləcək qədər ciddi ziyan dəyməmişdir. Həmin vaxt onun avtomobili Dövlət Kommersiya Sığorta şirkəti tərəfindən sığortalanmışdı və maddi ziyan şir kət tərəfindən ödənmişdir. Bakı Apelyasiya Məhkəməsi həmin istiqamətdə sorğu versə də sorğuya cavab almadan qətnamə çıxarmışdır. Onun bu günə kimi qeyd edilən ziyanla bağlı məlumatı olmamışdır. Göründüyü kimi, İddiaçı sığorta MM-936-ci maddəsindən sui-istifadə edərək əsassız olaraq ona və digərlərinə qarşı qanunsuz tələb irəli sürüb. İddiaçı siğorta Şirkəti həmçinin 3 illik iddia müddətini ötürməklə ona və digərlərinə qarşı iddia irəli sürmüşdür.

19. Kassator şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəllənin 21, 936.1, 936.2, 936.5, 1096, 1097, 1108.1, 1108.2, 1114.1,1115 maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9, 14.1,77.1, 217.3, 220.1-ci maddələrinə maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Ka ssasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

23. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə m əsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

24. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlak ına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

27. Maddə 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzin i ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

28. Maddə 1108.2 Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

29. Maddə 1114.1 Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

30. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu

31. Maddə 25.1.3. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığ ortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Mülki Prosessual Məcəllə

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli v ə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlük də yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 39.Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 40.Kassasiya kollegiyası ilkin olaraq iddiaçının kassasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kassasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Cavabdehin iddia müddətinin ötürülməsi ilə bağlı kassasiya şikayətində qeyd etdiyi dəlil ilə bağlı, məhkəmə hesab edir ki, hazırkı i ddianın irəli sürülməsi üçün iddia müddəti 3 il deyil, 10 ildir. Belə ki, Mülki Məcəllənin 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti 10 il təşkil edir. Hazırkı iddia zərərin əvəzinin ödənilməsi barədə iddia olduğuna görə ona 10 illik iddia müddəti tətbiq edilə bilər. 10 illik iddia müddəti keçməyib. 41.Cavabdehin “avtomaşına iddia ərizəsində qeyd ediləcək qədər ciddi ziyan dəyməyib” dəlili ilə bağlı məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı maddi zərərin məbləğinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilib və zərərin məbləğinin 9.339 manat olduğu müəyyən edilib.

42. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. 43.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5382/2022 saylı, xx.xx.2022 tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar