Məhkəmə qərarları › İş №2(108)-139/2022

Ali Məhkəmə Qərardad — İş №2(108)-139/2022

15.11.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-139/2022 15.11.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Fərman Məmməd oğlu (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasından imtina barədə Şərur Rayon Məhkəməsinin 2(110)24/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qərardadından İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Şərur Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(110)-24/2022 nömrəli qətnaməsi ilə İddiaçı Sığorta Şirkəti Açıq Sə hmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə 05 mart 2022-ci il tarixdə Şərur Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(110)-24/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti versə də apellyasiya şikayəti qanunvericiliyin tələblərinə müvafiq verilmədiyindən Şərur Rayon Məhkəməsinin 2(110)-24/2022 nömrəli, 05 mart 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. İddiaçı Sığorta Şirkəti ASC nümayəndəsi vasitəsi ilə 29 sentyabr 2022-ci il tarixdə ərizə ilə Şərur Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(110)-24/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa olunması barədə məhkəməyə müraciət etmiş, Şərur R ayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(110)-24/2022 nömrəli qərardadı ilə Şərur Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(110)-24/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpasından İddiaçı Sığorta Şirkəti ASC-yə münasibətdə imtina edilmişdir. Şərur Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(110)-24/2022 nömrəli qərardadı ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasından imtina barədə Şərur Rayon Məhkəməsinin 2(110)-24/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qərardadından İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət əsaslı hesab edil məyərək şikayət mülki işin materialları ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə şikayətini onunla əsaslandırmışdır ki, Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(110)- 24/2022 saylı qərardadında qeyd edilmişdir ki, Şərur Rayon Məhkəməsinin 2(110)-24/2022 saylı, 21 fevral 2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti Şərur Rayon Məhkəməsinin 2(110)-24/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə geri qaytarılmış və qərardad elektron imza ilə təsdiq edilməklə xx.xx.2022-ci il tarixdə saat 15:50-də İddiaçı Sığorta Şirkəti ASC-yə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir. Lakin İddiaçı Sığorta Şirkəti ASC-nin elektron kabinetinə yenidən baxış keçirilmi ş və məlum olmuşdur ki, 2022-ci il mart ayının 1-dən 29-na kimi olan müddət ərzində İddiaçı Sığorta Şirkəti ASC-yə daxil olan sənədlərin siyahısında Şərur Rayon Məhkəməsinin 2(110)-24/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı barədə hər hansı bir bildiriş mövcud deyildir. (Elektron kabinetin skan olunmuş forması şikayətə əlavə edilmişdir.) Ona görə də hesab edir ki, Şərur Rayon Məhkəməsi 2(110)-24/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı qəbul edən zaman işin hallarını dəqiq araşdırmamış və nəticədə düzgün olmayan qərardad qəbul etmişdir. Ona görə də Şərur Rayon Məhkəməsinin 2(110)-24/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli, Şərur Rayon Məhkəməsinin 2(110)-24/2022 saylı, 21 fevral 2022-ci il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayəti və ona əlavə e dilmiş sənədlər baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 139.4-cü maddəsi rəhbər tutulmaqla tərəflərə verilmiş şikayətlə bağlı izahat və etirazlarını Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilməsi təklif edilsə də kollegiyaya şikayətə dair izahat və ya etiraz daxil olmamışdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya şikayətin dəlillərini mülki işin materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib onlara hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli və Şərur Rayon Məhkəməsinin 2(110)-24/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, koll egiya tərəfindən verilmiş şikayətin tədqiqi ilə bağlı iş materialları araşdırılarkən məlum olur ki, Şərur Rayon Məhkəməsinin 2(110)-24/2022 saylı, 21 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti versə də apellyasiya şikayəti qanunvericiliyin tələblərinə müvafiq verilmədiyindən Şərur Rayon Məhkəməsinin 2(110)-24/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə geri qaytarılmış və qərardad elektron imza ilə təsdiq edilməklə 09 mart 2022-ci il tarixdə saat 15:50-də İddiaçı Sığorta Şirkəti ASC-yə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir. Həmin vaxtdan yeddi aya yaxın bir müddət keçdikdən sonra 29 sentyabr 2022-ci il tarixdə İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Şərur Rayon Məhkəməsinin 2(110)- 24/2022 saylı, 21 fevral 2022-ci il tarixli qətnaməsindən yenidən apellyasiya şikayəti vermiş, eyni zamanda məhkəməyə apellyasiya şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizə də əlavə etmişdir. İddiaçının nümayəndəsi ərizəsində Şərur Rayon Məhkəməsinin 2(110)-24/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin Şərur Rayon Məhkəməsinin 2(110)-24/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə geri qaytarıldığını, həmin qərardad elektron kabinetə yerləşdirilsə də üzrlü səbəblərdən qərardadda qeyd edilən nöqsanlar aradan qaldırılmadan apellyasiya şikayətinin məhkəməyə yenidən təqdim edilmədiyini və müddətin üzrlü səbəblərdən ötürüldüyünü qeyd etsə də müddətin hansı üzrlü səbəbdən buraxılmas ı ilə bağlı birinci instansiya məhkəməsinə hər hansı bir sübut təqdim etmədiyindən kollegiya belə hesab edir ki, iddiaçının nümayəndəsinin ərizədə qeyd etdiyi xüsusatlar apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü səbəbi hesab edilə bilməz. Eləcə də kollegiya Şərur Rayon Məhkəməsinin 2(110)-24/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qərardadından verilmiş şikayətdə Şərur rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(110)- 24/2022 saylı qərardadında Şərur Rayon Məhkəməsinin 2(110)-24/2022 saylı, 21 fevral 2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin Şərur Rayon Məhkəməsinin 2(110)-24/2022 saylı, 05 mart 2022-ci il tarixli qərardadı ilə geri qaytarılması və qərardadın elektron imza ilə təsdiq edilməklə xx.xx.2022-ci il tarixdə saat 15:50-də İddiaçı Sığorta Şirkəti ASC-yə məxsus şəxsi elektron kabinetdə yerləşdirilməsinin qeyd edilməsi, lakin İddiaçı Sığorta Şirkəti ASC-nin elektron kabinetinə yenidən baxış keçirilərəkən 2022-ci il mart ayının 1-dən 29-na kimi olan müddət ərzində İddiaçı Sığorta Şirkəti ASC-yə daxil olan sənədlərin siyahısında Şərur Rayon Məhkəməsinin 2(110)-24/2022 saylı, 05 mart 2022-ci il tarixli qərardadı barədə hər hansı bir bildiriş mövcud olmamasının aydın olması barədə dəlili ilə əlaqədar qeyd edir ki, apellyasiya şikayətinə əlavə edilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə 29 sentyabr 2022-ci il tarixli ərizədə də Şərur Rayon Məhkəməsinin 2(110)24/2022 saylı, 05 mart 2022-ci il tarixli qərardadı elektron kabinetə yerləşdirilsə də üzrlü səbəblərdən qərardadda qeyd olunan nöqsanlar aradan qaldırılmadan apellyasiya şikayətinin vaxtında məhkəməyə təqdim edilməməsi və müddətin üzrlü səbəbdən buraxılması göstərilmişdir. Birinci instansiya məhkəməsi müddətin bərpa edilməsi məsələsinə baxarkən haqlı olaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinə, Avropa Məhkəməsi «V.K.Nelyubin Rusiya Federasiyasına qarşı iş üzrə» 12 oktyabr 2006cı il tarixli qərarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli “Cavid İsmayılzadənin şikayəti ilə əlaqədar” və 08 mаy 2008-ci il tаrixli “Könül Nаmidаr qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr” qərаrlarına istinad edərək göstərmişdir ki, yalnız müstəsna hallarda şikayətlə mübahisələndirilən məhkəmə qətnaməsində buraxılan səhvin xarakterindən və əhəmiyyət indən asılı olaraq müddətin buraxılmasından şikayət verən şəxsin özünün səhlənkarlığı müəyyən olunmadığı hallarda müddətin bərpasına yol vermək, yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yenidən baxmaq olar. Digər hallarda buna haqq qazandırmaq mümkün deyil. Beləliklə yuxarıda qeyd olunan xüsusatları nəzərə alan kollegiya birinci instansiya məhkəməsinin İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” dair mülki iş üzrə “apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasından imtina barədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Şərur Rayon Məhkəməsinin 2(110)-24/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qərardadından İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətdə gö stərilən dəlillər qərardadın ləğvi üçün əsas təşkil etmir. Məhz bu səbəbdən və şikayətin təmin edilməsi üçün əsaslar mövcud olmadığından şikayət təmin olunmamalı, Şərur Rayon Məhkəməsinin 2(110)-24/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r a a l ı r: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasından imtina barədə Şərur Rayon Məhkəməsinin 2(110)24/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qərardadından İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə verdiyi şikayət təmin olunmasın. Şərur Rayon Məhkəməsinin 2(110)-24/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar