Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1966/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş zərərin tutulması və avtomobilin qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim R.Quliyev) x x xxxxxxxx 2019cu il tarixli qətnaməsi ilə İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş zərərin tutulması və avtomobilin qaytarılması tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı-nin mülkiyyətində olan “BMW 750İ” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı-yə qaytarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 13.816 (on üç min səkkiz yüz on altı) manat əsas lizinq borcu və 500 (beş yüz) manat cərimə olmaqla, cəmi 14.316 (on dörd min üç yüz on altı) manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı-nin xeyrinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tari xli qərardadı ilə (sədrlik edən A.Hüseynov, hakimlər A.İmanov və V.Sadıqov) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi qismində X tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiyanın qeyrimümkün hesab edilməsi və mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsin in Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini və İddiaçı-nin apelyasiya şikayətinin mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «daxili lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin və avtomobilin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı-nin mülkiyyətində olan “BMW 750İ” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomaşının Cavabdeh1 qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı-yə qaytarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı-nin xeyrinə 24.500 manat əsas lizinq borcu, 3080 manat lizinqdən istifadəyə görə faiz borcu, 1730 manat hesablanmış penya, cəmi 29.310 manat bor cun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsini rəhbər tutaraq iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, “İddiaçı2 MMC-nin mülkiyyətində olan “BMW 750İ” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomaşının Cavabdeh1 qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı-yə qaytarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı-nin xeyrinə 24.500 manat əsas lizinq borcu, 4683 manat lizinqdən istifadəyə görə faiz borcu, 3530 manat hesablanmış penya, cəmi 32.733 manat borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı bir daha iddia ə rizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, İddiaçı-nin mülkiyyətində olan “BMW 750İ” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomaşının Cavabdeh1 qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı-yə qaytarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı-nin xeyrinə 24.500 manat əsas lizinq borcu, 4760 manat lizinqdən istifadəyə görə faiz borcu, 4930 manat hesablanmış penya, cəmi 34.210 manat borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş zərərin tutulması və avtomobilin qaytarılması tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçınin mülkiyyətində o lan “BMW 750İ” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı-yə qaytarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 13.816 (on üç min səkkiz yüz on altı) manat əsas lizinq borcu və 500 (beş yüz) manat cərimə olmaqla, cəmi 14.316 (on dörd min üç yüz on altı) manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı-nin xeyrinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi qismində X tərəfindən verilmiş apelyasiya ş ikayəti üzrə apelyasiyanın qeyri-mümkün hesab edilməsi və mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qət edilmişdir. İddiaçı kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qəbul etdiyi qərardadı işin aşağıda qeyd edilən halları və prosessual hüquq normaları ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquq i aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir (maddə 69.2). Apelyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apelyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir (maddə 361.2). Apelyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.1). Apelyasiya ş ikayəti iddiaçının nümayəndəsi qismində X tərəfindən imzalansa da, sonuncunun əsas iş yeri həmin hüquqi şəxs olan işçisi olduğunu təsdiq edən sənəd, yaxud vəkil orderi iş materiallarına əlavə edilməmişdir. Həmçinin, MPM-ə əsasən apelyasiya və kasasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə dövlət rüsumu ödənilir (108.1.4). Dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir (maddə 108.3). Apelyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir (361.3). Apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsin ə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.2). Apelyasiya şikayətinə ödəniş tapşırığı əlavə edilsə də, iddiaçının tərəfindən bununla bağlı prosessual qanunvericiliyin tələbinə əməl edilməmiş, dövlət rüsumu elektron ödəniş sistemləri vasitəsilə ödənilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, əlavə olunmuş ödəniş tapşırığı dövlət rüsumunun müəyyən edilmiş qaydada ödənilməsini təsdiq edən sənəd kimi qəbul oluna bilməz. Yaranmış vəziyyət isə işə apelyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qərardadın ləğ v edilməsinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı-nin kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1966/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1966/2020
16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver