Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1957/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1-ya və Cavabdeh2 qarşı “müqaviləyə xitam verilməsi” tələbinə dair ilk, Cavabdeh2 İddiaçı və “xxxx” MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə açıq m əhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim S.Mehrəliyev) xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdehlər “xxxx” MTK-ya və Cavabdeh2 qarşı ünvan 1 ünvanında yerləşən xxx saylı mənzilin tikintisinə dair “xxxx" MMC ilə aralarında bağlanmış xx xxxx 2013-cü il tarixli müqavilənin “xxxx” MTK ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqaviləyə nisbətdə icra olunmuş sayılması, həmin mənzilin istifadəsində və sahibliyində olmasının müəyyən edilməsi, “xxxx” MTK ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqaviləyə xitam verilməsi barədə ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, X3 və “xxxx” MMC ara sında ünvan 2 ünvanında yerləşən binanın 3-cü giriş, 14-cü mərtəbəsindəki 1 otaqlı, xxx saylı mənzilə dair xx xxxx 2013-cü il tarixində bağlanmış müqavilənin etibarsız hesab edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən Ş.Məmmədova, hakimlər V.Həsənov və X.Sarıyev) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsinin qarşılıqlı iddianın təmin olunması hissəsində ləğv olunması, qarşılıqlı iddianın həmin hissədə qismən təmin edilməsi, İddiaçı ilə “xxxx “MMC arasında xx xxxx 2013- cü il tarixində ünvan 2 ünvanda yerləşən binanın 3-cü giriş, 14-cü mərtəbəsindəki 1 otaqlı, xxx saylı mənzilə dair bağlanmış müqavilənin həmin mənzilə münasibətdə e tibarsız hesab edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və ilk iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İddiaçı mənzilin tikinti müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsininə müraciət edərək Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı X3 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən xxx saylı mənzilin tikintisinə dair “xxxx” ilə aralarında bağlanmış 2013-cü il tarixli müqavilənin Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqaviləyə nisbətdə icra olunmuş sayılması, həmin mənzilin istifadəsində və sahibliyində olmasının müəyyən e dilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2008-ci iİ tarixli kooperativ binada mənzil tikintisi haqqında müqaviləyə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 öz növbəsində X2 və “xxxx” MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər arasında xx xxxx 2013-cü il tarixdə ünvan 3 ünvanda yerləşən binanın 3-cü giriş, 14-cü mərtəbəsindəki 1 otaqlı, xxx saylı mənzilə dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda g östərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx xxx 2005-ci il tarixli sərəncamından görünür ki, Xətai Rayon İcra Hakimiyyəti başçısının xx xxx 2005- ci il tarixli razılıq məktubu nəzərə alınaraq, “xxxx” MMC-yə X məhəllədə, 0,3 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının layihələşdirilməsinə və tikintisinə icazə verilmişdir. Həmçinin “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2006-cı il tarixli müqavilədən görünür ki, “xxxx” MMC Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx xxx 2005ci il tarixli sərəncamı ilə X məhəllədə ona ayrılmış 0,3 ha torpaq sahəsində hündürmərtəbəli binanın tikilməsi ilə bağlı maddi imkanı olmadığı üçün Cavab deh1 ilə razılığa gəlmişdir. Həmin razılığa əsasən müqavilənin predmeti ilə bağlı vergi qarşısında bütün məsuliyyəti Cavabdeh1 öhdəsinə götürmüşdür. “xxxx” MMC qeyd olunan ünvanda tikinti işlərinin aparılması üçün lazım olan inşaat pasportu, eskiz layihəsi, işçi layihəsini və tikintiyə başlamaq aktını Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş qaydada həll etdikdən sonra Cavabdeh1-nın sərəncamına verməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə Cavabdeh1-ya nizamnaməsinə uyğun olaraq kooperativə qəbul olunmuş payçılarla müvafiq müqavilələr bağlamaq səlahiyyəti verilmişdir. İşin halları ilə müəyyən edilir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2016-cı ıl tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdehlər “xxxx” MMC və "Cavabdeh1” MTK-ya qarşı "mənzil tikintisi haqqı nda müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma, mənzilə sahiblik, istifadə huququnun tanınması, mənzilin təhvil verilməsi” barədə iddiası təmin edilərək, X məhəllədə yerləşən binada 3-cü giriş, 14cü mərtəbədə, 1 otaqlı, xxx saylı mənzilə dair "xxxx” MMC ilə Z arasında bağlanmış xx xxxx 2015-ci il tarixli “mənzil tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsi, 50 000 manat pulun “xxxx” MMC-dən alınıb Z verilməsi, həmin nənzilə dair “xxxx” MMC ilə R arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli “mənzil tikintisi haqqında" müqavilənin etibarsız hesab edilməsi, 47 000 manat pulun “xxxx” MMC–dən alınıb R verilməsi, Z həmin mənzildən çıxarılması və mənzilə Cavabdeh2 sahiblik, istifadə hüququnun tanınması və mənzilin ona təhvil verilməsi qət edilmişdir. Cavabdeh “xxxx " MMC-nin qətnamədən verdiyi apelyasia şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə təmin edilmədən iş üzrə Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən cavabdeh “xxxx" MMC kasasiya şikayəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təqdimat vermişdir. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş halları ilə müəyyən edilmişdir ki, xx xxxxxx 2008-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən “xxxx” MTK X məhəllədə yerləşən binada 3-cü giriş, 14-cü mərtəbədə, ümumi sahəsi 72,2 kv.metr olan, 1 otaqlı xxx-saylı mənzili tikib Cavabdeh2 təhvil verməyi, sonuncu isə mənzili qəbul edib əvəzində müəyyənləşdirilmiş pay haqqını “xxxx” MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin pay haqqı 39 710 manat müəyyən edilmiş və həmin haqq Cavabdeh2 tərəfindən tam məbləğdə ödənilərək sonuncunun adına xx xxxxxx 2008-ci tarixli maliyyə arayışı verilmişdir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mənzilə dair Cavabdeh2lə bağlanılmış “mənzil tikintisi haqqında“ müqavilə ləğv olunmadığı və sonuncunun mənzilə olan hüquqlarına xitam verilmədiyi halda, “xxxx" MMC tərəfindən mənzilə dair Z ilə xx xxxx 2015-ci il tarixli, R xx xxxxxx 2015-ci il tarixli “mənzil tikintisi haqqında” müqavilələrin bağlanması zamanı qanunvericiliyin tələbləri pozulmuşdur. Kasasiya instansiyası məhkəməsi qeyd olunan hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb hesab etmişdir ki, xx xxxxxx 2008-ci tarixl i “mənzil tikintisi haqqında” müqaviləyə və maliyyə arayışına əsasən Cavabdeh2 mənzilin pay haqqını tam məbləğdə ödəməklə həmin mənzilə mülkiyyət hüququ əldə etdiyindən, sonradan həmin mənzilə dair Z və R bağlanmış “mənzil tikintisi haqqında” müqavilələr əhəmiyyətsiz əqd olmaqla bağlandığı andan etibarsız olmuşdur. Çünki “xxxx" MMC özünə aid olmayan mənzilə dair müqavilələr bağlamaqla Cavabdeh2 həmin mənzilə dair hüquqları pozulmuşdur. Digər tərəfdən “xxxx" MMC tərəfindən həmin mənzilə dair Cavabdeh2lə bağlanılmış “mənzil tikintisi haqqında“ müqavilə ayrıca məhkəmə kollegiyasında mübahisələndirilmiş və qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə “xxxx" MMC-nin iddia ərizəsi əsassız olduğundan rədd edilmişdir. Göründüyü ki mi, Cavabdeh2 mənzilə hüquqları qanuni əsaslarla əmələ gəlmişdir və mənzilə dair onunla bağlanmış “mənzil tikintisi haqqında” müqavilənin etibarlı olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin və təqdimatın dəlillərini müzakirə edib hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsini mübahisəli mənzilə dair “xxxx" MMC Z, R arasında bağlanmış “mənzil tikintisi haqqında" müqavilələrin etibarsız hesab edilməsi, müqavilə üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılması, eyni zamanda Z mənzildən çıxarılması və həmin mənzilə Cavabdeh2 sahiblik, istifadə hüququnun tanınması hissəsində dəyişdirilmədən saxlamaqla apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələbl ərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Apelyasiya instansiyası məhkəməsində işə baxılarkən, məhkəmə aktı marağına toxunduğu halda Y işdə iştirak etməyə cəlb edilməmişdir. Belə ki, mübahisəli mənzilə dair “xxxx" MMC ilə Y arasında xx.xx.2013-cü il tarixli “mənzil tikintisi haqqında" müqavilə bağlanmış və müqavilənin şərtlərinə görə “xxxx" MMC mənzili tikib İddiaçı sahibliyinə, istifadəsinə verməyi, sonuncu isə mənzili qəbul edib əvəzində müəyyənləşdirilmiş 41.000 manat pay haqqını "xxxx" MMC ödəməyi öhdəsinə götürmüşdür. Y mənzilin pay haqqını tam məbləğdə ödəmiş və bu barədə ona borcunun olmamasına dair “xxxx MMC tərəfindən maliyyə arayışı verilmişdir. Göstərilənlərə əsasən cavabdeh “xxxx" MMC-nin kasasiya şikayəti və Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin təqd imatı qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi qismən X məhəllədə yerləşən binada 3-cü giriş, 14-cü mərtəbədə, ümumi sahəsi 72,2 kv.metr olan, 1 otaqlı xxx-saylı mənzilin Cavabdeh2 təhvil verilməsinə aid hissədə ləğv edilmiş, mülki işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi xx.xx.2008-ci il tarixli “mənzil tikintisi haqqında” müqaviləyə əsasən “xxxx” MTK X məhəllədə yerləşən binada 3-cü giriş, 14-cü mərtəbədə, ümumi sahəsi 72,2 kv.rnetr olan, 1 otaqlı xxx-cı mənzili tikib Cavabdeh2 təhvil verməyi, sonuncu isə mənzili qəbul edib əvəzində müəyyənləşdirilmiş pay haqqını “xxxx" MTK ödəməyi öhdəsinə götü rmüşdür. Mənzilin pay haqqı 39.710 manat müəyyən edilmiş və haqqı Cavabdeh2 tərəfindən tam məbləğdə ödənilərək sonuncunun adına xx.xx.2008-ci il tarixli maliyyə arayışı verilmişdir. Eyni zamanda mübahisəli mənzilə dair Cavabdeh2lə bağlanmış “mənzil tikintisi haqqında” müqavilə ləğv olunmadığı və sonuncunun mənzilə olan hüquqlarına xitam verilmədiyi halda, “xxxx" MMC tərəfindən mənzilə dair İddiaçı ilə xx.xx.2013-cü il tarixli “mənzil tikintisi haqqında" müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göstərilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, xx xxxxxx 2008-ci il tarixli “mənzil tikintisi haqqında” müqavilə “xxxx” MTK ilə Cavabdeh2 arasında bağlandığına görə həmin müqavilənin ləğv edilməsi və bu müqavilə üzrə hüquq və vəzifələrin xitam verilməsini tələb hüququ müqavilənin tərəflərinə məxsusdur və X1 göstərilən müqaviləyə xitam verilməsi tələbi ilə çıxış etmək hüququ yoxdur. Ona görə də, iddiaçı X1 cavabdehlər “xxxx” MTK-ya və Cavabdeh2 qarşı “müqaviləyə xitam verilməsi tələbinə dair" ilk iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Bundan başqa apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın təmin olunması ilə bağlı qənaəti ilə razılaşmayaraq, düzgün olaraq hesab etmişdir ki, bu hissədə tələb qismən təmin olunmalı idi.Belə ki, iş materiallarından görünür ki, Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə xx xxx 2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir.Qarşılıqlı iddia ərizəsində etibarsızlığını tələb etdiyi xx xxxx 2013-cü il tarixli ünvan 4 ünvanda yerləşən binanın 3-cü giriş, 14-cü mərtəbəsindəki 1 otaqlı, 286 saylı mənzilə dair bağlanmış müqavilənin mövcudluğundan isə xx xxxxxxx 2017-ci il tarixdə məlumatlı olmuşdur. (hətta ən gec müddət kimi Ali Məhkəmənin xx xxxxxxx 2017-ci il tarixli Qərarının tarixini götürsək). Göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 müqavilənin etibarsızlığı ilə bağlı bir illik kəsici müddəti ötürdüyündən müqavilənin etibarsız sayılması qarşılıqlı iddia üzrə iddiaçıya münasibətdə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş halistisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin alqı-satqı müqaviləsi ilkin olaraq Cavabdeh2 ilə bağlandığından, müqavilə ləğv olunmadığı və onun mənzilə olan hüquqlarına xitam verilmədiyi halda, onun razılığı olmadan sonradan həmin mənzilə dair “xxxx “MMC-nin X3 ilə xx xxxx 2013-cü il tarixli “ mənzil tikintisi haqqında" müqavilə bağlanılması mülki qanunvericiliyin tələblərinə və müqavilə şərtlərinə zidd olduğundan İddiaçı ilə “xxxx” MMC arasında xx xxxx 2013-cü il tarixdə ünvan 4 ünvanda yerləşən binanın 3-cü giriş, 14-cü mərtəbəsindəki 1 otaqlı, xxx saylı mənzilə dair bağlanmış müqavilə həmin mənzilə münasibətdə etibarsız hesab edilməlidir Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kolle giyası QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1957/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1957/2020
16.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver