Məhkəmə qərarları › İş №2(102)-2452/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2452/2024

28.08.2024 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2452/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-60/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 28 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı q ərarı qəbul etdi. İşin halları 1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş Pİ 0014/20 saylı Sığorta Akt ilə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, ev 69, 43 saylı mənzilə üst mərtəbədəki mənzildən su axması nəticəsində ziyan dəymişdir. Müstəqil ekspert X6 xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən dəymiş zərərin məbləği 6000 AZN müəyyən edilmişdir. 2. 16.09.2020-ci il tarixli ödəniş tapşırığına və Pİ 0014/20 saylı akta əsasən sığorta ödənişi edilmişdir.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, № **********13 nömrəli məktubda qeyd edilmişdir ki, ünv an 1 ünvanının dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilməmişdir. Sözügedən mənzil X1 adına və eyni ünvan göstəricilərinə malik digər mənzil X5 adına qeydiyyata alınmışdır. ünvan 2 ünvanında yeləşən 48 nömrəli mənzil sorğuda cavabdeh şəxs qismində çıxış edən Cavabdeh adına və eyni ünvan göstəricilərinə malik daha 2 (iki) ədəd mənzil isə X3, digəri isə X4 adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6000 manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 80 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına isti nad etməklə tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC MPP05399 nömrəli sığorta şəhadətnaməsi əsasında əmlak sığorta növü üzrə sığortalanmış X2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, ev 69 ünvanında yerləşən 43 saylı mənzilə xx.xx.2020-ci il tarixdə cavabdehə məxsus üst mərtəbədəki mənzildən su axıdılması nəticəsində zərər dəyməsi barədə məlumat daxil olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar iddiaçı tərəfindən həmin mənzilin sahibinə 6000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin hadisə ilə əlaqədar X2 məxsus sözügedən mənzilin üst mərtəbəsində yerləşən cavabdehə məxsus 48 saylı mənzildən su axıdılması nəticəsində ziyan dəymişdir. Bu fakt "xxxx" MTK-nın sözügedən hadisə ilə əlaqədar cəmiyyətə təqdim etdiyi xx.xx.2020-ci il tarixli, A-018 saylı məktubunda da öz əksini tapmışdır.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(008)-1239/2022 saylı, 30 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimHəqiqət Mahmudova) iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia ərizəsində və iddiaçının izahatında "xxxx" ASC və Dmitriy Smirnov arasında sığorta şəhadətnaməsinin bağlanması göstərilsə də, həmin sənəd məhkəməyə təqdim edilməmişdir.

8. Digər tərəfdən məhkəməyə, sözügedən sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənəd kimi, yalnız Naxçıvan MR Sədərək rayonu, "xxxx" MTK-nın xx.xx.2020-ci il tarixli məktubunun ksero-surəti təqdim edilmiş, həmin məktubu imza edənin səlahiyyətini, habelə şəxsiyyətini müəyyən etmək mümkün olmamışd ır, ona görə də, məhkəmə həmin sübutu mötəbər və əsaslı hesab etməmişdir.

9. Məhkəmə hesab etmişdir ki iddiaçı sözügedən hadisənin – deliktin baş verdiyini sübuta yetirə bilməmişdir.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə sözügedən mənzilə 6000 manat ziyan vurulmasına dair iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, həmin mənzilə məhz sözügedən ünvanda yerləşən Cavabdeh məxsus 48 saylı mənzildən su axıdılğını, yaxud cavabdehin hüquqazidd hərəkəti nəticəsində iddia olunan deliktin baş verdiyini müəyyən etmək mümkün deyildir. Həmçinin, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, ev 69 ünvanında yerləşən 48 saylı mənzilin mülkiyyətçisinin Cavabdeh məxsus olmasına dair təsdiqedici sənəd m əhkəməyə təqdim edilməmişdir.

11. Məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırki iddia tələbi üzrə Cavabdeh Ağahüeyn oğlunun mülki öhdəliyinin yaranması halı sübut edilmədiyindən, iddia tələbi təmin edilə bilməz.

12. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın əsası kimi təqdim etdikləri sığorta hadisəsinin araşdırılması zamanı zərərvuranın kimliyinin təsdiq olunması məqsədi ilə xx.xx.2020-ci il tarixli, №0656-1/20 saylı sorğularına cavab olaraq təqdim edilmiş "xxxx" MTK-nın xx.xx.2020-ci il tarixli, A-018 saylı məktubunda zərərin dəyməsi faktı və zərərvuranın kimliyi barədə məlumatlar öz əksini tapmışdır. Məhkəmə göstərilən zərərin sübut edilməməsi faktına istinad edərkən sübut qismində təqdim edilən "xxxx" MTK-nın həmin məktubunun ksero-surətinin təqdim edildiyini və məktubu imza edənin səlahiyyətini, habelə şəxsiyyətini müəyyən etməyin mümkün olmadığına istinad etmişdir. Lakin “elektron məhkəmə” sistemi vasitəsilə qeyd edilən sənədin əsli məhkəməyə təqdim edildiyi halda həmin sənədin ksero-surətinin təqdim edilməsinin göstərilməsi heç bir məntiqə əsaslanmamışdır. Həmçinin məktubu imza edənin səlahiyyətinin və şəxsiyyətinin müəyyən edilməsinin mümkün olmama ması ilə bağlı məhkəmənin qeydi ilə bağlı göstərilmişdir ki, həmin sənəd şəxsin özəl yazısı ilə yazılmış və "xxxx" MTK-nın möhürü ilə təsdiq olunmuşdur. Cavabdeh məhkəmə baxışı gedişində sənədin mötəbərliyini şübhə altına alaraq sənədi mübahisələndirsə də, məhkəmə tərəfindən MTK-nın səlahiyyətli nümayəndəsinin işdə iştirakını təmin etmək mümkün olmamışdır. Belə olan halda, cavabdeh öz etirazının əsası kimi sənədin mötəbərliyini şübhə altına alacaq halı sübut edə bilməmişdir. Məhkəmə isə həmin şəxsin səlahiyyətli olub-olmaması ilə bağlı məsələ öz həllini tapmadan qətnamənin çıxarmışdır. Məhkəmə zərərin vurulması ilə bağlı məsələyə düzgün yanaşmamış və bu hal maddi normanın pozulmasına gətirib çıxarmışdır. Məhkəmə həmçinin sığortalı ilə aralarında bağlanmış sığorta şəhadətnaməsinin təqdim ed ilmədiyini bildirmişdir. Mübahisənin əsas predmetini təşkil edən halların vurulmuş zərərlə və zərərin miqdarı ilə bağlı olması səbəbindən sığortalı ilə aralarında bağlanmış sığorta şəhadətnaməsi mübahisəni həll edəcək əsas sübut kimi qiymətləndirilə bilməz.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5446/2022 saylı 20 sentyabr 2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 13 yanvar 2023-cü il tarixli, 10/6543 nömrəli ekspert rəyi ilə iş üzrə sığortalı şəxs olan D.A.Smirnov baxışda iştirak etmədiyindən və Bakı şəhəri, Sabunçu rayinu, Bakıxanov qəsəbəsi, N.İsmayılov 69 ünvanında yerləşən 43 saylı mənzil təqdim edilmədiyindən həmin mənzilə su sızması nəticəsində dəymiş ziyanın məbləğinin müəyyən edilməsi mü mkün olmamışdır.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 fevral 2023-cü il tarixli qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 13 iyul 2023-cü il tarixli, 10/1642 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov 69 ünvanında yerləşən 44 saylı mənzilin şaxtasının su və kanalizasiya borularında, boru birləşmələrində, həmçinin sanitar qovşaq avadanlıqlarında hər hansı bir qüsur (su sızıntısı, borularda və boru birləşmələrində çatlar, tıxaclanmalar, boşluqlar və s.) aşkar edilmədiyindən su sızıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. İş üzrə sığortalı şəxs olan D.A.Smirnov baxışda işti rak etmədiyindən və Bakı şəhəri, Sabunçu rayinu, Bakıxanov qəsəbəsi, N.İsmayılov 69 ünvanında yerləşən 43 saylı mənzil təqdim edilmədiyindən həmin mənzilə su sızması nəticəsində dəymiş ziyanın məbləğinin müəyyən edilməsi mümkün olmamışdır.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 avqust 2023-cü il tarixli qərardadı ilə təkrar məhkəmə təkrar tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/6776 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov ünvanında yerləşən 69 saylı evin 43 saylı mənzili üzrə su sızma hadisəsindən sonrakı vəziyyət saxlanılmadığından, həmin mənzilin tikililərin konstruktiv elementləri üzrə təmirbərpa işləri aparıldığından və tikililərin hansı hissələrinin suaxmaya qaldığını müəyyən etmək mümkün olmadığından, həmin tikililərin konstruktiv elemetlərinə hansı həcmdə ziyan dəyməsini və su sızmasının səbəbini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan video görüntülərlə və fotoşəkillərlə tikililərin texniki parametrlərini, ölçülərini, sahələrini, eləcə də qüsurların həcmini dəqiqliklə müəyyən etmək mümkün olmadığından 43 saylı mənzilə hansı həcmdə ziyan dəyməsini və su sızmasının səbəbini müəyyən etmək mümkün olmamışdır.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra–apellyasiya instansiyası məhkəməsi) 2(103)-60/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Fərid Əyyubov) iddiaçının apellyasiya şikayəti təmin edilmə miş, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1239/2022 saylı, 30 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiya məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, bundan əlavə apellyasiya baxışı zamanı iş üzrə bir neçə dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, Məhkəmə Ekspertiza Mərkəzinin sonuncu, yəni xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/6776 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov ünvanında yerləşən 69 saylı evin 43 saylı mənzili üzrə su sızma hadisəsindən sonrakı vəziyyət saxlanılmadığından, həmin mənzilin tikililərin konstruktiv elementləri üzrə təmir-bərp a işləri aparıldığından və tikililərin hansı hissələrinin suaxmaya qaldığını müəyyən etmək mümkün olmadığından, həmin tikililərin konstruktiv elemetlərinə hansı həcmdə ziyan dəyməsini və su sızmasının səbəbini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan video görüntülərlə və fotoşəkillərlə tikililərin texniki parametrlərini, ölçülərini, sahələrini, eləcə də qüsurların həcmini dəqiqliklə müəyyən etmək mümkün olmadığından 43 saylı mənzilə hansı həcmdə ziyan dəyməsini və su sızmasının səbəbini müəyyən etmək mümkün olmamışdır.

20. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (Vəkil) kassa siya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh məhkəmə baxışı gedişində sənədin mötəbərliyini şübhə altına alaraq sənədi mübahisələndirsə də, nə birinci instansiya məhkəməsi tərəfindən, nə də apellyasiya məhkəməsi tərəfindən MTK-nın səlahiyyətli nümayəndəsinin işdə iştirakının təmin edilməsi ilə bağlı hər hansı tədbir görülməmişdir. Bundan başqa, sığortalı əmlaka dəymiş zərərin qiymətləndirilməsi üçün qarşılıqlı razılıq əsasında Mərkəzi Bankın müvafiq reyestrindən müstəqil ekspert cəlb edilmiş, müstəqil ekspert sığortalı əmlaka baxış keçirmiş, hadisəni və nəticələrini bilavasitə yerində canlı müşahidə etmiş, müvafiq foto və video çəkilişlər aparmış, həmçinin hadisə yerində cavabdeh şəxslə görüşmüşdür. Cavabdeh, zərərin onun mənzilindən baş verdiyini və buna görə də gələcəkdə subroqasiya səbəbiylə maraqlı olduğundan zərərin hesablanması ilə bağlı özünün qeyd və mülahizələrini müstəqil ekspertə bildirmişdir.Cavabdeh, sığorta şirkətinə dəfələrlə yazılı və şifahi müraciət edərək hesablanmış zərər məbləğinə yenidən baxılmasını, zərərin 1500-2000 azn aralığında qəbul edilməsini və bu məbləği reqres qaydasında ödəyə biləcəyini bildirmişdir. İddiaçı qeyd etmişdir ki, hadisənin 2020-ci ildə baş verməsi nəzərə alınsa aydın olur ki, bu vaxta qədər suyun axması halı davam edə bilməzdi. Göründüyü kimi suyun axma səbəbi cavab deh tərəfindən aradan qaldırılmışdır. Bundan başqa, müstəqil ekspertin də şahid qismində dindirilməsi. üçün vəsatət verilmişdir. Lakin məhkəmə qeyd edilən maddi sübutları araşdırmamış, müstəqil eksperti isə şahid kimi dinləməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

25. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsin də fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 21 7.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya insta nsiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

35. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma il ə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

36. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

37. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb qeyd etmişdir ki, apellyasiya baxışı zamanı i ş üzrə bir neçə dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, Məhkəmə Ekspertiza Mərkəzinin sonuncu, yəni xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/6776 saylı ekspert rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi 69 saylı evin 43 saylı mənzili üzrə su sızma hadisəsindən sonrakı vəziyyət saxlanılmadığından, həmin mənzilin tikililərinin konstruktiv elementləri üzrə təmir-bərpa işləri aparıldığından və tikililərin hansı hissələrinin suaxmaya məruz qaldığını müəyyən etmək mümkün olmadığından, həmin tikililərin konstruktiv elemetlərinə hansı həcmdə ziyan dəyməsini və su sızmasının səbəbini müəyyən etmək mümkün olmamışdır.

38. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan video görüntülərlə və fotoşəkillərlə tikililərin te xniki parametrlərini, ölçülərini, sahələrini, eləcə də qüsurların həcmini dəqiqliklə müəyyən etmək mümkün olmadığından 43 saylı mənzilə hansı həcmdə ziyan dəyməsini və su sızmasının səbəbini müəyyən etmək mümkün olmamışdır.

39. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə sözügedən mənzilə 6.000 manat ziyan vurulmasına dair iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, həmin mənzilə məhz sözügedən ünvanda yerləşən Cavabdeh məxsus 48 saylı mənzildən su axıdıldığını, yaxud cavabdehin hüquqazidd hərəkəti nəticəsində iddia olunan deliktin baş verdiyini müəyyən etmək mümkün olmamışdır.

40. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellypasiya şikayətinin dəlillərini araşdıraraq onlara düzgün hüquqi qiymət verdiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənatə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 fevral 2024-cü il tarixli, 2(103)-60/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar