Məhkəmə qərarları › İş №2(102)-1967/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1967/2020

11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1967/2020 11.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11446/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xəzər rayon məhkəməsinin (hakim Tərlan Əkbərov) xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 1734,33 manat və ödənilmiş dövlət rüsu mu üzrə 30 manat pulun tutulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Elşad Şamayev) xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xəzər rayon məhkəməsi tərəfindən qəbul edilmiş xx xxx 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddia ərizəsi ilə birinci instansiya məhkəməsi müraciət etmiş İddiaçı, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi məqsədi ilə 7103,53 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılm ışdır ki, cavabdeh özünə məxsus olan və Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Bakıxanov küçəsində yerləşən 188 nömrəli fərdi yaşayış evində yaşayır. Ev, iddiaçı Birlik tərəfindən təbii qazla təmin olunur. Bununla bağlı Birlik ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə “Qazın alğı-satqısı barədə müqavilə” bağlanmış və həmin ünvanda qaz sayğacı quraşdırılmışdır. xx.xx.2018-ci il tarixdə və xx.xx.2018-ci il tarixdə Birliyin əməkdaşları həmin ünvanda quraşdırılmış qaz xətlərinə və qaz sayğacına baxış keçirən zaman müəyyən etmişlər ki, cavabdeh, qaz xəttinə müdaxilə etmiş, sayğacdan kənar xətt vasitəsi ilə qazdan istifadə edir. Aşkar edilmiş faktlar ilə bağlı müvafiq aktlar tərtib edilmişdir. Bundan sonra müvafiq hesablamalar aparılmış və müəyyən edilmişdir ki, birinci halda itirilmiş təbii qazın həcmi 18926 kubmetr, ikinci halda 7920 kubmetr, itirilmiş qazın cəmi dəyəri isə 7103,53 manat təşkil edir. Qeyd edilən zərərin əvəzinin ödənilməsi cavabdehə təklif edilsə də, cavabdeh ziyanı ödəməmişdir. Bu səbəbdən də Birlik hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası m əhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işdən göründüyü kimi, iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddia tələbinin rədd edilən hissədə iddiaçı tərəfindən mübahisələndirilməmi şdir. Ona görə də, iddia tələbinin rədd edilən hissədə qətnamənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğunluğu hazırki kasasiya baxışının həddlərini də təşkil etmir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya məxsus ev cavabdeh Birlik tərəfindən təbii qaz ilə təchiz edilir. Bununla bağlı Birlik ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə “Qazın alğı-satqısı barədə müqavilə” bağlanmış və həmin ünvanda Birlik tərəfindən qaz sayğacı quraşdırılmışdır. İstifadə olunmuş təbii qazın həcmi həmin qaz sayğacı vasitəsi ilə hesablanır. xx.xx.2018-ci il tarixdə və xx.xx.2018-ci il tarixdə Birliyin əməkdaşları həmin ünvanda quraşdırılmış qaz xətlərinə və qaz sayğacına baxış keçirən zaman müəyyən etmişlər ki, cavabdeh, qaz xəttinə müdaxilə etmiş, sayğacdan kənar xətt vasitəsi ilə qazdan istifadə edir. xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Birlik tərəfindən aparılmış hesablamalar nəticəsində müəyyən edilmişdir ki, itirilmiş təbii qazın həcmi 18926 kub.metr təşkil edir. xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Birlik tərəfindən aparılmış hesablamalar nəticəsində müəyyən edilmişdir ki, itirilmiş təbii qazın həcmi 7920 kub.metr təşkil edir. Birlik tərəfindən aparılmış hesablamadan görünür ki, hər iki hala görə itirilmiş qazın cəmi dəyəri 7103,53 manat təşkil edir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək Cavabdeh İddiaçı xeyrinə 1734,33 manat və ödənilmiş dövlət rüsumu üzrə 30 manat pulun tutulması qət etmişdir. Cavabdeh qətnaməni mübahisələndirməmişdir. İddiaçı iddia tələbinin rədd edilən hissədə mübahisələndirir. Göstərilənləri nəzərə alan apelyasiya instansiyası məhkəməsi mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, iddiaçı Birliyin əməkdaşlarının cavabdehə məxsus yaşayış sahəsində quraşdırılmış qaz xətlərinə və qaz sayğacına baxış keçirən zaman aşkar edilmiş faktla əlaqədar tərtib etdikləri “Aktlar” qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilməmiş, “Aktların” tərtib olunmasında hal şahidlərinin i ştirakını təmin etməmişdir. Həmçinin işin hallarından müəyyən edilir ki, fiziki şəxs olan istehlakçıların yaşayış və ya qeyri-yaşayış sahəsindən kənarda quraşdırılmış qaz sayğacının və xətlərin işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaztəchizatı müəssisəsi, yəni indiki halda iddiaçı Birlik daşıyır. Buna görə də məhkəmə hesab etmişdir ki, qaz sayğacında və ya xətdə olan hər hansı qüsura görə cavabdeh istehlakçı olaraq cavabdehlik daşıya bilməz. Yuxarıda qeyd edilən “Aktlarda” göstərilən müdaxilənin məhz cavabdeh tərəfindən edilməsini təsdiq edən hər hansı sübutun iddiaçı Birlik tərəfindən məhkəmələrə təqdim edilməməsi “Aktların” etibarlı hesab edilməsini və “Aktlarda” əks olunan halların həqiqətə uyğun olan kimi qiymətləndirilməsini qeyri-mümkün edir. Mülki Prosessual Məcəllənin 77.2 maddəsinin mənasına görə dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddianı təmin etməməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019 -cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11446/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar