Məhkəmə qərarları › İş №2(102)-1970/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-1970/2022

21.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1970/2022 21.02.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2856/2021 nömrəli, 29 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 3730,50 manat məbləğində zərərin və 30 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-573/2021 saylı, 05 aprel 2 021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış 295,20 manat məbləğində pulun və 10 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddianını qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv, iddianın tam təmin edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2856/2021 nömrəli, 29 oktyabr 2021ci il qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-573/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, Cavabdeh “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31.01.2018-ci il tarixli,0141093 saylı akt əsasında hesablanmış 863,40 manat məbləğində pul v əsaitinin tutulub İddiaçınə ödənilməsi, qətnamənin Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış 295,20 manat məbləğində pulun tutulması hissəsində dəyişdirilmədən saxlanması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya instansiyasının qətnaməsindən kassasiya şikayəti verib. Kassasiya şikayəti icraata qəbul edilə bilməz. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçı tərəfindən mübahisələndirildiyi hissədə iddianın qiyməti Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən azdır. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarından müəyyən olunur ki, iddia tələbi ümumilikdə 3730,50 manat həddində olmuş, birinci instansiya məhkəməsi həmin iddianı 295,20 manat hissədə, apellyasiya məhkəməsi də əlavə olaraq 863,40 manat hissədə təmin etmişdir. Başqa sözlə, kassasiya şikayətində mübahisələndirlən hissə 5 min manatdan aşağıdır. Belə olan halda, həmin qətnamədən kassasiya şikayəti verilə bilməz. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə ba xılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayətinə baxmaq üçün prosessual əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 402.1, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2856/2021 nömrəli, 29 oktyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar