Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1970/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının, hakimləri Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-212/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 verdiyi kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və üçüncü şəxs Cavabdeh1 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərə k, "xxxx" MMC-nin əvvəlki təsisçisi və qanuni təmsilçisi Cavabdeh3 tərəfindən 04 avqust 2021-ci il tarixdə Cavabdeh2 adına rəsmiləşdirilmiş, Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi 91 və 111 saylı Binanın yaxınlığında tikiləcək Yaşayış Binasında 12-ci mərtəbədə yerləşən 131.7 kvadrat metr olan mənzilin 4 saylı alqı-satqı müqaviləsinin, həmin mərtəbədə yerləşən 115.4 kvadrat metr sahəsi olan mənzilin 2 saylı alqı-satqı müqaviləsinin, həmin mərtəbədə yerləşən 117.5 kvadrat metr olan mənzilin 03 saylı alqısatqı müqaviləsinin, həmin mərtəbədə yerləşən 84.2 kvadrat metr olan mənzilin 05 saylı alqı-satqı müqaviləsinin və həmin mərtəbədə yerləşən 112.3 kvadrat metr sahəsi olan mənzilin 6 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağd am Rayon Məhkəməsinin (hakim E. Bayramov) (bundan sonra – birinci instansiya məhkəməsi) 2(013)-2225/2023nömrəli, 08 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ş. Rzaquliyev (sədrlik edən və məruzəçi), A. Hüseynzadə və L. Süleymanov) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-212/2024 saylı mülki iş üzrə 10 yanvar 2024cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş və iddia təmin edilmişdir. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğ v edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, şikayət Mülki Prosessual Məcəllənin normalarının tələblərinə cavab vermir. Belə ki, kassasiya şikayətində qanunvericilik normalarına istinad edilməklə və işin halları sadalanmaqla kifayətlənmiş, həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmiş, normaların pozuntusuna dair aydın şəkildə izah verilməmişdir. Halbuki, kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarına istinad edilməklə kifayətlənilməməli, həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli, göstərilmiş hər bir normanın pozuntusunun və ya düzgün tətbiq edilməməsinin nədən ib arət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Qeyd edilən kassasiya şikayəti isə bu tələblərə cavab vermir. Mülki Prosessual Məcəllənin 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. Həmin Məcəllənin 408.1.5-ci maddəsinə görə kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, apellyasiya instansiyası mə hkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, kassasiya şikayəti qeyrimümkün hesab edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 404-1.2, 407, 408.1.5-ci maddələrini rəhbər tutaraq qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-212/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-1970/2024
Ali Məhkəmə Qərardad — İş №2(102)-1970/2024
08.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver