Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1958/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, prosessual müddətin ötürülməsi) 01.05.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2106/2023 nömrəli, 5 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında baxaraq, aşağıd akı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və azyaşlı X1 7.500 manat məbləğində kompensasiya verilməklə onların Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 5-də yerləşən 29 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi, əmlakları ilə birlikdə mənzildən çıxarılmaları və dövlət rüsumu kimi ödədiyi 100 manat pulun cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçı dəqiqləşmə verərək, kompensasiyanı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 hər birinə 4000 manat olmaqla, cəmi 12000 manat məbləğində təklif etmişdir.
3. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(060)-2779/2023 nömrəli, 5 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Ələkbərov) iddia təmin edilmişdir.
4. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2106/2023 nömrəli, 5 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Məmmədov (sədrlik edən və məruzəçi) L.Rəhimli və İ.Dəmirov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Həmin qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1529/2024 nömrəli, 15 mart 2024-cü il tarixli qərardadı ilə (hakimlər A.Hüseynov (məruzəçi), Ə.Nurməmmədov, Z.Babayev) kassasiya şikayəti maddi və prosessual hüquq normalarının pozulmasının və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğu göstərilməməsi səbəbindən qeyri-mümkün hesab edilərək, geri qaytarılmışdır.
8. Cavabdeh1 18 mart 2024-cü il tarixdə qətnamədən yenidən kassasiya şikayəti vermişdir.
9. Kassasiya şikayəti işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra MPM)
10. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
11. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
12. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
13. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
14. Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır.
15. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
16. M addə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
17. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti 2 aylıq müddət ötürülməklə verilmişdir.
19. MPM-ə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından verilmiş kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
20. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq qeyd edir ki, Cavabde h1 ilk dəfə 26 fevral 2024-cü il tarixdə kassasiya şikayəti vermiş, Ali Məhkəmənin 15 mart 2024cü il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.
21. Nəzərə alınmalıdır ki, kassasiya şikayətinin qeyri-mümkün hesab edilərək, geri qaytarılması həmin şikayətin verilməsi üçün prosessual müddətin axınını dayandırmır.
22. Lakin hazırkı kassasiya şikayəti isə 18 mart 2024-cü il tarixdə, yəni qətnaməni rəsmi qaydada aldığı vaxtdan 2 ay müddəti ötürülməklə verilmiş və kassasiya şikayətinə buraxılmış prosessual müddətin bərpası barədə ərizə əlavə edilməmişdir.
23. Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
24. Qeyd olunanlara əsasən və MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2106/2023 nömrəli, 5 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin.