Məhkəmə qərarları › İş №2(102)-1953/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1953/2024

13.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1953/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Mənzil – Tikinti Kooperativinə qarşı; İddiaçı Cavabdeh1 cavabdehlər "xxxx" Mənzil – Tikinti Kooperativinə və İddiaçı qarşı iddia tələblərinə dair birləşdirilmiş işlər üzrə QƏRARİ (Açar sözlər: müqavilə öhdəliklərinin icra edilməsi, mülkiyyətə qəsdə son qoyulması, maneələrin aradan qaldırılması, mənzilin boşaldılması və təhvil verilməsi, əqdin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cav abdeh1 və "xxxx" Mənzil – Tikinti Kooperativinə qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi, Cavabdeh1 cavabdehlər "xxxx" Mənzil – Tikinti Kooperativinə və İddiaçı qarşı mülkiyyətə qəsdə son qoyulması və mənzilə müdaxilənin qadağan edilməsi tələblərinə ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*3)412/2*24 nömrəli, 11 yanvar 2*24-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 28 dekabr 2**9-cu il tarixli, 53 nömrəli "xxxx" MTK-da yaşayış binasında mənzil alışı haqqı nda müqavilədən görünür ki, icraçı – "xxxx" MTK Bakı şəhəri, Suraxanı rayonu, X51, “V” yaşayış massivi 13M ünvanında inşa ediləcək binanın İV girişində 7-ci mərtəbədə yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 1*8.5 kv. metr olan mənzili payçı – İddiaçı təhvil verməyi və payçı – İddiaçı isə mənzilin dəyəri olan 35*** manat pul vəsaitini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. 2. 27 dekabr 2*1*-cu il tarixli, 14* nömrəli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, X51, “V” yaşayış massivi, 13M ünvanında yerləşən binanın İV girişində 7-ci mərtəbədə yerləşən, 3 otaqdan ibarət, 274 nömrəli, ümumi sahəsi 1*8.5 kv. metr olan mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir və onun kooperativə borcu yoxdur.

3. İcraçı "xxxx" MTK ilə payçı (zərərçəkmiş) Cavabdeh1 Məmməd oğlu ar asında bağlanmış *9 iyun 2*14-cü il tarixli, 63 nömrəli müqavilədən görünür ki, icraçıya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, X51, V yaşayış massivində, MTK-nın üzvləri və payçıların vəsaiti hesabına inşa edilən yaşayış binasında məlum səbəblərə, Nəsib Əliyevin 31 iyul 2*12-ci il tarixli ərizəsinə, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin 15 may 2*14-cü il tarixli tövsiyyə məktubuna və qərarına əsasən, formal olaraq rəsmiləşdirilmiş, dəyəri və əlavə dəyər vergisi MTK-nə ödənilməyən, yaşayış və qeyriyaşayış sahələrinin ləğvi hesabına zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilir. X16 imzası ilə 15 may 2**7-ci il tarixli "xxxx" MTK-nın saxta müqaviləsi əsasında Cavabdeh1 verilmiş mənzil, digər boşaldılmış mənzillə dəyəri ödənilmədən əvəzləşdirilir. X1 tərəfindən imzalanm asına baxmayaraq, mənzilin dəyəri Cavabdeh1 tərəfindən Zaur Cabbarova ödənilmişdir (15 may 2**7-ci il tarixli saxta müqavilə və Cavabdeh1 ərizəsinin surəti bu müqaviləyə əlavə edilir). - Həmin müqavilənin: - 1.2-ci bəndinə görə, bu müqavilədən əvvəl "xxxx" MTK tərəfindən verilən hər hansı bir sənəd və yaxud surətləri aşkar olunarsa etibarsız hesab edilir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının *1 mart 2*17-ci il tarixli, 2-1(1*2)-423/2*17 nömrəli qərarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyun 2*16-cı il tarixli, 2-1(82)-12*7/2*16 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 17 dekabr 2*13-cü il tarixli, 21(1*3)-523/2*13 nömrəli icra sənədinin icrası ilə əlaqədar X28 məxsus 242 nömrəli mənzilin, X32 məxsus 3*1 nömrəli mənzilin, X2* məxsus 172 nömrəli mənzilin, X21 məxsus 198 nömrəli mənzilin, X3 məxsus 231 nömrəli mənzilin, X7 məxsus 318 nömrəli mənzilin, X4 məxsus 294 nömrəli mənzilin, Cavabdeh1 məxsus 274 nömrəli mənzilin, X8 məxsus 152 nömrəli mənzilin, Mahir Yusif oğluna məxsus 3*2 nömrəli mənzilin və 253 nömrəli mənzilin, X9 məxsus 188 nömrəli mənzilin, X5 məxsus 3*3 nömrəli mənzilin, X33 məxsus 21* nömrəli mənzilin “Badu-Kubə MTK”-dan alınaraq "xxxx" MMC-yə təhvil verilməsinə dair *2 fevral 2*15-ci il tarixli aktın, həmçinin X4 məxsus sahəsi 73 kv.m, 294 nömrəli mənzilin, Mahir Yusif oğluna məxsus sahəsi 68.6 kv.m olan 253 nömrəli mənzil, X9 məxsus sahəsi 68 kv.m olan 188 nömrəli mənzilin "xxxx" MMC-yə naturada təhvil verilməsinə dair 16 fevral 2*16-cı il tarixli aktın t əsdiq edilməsi ilə bağlı Suraxanı Rayon İcra şöbəsinin hərəkətləri qanunsuz hesab edilmişdir. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, *2 fevral 2*15-ci il tarixli və 17 fevral 2*16-cı il tarixli aktlar üzrə “Badu-Kubə MTK” tərəfindən "xxxx" MMC-yə naturada təhvil verilməsi nəzərdə tutulan mənzillərin bir hissəsi hazırkı iş üzrə iddiaçıların qanuni istifadə və sahibliklərində olduğundan, icra şöbəsi tərəfindən qeyd olunan xüsusatlar nəzərə alınmadan digər şəxslərə məxsus olan mənzillərin icra sənədi üzrə tələbkara təhvil verilməsinə dair *2 fevral 2*15-ci il tarixli və 17 fevral 2*16-cı il tarixli aktların təsdiq edilməsi qanunsuz olmuş və hazırki iş üzrə iddiaçıların qeyd edilən mənzillər üzərində əmlak hüquqları pozulmuşdur.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2* oktyabr 2*16-cı il tarixli, 2-1(1*3)-2118/2*16 nömrəli qərarı ilə üçüncü şəxs "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyun 2*16-cı il tarixli, 2-1(82)-12*7/2*16 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının yuxarıda qeyd olunan qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2* oktyabr 2*16-cı il tarixli, 2-1(1*3)2118/2*16 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 avqust 2*21-ci il tarixli, 2(1*3)7**9/2*21 nömrəli qərardadından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 oktyabr 2*19-cu il tarixli, 2(*1*)-461*/2*19 nömrəli qətnaməsi ilə idd ianın təmin edilməsi, iddiaçı X1* “Badu-Kubə MTK” tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, X51, “V” yaşayış massivi 13M ünvanında inşa edilən binanın 4 bloklu, 16 mərtəbəli çoxmənzilli yaşayış binasının 4-cü giriş, 5-ci mərtəbə, 1 otaqlı 71.6 kv.m sahəsi olan 26* nömrəli mənzilə, İddiaçı “Badu-Kubə MTK” tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, X51, “V” yaşayış massivi 13M ünvanında inşa edilən binanın 4 bloklu, 16 mərtəbəli çoxmənzilli yaşayış binasının 4-cü giriş, 7-ci mərtəbə, 3 otaqlı 1*8.5 kv.m sahəsi olan 274 nömrəli mənzilə, iddiaçı X11 “Badu-Kubə MTK” tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, X51, “V” yaşayış massivi 13M ünvanında inşa edilən binanın 4 bloklu, 16 mərtəbəli çoxmənzilli yaşayış binasının 4-cü giriş, 13-cü mərtəbə, 1 otaqlı 68.6 kv.m sahəsi olan 3*7 nömrəli mənzilə, idd iaçı X12 “Badu-Kubə MTK” tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, X51, “V” yaşayış massivi 13M ünvanında inşa edilən binanın 4 bloklu, 16 mərtəbəli çoxmənzilli yaşayış binasının 3-cü giriş, 7-ci mərtəbə, 1 otaqlı 68.* kv.m sahəsi olan 188 nömrəli mənzilə sahiblik və istifadə hüquqularının tanınması qət edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının yuxarıda qeyd olunan qərardadı ilə Maraqlarına toxunan şəxslər "xxxx" MMC, Cavabdeh1 və X39 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 oktyabr 2*19-cu il tarixli, 2(*1*)-461*/2*19 nömrəli qətnaməsi ləğv edilmiş və iddiaçılar X22, İddiaçı, X23 və X12 cavabdeh “Badu-Kubə MTK”-ya qarşı “yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı məhkəməyə müraciət edərək, mübahisəli mənzilə dair cavabdehlər Cavabdeh1 ilə MTK arasında bağlanmış *9.*6.2*14-cü il tarixli, 63 saylı müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 ona məxsus 274 saylı mənzildən çıxarılması, mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, mənzilə dair müqavilə bağlanan vaxt qeyd olunan yaşayış binasının inşası təzə başladığından, mənzilinin inşa edilərək ona təhvil verilməsini gözləmişdir. Artıq neçə illərdir ki, mübahisəli mənzilin inşa edilərək başa çatdırılmasma baxmayaraq, MTK həmin mənzili ona təhvil verməkdən müxtəlif bəhanələrlə boyun qaçırır. Halhazırda ona məlum olmuşdur ki, MTK həmin mənzilə dair iş üzrə digər Cavabdeh1 ilə *9.*6.2*14-cü il tarixdə 63 saylı müqavilə bağlamışdır. Həmin mənzilin boş olmasına baxmayaraq, mübahisələndirdiyi müqaviləyə istinad edərək mənzilini ona təhvil verməkdən yayınır. O, qeyd olunan 274 saylı mənzili Cavabdeh1 5 il əvvəl almışdır. MTK eyni mənzili ona satdığı halda həmin mənzilə dair digər şəxslə bağladığı müqavilə əhəmiyyətsiz əqddir.

11. Cavabdeh1 məhkəməyə iddia ərizəsi və iddia tələbinə əlavə ilə müraciət edərək, MTK ilə iddiaçı arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi və mübahisəli mənzil üzərində iddiaçının mülkiyyətinə qəsdə son qoyulması, həmin mənzildən Cavabdeh1 istifadəsinə iddiaçı və 3-cü şəxslər tərəfindən maneənin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla MTK arasında bağlanmış *9.*6.2*14-cü il tarixli, 63 saylı “Yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən, mübahisəli mənzil onun mülkiyyətinə verilmişdir. 8 ildən artıq müddət ərzində qanuni sahibliyində olmasına baxmayaraq, cavabdeh MTK onun həmin mənzildən istifadə etməsinə mane olur, hal-hazırda da mənzilin qapısı cavabdeh tərəfindən bağlı saxlanılır.

13. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.*1.2*23-cü il tarixli, 5/1643 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş birinci tələb üzrə İddiaçı ilə cavabdeh "xxxx" MTK arasında bağlanmış 28.12.2**9-cu il tarixli, 53 nömrəli müqavilədə əks olunan “"xxxx" MTKnın Sədri” yazısından sonrakı imzadan başqa digər əlyazıla n, tarix göstəricisi və imza rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Tədqiqata təqdim edilmiş birinci tələb üzrə İddiaçı ilə cavabdeh "xxxx" MTK arasında bağlanmış 28.12.2**9-cu il tarixli, 53 nömrəli müqavilədə əks olunan “"xxxx" MTK-nın Sədri” yazısından sonrakı imza ilə həmin müqavilədəki digər əlyazılan və imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. Tədqiqata təqdim edilmiş birinci tələb üzrə İddiaçı ilə cavabdeh "xxxx" MTK arasında bağlanmış 28.12.2**9-cu il tarixli, 53 nömrəli müqavilədə olan möhür əkslərinin boyasının rəngləyici maddəsi kimyəvi tərkibinə görə ştempel boyalarına aiddir və rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eynidi rlər.Rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəbə görə qərardadın “Birinci tələb üzrə İddiaçı ilə cavabdeh "xxxx" MTK arasında bağlanmış 28.12.2**9-cu il tarixli, 53 nömrəli müqavilədə əks olunan yazı nümunələri və möhür əksi bütün mümkün texniki və kimyəvi paramterləri nəzərə alınmaqla, 2**9-cu il tarixində tərtib oluna bilərdimi?” və “Əgər həmin müqavilədə əks olunan yazı nümunəsi və möhür əksi 2**9-cu il tarixdə tərtib oluna bilməzdisə, hansı tarixdə tərtib olunması daha uyğun gəlir? Sualları üzrə tədqiqat aparılmamışdır.

14. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 avqust 2*23-cü il tarixli, 2(*1*)-3831/2*22 nömrəli qərardadı ilə həmin tələblərə dair mülki işlər bir icraatda birləşdirilmişdir.

15. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 fevral 2*23-cü il tarixli, 2(*1* )-147/2*23 nömrəli qətnaməsi ilə birinci tələb üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu birinci tələb üzrə İddiaçı özünə aid edilməsi, ikinci tələb üzrə iddiaçı Cavabdeh1 cavabdehlər "xxxx" MTK-ya və İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi, mülkiyyətə qəsdə son qoyulması və mənzilə müdaxilənin qadağan edilməsi tələbinə dair iddiası təmin edilməsi, cavabdehlər "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 28 dekabr 2**9-cu il tarixli, 53 nömrəli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, X51, “V” yaşayış sahəsi, 13 M ünvanında yerləşən binanın İV girişində, 7ci mərtəbədə yerləşən, 3 ot aqdan ibarət ümumi sahəsi 1*8.5 kv.m olan 274 saylı mənzil üzərində Cavabdeh1 hüquqlarına müdaxilə edilməsinin qanunsuz hesab edilməsi və həmin mənzildən Cavabdeh1 istifadəsinə cavabdehlər və üçüncü şəxslər tərəfindən maneənin yaradılmasının qadağan edilməsi, iddianın qaldırılması ilə əlaqədar ödənilmiş 1** manat məbləğində dövlət rüsumunun birinci tələb üzrə İddiaçı tutularaq ikinci tələb üzrə iddiaçı Cavabdeh1 ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə-ballistik ekspertizasının dəyəri olan 8* manat pul vəsaitinin birinci tələb üzrə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

16. Məhkəmə öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, 274 nömrəli mənzillə bağlı tərtib edilmiş, həm İddiaçı təfər olduğu 28 niyabr 2**9-cu il tarixli, 53 nömrəli müqaviləni, həm də Cavabdeh1 Məmməd oğlunun tərəf olduğu *9 iyun 2*14-cü il tarixli, 63 nömrəli müqaviləni araşdırıb, *9 iyun 2*14-cü il tarixli, 63 nömrəli müqavilənin etibarlı, 28 noyabr 2**9-cu il tarixli, 53 nömrəliu müqavilənin isə etibarsız olması qənaətinə gələrkən, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdən göründüyü kimi, 274 nömrəli mübahisəli mənzillə bağlı əvvəl də məhkəmə işləri olmuş, həmin mənzilin kimə məxsus olması məhkəmələr tərəfindən araşdırılmış və məhkəmələr hesab etmişlər ki, 274 nömrəli mənzilin qanuni sahibi Cavabdeh1dır. Bu hal Cavabdeh1 tərəf olduğu *9 iyun 2*14-cü il tarixli, 63 nömrəli müqavilənin müddəalarında da öz təsdiqini tapır. Belə ki, həmin müqavilənin mətnindən aydın olur ki, Cavabdeh1 ilə Badu-Kubə MTK arasında daha əvvəl bağlanmış müqavilə saxta olduğuna görə (saxta olduğu qeyd edilən müqavilə 15 may 2**7-ci ildə, İddiaçı müqaviləsindən də əvvəl bağlanmışdır) Cavabdeh1 istintaq orqanının tövsiyyə məktubu əsasında hazırda mübahisəsi gedən 274 nömrəli mənzil verilmişdir. Qeyd olunan məhkəmə qətnamələri əsasında Cavabdeh1 Məhəmmədəli oğlu Bakı şəhəri, X51, “V” yaşayış sahəsi, 13 M ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blok, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 1*8.5 kv.m dən ibarət 3 otaqlı 274 nömrəli mənzilin qanuni sahibi kimi qəbul edildiyindən, Cavabdeh1 və "xxxx" MTK arasında bağlanan *9 iyun 2*14-cü il tarixli, 63 nömrəli müqavilə etibarsız hesab edilə bilməz. Çünki, tarix baxımından daha sonra gəldiyinə görə *9 iyun 2*14-cü il tarixli, 63 nömrəli müqavilənin etibarsı z hesab edilməsi faktiki olaraq mənzillə bağlı əvvəl qəbul edilmiş məhkəmə aktlarının əsaslandıqları sübutun etibarsız hesab edilməsi anlamına gələr. Yuxarıda qeyd olunan xüsusatlara əsaslanaraq məhkəmə hesab etmişdir ki, ikinci tələb üzrə iddiaçı Cavabdeh1 cavabdehlər "xxxx" MTK-ya və İddiaçı qarşı tələbinin mülkiyyətə qəsdə son qoyulması və mənzilə müdaxilənin qadağan edilməsi hissəsi də, təmin edilməlidir. Cavabdeh1 qeyd olunan mənzilin qanuni sahibi kimi tanındığından mənzilinə münasibətdə digər hər hansı bir əqdin etibarsızlığını, eləcə də, həmin mənzildən istifadəyə yaradılan maneələrin qadağan edilməsini tələb etməkdə haqlıdır. Bunun davamı olaraq, məhkəmə hesab etmişdir ki, cavabdehlər "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 28 dekabr 2**9-cu il tarixli, 53 nömrəli müqavilə etiba rsız hesab edilməlidir. Çünki, Cavabdeh1 məxsus olduğu təsdiq edilmiş mənzillə bağlı başqa bir şəxsə də hüquqlar yaradan ikinci müqavilənin qüvvədə olması qanunazidddir.

17. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Konstitusiyanın 13 və 29-cu, Mülki Məcəllənin 6.2, 152.1, 152.5, 157.8, 324.1, 337.1, 337.5, 39*.1-ci maddələri, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2*21-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 8 may 2**8-ci il tarixli Qərarına istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir.

19. Apellyasiya şik ayəti onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MTK ilə bağlanmış 28 dekabr 2**9-cu il tarixli, 53 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, X51, “V” yaşayış sahəsi, 13M ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blok, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 1*8.5 kv.m dən ibarət 3 otaqlı 274 nömrəli mənzilin dəyərini təşkil edən 35*** manat məbləğində pul vəsaitini cavabdeh "xxxx" MTK-ya tam ödəyərək həmin mənzili almışdır. Həmin mənzilin alınmasına dair MTK-dan 28 dekbr 2**9cu il tarixli müqavilə və 27 dekabr 2*1*-cu il tarixli maliyyə arayışı verilmişdir. 27 dekabr 2*1*-cu il tarixli, 14* nömrəli maliyyə arayışına əsasən mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir və onun kooperativə borcu yoxdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 oktyabr 2*19-cu il tarixl i, 2(*1*)-461*/2*19 nömrəli qətnaməsi ilə İddiaçı “Badu-Kubə MTK” tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, X51, “V” yaşayış massivi 13M ünvanında inşa edilən binanın 4 bloklu, 16 mərtəbəli çoxmənzilli yaşayış binasının 4-cü giriş, 7-ci mərtəbə, 3 otaqlı 1*8.5 kv.m sahəsi olan 274 nömrəli mənzilə sahiblik və istifadə hüquqularının tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 avqust 2*21-ci il tarixli, 2(1*3)-7**9/2*21 nömrəli qərardadı ilə Suraxanı Rayon Məhkəməsinin 15 oktyabr 2*19-cu il tarixli qətnaməsi ləğv edilmiş və iddia baxılmamış saxlanılmışdır. Məlum olmuşdur ki, "xxxx" MTK həmin mənzilə dair Cavabdeh1 ilə *9 iyun 2*14-cü il tarixdə 63 nömrəli müqavilə bağlamışdır. Ona görə də İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci ins tansiya məhkəməsi ikinci tələb üzrə iddiaçı Cavabdeh1 cavabdehlər "xxxx" MTK-ya və İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi, mülkiyyətə qəsdə son qoyulması və mənzilə müdaxilənin qadağan edilməsi tələbinə dair iddiasını təmin edərkən hesab etmişdir ki, “İddiaçı məhkəməyətəqdim etdiyi, Cavabdeh1 tərəf olduğu və etibarsız hesab edilməsini xahiş etdiyi *9.*6.2*14-cü il tarixli, 63 nömrəli müqavilənin “Badu-Kubə MTK tərəfindən təsdiq edilmişsurəti ilə Cavabdeh1 məhkəməyə təqdim etdiyi *9.*6.2*14-cü il tarixli, 63 nömrəli müqavilənin əsli arasında uyğunsuzluq vardır. Əgər həmin müqavilənin İddiaçı tərəfindən təqdim edilmiş surətində sözügedən mənzilin 3839* manat ödənilməklə əldə edildiyi göstərilmişdirsə, müqavilənin Cavabdeh1 tərəfindən təqdim edilmişəslindəmənzilin icraçının qanuna idd hərəkətləri nəticəsində zərərçəkən olan Cavabdeh1 əvəzləşdirmə əsasında verildiyi qeyd edilir.” Qətnamədə göstərilən bu hal hakimin gəldiyi nəticənin əksinə olaraq, İddiaçı xeyrinə şərh olunmalıdır.Əgər mübahisələndirilən müqavilənin bir neçə variantı varsa, deməli İddiaçı tələbində haqlıdır. Məhkəmənin qətnamədə qeyd etdiyi İnzibati-İqtisadi məhkəmələrin qərarlarına düzgün qiymət verilməmişdir. Həmin məhkəmələrdə mənzillərə dair müqaviləsi olan şəxslər icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmişlər. Sonrakı tarixlərdə həmin mənzillərin bir neçəsi ilə əlaqədar məhkəmə mübahisəsi olmuşdur. Hazırkı mərhələdə qeyd edilən məhkəmə qərarları baxılan iş üzrə preyudisiyal əhəmiyyət kəsb etmir. Qətnamədə qeyd edildiyi kimi, həmin məhkəmə mübahisələ ri zamanı İddiaçı ölkədə olmamış və məhkəmə barədə məlumatı olmamışdır. Məhkəmə Cavabdeh1 iddiasını təmin edərkən tutarlı bir əsaslandırma aparmamışdır. Cavabdeh1 zərəçəkmişkimi niyə məhz 274 nömrəli mənzilin verilməsini, həmin mənzilin verilməsi üçün istintaq orqanının tövsiyyə məktubunun nə qədər qanuni olmasını, habelə nəyə görə İddiaçı mübahisəli mənzillə bağlı müqaviləni 2**9-cu ildə bağlaya bilməməsini müəyyənləşdirməmişdir.

20. MTK-nın nümayəndəsi X13 izahatında göstərmişdir ki, o, 2**7-2*17-ci illərdə MTK-nın rəhbəri olmuşdur. Mübahisəli mənzil heç kimə təhvil verilməmişdir və mənzilin açarları da hal - hazırda onun özündədir. İddiaçı MTK ilə bağlanmış 28 dekabr 2**9-cu il tarixli, 53 nömrəli müqaviləyə əsasən 35*** manat məbləğində pul vəsaitini ödəyərək həmin mənzili almışdır və müqaviləni də özü imzalamışdır. Cavabdeh1lə bağlanmış müqavilə isə onun özü tərəfindən deyil, müavini tərəfindən imzalanmışdır. Çünki, həmin vaxt o, güllə yarası aldığından səhhəti ilə əlaqədar işə gedə bilməmişdir. Cavabdeh1lə həmin müqavilə korrupsiya idarəsinin tövsiyə məktubu əsasında imzalanmışdır.

21. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X6 izahatında göstərmişdir ki, mübahisəli mənzil Cavabdeh1 məxsusdur. Həmin mənzil Cavabdeh1 əvvəl də başqa şəxsin adına rəsmiləşdirilmiş, sonradan korrupsiya idarəsinin tövsiyə məktubuna əsasən ona verilmişdir. İddiaçının adına olan müqavilə isə sonradan tərtib olunmuşdur.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X15 (sədrlik edən və məruzəçi), X34 və X4*) 11 yanvar 2*24-cü il tarixli, 2(1*3)-412/2*24 nömrə li qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 fevral 2*23-cü il tarixli, 2(*1*)-147/2*23 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 fevral 2*23-cü il tarixli, 2(*1*)147/2*23 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması,İddiaçı Cavabdeh1 və "xxxx" Mənzil – Tikinti Kooperativinə qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, X51, “V” yaşayış sahəsi, 13M ünvanında "xxxx" Mənzil – Tikinti Kooperativi tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blok, 7-ci mərtəbəsində yerləşən, sahəsi 1*8.5 kv.m olan, 3 otaqlı 274 nömrəli mənzilə dair Cavabdeh1 ilə "x xxx" MTK arasında bağlanmış *9 iyun 2*14-cü il tarixli, 63 nömrəli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, X51, “V” yaşayış sahəsi, 13M, 2-ci blok, 7-ci mərtəbədə yerləşən, sahəsi 1*8.5 kv.m olan 3 otaqlı, 274 nömrəli mənzilin "xxxx" Mənzil – Tikinti Kooperativi tərəfindən İddiaçı təhvil verilməsi, İddiaçı iddiasının qalan hissələrdə rədd edilməsi, Cavabdeh1 "xxxx" Mənzil – Tikinti Kooperativi və İddiaçı qarşı mülkiyyətə qəsdə son qoyulması və mənzilə müdaxilənin qadağan edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə "xxxx" MTK arasında 28 dekabr 2**9cu il tarixli Bakı şəhəri, Suraxanı rayonu, X51, “V” yaşay ış massivi, 13M ünvanında yerləşən binanın İV girişində 7-ci mərtəbədə yerləşən, 3 otaqdan ibarət, 274 nömrəli mənzilin əldə edilməsi barədə müqavilə bağlanmışdır. 27 dekabr 2*1*-cu il tarixli, 14* nömrəli maliyyə arayışı ilə həmin mənzilin dəyərinin İddiaçı tərəfindən tam ödənildiyi təsdiq olunur.

24. Mübahisə predmeti olan 274 nömrəli mənzilə dair daha sonra "xxxx" MTK ilə Cavabdeh1 arasında da *9 iyun 2*14-cü il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən icraçı 274 nömrəli mənziliu payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Sonuncu müqavilədən görünür ki, müqavilə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin 15 may 2*14-cü il tarixli tövsiyyə məktubuna əsasən bağlanmışdır.

25. İddiaçı "xxxx" MTK ilə Cavabdeh1 arasında da *9 iyun 2*14-cü il tarixdə bağlanmış müqa vilənin etibarsız hesab edilməsi barədə iddia tələbini onunla əsaslandırır ki, mübahisə obyekti olan mənzillə bağlı onun müqaviləsi daha əvvəl bağlanmışdır.

26. Kollegiya bu hissə ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2*14-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 4 mart 2*15-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, İddiaçı MTK ilə müqaviləni daha əvvəl, 28 dekabr 2**9-cu il tarixdə bağladığından, həmçinin mənzilə dair pay haqqını ödəməklə mənzilə mülkiyyət hüququnu əldə etdiyindən, eyni mənzilə dair daha sonra müqavilə bağlanması istisna olunur.

27. Mülki Məcəllənin 1 78.8-ci maddəsinin 15 dekabr 2*17-ci il tarixli, 918-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiyasına əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

28. Belə olan halda, İddiaçı mübahisəli daşınmaz əşyanı mənzil tikinti kooperativindən müqavilə və tam ödənişə dair maliyyə arayışı əsasında əldə etdikdən sonra onun iradəsi xaricində MTK tərəfindən həmin mənzilə sərəncam verilməsi barədə bağlanmış müqavilənin etibarsız olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi göstərilən maddi hüquq normasına uyğun olmamışdır.

29. Göründüyü kimi, mənzilin dəyərini tam ödəməklə İddiaçı həmin əmlaka sahibl ik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin mənzil barədə Cavabdeh1 ilə *9 iyun 2*14-cü il tarixli müqavilənin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır.

30. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən İddiaçıla "xxxx" MTK arasında bağlanmış 18 dekabr 2**9-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi ilə bağlı gəldiyi nəticə düzgün olmamışdır.

31. Əvvəla ona görə ki, həmin müqavilənin etibarsızlığına dəlalət edən heç bir hal işdə mövcud deyildir.

32. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əs aslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2*22-ci il tarixli qərardadının 34-cü bəndində göstərilmişdir ki, “-

34. Bununla belə, diqqətdən qaçırılmamalıdır ki, mübahisələndirmə şəxsə bağlı olan hüquqdur. Əgər tərəf əqdlə bağlı olmadığına dair öz iradə bəyanını qarşı tərəfə bildirmirsə, etibarsızlıq nəticəsini doğuracaq hüquqi hərəkət (mübahisələndirmə) aidiyyəti şəxs tərəfindən edilməmiş olur. Bu halda məhkəmə işdən iradənin zədələnməsi faktlarını görsə belə, öz xidməti vəzifəsinə əsaslanaraq əqdin etibarsızlığı ilə bağlı həmin halları araşdıra və nəzərə ala bilməz. Çünki, şəxsə bağlı olan hüquqlar əlaqədar şəxsdən başqa heç kim tərəfindən istifadə edilə bilməz. Elə Konstitusiya Məhkəməsi Plenumunun qərarının nəticə hissəsinin 7-ci bəndində də mübahisə edilən əqdlərlə bağlı etibarsızlıq halının tələb olmadan məhkəmə tərəfindən nəzərə alına bilinməyəcəyi xüsusi olaraq qeyd olunmuşdur.”

33. Yəni, birinci instansiya məhkəməsinin “"xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 28 dekabr 2**9-cu il tarixli, 53 saylı müqavilə mübahisə edilən əqd olmaqla, etibarsızdır” qənaəti düzgün deyil, ona görə ki, Ali Məhkəmə Plenumunun adı çəkilən qərardadında məhkəmənin xidməti vəzifəsi olaraq etibarlılığın yoxlanılması sərhədləri müəyyən edilərkən əqdlərin etibarsızlığının “mübahisələndirilən əqd” növünün etibarsızlığını təsbit etmək istisna edilmişdir. Çünki, bu kateqoriya əqdlərdə əqdi etibarsız edən məhkəmə qərarı yox, əqdin tərəfinin digər tərəfə iradə ifadəsini bildirməsi, yəni əqdi mübahisələndirməsidir. Hazırkı halda 28 dekabr 2**9-cu il tarixli əqdin tərəfi olmayan Cavabdeh1 bu əqdi mübahisələndirməsi bu əqdi etibarsız etməyəcək.

34. Əqdin əhəmiyyətsiz əqd növündə etibarsızlığı da işin halları ilə təkzib olunur. Belə ki, əqdin əhəmiyyətsiz əqd olması üçün tələb olunan şərtlərin heç biri 28 dekabr 2**9cu il tarixli əqdə münasibətdə mövcud deyil. Əksinə, Cavabdeh1 ilə MTK arasında bağlanmış *9 iyun 2*14-cü il tarixli müqavilə əhəmiyyətsiz əqddir. Çünki, bu əqd bağlanan zaman müqavilə predmeti mənzil artıq MTK-nın yox, Məcnun Cəmilovun mülkiyyətində idi və MTK öz mülkiyyətində olmayan mənzil barəsində sərəncam verə bilməzdi.

35. Birinci instansiya məhkəməsinin Cavabdeh1 274 nömrəli mübahisəli mənzilin qanuni sahibi kimi tanıması da doğru olmamı şdır. Belə ki, məhkəmənin istinad etdiyi məhkəmə aktlarının heç biri ilə bu fakt birbaşa təsbit olunmamışdır. Bu fakt təsbit oluna da bilməzdi, çünki, apellyasiya araşdırması ilə Cavabdeh1 həmin mənzilə ümumiyyətlə heç vaxt köçüb yaşamadığı, istifadə etmədiyi təsdiqini tapmışdır. İşə apellyasiya instansiyası mərhələsində baxılarkən mübahisə predmeti olan mənzilin yerində müayinəsi aparılarkən də təsdiq olundu ki, mənzil Cavabdeh1 istifadəsinə verilməmişdir, yəni, Mülki Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan – hüququn əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxması halı mövcud deyildir. Cavabdeh1 iddia tələblərindən birinin onun mənzildən istifadəsinə cavabdehlər və üçüncü şəxslər tərəfindən maneənin qadağan edilməsi barədə olması da bu faktı bir daha təsdiq edir.

36. Belə olduğu halda mübahisə Mülki Məcəllənin yuxarıda qeyd olunan 452-ci maddəsində nəzərdə tutulan “Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir” müddəasına uyğun həll olunmalıdır

37. Həmin normanın tələbləri baxımından işin halları qiymətləndirilərkən isə əmlak verilmədiyinə və öhdəlik ilkin olaraq İddiaçı xeyrinə əmələ gəldiyindən üstünlük hüququ da ona məxsusdur. Məhkəmə araşdırması zamanı İddiaçıla bağlanmış müqavilənin sonradan əvvəlki tarixə tərtib olunması ilə bağlı bildirlsə də, bu halı təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır.

38. Bundan başqa, X29 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 3 *8.2-ci maddələri ilə, X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2*14-cü il tarixli hökmünün məzmunundan da görünür ki, Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, X51, “V” yaşayış sahəsi, 13 M ünvanında "xxxx" MTK tərəfindən inşa edilən yüksəkmərtəbəli çoxmənzilli yaşayış binasının 2-ci blok, 7-ci mərtəbəsində yerləşən sahəsi 1*8.5 kv.m dən ibarət 3 otaqlı 274 nömrəli mənzillə bağlı zərərçəkmiş şəxs qismində tanınmış və hökmün nəticəvi hissəsində 3839*,4 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması qərara alınmışdır, yəni, həmin mənzillə bağlı artıq pul vəsaitinin onun xeyrinə tutulması barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mövcuddur.

39. Göründüyü kimi, "xx xx" MTK ilə İddiaçı arasında bağlanmış 28 dekabr 2**9-cu il tarixli, 53 nömrəli müqavilənin etibarlı müqavilə olmaqla, hüquqi nəticələr yaratdığı öz təsdiqini tapdığından, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, X51, “V” yaşayış sahəsi, 13 M ünvanında "xxxx" MTK tərəfindən inşa edilən yüksəkmərtəbəli çoxmənzilli yaşayış binasının 2-ci blok, 7-ci mərtəbəsində yerləşən sahəsi 1*8.5 kv.m dən ibarət 3 otaqlı 274 nömrəli mənzilə dair cavabdehlər Cavabdeh1 ilə "xxxx" MTK arasında bağlanmış *9 iyun 2*14-cü il tarixli, 63 nömrəli müqavilənin etibarsız hesab edilməsi, mənzilin ona təhvil verilməsi barədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Lakin, mübahisəli 274 nömrəli mənzil hazırda Cavabdeh1 sahibliyində olmadığından iddia tələbinin “Cavabdeh1 ona məxsus 274 nömrəli mənzildən çıxarılması” hissəsi təmin oluna bilməz.

40. Cavabdeh1 iddia tələblərinin əsassızlığı isə yuxarıda sadalanan işin halları ilə də təsdiqini tapdığından, bu tələblərin təmin olunması üçün əsaslar mövcud deyildir.

41. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən MM-nin 139.1, 139-1.1, 139-1.1.6, 157.2, 178.1, 178.8, 39*.1, 399.1, 452.1, 152.2-ci maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2*14-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 4 mart 2*15-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan idd ialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2*22-ci il tarixli qərardadına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

42. Cavabdeh1 (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 Memmedeli oğlunun vəkili və nümayəndəsi Vəkil1 tərəfindən ərizə göndərilərək şikayətin "Kassasiya şikayəti verən şəxsin tələbi" (9-cu bənd) hissəsinin Bakə Apellyasiya Məhkəməsinin 11.*1.2*24-cü il tarixli 2(1*3)-41212*24 saylı qətnaməsinin ləğv edilməsi, apellyasiya məhkəməsində müəyyən edilmiş hallar əsasında, birinci tələb üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Mə nzil Tikinti Kooperativinə qarşı müiqavilənin etibarsız hesab edilməsi ve mənzilin təhvil verilməsi tələbinə dair iddiasının rədd edilməsi, ikinci tələb üzrə iddiaçı X2 cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə ve İddiaçı qarşı müqavilənin etibarsrz hesab edilməsi, mülkiyyətə qəsdə son qoyulması və mənzilə müdaxilənin qadağan edilməsi tələbinə dair iddiasının təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qətnamənin 32-ci bəndində göstərilmişdir: “Mübahisə predmeti olan 274 nömrəli mənzilə dair daha sonra "xxxx" MTK ilə AbdullayevYaşar Məmmədəli oğlu arasında da *9 iyun 2*14-cü il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən icraçı 274 nömrəlimənziliu payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Sonuncu müqavilədən görü nür ki, müqavilə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin15 may 2*14-cü il tarixli tövsiyyə məktubuna əsasən bağlanmışdır.” Lakin, AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə baş İdarəsinin tövsiyyət məktubu tərəflər üçün hüquqi nəticə yaratmadan, tövsiyyə xarakteri daşımışdır. Həmin məktub nəzərə alınmışdır. Cavabdeh1lə bağlanmış *9.*6.2*14-cü il tarixli tərəflərin sərbəst iradə ifadəsi əsasında və mülki qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmışdır. Müqavilənin 1.2-ci bəndindən də göründüyü kimi, həmin mənzilə dair əvvəllər bağlanmış müqavilələr etibarsız hesab edilir. Yəni, korrupsiyaya qarşı Mübarizə baş İdarəsinin məktubu o baxımdan əhəmiyyət daşıyır ki, həmin mənzilin və "xxxx" MTK tərəfindən satılmış digər mənzillərin satılması ilə bağlı dələd uzluq hallarına yol verilməsi faktları prokurorluq tərəfindən araşdırılmış və istintaqla, məhz Cavabdeh1, əvvələr ödədiyi vəsait əsasında, mənzili əldə etmək hüququ müəyyən edilmişdir. Tərəflərin həmin müqaviləni bağlamaqda sərbəst iradə ifadəsinə mane olan hər-hansı hədə-qorxu, təzyiq və təsir halları mövcud deyildir.

44. Apellyasiya məhkəməsinin qətnaməsinin 41-ci bəndində göstərilmişdir: “Hazırkı halda 28 dekabr 2**9-cu il tarixli əqdin tərəfi olmayan Cavabdeh1 bu əqdi mübahisələndirməsi bu əqdi etibarsız etməyəcək.” Yəni, məhkəmə hesab etmişdir ki,əqdin etibarsızlığı tələbi ilə subyektiv hüquqa malik olmaq üçün, həmin müqavilənin tərəfi olmaq şərtdir. Lakin, Mülki Məcəllənin mülkiyyət və istifadə hüquqlarının müdafiəsiilə bağlı 157158-ci, həmçinin əqdin etibarsızlığı ilə bağlı hüquq mü nasibətlərini tənzimləyən 337-ci maddəsi, həmin məcəllənin tələblərini pozmaqla bağlanmış müqavilənin, həmin müqavilənin tərəfi olmayan şəxs tərəfindən mübahisələndirilməsini istisna etmir. Mübahisəli 274 saylı mənzilin Cavabdeh1 istifadəsində olmamasının həmin mənzilə dair onun subyektiv hüququnu istisna etməsi ilə bağlı məhkəmənin mövqeyi də əsaslı deyil. Cavabdeh1, həmin mənzilə dair mülki qanunvericiliyin tələblərinə uyğun bağladığı müqavilə, onun həmin mənzillə bağlı sahiblik və istifadə hüquqlarının, həmçinin gözlənilən mülkiyyət hüququnun olduğu, işin mübahisəsiz hallarıdır.

45. Apellyasiya məhkəməsi, hazırki hüquq münasibətlərinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452-ci maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, həmin norma, əşyanın verilməsiilə öhdəliyin yaranma ta rixlərinin mübahisəli olmadığı hallarda tətbiq edilə bilər. Yuxarıda qeyd olunduğu kimi, İddiaçıla bağlanmış müqaviləninhəqiqətən 28.12.2**9-cu il tarixdə bağlandığı nəinki onun tərəfindən sübuta yetirilmir, əksinə, Cavabdeh1lə müqavilə bağlananadək, həmçinin müqavilə bağlandıqdan sonra 2*19-cu ilədək, həmin mənzillə bağlı mübahisələrdə İddiaçı adının keçmədiyi iş materialları ilə sübuta yetirilir.

46. Apellyasiya instansiya məhkəməsinin öz mövqeyini əsaslandırmaqla bağlı istinad etdiyi əsas məqam, İddiaçı istinad etdiyi müqavilənin tarixinin daha əvvəlki tarixə təsadüf etməsidir. Hesab edirlər ki, İddiaçı tərəfindən təqdim edilmiş müqavilənin tarixinin 28.12.2**9-cuil göstərilməsi, müqavilənin həmin tarixdə bağlandığını təsdiq edəcək mötəbər sübut deyil. Belə ki, mülki işdə olan tərəfləri n faktiki hüquq münasibətlərindən və tərəflərin prosessual mövqeyinin xarakterindən, "xxxx" MTK-nın faktiki olaraq İddiaçı ilə eyni mövqedən çxış etdiyi və sonuncunun iddiasını madafiə etdiyi aydın olur. Belə olan halda. Həmin müqavilədə, əqdin bağlanma tarixinin göstərilməsində eyni mövqedən və prosessual mənafedən çıxış edən tərəflərin ("xxxx" MTK və İddiaçı), müqavilənin tarixini göstərməkdə qeyri-məhdud fiziki imkana malik olması, müqavilənin faktiki bağlanma tarixi barədə rekviziti əsaslı şübhə altına alır. Baxmayaraq ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış müqavilənin Cavabdeh1lə bağlanmış müqavilədən daha əvvəlki tarixdə bağlandığı dəfələrlə qeyd olunur, bu halı təsdiq edən nəinki mötərəbər, hətta dolayı sübutlar belə iş materialların da yoxdur. Əksinə, Cavabdeh1 tərəfindən təqdim edilmiş, onun iştirak etdiyi, mübahisəli 274 saylı mənzilə dair çoxsaylı məhkəmə mübahisələrinə dair məhkəmə aktlarından görünür ki, həmin mübahisələrin heç birində İddiaçı adı yoxdur. İş materiallarında olan, mübahisə predmetini təşkiledən 274 saylı mənzilə dair İddiaçı tərəfindən təqdim edilmiş müqavilədən görünür ki, həmin müqavilənin tarixi 28 dekabr 2**9-cu il, nömrəsi “53” göstərilmişdir. Tərəfindən mülki işin apellyasiya baxışıərzində mülki işin elektron qovluğuna yerləşdirilmiş, "xxxx" MTK ilə X3* arasında 2**9-cu ilin dekabr ayının 22-də bağlanmış müqavilədən görünür ki, həmin müqavilənin nömrəsi “114” göstərilmişdir. Bu hal, İddiaçı adına bağlanmış müqavilənin həqiqətən həmin 28.12.2**9-cu il tarixdə bağlanmadığını bir daha təsdiq ed ir. "xxxx" MTK tərəfindən Nərimanov rayon icra şöbəsinə ünvanlanmış *7.*1.2*17-ci il tarixli *1 saylı məktubdan görünür ki, həmin məktuba əsasən 274 saylı mənzil X35 məxsusdur. "xxxx" MTK tərəfindən Suraxanı rayon icraşöbəsinə ünvanlanmış 22.12.2*17-ci il tarixli 77 saylı məktubdan görünür ki, 274 mənzilin sahibi X18 göstərilmiş, həminməktubX41 tərəfindən imzalanmışdır. "xxxx" MTK tərəfindən Suraxanı rayon icraşöbəsinə ünvanlanmış 29.1*.2*18-ci il tarixli 74 saylı məktubdan görünür ki, 274 mənzilin sahibinin Cavabdeh1, müqavilənin nömrəsi 63 göstərilmiş, həmin məktub X41 tərəfindən imzalanmışdır. Sənədlərin məzmunlarından göründüyü kimi, 274 saylı mənzil çoxsaylı məhkəmə mübahisələrinin predmeti olmasına baxmayaraq, həmin mənzillə bağlı və ümumiyyətlə, X14 adı heç bir sənəddə keçməmişdir. Şərh olunanlardan göründüyü kimi, İddiaçı tərəfindən, onunla MTK arasında bağlanmış müqavilənin 28.12.2**9-cu il tarixdə bağlandığı yalnız formal rekvizitə (müqavilədə qeyd olunmuş tarixə) əsaslanır və bur hal onun tərəfindən sübuta yetirilmir. Apellyasiya instansiya məhkəməsi, bu halı “işin mübahisəsiz halı” hesab etməklə AR MPM-nin 77.1-cimaddəsinin tələbini pozmuşdur. Bakı Apellyasiya Məhkəməsi tərəfindən bu halın əsaslandırılması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2*14-cü il tarixli qərarına istinad etməsi də əsassızdır. Konstitusiya Məhkəməsinin həmin qərarında, daha əvvəlki tarixdə bağlandığı sübuta yetirilmiş müqavilə nəzərdə tutulur. Apellyasiya məhkəmə si qətnaməsinin 45-ci bəndində göstərilir: “Həmin normanın tələbləri baxımından işin halları qiymətləndirilərkən isə əmlak verilmədiyinə və öhdəlik ilkin olaraq İddiaçı xeyrinə əmələ gəldiyindən üstünlük hüququ da ona məxsusdur. Məhkəmə araşdırması zamanı İddiaçıla bağlanmış müqavilənin sonradan əvvəlki tarixə tərtib olunması ilə bağlı bildirlsə də, bu halı təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır.” Məhkəmə nəzərə almamışdır ki, Cavabdeh1lə bağlanmış müqavilədən fərqli olaraq, MTK ilə İddiaçı arasında bağlanmış müqavilənin məhz 28.12.2**9-cu il tarixdə bağlandığını təsdiq edən heç bir sübut yoxdur.

47. Məhkəmə aktlarında, Bakı şəhəri, Suraxanı rayonu, X51, “V” yaşayış massivi 13M ünvanında inşa edilən binanın 4 bloklu, 16 mərtəbəli çoxmənzilli yaşayış binasının 274 s aylı mənzilinin Cavabdeh1 məxsus olduğu müəyyən edilmişdir. Həmin məhkəmə aktları qüvvəyə mindiyindən, hazırki mülki iş üzrə sübutetmədən azad olan hal kimi qiymətləndirilməli idi.

48. İşdə olan sənədlərdən görünür ki, İddiaçı tərəfindən təqdim edilmiş, 28.12.2**9cu ildə bağlandığı istinad olunan müqavilədə, mənzilin dəyəri 35.*** (otuz beş min) manat, Cavabdeh1lə 2**7-ci ildə bağlanmış müqavilənin dəyəri isə 3839*,4 manat təşkil etmişdir. Yəni, müqavilələrin formal tarixləri arasında iki ildən artıq vaxt keçməyinə baxmayaraq, sonradan bağlandığı iddia olunan müqavilədə mənzilin dəyəri 1*% azalmışdır. Halbuki, 2**7-2**9-cuillərdə, həmçinin sonralar Azərbaycan Respublikasında daşınmaz əmlakın dəyəri ildən-ilə artır və heç vaxt azalma müşahidə olunmamışdır. 2**7-2**9-cu illərdə isə artım dah a sürətli idi. Apellyasiya məhkəməsi, bu zidiyyəti araşdırmadan, İddiaçı iddiasını təmin etməklə, əsassız qətnamə çıxarmışdır.

49. Apellyasiya məhkəməsi tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müəyyən edilmiş hallara qiymət verilərkən səhv nəticə çıxarılmış, həmin hökmdə İddiaçı adının keçmədiyinə qiymət verilməmiş, hökmdə Cavabdeh1 mülki iddiasının təmin olunmasına istinad etmiş, mülki iddia məbləğinin onun tərəfindən alınmamasını nəzərə almamışdır. Bununla da apellyasiya məhkəməsi tərəfindən MPM-in 82.4-cü maddəsinin tələbi pozulmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

50. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

51. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

52. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:

53. Maddə 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);

54. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını ge ri tələb edə bilər.

55. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

56. Maddə 178.8. (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiyada) Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

57. Maddə 39*.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmunu nu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

58. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

59. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

60. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilm əsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2*14-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 4 mart 2*15-ci il tarixli Qərarı: 62. “Bununla bağlı xüsusilə nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2*1*-cu il 25 oktyabr tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququn u, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.

63. Göründüyü kimi, mənzilin dəyərini tam ödəməklə M.Hüseynov həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin mənzil barədə E.Bağırlı ilə 6 iyul 2*11-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır. Nəticədə mübahisənin həlli zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq norması kimi tətbiq edilən Mülki Məcəllənin 452.1-ci maddəsinin müddəaları duzgün tətbiq edilməmişdir.

64. Mülki dövriyyənin inkişa fı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (Mülki Məcəllənin 425-ci maddəsi).”

65. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2*22ci il tarixli qərardadı: 66. “-

34. Bununla belə, diqqətdən qaçırılmamalıdır ki, mübahisələndirmə şəxsə bağlı olan hüquqdur. Əgər tərəf əqdlə bağlı olmadığına dair öz iradə bəyanını qarşı tərəfə bildirmirsə, etibarsızlıq nəticəsini doğuracaq hüquqi hərəkət (mübahisələndirmə) aidiyyəti şəxs tərəfindən edilməmiş olur. Bu halda məhkəmə işdən iradənin zədələnməsi faktlarını görsə belə, öz xidməti vəzifəsinə əsaslanaraq əqdin etibarsızlığı ilə bağlı həmin halları araşdıra və nəzərə ala bilməz. Çünki, şəxsə bağlı olan hüquqlar əlaqədar şəxsdən başqa heç kim tərəfindən istifadə edilə bilməz. Elə Konstitusiya Məhkəməsi Plenumunun qərarının nəticə hissəsinin 7-ci bəndində də mübahisə edilən əqdlərlə bağlı etibarsızlıq halının tələb olmadan məhkəmə tərəfindən nəz ərə alına bilinməyəcəyi xüsusi olaraq qeyd olunmuşdur.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

69. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

70. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

71. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessua l hüquq normalarına uyğun çıxarılmalıdır.

72. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

73. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 74. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

75. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

76. Maddə 416.1. Kassasiya instansiyas ı məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

77. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

78. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

79. Maddə Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesa b edilir.

80. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

81. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymət ləndirilməməlidir.

82. Hazırki kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Mənzil – Tikinti Kooperativinə qarşı iddiasının təmin edilmiş hissəsində və Cavabdeh1 cavabdehlər "xxxx" Mənzil – Tikinti Kooperativinə və İddiaçı qarşı iddiasının rədd edilməsi hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

83. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissələrdə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

84. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi yoxlanılan hissələr üzrə işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin yoxlanılan hissələr üzrə iş üzrə gəldiyi nəticəvə əsaslandırma ilə razılaşır.

85. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq no rmaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

86. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

87. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 yanvar 2*24-cü il tarixli 2(1*3)-412/2*24 nömrəli qətnaməsi İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Mənzil – Tikinti Kooperativinə qarşı iddiasının təmin edilmiş hissəsində və Cavabdeh1 cavabdehlər "xxxx" Mənzil – Tikinti Kooperativinə və İddiaçı qarşı iddiasının rədd edilm əsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar