Məhkəmə qərarları › İş №2(102)-1960/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1960/2022

12.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1960/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "Əmlak X1" MMC-yə, "xxxx" ASC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Suraxanı rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələri barədə protokolun, alıq-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlun dan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh "xxxx" QSC BOKT-un vəkili Vəkil və cavabdeh Vnın vəkili Mnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5368/2021 nömrəli iş üzrə 15 iyul 2021-ci il tarixli qətnaməsindən 3-cü şəxslər "xxxx" QSC BOKT və V tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri üzrə işə 12 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "Əmlak X1" MMC-yə, "xxxx" ASC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Suraxanı rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə "hərracı n nəticələri barədə protokolun və s. etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinə dair Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş RO1/80/19 saylı, 29.10.2019-cu il tarixli qiymətləndirmə rəyinin və cavabdeh “Əmlak X1” tərəfindən 07.01.2020-ci il tarixdə keçirilən hərracın və onun nəticələri haqqında Y-01 nömrəli protokolun və hərracın yekunları üzrə 07.01.2020-ci il tarixli alqı-satqı müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, cavabdeh "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 07 avqust 2008-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş fərdi yaşayış evi üzrə ipotekaya xitam verilməsi və ipoteka predmetinin ipoteka ilə yüklülükdən azad edilməsi və bu barədə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydin aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-548/2009 saylı, 16 aprel 2009-cu il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən ondan cəmi 70822 ABŞ dolları məbləğində borc və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi və tələbin verilmiş kreditin təminatı kimi ipoteka qoyulmuş ona məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinin hərraca çıxarılaraq satılması hesabına borcun tələbkar "xxxx" ASC-yə ödənilməsi və satışdan qalan məbləğin ona ödənilməsi qət edilmişdir. Belə ki, 16 aprel 2009-cu il tarixli icra sənədi Suraxanı Rayon Məhkəməsi tərəfindən icraya yönəldilmiş, Suraxanı rayon İcra və Probasiya şöbəsinin sifariş məktubu əsasında əmlakın qiymətləndirilməsi işi "xxxx" MMC tərəfindən həyata keçirilərək 2011-ci il üçün əmlakın ilkin satış qiyməti 70.000 manat müəyyən edilmişdir. Lakin əmlak qiymətləndirildikdən sonra bilinməyən səbəblərdən iş bir neçə il icra şöbəsində saxlanılmış və üzərindən 5 il keçdikdən sonra - 2016-cı ildə Suraxanı rayon İcra və Probasiya şöbəsi tərəfindən icra sənədinin icrasına başlanaraq ona məxsus fərdi yaşayış evinin hərracda satılması barədə 25.10.2016-cı il tarixli məktubla “Əmlak X1” MMC-yə sifariş verilmişdir. Beləliklə, 14.12.2016-cı il tarixində əmlakın açıq hərracdan satılması üçün ilkin satış qiyməti 70.000 manat olmaqla ilkin hərraca çıxarılmış, lakin hərracda alıcı olmadığı üçün hərrac baş tutmamışdır. Bundan sonra ipoteka predmeti dəyərindən 15% aşağı qiymətinə 59.500 manata 18.01.2017-ci il tarixində təkrar hərraca çıxarılmışdır. Lakin təkrar hərracda da alıcı olmadığı üçün “Əmlak X1” MMC tərəfindən keçirilmiş hər iki hərrac baş tutmadığına görə əmlak satılmamışdır. Bundan sonra, sözügedən əmlak qanunvericiliyin tələblərinə əsasən ipoteka saxlayan (tələbkar) “Azərbaycan T Bankı» ASC-yə təklif olunsa da, Bank tərəfindən də, alınmadığına görə iş Suraxanı rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmışdır. Məlum olduğu kimi, 2016-2017-ci illərdə hərraca çıxarılan və satılmayan əmlak qanunvericiliyin tələ blərinə əsasən ipoteka saxlayan (tələbkar) "xxxx" ASC tərəfindən əldə edilməli olduğu halda, tələbkar tərəfindən əldə edilməmiş və hərracın təşkilatçısı “Əmlak X1” MMC ilə ipoteka predmetinin əldə edilməsinə dair hərracın yekunları barədə protokol bağlanmamışdır. Təkrar hərrac baş tutmamış elan edildikdən sonra cavabdeh "xxxx" ASC 30 gün ərzində ipoteka predmetini əldə etməli olduğu halda, Bank sözügedən əmlakı balansına götürmədiyi üçün iş yenidən Suraxanı rayon İcra və Probasiya Şöbəsinə qaytarılmışdır. Ən böyük qanunsuzluqlar bundan sonra başlamışdır. Belə ki, şəxsi maraqları üçün məqsədli şəkildə işin icrasını saxlayan Suraxanı rayon İcra və Probasiya şöbəsi 26.09.2019-cu il tarixdə (təxminən 9 il sonra) sözügedən əmlakın yenidən qiymətləndirilməsinə qərar verir. Bu səfər əmlakın qiy mətləndirilməsi məqsədli və planlı şəkildə R MMC-yə həvalə edilir. Öncədən qiymət sifarişini almış Cavabdeh1 MMC tərəfindən 2019-cu il tarixə əmlakın ilkin satış qiyməti cəmi 23.500 manat müəyyən edilir. Təəccüblü hal odur ki, bu 10 il müddətində daşınmaz əmlak bazarında bahalaşma nəzərə alınsa, sözügedən əmlakın qiyməti dəfələrlə artmaqdansa, necəsə tam əksinə dəfələrlə aşağı düşmüşdür?! Təbii ki və məlum məsələdir ki, şəxsi məqsədlərinə nail olmaq üçün sözügedən iş maraqlı şəxslər tərəfindən əvvəlcədən planlaşdırılmaqla bu şəkildə yönləndirilmişdir. Beləliklə, Suraxanı rayon İcra və Probasiya şöbəsi qanunsuz olaraq 21.11.2019-cu il tarixli sifariş məktubu ilə “Əmlak X1”nə təkrar sifariş vermiş, ona məxsus fərdi yaşayış evinin satılması üçün 3-cü dəfə hərrac keçirilməsini xahiş etmişdir. Təkrar sifariş məktubu aldıqdan sonra Hərrac Mərkəzi ona məxsus fərdi yaşayış evinin açıq hərracdan satılması üçün satış qiyməti 23.500 manat olmaqla 18.12.2019-cu il tarixində 3cü dəfə hərraca çıxarır. Lakin 3-cü hərracda, alıcı olmadığı üçün hərrac baş tutmur və ipoteka predmeti dəyərinin 15% aşağı qiymətinə cəmi 19975 manata 07.01.2020-ci il tarixdə 4-cü dəfə hərraca çıxarılır və nə əcəbsə bu səfər hərrac baş tutur, 80.000 manat real bazar dəyəri olan əmlak öz qiymətindən qat-qat aşağı, demək olar ki, su qiymətinə, cəmi 20.000 manata dərhal satılır. Beləliklə, hazırki iş üzrə keçirilmiş hərracların tarixləri: 14 dekabr 2016-cı il, 18 yanvar 2017-ci il, 18 dekabr 2019-cu il, 07 yanvar 2020-ci il. İşin faktiki hallarından göründüyü kimi, təkrar hərrac adı ilə 4 dəfə hərrac keçirilmiş, 2- ci hərrac baş tutmadıqdan sonra 30 gün müddətində Bank ipoteka predmetini əldə etməmişdir. Halbuki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Cavabdeh tərəfindən keçirilmiş bu qanunsuz hərraclar barədə ona heç bir rəsmi bildiriş verilmədiyinə görə həmin hərracların harada, nə vaxt, hansı qaydada keçirilməsinə dair heç bir məlumatı olmamışdır. Belə ki, 2016-cı ildə ondan xəbərsiz olaraq 2 dəfə hərrac keçirilmiş, hər iki hərrac baş tutmamış, lakin bilinməyən səbəblərdən Bank tərəfindən əmlak balansa alınmamışdır. Bundan sonra iş məqsədli şəkildə uzadılaraq 2019-cu ildə onun xəbəri olmadan əmlakı təkrar hərraca çıxarılaraq 4-cü hərracda dəyərindən qat-qat aş ağı qiymətə satılmışdır. Baş vermiş bütün bu proseslərdən o, sonradan təsadüf nəticəsində xəbər tutmuşdur. Bundan əlavə, ona məxsus ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinin qiymətləndirilməsinə dair Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş 29.10.2019-cu il tarixli qiymətləndirmə rəyi əmlakın real bazar qiymətini özündə əks etdirmir, əsassızdır və tənasübsüz qaydada aşağıdır. Belə ki, Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş qiymətləndirmə rəyinə nəzər yetirdikdə məlum olur ki, qiymətləndirici daşınmaz əmlakı qiymətləndirərkən vizual baxış metodu ilə kifayətlənmiş, həmin ərazidə cari dövrdə, əmlakın yerləşdiyi ərazidə daşınmaz əmlakların satışı üzrə aparılmış əməliyyatları, mülki dövriyyəni və daşınmaz əmlakla bağlı əqdlərin qiymətini nəzərə almamış, statistik təhlil aparmamış, rəy əsas etibarilə formal mülahizələrə və şablon müddəalara əsaslanmışdır. Başqa sözlə, qiymətləndirmə rəyində qiymətləndirici mübahisəli daşınmaz əmlaka dair zəruri bütün sənədlərlə tanış olmamış, qiymətləndirilən daşınmaz əmlakın dəyərinə təsir edən bütün amillər müəyyən edilməmiş, daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi üçün analoji daşınmaz əmlakların bazar dəyəri təhlil edilməmiş, müvafiq əmlakların müqayisəli təhlili aparılmamış və daşınmaz əmlakın cari dövrdəki dəyəri də qeyri-obyektiv təyin edilmişdir. Həmçinin, fərdi yaşayış evi naməlum vaxtda, naməlum şəraitdə qiymətləndirilmiş və qiymətləndirmə prosesində iştirak etmiş şəxslərin dairəsi məchuldur. Həmin əmlakın qiymətləndirici tərəfindən hansı vaxtda, hansı şəraitdə, kim tərəfindən və kimin iştirakı ilə qiymətləndiril məsi məlum deyil. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 10 sentyabr 2020-ci il tarixli, 2(006)-2776/202 saylı məhkəmə iclas protokolu ilə (hakim Rəşid Səmədov) "xxxx" QSC BOKT müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(006)-2776/202 saylı məhkəmə iclas protokolu ilə (hakim Rəşid Səmədov) V müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(006)-2776/2020 nömrəli qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia tələbi təmin edilərək, cavabdeh “Əmlak X1" tərəfindən 07.01.2020-ci il tarixdə keçirilən hərracın və onun nəticələri haqqında Y-01 nömrəli protokol və hərracın yekunları üzrə 07.01.2020-ci il tarixli alqı-satqı müqaviləsi və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, cavabdeh "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 07 avqust 2008-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş fərdi yaşayış evi üzrə ipotekaya xitam verilməsi və ipoteka predmetinin ipoteka yüklülüyündən azad edilməsi, bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər 1 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydin aparılması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında müəyyən olundu ki, qüvvədə olan qanunvericiliyə əsasən ipoteka predmeti ilə əlaqədar 14 dekabr 2016-cı il və 18 yanvar 2017-ci il tarixlərdə hərraclar keçirilmiş, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməmişdir. Bundan sonra, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğu halda, ipoteka predmeti ilə əlaqədar əlavə olaraq 2 dəfə (18 dekabr 2019-cu il və 07 yanvar 2020-ci il tarixlərdə) hərrac keçirilmişdir. Bu hal mənzilin mülkiyyətçisinin hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Göründüyü kimi, ipoteka predmeti ilə əlaqədar dörd dəfə hərracın keçirilməsi halı hərracın keçirilmə qaydalarının kobud şəkildə pozulmasına dəlalət edir. Belə olan halda məhkəmə hesab edir ki, mülkiyyətçinin hüquqlarının pozulması ilə təşkil edilən h ərracın nəticələri etibarsız hesab olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.1, 41.2, 42.1, 42.3, 43.4, 43.5, 43.7, 43.8, 44-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5, 416-ci Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair» 28 oktyabr 2014-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(006)-2776/2020 nömrəli qərardadı ilə (hakim Rəşid Səmədov) İddiaçı Cavabdeh1 MMC-yə qarşı “əmlakın qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qətnamədən narazı qalan 3-cü şəxs V apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan 3-cü şəxs "xxxx" QSC BOKT apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rəşad Həsənov- sədrlik edən və məruzəçi, Vəfaddin İbayev, Şeyda Məhərrəmova) 2(103)-5368/2021 saylı, 15 iyul 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.11.2020-ci il tarixli, 2(006)-2776/2020 nömrəli qətnaməsinin dəyişdirilməsi, cavabdeh "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına ödənilmiş 20.000 manatın ondan alınaraq digər cavabdeh Vna ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə ipoteka predmeti olan fərdi yaşayış evi ilə əlaqədar faktiki olaraq dörd dəfə hərrac keçirilmiş, bununla da hərracın qanunla müəyyən edilmiş keçirilmə qaydaları kobud şəkildə pozulmuşdur. Həmin hərrac mülkiyyətçinin hüquqlarının pozulması ilə təşkil edildiyindən, məhkəmə kollegiyasının qənaətinə görə, onun nəticələri də et ibarsız hesab olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını düzgün müəyyən etməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, cavabdeh “Əmlak X1" tərəfindən 07.01.2020-ci il tarixdə keçirilən hərracın və onun nəticələri haqqında Y-01 nömrəli protokol və hərracın yekunları üzrə 07.01.2020-ci il tarixli alqı-satqı müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, cavabdeh "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 07 avqust 2008-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş fərdi yaşayış evi üzrə ipotekaya xitam verilməsi və ipoteka predmetinin ipoteka yüklülüyündən azad edilməsi barədə qanuni, əsaslı və mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi əqdin etibarsızlığını müəyyən etsə də, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq, tərəflərdən hər birinin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmaq vəzifəsinə dair tələbini nəzərə almamışdır. Kollegiyanın qənaətinə görə, mübahisə tərəflərinin öz aralarında bağlanmış hesab etdikləri alqı-satqı müqaviləsi etibarsız əqd olduğundan, həmin müqavilə əsasında cavabdeh "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına ödənilmiş vəsait cavabdehin əsassız varlanması kimi qiymətləndirilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri 3-cü şəxs "xxxx" QSC BOKT (vəkili P) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qə tnaməsinin ləğv edilərək, apelyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qətnamədən müəyyən olunur ki, iddia tələbi təmin edilərkən birinci instansiya və apellyasiya instansiyası məhkəmələri belə qənaətə gəlmişlər ki, ipoteka predmeti ilə bağlı dörd dəfə hərracın keçirilməsi halı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olduğundan, bununla bağlı keçirilmiş hərracların nəticəsi etibarsız hesab edilməli, ipoteka əmlakı ipoteka saxlayan tərəfindən 30 gün ərzində əldə olunmadığından ipotekaya xitam verilməlidir. Məhkəmə kollegiyası “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.4-43.8 və 48- ci maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.443.8 və 48- ci maddələrinin şərh edilməsinə dair” Qərarına istinad edərək qeyd edir ki, ipoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. Hesab edir ki, ipotekaya xitam verilməsi ilə bağlı həm birinci, həm də apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə üçün əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və sübut edilməmişdir. Belə ki, iş materiallarında olan “Əmlak X1” MMC-nin tələbkar "xxxx" ASC-yə, borclular İddiaçı, X2, X5, X3 və X4 ünvanladığı “açıq hərracın keçirilməsinə dair” 11.11.2016-cı il tarixli, 5028№-li bildirişdən görünür ki, ünvan 2 ünvanda yerləşən 1 mərtəbəli 2 saylı fərdi yaşayış evinin satış qiyməti 70.000 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi 14 dekabr 2016-cı il tarixə təyin edilmişdir. İş materiallarında olan “Əmlak X1” MMC-nin tələbkar "xxxx" ASC-yə, borclular İddiaçı, X2, X5, X3 və X4 ünvanladığı “açıq hərracın keçirilməsinə dair” 06.01.2017-ci il tarixli, 56№-li bildirişdən görünür ki, ünvan 2 ünvanda yerləşən 1 mərtəbəli 2 saylı fərdi yaşayış evinin satış qiyməti 59.500 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi 18 yanvar 2017-ci il tarixə təyin edilmişdir. Qeyd edilməlidir ki, təhvil-təslim sənədlərindən əldə etdikləri “Əmlak X1” MMC-nin tələbkar "xxxx" ASC-yə ünvanladığı 19.0 1.2017-ci il tarixli 305 saylı Bildiriş məktubuna əsasən İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən 1 mərtəbəli 2 saylı fərdi yaşayış evinin alınması üçün müqavilənin bağlanması, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ipoteka saxlayanın alıcı qismində çıxış etməsi ilə bağlı hərrac təşkilatına hərrac xərcinin ödənilməsi bildirilmişdir. Tələbkar "xxxx" ASC “Əmlak X1” MMC-nin 19.01.2017-ci il tarixli 305 saylı məktubuna 27.01.2017-ci il tarixli 13/428 saylı məktubla rəsmi cavab verərək, Bank tərəfindən ipoteka predmetini qeyd olunmuş qiymətə, yəni təkrar hərracdan ilkin satış qiymətindən 25% aşağı qiymətə əldə edilməsi üçün müvafiq alqı-satqı müqaviləsinin imzalanma tarixinin müəyyənləşdirilib rəsmi məlumat verilməsi xahiş edilmişdir. Eyni zamanda bank həmin məktubda hərracın keçirilməsi ilə bağlı hərrac təşkilatına ödənilməli olan xidmət haqqı xərclərinin alıcı qismində iştirak edən bankın deyil, mülkiyyətçinin (cavabdehin) üzərinə qoyulmalı olduğunu bildirmiş və həmin məktub hərrac təşkilatına göndərilmişdir. Yəni icra sənədi üzrə tələbkar "xxxx" ASC hərrac təşkilatı tərəfindən ona təkilf olunan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətə alınmasına öz razılığını bildirmişdir. Həmin məktub hərrac təşkilatına daxil olmuş, lakin o məktuba rəsmi cavab verilməmişdir. Buradan da göründüyü kimi, ipoteka saxlayan olaraq "xxxx" ASC ipoteka əmlakını əldə etmək və alqı-satqı müqaviləsi bağlamaq üçün özünün rəsmi razılığını bildirmişdir. Hərrac mərkəzi tərəfindən həmin məktubun cavablandırılması ilə bağlı aidiyyatı icra şöbəsi nə və ya tələbkara rəsmi məlumat verilməmişdir. İş materiallarında icra işinin Suraxanı rayon İcra şöbəsi tərəfindən məhkəməyə qaytarılması ilə bağlı hər hansı bir sənəd mövcud deyildir. Mülki iş üzrə cavabdeh tərəf olan “Əmlak X1” MMC-nin mövqeyi nə birinci instansiya məhkəməsində, nə də ki, apelyasiya instansiyası məhkəməsində aydınlaşdırılmamışdır. İstər birinci instansiya məhkəməsi, istərsə də, apelyasiya instansiyası məhkəməsi 2016-2017-ci ildə keçirilmiş hərracın nəticələrini və hansı səbəbə baş tutmamasını düzgün araşdırmamışlar. Bütün bunları hərtərəfli araşdırmadan hazırkı mübahisə ilə bağlı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.8-ci maddəsinin tələblərinin tətbiq edilməsi sözügedən qanunvericiliyə ziddir. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il ta rixli 570 №-li Fərmanının və Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC-nin İddiaçı qarşı cəmi 70.822 ABŞ dolları həcmində problemli borcu üzrə tələb hüququ "xxxx" QSC-yə təhvil verildikdən sonra müəyyən olunmuşdur ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qətnaməsi icra olunmamışdır və İddiaçı barədə çıxarılmış qətnamənin icrasının davam etdirilməsi üçün "xxxx" QSC-nin törəmə müəssisəsi olan “X9 Edilməsi “Agentliyi tərəfindən 07.05.2019-cu il tarixli, 1571 nömrəli məktubla aidiyyatı üzrə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə məktubla müraciət olunmuşdur. Suraxanı rayon İcra və Probasiya şöbəsi tələbkar "xxxx" ASC-nin “Əmlak X1” MMC-nin 19.01.2017-ci il tarixli 305 saylı məktubuna cavab olaraq verdiyi 27.01.2017- ci il tarixli 13/428 saylı məktubuna münasibət bildirməli olduğu halda, bunu etməmiş, ipoteka əmlakının yenidən hərracda satışı ilə bağlı sifariş vermişdir ki, bu da son nəticədə həm əvvəlki, həm də son hərracların etibarsız hesab edilməsinə gətirib çıxarmışdır. Halbuki məhkəmə tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri nəzərə alınaraq 2016-2017-ci ildə keçirilmiş hərracın nəticəsi deyil, 2019-2020-ci il tarixlərdə keçirilmiş hərracların nəticəsi etibarsız hesab edilməli idi. 3-cü şəxs V (vəkili M) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, apelyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin MülkiKollegiyası işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki hallarını düzgün araşdırmamış, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, buə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, onun imzaladığı müqaviləni etibarsız hesab edərkən daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamamlığı prezumpsiyasını, mübahisə predmeti olan fərdi yaşayış evinin onun xüsusi mülkiyyətində olmasını, o cümlədən onun vicdanlı alıcı olmağını nəzərə almamış, nəticədə onun Konstitusiyanın 13, 29 və 60-cı maddələrində, həmçinin «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya dair 1 saylı protokolun 1-ci maddəsində təsbit edilmiş hüquqlarını pozmuşdur. ünvan 3 ünvanında yerləşən 2 s aylı fərdi yaşayış evinin dördüncü hərracda satılması üçün sifarişi dövlət orqanı Suraxanı rayon İcra və Probasiya şöbəsi vermişdir. Yəni o, alıcı qismində iştirak etdiyi və əldə edəcəyi əmlakın qanuni əsaslarla hərraca çıxarılmasına, həmin əmlakı hərracda əldə edəcəyi təqdirdə onu hər hansı səbəbdən itirməyəcəyinə dövlətin zəmanət verdiyini güman edərək hərracda iştirak etmiş və sözügedən daşınmaz əmlakı tamamilə qanuni şəkildə xüsusi mülkiyyətinə əldə etmişdir. İşə baxmış Bakı Apellvasiva Məhkəməsinin Mülki Kollegiyası mülki mübahisəni mülkiyyətin toxunulmazlığı barədə qanunvericiliyin tələbləri əsasında həll etməli olsa da, lakin ona qarşı ərəzli mövqe nümayiş etdirərək, konstitusiyada təsbit olunmuş konstitusion normaları, mülki qanunvericiliyi, dövlət orqanının sifarişi ilə bağlanmış hərrac protokolu və alqı-satqı müqaviləsini, eləcə də AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 11.02.2020-ci il rixli, ********** №-li Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 2 saylı fərdi yaşayış onun xüsusi mülkiyyətində olmasını görməzdən gəlmiş və üzərinə düşən vəzifələri icra etməyərək onları kobud şəkildə pozmuşdur.Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, o, mübahisəli fərdi yaşayış evinin dəyərini tam ödəmiş və ona mülkiyyət hüququna dair çıxarış verilmişdir. Həmçinin işin müəyyən edilmiş hallarından görünür ki. onunla Suraxanı rayon İcra və Probasiva Şöbəsi və "Əmlak X1” MMC arasında hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi bağlanan zaman AR ƏMDK yanında Daşın maz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 01.03.2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən və Suraxanı rayon məhkəməsinin 16.04.2009-cu il tarixli, 2(010)-548/2009 saylı icra vərəqəsinə əsasən satılan əmlaka hüquq sifarişçi Suraxanı rayon İcra və Probasiva Şöbəsinə məxsus olmuş və mübahisəli fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsi məhz dövlət tərəfindən verilmiş qərara və həmin çıxarışa etimad və güvən əsasında bağlanmışdır. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hü ququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Apelyasiya instansiyası məhkəməsinin tərəflər arasında bağlanmış hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin etibarsız olması qənaətinə gələrkən əsaslandığı hal hərracın dördüncü dəfə keçirilməsi olmuşdur. Bununla əlaqədar qeyd edilməlidir ki. həmin əmlakın hərracda satılması ilə bağlı sifarişçi dövlət orqanı Suraxanı rayon İcra və Probasiya şöbəsi olması, onun həmin daşınmaz əşyanın hərracdan satmaq hüququ olduğuna dair qanuni ehtimal və əsas ve rir. İşə baxan məhkəmələr iş üzrə qətnamə qəbul edib tərəflər arasında bağlanmış müqaviləni etibarsız hesab edərkən o hala da istinad etmişlər ki, tərəflər arasında bağlanmış və ona mübahisəli fərdi yaşayış evi üzərində hüquq verən 07 yanvar 2020-ci il tarixli müqavilə Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd əqd kimi etibarsız olduğundan həmin müqavilə etibarsızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən üzrə yeni qətnamə qəbul edilərkən reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasının nəzərə alınmaması, mübahisənin vicdanlı sahiblik, əqdlərin etibarsızlığı ilə bağlı mülki qanunvericilikdə müəyyən edilmiş müddəaların məzmununa və legitim məqsədinə uyğun həll edilməməsi onun yaşayış sahəsinə qanuni əsaslarla yaranmış mülkiyyət hüququnu əhəmiyy ətsiz etmişdir. Bu isə öz növbəsində onun Konstitusiyanın 29 və 60-cı rmddələrində təsbit olunmuş hüquqlarının pozulmasına gətirib çıxarmışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı məhkəməyə kasasiya şikayətlərinə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq ərizəsində göstərmişdir ki, işin bu qədər obyektiv və ətraflı araşdırılması, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinə baxmayaraq, saxtakar, qanunsuz əməllərlə məşğul olan cavabdehlər tərəfindən qəsdən vaxtı uzatmaq, əlavə vaxt qazanmaq, ona vurduqları maddi və mənəvi zərəri davam etdirmək məqsədilə tam qanuni, əsaslı və işin faktiki hallarına uyğun apelyasiya kollegiyasının qətnaməsindən kasasiya şikayəti vermişlər. Şikayətin əsassız olmasını nəzərə alaraq o, kasasiya şikayətlərinin təmin edilməm əsi və apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı, cavabdehlər “Əmlak X1” MMC-nin, "xxxx" ASC-nin, 3-cü şəxslər Suraxanı rayon İcra və Probasiya şöbəsinin, AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi və V məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs "xxxx" QSC BOKT-un vəkili P k asasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs Vnın vəkili M kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli qərarına əsasən, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçıl arının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair» 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. «İpoteka haqqında» Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 337.4. Etibarsız əqd onun etibarsizlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 416.2. Yalniz hərracın etibarsiz sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsizlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata, (hərracın təşkilatçısına) sifariş verir. Maddə 42.1. Hərracın təşk ilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdak ı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən o olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı və həmin müddət uzadılmasın. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayanla ipoteka qoyan arasında müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə s əbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Mad də 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayət lərində qətnamə tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası ilkin olaraq "xxxx" QSC BOKT-un kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kassator kasasiya şikayətində iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etsə də, özü də etiraf etmişdir ki, hərrac qanunvericiliyin tələbləri pozulmaqla 4 dəfə keçirilmişdir. Bununla belə o, sonuncu hərracların etibarsız hesab edilməli olduğunu, 2017-ci ildə keçirilmiş hərracın isə etibarlı olduğunu bildirmiş, buna əsas kimi də hərrac təşkiltı tərəfindən 2017-ci ildə ikinci dəfə hərrac keçirildikdən sonra əmlakın alıcısı olmadığı üçün T Banka ünvanlanmış təklifə Bank tərəfindən hərrac təşkilatına cavab verilərək alqı-satqı vaxtının müəyyən edilməsini xahiş etməsini, hərrac təşkilatı tərəfindən Bankın müraciətinə cavab verilməsini göstərmiş, T Bank tərəfindən hərrac təşkilatına ünvanlanmış məktubun surətini və poçt qəbzlərini kasasiya şikayətinə əlavə etmişdir. Bu xüsusatla bağlı qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, işə birinci instansi ya məhkəməsində baxılarkən "xxxx" QSC BOKT-un səlahiyyətli nümayəndəsi iştirak etmiş və o, izahatında (İ cild, səh 135) iddiaçıya məxsus mənzillə bağlı hərracın qanun pozuntusuna yol verilmədən keçirilməsini bildirmiş, hazırda kasasiya şikayətinə əlavə etdiyi T Bank tərəfindən hərrac təşkilatına ünvanlanmış məktubu sübut qismində birinci instansiya məhkəməsinə təqdim etməmiş, nə bu barədə izahatında, nə də tərtib etdiyi apelyasiya şikayətində məlumat verməmişdir. Hətta apelyasiya şikayətində də özü göstərmişdir ki, kredit borcunun ödənilməsini təmin etmək üçün onlar əmlakın hərracda satılması ilə bağlı İcra şöbəsinə müraciət etmişlər. Göründüyü kimi, kassator hazırki kasasiya şikayətinə əlavə etdiyi məktubla bağlı məlumat verməməklə yanaşı, son hərracların keçirilməsini də özü İcra şöbəsin dən xahiş etmiş, onun xahişi əsasında əmlak yenidən qiymətləndirilmiş və yenidən hərraca çıxarılaraq qanunvericiliyin tələbləri pozulmaqla 4-cü dəfə keçirilmiş hərracdan sonra satılmışdır. Kassatorun hazırda istinad etdiyi məktub iş materiallarında olsa idi belə, yenə də bu hal hazırki iddianın təmin edilməməsinə əsas verə bilməzdi. Belə ki, iş materiallarından da göründüyü kimi, hərrac təşkilatı 2017-ci ilin yanvar ayında T Banka təklif ünvanlamış, T Bank cavabdeh İddiaçı borcu üzrə tələb hüququnu 2018-ci ildə kassatora təhvil vermiş, həmin zamanadək isə əmlakın əldə edilməsi ilə bağlı hər hansı hərəkətlilik nümayiş etdirməmişdir. Əgər istinad edilən məktubda göstərildiyi kimi, Beynləxalq Bank hərrac təşkilatına alqı-satqı müqaviləsinin bağlanma vaxtının və yerinin müəyyən edilib ona ve rilməsini xahiş etmiş idisə, o zaman o, ən azından hərrac təşkilatından bir cavab əldə edə bilmədiyini görüb yenidən müraciət ünvanlamalı və ya digər tədbirlər görməli idi ki, o, bunu etməmişdir. Halbuki, T Bank ipoteka saxlayan olaraq qanunvericiliyin ona verdiyi hüquqdan istifadə etməklə əmlakı əldə edib nəfinə ödənilməli olan borcu tam və ya qismən qarşılamaq imkanında idi ki, bu da onun maraq dairəsindən kənarda qala bilməzdi. Odur ki, kassatorun kasasiya şikayətinə əlavə edib istinad etdiyi məktub da hazırki mübahisənin obyektin həllinə təsir edə biləcək amil kimi nəzərə alına bilməz. Ümumilikdə isə kassatorun kasasiya şikayətində hərracın 4 dəfə keçirilməsi barədə etirafı da nəzərə alınmaqla kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün ə sas ola bilməz. Digər 3-cü şəxs Vnın kasasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, hazırda kassator özünün vicdanlı alıcı olmasına istinad edərək iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etsə də, işdən də göründüyü kimi, kassatorun əldə etmiş olduğu əmlakla bağlı bağlanmış alqı-satqı müqaviləsinin əsasını qanun pozuntusu ilə keçirilmiş hərrac təşkil etmişdir ki, həmin hərracın nəticələri etibarsız hesab edildiyi üçün Mülki qanunvericiliyin tələblərinə uyğun olaraq hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsizlığına səbəb olmuşdur. Bu norma (MM 416.2) imperativ norma olmaqla, 3-cü şəxsin vicdanlı alıcı kimi nəzərə alınıb hazırki iddia tələbinin rədd edilməsinə əsas vermir. Qanunvericiliyin göstərilən tələbini nəzərə alan apelyasiya kollegiyas ı da haqlı olaraq hazırki mübahisəyə etibarsızlığın nəticələri ilə bağlı normaları tətbiq etməklə kassatorun hərracla bağlı həyata keçirdiyi ödənişlərin özünə qaytarılması qənaətinə gəlmişdir. Odur ki, Vnın kasasiya şikayətinin dəlilləri də apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Əlavə olaraq o da vurğulanmalıdır ki, işdən görünür ki, 3-cü şəxs V hazırki iddiaçı ilə qonşu olmuşdur. Bununla da o, özünün də əvvəldən yaşamış olduğu ərazidə hərracla ona satılmış olan mənzilin real bazar dəyəri barədə ən azından tam olmasa belə, nisbətdə məlumatlı olmuşdur və o daha gözəl bilmişdir ki, hərrac nəticəsində ona satılmış iddiaçıya məxsus fərdi yaşayış evinin dəyəri nəinki özünün həyata keçirdiyi 20000 manat ödəniş həddində, hətta qiymətləndirmə ilə müəyyən edilmiş 23500 manat dəyərində belə ola bilməzdi. Belə olan vəziyyətin özü də onun həmin əmlaka münasibətdə vicdanlı alıcı statusunu şübhə altına almış olur. Bununla belə bildirilməlidir ki, yuxarıda qeyd edildiyi kimi, hazırki mübahisə əsasən qanunvericiliyin tələbləri pozulmaqla həyata kçeirilmiş hərracın nəticələrinni etibarsızlığı ilə bağlı olmuşdur ki, bu pozuntu da iş materialları ilə öz təsdiqini tapmış və mübahisə pozuntunun aradan qaldırılması istiqamətində həll edilmiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli qərarının yuxarıda göstərilmiş göstərişlərinə uyğun olaraq, mübahisənin həllində həm iddiaçının mülkiyyət hüququ müdafiə olunmuş, həm də cavabdehin əmlak hüququ (hərrac nəticəsində ödəmiş olduğu 20000 manat ödənişin özünə qaytarılması) təmin olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətlərinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: 3-cü şəxslər "xxxx" QSC BOKT və V tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayə tləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5368/2021 nömrəli iş üzrə 15 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar