Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1971/2020 19.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-12708/2019 saylı qətnaməsindən İddiaçı BOKT ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim K.F.Əmirxanova, iş № 2(005)-1954/2019) İddiaçı BOKT ASC-nin Cavabdeh MMCyə qarşı iddiası təmin edilərək Cavabdeh MMC tərəfindən N saylı mənzilinə dair keçirilmiş hərracın etibarsız hesab edilməsi, həmin əmlakla bağlı yeni hərracın keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.M.Həsənov, X.A.Mərdanova və F.F.Babayev) müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı BOKT ASC-nin iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. İşin halları: xx xxxxxxx 2014-cü il tarixdə İddiaçı BOKT ASC ilə X4 arasında kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə borclunun öhdəliklərinin təminatı kimi X3 məxsus mənzil ipoteka ilə yüklü edilmişdir. Borcun ödənilməsi üzrə öhdəliyin lazımınca təmin olunmaması səbəbindən Bakı şəhəri Xətai rayon məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə bankın iddiası qismən təmin olunaraq borclu Ndan bankın xeyrinə cəmi 33.811,65 manat tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamənin icrası ilə əlaqədar Cavabdeh MMC tərəfindən 2018-ci ildə əmlak açıq hərraca çıxarılmışdır. 2019-cu ilin mart ayında İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hərracın onlara məlumat verilmədən keçirilməklə “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415, 416-cı maddələrinin tələblərinin pozulmasını əsas göstərməklə ipoteka predmeti olan mənzilə dair keçirilmiş hərracın etibarsız hesab edilməsi və təkrar hərracın keçirilməsinin Cavabdeh MMC-yə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı BOKT ASC kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən əmlakın satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması və keçirilmə qaydası barədə iddiaçıya yazılı bildirişlə məlumat verilməsini və hərracın “İpoteka haqqında” Qanunun 39, 41, 42, 43, 44cü maddələrinin və Mülki Məcəllənin 415.2-ci maddəsinin tələblərinə əməl edilməklə keçirilməsini əsas göstərmişdir. Kollegiya hesab edir ki, məhkəmə kollegiyası həmin nəticəyə səthi yoxlanılmış və qiymətləndirilmiş sübutlar əsasında gəldiyindən qətnamə qanu ni və əsaslı sayıla bilməz. İş materiallarından görünür ki, ipoteka predmeti olan mənzilin açıq hərracdan satılması rayon İcra və Probasiya şöbəsinin sifarişinə əsasən Cavabdeh MMC tərəfindən həyata keçirilmişdir. Əmlakın satılması ilə əlaqədar ilk hərrac xx xxxxxxx 2018-ci il tarixdə keçirilmiş, həmin hərracda əmlak satılmadığı üçün təkrar hərrac xx xxxxxx 2018-ci il tarixdə keçirilmiş və həmin hərracda da əmlak satılmamışdır. Həmin hərracların keçirilmə vaxtı və yeri barədə ipoteka saxlayana və ipoteka qoyana məlumat verilməsi barədə işə 14 sentyabr və xx xxxxxxx 2018-ci il tarixli bildirişlərin surətləri əlavə edilsə də, həmin bildirişlərin ipoteka saxlayana təqdim olunmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki “İpoteka haqqında” Azərbaycan Respublikas ı Qanununun 42-ci maddəsinə görə hərracın təşkilatçısı ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. İşdən görünür ki, Qanunun həmin normalarının tələbləri ipoteka saxlayana münasibətdə pozulmuşdur. Adıçəkilən Qanunun 43.3-cü maddəsinə əsasən hərracın baş tutması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətinə ala bilər. Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvi m günündən gec olmayaraq təkrar hərrac keçirilir. Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.s Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İşdən görünür ki, hərracın təşkilatçısı olan Cavabdeh MMC hərracın baş tutmaması ilə bağlı ASC-yə xx xxxxxx 2018-ci il tarixdə məktub göndərmiş və ipoteka predmetini əldə etməsinə münasibətin bildirilməsini xahiş etmişdir. (i/v.9) Lakin həmin məktubun üzərində aparılmış qeydiyyatdan görünür ki, məktub Çələbiyev adlı şəxs tərəfindən xx xxxxxx 2018-ci il tarixdə, yəni məktubun imzalandığı gündən 1 gün qabaq qəbul edilmişdir. İpoteka saxlayan bank isə iddia edir ki, həmin məktub onu qəbul etməyə səlahiyyəti olmayan şəxsə verildiyindən ondan xəbərsiz olmuş və həmin məktubun mövcudluğundan yalnız Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli iclasında işə baxılarkən xəbər tutmuşdur. Göstərilən vəziyyətdə əmlakın ipoteka saxlayana təklif olunması barədə qanunun tələbinə əməl edilməsinə dair məhkəmə kollegiyasının nəticəsi möt əbər sübutlara əsaslanmadığından kollegiya apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1971/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1971/2020
19.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver