Məhkəmə qərarları › İş №2(102)-1956/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1956/2022

05.05.2022 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1956/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: renta müqaviləsinin ləğvi, maddi və mənəvi zərər tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəsi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “renta müqaviləsin ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9766/2021 nömrəli, 27 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 5 may 202 2-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında 08 oktyabr 2018-ci il tarixli Renta müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı, yəni renta alan mülkiyyət hüququ üzrə ona məxsus olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 40, mənzil 34 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzilini cavabdehin mülkiyyətinə vermişdir. Bunun müqabilində cavabdeh, yəni renta ödəyicisi, renta alan sağ olduğu müddətdə (ömürlük) ona maddi, mənəvi dəstək olmağı, onun yaşayış tələbatını ödəməyi, ərzaq, məişət əşyaları, geyimlə, müəyyən istirahətlə təmin etməyi, tibbi müayinədən keçirməyi, yaşayış mənzilinin təmizliyinə baxmağı, mənzilin kommunal xərclərini ödəməyi öhdəsinə gö türmüşdür.

2. İddiaçı 10 avqust 2020-ci ildə X2 gecə saatlarında onun yaşadığı ünvana gələrək narahatçılıq yaratması barədə “102” xidmətinə müraciət etmiş, onun müraciəti araşdırılmış və cavab olaraq bildirilmişdir ki, qeyd olunanlar tam təsdiqini tapmasa da qarşı tərəflə profilaktik söhbətlər aparılmış, tələb olunan qaydalara riayət etmək, narahatçılığa səbəb ola biləcək halların yolverilməz olması, münasibətlərin qorunub saxlanılmasının vacibliyi vurğulanmışdır.

3. İddiaçı 11.03.2021-ci ilddə Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu polis şöbəsinə müraciət edərək Cavabdehlə 08 oktyabr 2018-ci il tarixdə renta müqaviləsi bağlandığını, lakin həmin müqaviləyə əsasən sonuncunun öz öhdəliklərini yerinə yetirmədiyini göstərmiş, 21 mart 2021-ci il tarixli qərarla İddiaçı 11 mart 2020-ci il tarixli müra ciəti əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilmişdir.

4. Hazırkı icraatdan əvvəl İddiaçı Cavabdeh qarşı “Renta müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(007)-640/2020 saylı qərardadı ilə iddiaçı iddia ərizəsi üzrə mülki işin icraatına, iddiaçının iddia tələbindən imtina etməsi nəzərə alınaraq xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı “renta müqaviləsin ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 08 oktyabr 2018-ci il tarixli renta müqaviləsinin ləğv edilməsi, ona vurduğu ma ddi ziyana görə 5000 manat, mənəvi ziyana görə 10000 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir. Uzun illərdir ki, yüksək təzyiq və ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkir. Son 3-4 ildə isə sərbəst hərəkət edə bilmir. Bu səbəbdən xəstəliyi ilə bağlı müalicə ala, gündəlik ərzaqlarını almaq üçün hətta mağazaya gedə bilmir. Cavabdeh müqavilə üzrə öhdəlik götürmüşdür ki, ona həm maddi, həm də mənəvi köməklik edəcək, müalicə almaq üçün tez-tez həkim müayinəsinə aparacaq, zəruri olan gündəlik ərzaqları alacaqdır. Cavabdeh bildirmişdir ki, onun üçün etdiklərinin müqabilində onunla notariat ofisinə gedib vəsiyyətnamə verməlidir. Not ariat ofisinə getdikdən sonra ona aydın olmuşdur ki, cavabdeh onunla renta müqaviləsi bağlamışdır. Cavabdehə inanaraq pensiya kartını da ona vermişdir. Müqavilə bağladıqdan sonra ilk ayda cavabdeh onunla maraqlansa da, sonrakı aylarda cavabdeh ayda 1 dəfə, bəzən isə ayda 2 dəfə yaşadığı mənzilə gəlmişdir. O, hətta lazım olan gündəlik ərzaqları da alıb verməmişdir. Cavabdehə xəstəliyi ilə əlaqədar onu həkim müayinəsinə aparmağını xahiş etsə də, cavabdeh qəti şəkildə bundan imtina etmişdir. Çox vaxt onun pensiyasının bir qismini mənimsəmişdir. Cavabdehlə aralarında 2 ildən artıq müddətdir ki, müqavilə bağlanmasına baxmayaraq cavabdeh bir dəfə də olsun mənzilin təmizlənməsinə təşəbbüs göstərməmişdir, o, əziyyətlə olsa da mənzili özü təmizləyir. Cavabdehlə aralarında bağlanmış müqavilənin şə rtlərini kobud şəkildə pozmuşdur, 08 oktyabr 2018-ci il tarixli renta müqaviləsinin 4-cü bəndinə əsasən renta ödəyicisi renta alan sağ olduğu müddətdə (ömürlük) ona maddi, mənəvi dəstək olmağa, yaşayış tələbatını ödəməyi, ərzaq, məişət əşyaları, geyimlə müəyyən istirahətlə təmin etməyi, tibbi müayinədən keçirməyi, yaşayış mənzilinin təmizliyinə baxmağı, mənzilin kommunal xərcələrini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 12-ci bəndinə əsasən “renta ödəyicisi renta müqaviləsini əhəmiyyətli dərəcədə pozduqda renta alan renta ödəyicisindən rentanı satın almağı və ya müqaviləni ləğv etməyi və zərərin əvəzini ödəməyi tələb edə bilər”. Həmin müqavilənin 15-ci bəndinə əsasən “bu müqaviləyə dəyişikliklər və əlavələr olunması, eləcə də ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə ra zılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir”. Hesab edir ki, cavabdeh müqavilə şərtlərinin heç birinə riayət etmir. Əlavə olaraq bildirmək istəyir ki, cavabdeh onun yüksək təzyiqdən əziyyət çəkdiyini bildiyi üçün son zamanlar gecə saatlarında öyrətdiyi insanlar qəsdən onun mənzilinin qapısını döyürlər. Bu səbəbdən o, gecələr normal yata bilmir və bu onun səhhətinə pis təsir edir. Bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə də müraciət etmişdir.

7. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, hər ay iddiaçıya məxsus kartdan çıxarılmış təqaüd pulunu, əlavə olaraq 200 manat pulu sonuncuya maddi yardım kimi vermişdir və onların arasında “renta müqaviləsi” bağlananda orada “pulla” bağlı qeyd olmamışdır. İddiaçıya dəfələrlə həkimə getməyi təklif etmi şdir, lakin sonuncu bundan imtina etmiş, hətta “təcili tibbi yardım” çağırmaq istədikdə iddiaçı həkimin telefon nömrəsini alaraq ehtiyacı olanda özü zəng edib, evə həkim çağıracağını bildirmişdir. Bundan əlavə, Yeganə adlı qadına iddiaçının mənzilində hər dəfə lazım olan təmizlik işləri görməsi üçün iyirmi manat pul vermiş, ayda beş-altı dəfə, cari ilin iyun ayından sonra isə altı-yeddi dəfə özü iddiaçının evinə baş çəkmiş, ayda dörd-altı dəfə ərzaq almış, hər gün zəng edib maraqlanmış, kommunal xərcləri ödəmiş və bu barədə ödəniş qəbzlərini sübut qismində məhkəməyə təqdim etmişdir. İddiaçı ilə bundan əvvəl eyni əsaslarla məhkəmədə qaldırılan iddia üzrə barışıq əldə olunsa da, iddiaçı bu dəfə onun barəsində “102” xidmətinə şikayət etdiyinə görə ərizənin geri götürülməsi barədə İddiaçı müra ciət etməmişdir. O, hal-hazıradək iddiaçıya ümumilikdə 18000-20000 manat pul xərcləmişdir. İddiaçının yenidən məhkəmədə iddia qaldırması əsassızdır.

8. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, İddiaçı 25 ildən çoxdur ki, tanıyır. Belə ki, iddiaçı iyirmi il əvvəl mənzili kiməsə yazılı şəkildə vəsiyyət etmiş, lakin həmin şəxs avtomobil qəzasında ağır yaralanmış və yeriyə bilməmişdir. Bundan sonra İddiaçı bir nəfər polis əməkdaşı baxmış, lakin sonradan həmin şəxs rəhmətə getdiyi üçün sonuncunun arvadı ona qulluq etmişdir. İddiaçı daha sonra həmin mənzilə dair Faiq adlı şəxsin adına Yasamal rayonu ərazisində yerləşən notariat kontorunda vəsiyyətnamə yazmış, həmin şəxs İddiaçı 5000 manat pul vermişdir. Bir gün İddiaçı ona bildirmiş dir ki, mənzili ona vermək istəyir və bunun müqabilində ona qulluq etməsini ondan xahiş etmişdir. O, 4 il ərzində vicdanla iddiaçıya qulluq edib, alış-verişini etmiş, hər ay ona 300, 350 və 400 manat pul vermişdir. Lakin bir gün İddiaçı onu yanına çağırıb evi Cavabdeh adlı şəxsə renta müqaviləsi üzrə verdiyini bildirmişdir. O, dərhal həmin şəxsin əlaqə nömrəsinə zəng etmiş və bu günə kimi ödədiyi 11000 manat pulu qaytarmasını sonuncudan tələb etmişdir. Cavabdeh qeyd etdiyi məbləğdə pulu 2 saat ərzində ona çatdırmış, həmin vaxtdan sonra İddiaçı ilə bir daha əlaqəsi olmamışdır

9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Q.Əliyeva) 2(007)-1526/2021 saylı 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əs aslandırmışdır ki, iddiaçının ərizəsində göstərdiyi hallar sübuta yetirilməmiş, cavabdehin renta ödəyicisi kimi ömürlük renta müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozması hallarına yol verməsi hazırki araşdırma zamanı öz təsdiqini tapmamışdır. İddiaçı isə bunun əksini təsdiq edən dəlillərini məhkəməyə təqdim edə bilməmişdir.

11. Məhkəmə araşdırması zamanı Cavabdeh iddiaçının ərizəsində göstərdiklərinin həqiqətə uyğun olmadığını, qeyd olunan müqavilənin 4-cü bəndində nəzərdə tutulmuş öhdəliklərinə tam şəkildə əməl etdiyini, yəni iddiaçıya hər ay onun kartından çıxardığı təqaüd pulundan əlavə 200 manat maddi yardım etdiyini, səhhətində problem yarandığı hallarda dəfələrlə iddiaçıya həkimə getmələrini təklif etdiyini, lakin sonuncunun bundan imtina etdiyini, özünün mənzilin təmizli k işlərini görülməsini təmin etdiyini, o cümlədən mütəmadi olaraq iddiaçıya ərzaq aldığını və kommunal xərclərini ödədiyini bildirmiş, bunu təsdiq edən sübut qismində ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir.

12. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən “Neptun” marketə məxsus çeklərə, ödəniş terminallarının qəbzlərinə, o cümlədən "xxxx" MMC-yə məxsus qəbzlərə nəzər yetirdikdə, iddiaçının müqavilənin bağlandığı tarixdən hazıradək mütəmadi olaraq ərzaq və digər məhsulları alması, o cümlədən qeyd olunan mənzilin kommunal xərclərini ödəməsi və müxtəlif dərman preparatlarını alması sübuta yetirilir, hansı ki, məhkəmə iclasında verilmiş suallara cavab olaraq iddiaçının özü də qeyd olunan çek və ödəniş qəbzlərinə müna sibətdə cavabdehin müəyyən vaxtlarda ona bazarlıq etməsini və digər xərcləri ödəməsini etiraf etmiş, cavabdehin müqavilənin şərtlərini hansı formada pozduğuna dair isə mötəbət sübut təqdim edə bilməmişdir

13. Məhkəmə qeyd etmişdir ki, renta müqaviləsinin ləğv edilməsinin mühüm şərti renta ödəyicisinin ömürlük renta müqaviləsini əhəmiyyətli dərəcədə pozduğu anla əlaqələndirilir. Hansı ki, iddiaçı bu əhəmiyyətli dərəcədə pozuntunu təsdiq edəcək sübutunu, eləcə də cavabdehdən 5000 manat məbləğində maddi ziyan tutulmasını tələb etsə də, bu maddi ziyanın yaranmasının əsasları, hesablanma qaydaları, xüsusən maddi ziyanın yetirilməsində cavabdehin təqsirliliyi ilə bağlı müvafiq sübutlar təqdim edilməmiş, iddia tələbini əsaslandırmamışdır. Əksinə, məhkəmə iclasında müəyyən edilmişdir ki, renta müq aviləsinin tərəfi olan cavabdeh renta müqaviləsinin şərtlərinə, bundan irəli gələn öhdəliklərinə, onların yerinə yetirilməsinə əməl etmişdir.

14. İddiaçı digər iddia tələbləri ilə yanaşı ona mənəvi ziyan vurulması ilə bağlı da iddia qaldırmış, mənəvi ziyanın həcmini 10000 manat həddində müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının qənaətinə görə mənəvi ziyan məhz renta müqaviləsinin şərtləri pozulmaqla maddi ziyanın yetirilməsi ilə bağlı olmuşdur və bundan irəli gəlmişdir. Hansı ki, həmin maddi ziyanla bağlı iddia tələbinin əsassız olması və təmin edilməli olmaması məhkəmə iclasında müəyyən edilmişdir. İddiaçı digər tələbində olduğu kimi özünə mənəvi ziyan vurulmasına dair də məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir.

15. Məhkəmə cavabdehin vəsatəti əsasında ş ahid qismində dindirilmiş X1 ifadəsini, cavabdehin irəli sürdüyü dəlilləri təsdiq edən sübut qismində qəbul edərək qiymətləndirmiş və qeyd etmişdir ki, göründüyü kimi, iddiaçı daha əvvəl də müvafiq şəxslərlə renta müqaviləsi bağlamış və ya belə növdə müqavilənin şərtlərinə uyğun olaraq müxtəlif şəxslərlə razılığa gəlmiş, lakin sonradan məhz iddiaçının özünün təşəbbüsü ilə onlar arasındakı müqavilə, razılıq şərtləri pozulmuş, onun sağ olduğu müddətdə (ömürlük) ona maddi, mənəvi dəstək olmağı, yaşayış tələbatını ödəməyi, ərzaq, məişət əşyaları, geyimlə müəyyən istirahətlə təmin etməyi, tibbi müayinədən keçirməyi, yaşayış mənzilinin təmizliyinə baxmağı, mənzilin kommunal xərcələrini ödəməyi öhdəsinə götürən şəxslərlə münasibətlərinə son qoymuşdur. Bunun özü də onun göstərir və təsdiq edir ki, mübahisələndirilən renta müqaviləsinin mənasını, məqsədlərini özündə ehtiva edən şərtləri cavabdehin təqsirli hərəkətləri nəticəsində pozulmamış, məhz iddiaçının özünün qərarsızlığı, müqavilə tərəfi olan cavabdehə şübhə ilə yanaşması onun hazırki iddia ilə məhkəməyə müraciət etməsinə səbəb olmuşdur. Hansı ki, məhkəmə iclasında təkzibolunmaz sübutlarla müəyyən və təsdiq edilmişdir ki, iddia tələbinin hər hansı hüquqi əsası yoxdur, ümumilikdə əsassız olan iddia təmin edilməməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 324, 390.1, 399.1, 405.1, 421.1, 421.2, 421.3, 442, 864.1, 864.2, 879.1, 879.2, 1096.1, 1096.2 və 1097.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 76.1, 76.2, 80, 88, 106.1, 119.1 və 218.1- ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə q anunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9766/2021 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1526/2021 saylı 08 iyul 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh 08 oktyabr 2018-ci il tarixli renta müqaviləsi üzrə iddiaçıya daimi maddi və mənəvi dəstək olmalı olduğu halda müqavilənin mütəmadilik şərtini pozmuş və yalnız görünüş üçün müəyyən vaxtlarda müəyyən şərtlərə əməl etmişdir. Bu hal müqavilənin şərtlərinin vicdanlılığın tələb etdiyi tərzdə, yəni lazımi şəkildə yerinə yetirilməsi demək deyildir. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi işin qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, Mülki Məcəllənin 425.1, 896.2 və 869.3-cü Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

23. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

24. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

25. Maddə 324.4. Müqavilənin bağl anması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

26. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

27. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

28. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

29. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şə rtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

30. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

31. Maddə 421.2. Tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olur.

32. M addə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

33. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

34. Maddə 864.1. Renta müqaviləsinə görə bir tərəf (renta alan) əmlakı digər tərəfin (renta ödəyicisinin) mülkiyyətinə verir, renta ödəyicisi isə alınmış əmlakın müqabilində renta alana vaxtaşırı müəyyən pul məbləği şəklində renta ödəməyi öhdəsinə götürür.

35. Maddə 864.2. Renta müqaviləsinə gör ə rentanı müddətsiz ödəmək (daimi renta) və ya renta alanın ömrü boyu ödəmək (ömürlük renta) vəzifəsinin müəyyənləşdirilməsinə yol verilir.

36. Maddə 879.1. Renta ödəyicisi ömürlük renta müqaviləsini əhəmiyyətli dərəcədə pozduqda renta alan renta ödəyicisindən rentanı satın almağı və ya müqaviləni ləğv etməyi və zərərin əvəzini ödəməyi tələb edə bilər.

37. Maddə 879.2. Əgər ömürlük renta ödənilməsi üçün mənzil, yaşayış evi və ya başqa əmlak pulsuz özgəninkiləşdirilmişdirsə, renta ödəyicisi müqaviləni əhəmiyyətli dərəcədə pozduqda renta alan həmin əmlakın qaytarılmasını və onun dəyərinin rentanın satınalma qiyməti ilə əvəzləşdirilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi

38. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlar dan istifadə etməlidir.

39. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

42. Maddə

416. Kassas iya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-ol unmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 46.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə tam, hərəfli, obyektiv və qərəzsiz baxaraq hüquqi qiymət vermişdir, məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

48. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə d əlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayət təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9766/2021 nömrəli, 27 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar