Məhkəmə qərarları › İş №2(102)-1953/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1953/2021

26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar; Qiymətli kağızlar üzrə öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1953/2021 26.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə (üçüncü şəxslər Vergilər Nazirliyi (Dövlət Vergi Xidməti), Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi, Milli Depozit Mərkəzi cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dividendlərin və səhmlərinin miqdarına mütənasib kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı, vəkili Əzizli Nəvazi Vidadi oğlunun, Cavabdeh1-nin vəkili X7, üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4994/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Əzizli Nəvazi Vidadi oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh1-yə qarşı, üçüncü şəxslər Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi, Milli Depozit M ərkəzi və X5 Palatası cəlb edilməklə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Cavabdeh1” ASC-nin qanunla qanunla üzərinə düşən öhdəlikləri yerinə yetirərək bu günə kimi ona düşən dividendlərin, həmçinin səhmlərinin miqdarına mütənasib, bazar qiymətlərinə uyğun ədalətli kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, o, "Cavabdeh1” ASC-nin 96 ədəd səhminin sahibidir. Bir səhmdar kimi onun hüquqları ölkə qanunvericiliyi ilə təsbit edilmişdir. Belə ki, hər bir səhmdarın ASC-yə müraciət etmək, divident almaq və sairə bu qəbildən olan hüquqları vardır. Lakin buna baxmayaraq, səhmdarı olduğu "Cavabdeh1” ASC onun qeyd edilən elementar hüquqlarının təmin edilməsi üç ün nəinki heç bir addım atmır, hətta onların səlahiyyətli və məsul şəxsləri ilə sadəcə əlaqə yaradıb məlumat almaq belə mümkün deyil. Cavabdeh "Cavabdeh1” ASC-nin hüquqi ünvanı kimi X8 göstərilmiş ünvan 2 ünvanında hazırda çoxmərtəbəli və çoxbloklu yeni yaşayış kompleksi inşa edilmişdir. Bu onu göstərir ki, "Cavabdeh1” ASC qanunvericiliklə üzərinə düşən vəzifə və öhdəliklərini bilərəkdən icra etməmiş, səhmdar cəmiyyətinin əmlakını özgəninkiləşdirilmiş və bu əməliyyatdan bir səhmdar kimi ona düşən hissəni ödəməməklə qanun pozuntusuna yol vermişdir. Bu səbəbdən də o, məhkəməyə müraciət edərək, "Cavabdeh1” ASC-nin qanunla üzərinə düşən öhdəliklərini yerinə yetirərək, bu günə kimi ona düşən dividendlərin, həmçinin səhmlərinin miqdarına münasib bazar qiymətlərinə uyğun ədalətli kompensasiyanın ödənilməsini tələb etmək məcburiyyətində qalmışdır.

3. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinin X3 tərəfindən 2012, 2013, 2014, 2015, 2016, 2017 və 2018-ci illər üzrə keçirilmiş ümumi yığıncağın iclas prtokollarını, həmin illər üzrə maliyyə təsərrüfat fəaliyyəti üzrə hesabatlarını (illik balans, mənfəət və zərər hesabatı daxil olmaqla), audit yoxlama rəylərini, eləcə də Nərimanov rayonu ərazisində yerləşən xx.xx.2007-ci il tarixli, 000316 saylı qeydiyyat nömrəsi ilə cəmiyyətin mülkiyyətində olan 12363,92 kv.m sahədən ibarət daşınmaz əmlakın alqı-satqısı və icarə müqaviləsinin təsdiq edilmiş surətlərini cəmiyyətin səhmdarı İddiaçı təqdim edilməsi öhdəliyini Cavabdeh1-nin üzərinə qoyulmasına dair müvafiq qətnamə qəb ul edilməsini xahiş etmişdir.

4. Sonradan İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, bildirmişdir ki, hazırkı iş üzrə müvafiq sorğulara əsasən, məhkəməyə təqdim edilmiş maliyyə hesabatları və cavabdehə məxsus torpaq sahəsində inşa edilmiş 8 girişli 20 mərtəbəli yaşayış binalarının inşaası və istismara buraxılması ilə əlaqədar, Bakı şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyindən daxil olmuş sənədlər əsasında məlum olmuşdur ki, göstərilən binalarda istismara verilmiş mənzillərin ümumi sahəsi (binaların 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələri istisna olmaqla) 70,476 kv.m təşkil etmişdir. Bina 2013-cü ildən istismardadır, yaşayış və qeyri-yaşayış sahələri müxtəlif şəxslərə satılmışdır. İstismara verilmiş binalarda yalnız mənzillərin sahəsinin 70,476 kv.m (yetmiş min dör d yüz yetmiş altı) olmasını və real bazar qiyməti olaraq, hər kv.m tikilinin 2000 AZN olması nəzərə alınsa, binalardan əldə edilən gəlir təqribi hesablamalara görə, 140.000.452 AZN təşkil etmişdir. Depo hesabından çıxarışa əsasən, cavabdehə məxsus səhmlərin ümumi miqdarı 995.800 (doqquz yüz doxsan beş min səkkiz yüz ədəd) sənədsiz adlı adi səhm mövcuddur. Bu hesablamalara əsasən, 1 ədəd səhmə düşən dividend 141.55 AZN təşkil edir. Onun mülkiyyətində olan 96 ədəd səhmə düşən dividendin məbləği 13.588 AZN (on üç min beş yüz səksən səkkiz manat) təşkil edir. Həmçinin, Mərkəzi Bankın 2013-2019-cu illərə dair əmanətlər üzrə ona illik faiz dərəcələrini nəzərə alaraq, göstərilmiş məbləğ bu günə 24265 AZN (iyirmi dörd min iki yüz altmış beş manat) təşkil edir. Qeyd olunanları nəzərə alıb ərizənin təmin edilməsi xahiş olunmuşdur.

5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-29/20 saylı mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim K.F.Əmirxanova) iddia tələbi təmin olunaraq, cavabdeh "Cavabdeh1” ASC-dən 24265 (iyirmi dörd min iki yüz altmış beş) manat məbləğində vəsaitin İddiaçı xeyrinə tutulması qət edilmişdir.

6. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən belə hesab etmişdir ki, cavabdeh ASC ləğv edilməsə də, hazırki vəziyyətdə onun fəaliyyəti dayandırıldığından, istifadəsində olan torpaq sahəsi tikinti şirkəti ilə yaşayış sahəsi ilə əvəzləşdirildiyindən, son nəticədə müəssisənin əmlakı əvəzinə verilmiş yaşayış sahələri ASC-nin xalis mənfəəti kimi qəbul edilə bilər. İddiaçının səhmdar kimi həmin səhmlərin müqabilində divident almaq hüququ olduğundan, iddiaçının sadə hesablamalar yolu ilə müəyyən etdiyi məbləğin tələb etməsi əsaslıdır.

7. Qətnamə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.2, 106-1.3, 1061.4, 106-1.5-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır.

8. Həmin qətnamədən narazı qalan "Cavabdeh1” ASC-nin səlahiyyətli nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul ediləsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi həm maddi və prossesual hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam nəzərə alınmamışdır. Apelyasiya instansiyası məhkəməsindək i icraat

9. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2(103)-4994/2020 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-29/20 saylı mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh1-yə qarşı pul tələbinə dair iddia tələblərinin təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya divident ödənilməsi barədə qərar qəbul edilməsi məhkəmənin deyil, səhmdar cəmiyyətin ümumi yığıncağının səlahiyyətinə aid olan məsələdir. Yəni məhkəmə o halda müvafiq dividentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edə bilər ki, cavabdehin ümumi yığıncağının səhmdarlara divident ödənilməsi barədə qərar olsun, lakin cavabdeh tərəfindən iddiaçıya-səhmdara dividentin ödənilməsi təmin edilməsin. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə iddianı təmin etməklə işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

11. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-3.1, 106-3.2, 106-3.9-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

12. İddiaçı və vəkili Əzizli Nəvazi Vidadi oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2(103)- 4994/2020 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya münasibətdə mülki qanunvericilik və nizamnamə üzrə səhmdar cəmiyyətlərlə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 98.1, 1077.1, 103.1, 106-1.1, 106-1.3.2, 1061.3.3, 106-1.3.7, 106-1.3.8, 106-1.3.8-1, 106-1.3.8-3, 106-3.1, 106-3.2-cü maddələrinin tələblərinə riayət etməməklə, iddiaçının hüquqlarını pozmuşdur. Kassator Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, məhkəmə tədqiq olunan sübutlara məcmu halda qiymət verərkən iddiaçının özünə məxsus səhm payı ilə cavabdehin nizamnamə kapitalındakı iştirak faizini, sə hmdar cəmiyyətin balans üzrə aktiv və passivlərini, xüsusi əhəmiyyətli əqdlər üzrə mədaxil və məxaric əməliyyatlarını, eləcə də daşınmaz əmlak üzrə real bazar qiymətlərini də nəzərə almalıdır. Mövcud qanunvericiliyin məntiqinə görə, səhmdar cəmiyyət tək istehsal və məhsulun satış dövriyyəsinə görə deyil, həmçinin daşınmaz əmlakın satışından və icarəsindən də hər hansısa bir mənfəət əldə edə bilər. Daha sonra, büdcə qarşısında olan öhdəliklər ödənildikdən sonra qalan məbləğ mütənasiblik gözlənilməklə, dividend olaraq səhmdarlara ödənilməlidir. Bundan başqa, öz fəaliyyətini qüvvədə olan qanunvericilik və nizamnaməsi ilə tənzimləməli olan cəmiyyətin idarəetmə orqanları öz səhmdarları qarşısında bütün gəlir və xərc əməliyyatlarına görə birbaşa məsuliyyət daşıyır. Hesab edirlər ki, aşağı instan siyası məhkəməsinin toplanmış sübutlar əsasında gəlmiş olduğu qənaət əsasında qəbul etdiyi qətnamə maddi və prosessual hüquq normaları baxımından kifayət qədər əsaslandırılsa da, apellyasiya məhkəməsi tərəfindən sözügedən qətnamənin ləğv edilməsi tamamilə əsassızdır.

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında İddiaçı və vəkili Əzizli Nəvazi Vidadi oğlu Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2(103)4994/2020 saylı qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh1-nin vəkili X10 məhkəmə iclasında iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmad ığını qeyd edərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi.

16. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq A zərbaycan Respublikasının Mülki Məcəlləsi:

18. Maddə 106-3.1 Səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin X3nın qərarı ilə qəbul edilir.

19. Maddə 106-3.2 Səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Səhmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qəra rın bu Məcəllə ilə müəyyən edilmiş müddətdə və qaydada icra olunmasına təsir etmir.

20. Maddə 106-3.9 Əgər səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalının miqdarından azdırsa və ya dividendlərin ödənilməsi nəticəsində az olacaqsa, səhmdar cəmiyyəti dividendləri elan edə və ödəyə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan m üəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

25. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

26. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

27. Maddə 418.3 Pros essual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§24).

29. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§25). 3

0. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (§24). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. İş üzrə İddiaçı və vəkili Əzizli Nəvazi Vidadi oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiklərindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiya sı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının məhkəmə qaydasında dividentlərin ödənilməsi tələbinin təmin edilməsi üçün səhmdarların ümumi yığıncağının dividentlərin ödənilməsi barədə qərarın olması tələb olunur. Belə ki, qeyd edilən məsələ cəmiyyətin nizamnaməsinə uyğun olaraq ümu mi yığıncağın səlahiyyətinə aid məsəslədir. Yəni məhkəmə o halda müvafiq dividentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edə bilər ki, cavabdehin ümumi yığıncağının səhmdarlara divident ödənilməsi barədə qərarı olsun, lakin cavabdeh tərəfindən iddiaçıya-səhmdara dividentin ödənilməsi təmin edilməsin. Hazırki halda isə, ümumi yığıncağın belə bir qərarının olması müəyyən edilməmişdir.

34. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi ha llarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

35. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmədiyindən və əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

36. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (§26).

37. Məhkəmə kollegiyası qeyd olunanları n əzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4994/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar