Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1973/2024 11.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilinin sökülməsi və dəymiş zərərin ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və dəymiş zərərin ödənilməsi mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-189/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 11 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin bi nasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 19 saylı ev İddiaçı mülkiyyətindədir.
2. İddiaçı göstərir ki, Cavabdeh tikintini onun evinin hasarının, qarajının və damının üzərində tikinti aparmış, tikinti aparılan müddət ərzində evə ciddi zərər dəymişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikilinin öz vəsaiti hesabına sökülməsi və aparılan tikinti işləri zamanı ona məxsus ünvan 1 ünvanında yerləşən 19 saylı evə dəymiş 20.000 (iyirmi min) manat məbləğində zərər məbləğinin, məhkəməyə müraciət üçün hüquqi xidmətlərlə bağlı ödədiyi 800,00 (səkkiz yüz) manat məbləğində xid mət haqqının, 30,00 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin yay aylarında həyətin yan qonşuluğunda yerləşən torpağın sahibi Cavabdeh həmin ərazidə tikinti islərinə başlamışdır. Cavabdeh tikintini onların evinin hasarının, qarajının və damının üzərində aparırdı. Tikinti aparılan müddət ərzində evə ciddi zərər dəymişdir. Evdəki divar kağızları qopmuş, divarlarda nəmişlik və çatlar yaranmışdır. Divarın üstü ilə evin içinə sular axır. Qanunvericiliyin tələbinə əsasən qonşu həyətdəki tikinti ilə onun evi arasında müəyyən məsafə olmalıdır. Lakin Cavabdeh tərəfindən aparılmış tikinti ilə ev arasında nəinki məsafə saxlanılmamışdır, həmin tikinti evin hasarında, dam örtüyündə aparılmışdır. Cavabdehdən evin hasarında tikinti aparmağı dayandırmasını tələb etsə də, buna məhəl qoymayaraq işinə davam etmişdir. Bütün bunların əks olunduğu fotoşəkillərin və videogörüntülərin əlavə olunduğu CD-ni hazırkı məktubla təqdim edir. Xəzər rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası DİN-in 102 qaynar xəttinə çoxsaylı şikayətlər etdikdən sonra qanunsuz aparılan tikinti işləri dayandırılmışdır. Tikilmiş qanunsuz tikintinin sökülməsi üçün tərəfindən 2020-ci ilin sentyabr ayında Xəzər rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət olunmuşdur. Müraciətinə cavab olaraq ona göndərilmiş Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 12 oktyabr 2020-ci il tarixli, 05/09-S-49-4481 saylı m əktubunda sözügedən ünvanda inşa olunan tikinti obyekti ilə bağlı Tikintilərin Dövlət reyestrində hər hansı məlumat olmadığından onun qanunsuz tikili olması qeyd olunmuşdur. Həmçinin sözügedən məktub Xəzər rayon İcra Hakimiyyətinə ünvanlanaraq özbaşına tikili barədə qanunvericilikdə əks olunmuş zəruri tədbirlərin görülməsi xahiş edilmişdir. Xəzər rayon İcra Hakimiyyətindən isə ona göndərilmiş məktubda tikinti işlərinin dayandırıldığı, lakin artıq tikilmiş hissənin sökülməsi üçün məhkəməyə müraciət etməli olduğu qeyd olunmuşdur.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
6. Məhkəmə Ekspertizası Mərkəzinin 10/2024 nömrəli, 05 oktyabr 2021-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən ünvan 3 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətinə uyğun olaraq 774.80 manat müəyyən edilmişdir. 7. "xxxx" MMC-nin 29 dekabr 2021-ci il tarixli 527/Mi/21 saylı mütəxəssis rəyinə əsasən Cavabdeh özünə məxsus pay sahəsində və İddiaçı ilə ortaq divarının üzərində inşa etdiyi ikinci mərtəbənin divarı Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsində nəzərdə tutulan ara məsafəsinin müəyyən olunması və inşası normalarının pozmuşdur. Bundan əlavə, Cavabdeh tərəfindən inşa edilən ikinci mərtəbənin xarici divarının sərhədi ilə İddiaçı məxsus birmərtəbəli tikilinin dam örtüyünün kəsişmə hissəsində tollanma və nəmədavamlı izolyasiya işləri düzgün aparılma mışdır. Bu səbəbdən yağan yağışın boşluqlardan içəri daxil olaraq İddiaçı məxsus otaqların tavanında və divarlarında qopmalar əmələ gətirməsi müşahidə olunur. Əmələ gələn qüsurların sahəsi 100 kv.m. təşkil edir. Bu hissənin yenidən təmir bərpa işləri üçün hesablamalar hazırkı tikinti materialları bazarındakı qiymətlər üzrə hesablanmışdır. Sözügedən təmir-bərpa işlərinə divarların qaşınması, astar alçı ilə işlənməsi, hamarlanması, üzlük alçının vurulması, divar kağızının vurulması, tavanın boyanması və dam örtüyünün sərhəd hissəsinin izolyasiya və tol materialları ilə yenidən işlənməsi aiddir. Hesablanmalar nəticəsində aparılacaq təmir-bərpa işlərinə 850 manat tələb olunur.
8. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, o, evini 2017-ci ildə almı şdır. Evi bərbad halda olduğundan təmir etmiş, sonradan hüzürləri olduğundan təmir yarımçıq qalmışdır. 2019-cu ildə fəhlənin yanında qonşu ilə razılaşmışdır ki, orada ən yüngül daş ilə tikinti işləri aparacaqdır. Həmin tikinti aparılanda iddiaçı özü fəhlə ilə nəzarət edirdi. Qonşu ilə şərikli hasar istifadə edirlər. Ara məsafəsi qoymaq mümkün deyil. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(003)-48/2022 saylı, 5 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəzri) iddia tələbinin qismən təmin edilməsi, ünvan 3 ünvanında Cavabdeh tərəfindən tikilmiş tikilinin ikinci mərtəbəsinin cavabdehin vəsaitinin hesabına sökülməsi, Cavabdeh dəymiş zi yana görə 774.80 (yeddi yüz yetmiş dörd manat səksən qəpik) manat, hüquqi xidmətlərlə bağlı çəkilmiş xərclərə görə 31 (otuz bir) manat, ödənilmiş dövlət rüsumuna görə 1 (bir) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
10. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh tikinti norma və qaydalarını pozmaqla, iddiaçıya məxsus birmərtəbəli tikilinin dam örtüyü və hasarı ilə kəsişən ikinci mərtəbə tikməklə evin yararsız vəziyyətə düşməsinə səbəbiyyət yaradır. Bununla da iddiaçı öz evindən sərbəst istifadə imkanından məhrum olmuşdur.
11. Məhkəmə tərtib edilmiş ekspert və mütəxəssis rə yinə sübut növü kimi qiymət verərək qeyd etmişdir ki, ünvan 3 ünvanında Cavabdeh tərəfindən inşa edilən ikinci mərtəbənin Şəhərsalma və Tikinti Məcəlləsinin normalarının pozulması ilə inşa olunması, həmçinin həmin tikintinin İddiaçı məxsus otaqlarda qüsurların yaranmasına səbəb olması öz təsdiqini tapmışdır. İddiaçı öz qanuni sahibliyində olan evin yararsız vəziyyətə düşməsinə səbəb olan tikilinin sökülməsini məhkəmədən tələb etməyə haqlı olmuşdur.
12. Məhkəmə müəyyən etmişdir ki, mübahisə predmeti olan tikilinin inşa edilməsinə cavabdehin hüququ olmamışdır, həmin tikili iddiaçının maraqlarına toxunub, hüquqlarını pozduğundan, cavabdehin vəsaiti hesabına sökülməlidir. Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparıl ması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanlar ilə razılaşdırılması Qaydalarından görünür ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yer üzərində yerləşdirilməsi təklifinə yerli icra hakimiyyətinin memarlıq tikinti xidməti tərəfindən baxılmalı və nəticəsi yerli icra hakimiyyəti rəhbərliyinə bildirilməlidir.Yeni obyektlərin yerləşdirilməsi ilə əlaqədar hazırlanan memarlıq-planlaşdırma həlli (sxem və cizgi şəklində) təsdiq olunmuş şəhərsalma sənədlərində dəyişikliklər edilməsini tələb etdiyi hallarda o, yerli icra hakimiyyətinin memarlıq-tikinti xidməti ilə razılaşdırılır.
13. Məhkəmə hesab etmişdir ki, iddiaçı həmçinin, ünvan 1 ünvanında yerləşən 19 saylı evə dəymiş 20.000 manat məbləğində zərərin cavabdehdən tutulmasını xahiş etmiş, dəymiş zərərin tələb olunan məbləğdə olmasına dair öz tələbini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Dəymiş zərərin müəyyən edilməsi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2024 nömrəli, 05 oktyabr 2021-ci il tarixli rəyini əsas götürərək, dəymiş ziyanın 774.80 manat olmasını ağlabatandır.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2, 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 101.3, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh ap ellyasiya şikayəti verərək qətnamənin ləğv olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, ünvan 1, ev 19 saylı mənzil X4 tərəfindən ona bağışlanmışdır. Daha sonra o, reyestrdən çıxarışın alınması məqsədilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinə müraciət etmişdir. Həmin xidmət tərəfindən ona xx.xx.2017-ci tarixli ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd olunan mənzil təmirsiz olmuşdur. Mənzilin ön hissəsi demək olar ki, yox vəziyyətində idi. Evin yaşayış üçün uyğun hala salınması üçün qaydalara uyğun kənd nüm ayəndəliyinə, Xəzər rayon icra hakimiyyətinə müraciət etmiş və mənzilin çıxarışını, eskiz layihəsini təqdim etmişdir. Tikintinin eskiz layihəsini iddiaçıya göstərmiş və layihəyə əsasən aparılması barədə iddiaçı ilə şifahi formada razılaşma əldə olunmuşdur. Bu fakt həmin tikintini aparan ustaların iştirakı ilə baş vermişdir. Hətta tikinti aparılan zaman özü olmayanda iddiaçı ustaların işinə və tikintinin aparılmasına nəzarət edirdi. Tikintiyə qeyd etdiyi kimi 2019-cu ildə dövlət orqanlarına məlumat verilməsi və iddiaçının razılığı əsasında başlamışdır. Tikintiyə təxminən 20.000 manat vəsait xərclənmişdir. İki ilə yaxın müddətdə tikintinin aparılması barədə iddiaçının heç bir iddiası olmadığı halda bu gün ona qarşı qanunsuz və əsassız olaraq iddia qaldırması absurddur. Bəlkə də zamanın da bu nunla bağlı etirazı olsa idi təbii ki, tərəfindən tikinti işləri aparılmaya bilərdi. Lakin, bu gün qeyd etdiyi kimi 20.000 manat vəsait xərci çıxdığı zaman ondan tikintinin sökülməsini tələb edilməsi mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxardır. Bundan əlavə iddiaçı qanuna zidd olaraq onun qaz sayğacına müdaxilə edərək, qaz borusunu öz evinə çəkib və qazı istismar edir. Hal-hazırda təbii qazdan istifadə edə bilmir. Elektrik enerjisini də sayğaca müdaxilə etməklə qoşmuşdur. İşıq idarəsinin nümayəndələrinin iştirakı ilə bu hal aradan qaldırılmışdır. Bundan başqa, ona məxsus olan qarajı iddiaçının həyətində yerləşir. Qarajın çıxış hissəsini dəmir qapı ilə iddiaçı tutmuşdur. Bu da qarajdan istifadəsi üçün çətinlik yaradır. Hal-hazırda iddiaçı oranı zəbt edib, toyuqlarını orada saxlayır. Bununla yanaşı bildirir ki, tərəfindən aparılan tikinti qanunvericiliyin tələb və qaydalarına uyğun olaraq özünün xüsusi mülkiyyətində olan hamam, tualet və mətbəxinin divarlarının üstündə aparılmışdır. Ərazidə olan hasar isə ortaq divardır və qonşu evlər də belə tikilibdir. Həmin evin divarı həmdə ortaq divar funksiyasını daşıyır. Göründüyü kimi qeyd edilən tikinti işləri xüsusi mülkiyyətində olan hamam, tualet və mətbəxinin divarlarının üstündə, həmçinin evinin qabaq hissəsində aparılmışdır. Tikinti işlərinin aparıldığı sahələrin iddiaçıya hər hansı aidiyyatı yoxdur. Məhkəmə qətnaməsinə əsasən qanuni olaraq evinin qabağında tikdiyi ikinci mərtəbəni, həmçinin hamamın, tualetin və mətbəxinin qarşısında inşa etdiyi tikililəri sökməlidir. Halbuki, bu qəbul olunmaz və açıq aşkar onun mülkiyy ət hüquqlarının pozulmasıdır.
17. Apellyasiya baxışı zamanı xx.xx.2022-ci il tarixli qərardadla təkrar məhkəmə ekspertizası təyin edilmişdir.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/5090 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən baxış zamanı iddiaçı və cavabdehin həyətyanı sahələrini ayıran, hündürlüyü 3.20 metr olan daş hasarın üzərində cavabdeh tərəfindən tikililərin inşa etdiyi müəyyən edilmişdir. Tərəflərə məxsus yaşayış evlərinə baxış keçirilən zamanı tikililərin köhnə təmirli vəziyyətdə olduğu və yaşayış evlərinin divarları və tavanları üzərində boya qatının qabarması, dam örtüyünün döşəməsinin korroziyaya uğradığı, tavan və divarların üzərində çatların olduğu müşahidə olunmuşdur. Rəy in tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, nəticə hissəsində göstərilmişdir ki, X1 məxsus ünvan 1 ünvanında yerləşən 19 saylı evdə əmələ gəlmiş qüsurların (divar kağızlarının qopması, çatlar, zədə və s.) ünvan 3 ünvanında Cavabdeh tərəfindən inşa edilən tikililərin inşası zamanı və ya hansı səbəbdən yarandığını dəqiqliklə müəyyən etmək mümkün olmadı. Qeyd olunur ki, həmin məsələ, Azərbaycan Respublikasının FHN-nin Tikintidə X3 Agentliyinin mütəxəssisləri tərəfindən rəy tərtib olunandan sonra müəyyən oluna bilər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.
19. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2022-ci il tarixli 37/3405977 saylı məktubundan görünür ki, agentliyin əsas fəaliyyət istiqaməti - fövqəladə halların qar şısının alınması və nəticələrinin aradan qaldırılması, habelə tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin və bu sahədə dövlət nəzarətinin həyata keçirilməsidir. Bunları nəzərə alaraq, Agentlik məhkəmə ekspertizasının keçirilməsinə cəlb edildikdə tabeliklərində olan təsərrüfat hesablı qurumlarda çalışan müvafiq mütəxəssislər öz xidməti vəzifələrindən ayrılır, bəzi hallarda rayonlara ezam olunurlar ki, bu da həmin qurumların əsas işlərində yubanmalara və gecikmələrə səbəb olur, eyni zamanda dövlətin sifarişləri və ya mülki müqavilələr ilə götürülmüş öhdəliklərin vaxtı-vaxtında icra olunmasına maneələr yaradır. Qeyd olunanları, habelə Agentliyin mütəxəssislərinin Respublika ərazisində həyata keçirilən bir çox dövlət əhəmiyyətli tə dbirlərdə iştirak etdiklərini nəzərə alaraq, məhkəmə tikinti-texniki ekspertizalarının keçirilməsinin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin və ya özəl məhkəmə ekspertlərinə həvalə olunması xahiş edilir. Eyni zamanda, yalnız xüsusi zərurət yarandığı hallarda Agentlik müstəsna hal kimi öz mütəxəssislərinin Mülki-Prosessual Məcəlləsinin 117.1-ci və 118.1-ci maddələrinə uyğun olaraq məhkəmə ekspertizasının aparılmasında iştirakını təmin edə bilər.
20. Məhkəmə kollegiyası təqdim edilmiş ekspert rəylərini işin müəyyən edilmiş halları ilə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, cavabdeh tərəf tikinti işlərinin xüsusi mülkiyyətində olan hamam, tualet və mətbəxinin divarlarının üstündə, həmçinin evinin qabaq hissəsində aparılmasını və tikinti işlərinin aparıldığı sahələ rin iddiaçıya hər hansı aidiyyatı olmamasını bildirsə də apellyasiya şikayətinin məzmunundan, eləcə də işin faktiki hallarından müəyyən edilmişdir ki, tərəflərə məxsus evlər arasında olan hasar ortaq divardır və həmin evin divarı həm də ortaq divar funksiyasını daşıyır.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-189/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi) Elnur Həsənov və Sabit Bəhrəmzadə) apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, cavabdeh tikinti işləri aparan zaman iddiaçı ilə şifahi razılaşması eləcə də müvafiq qurumlardan lazımi icazələrin alınması barədə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.
23. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPMnin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
24. Kollegiya mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cü, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 152.5, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad edilmişdir. Kassasiya şikayətinin və o na etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış məhkəmələr iddiaçının mənzilində yaranmış qüsurlar ilə cavabdehin əməlin arasında səbəbli əlaqənin olması barədə səhv qiymətləndirmə aparmışlar. Belə ki, iş materiallarında bunu təsdiq edəcək mötəbər sübutlar mövcud deyil. İş materiallarındakı şəkillərdən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/5090 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, fərdi yaşayış evi köhnə vəziyyətdədir. Yəni iddiaçıya məxsus yaşayış sah əsində yaranmış qüsurlar tikilinin köhnə olması ilə bağlıdır. Həmçinin, Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, X1 məxsus ünvan 1 ünvanında yerləşən 19 saylı evdə əmələ gəlmiş qüsurların (divar kağızlarının qopması, çatlar, zədə və s.) ünvan 3 ünvanında Cavabdeh tərəfindən inşa edilən tikililərin inşası zamanı və ya hansı səbəbdən yarandığını dəqiqliklə müəyyən etmək mümkün olmamamışdır. İddiaçının tələbinin qanuni əsası mülkiyyətin müdafiəsi ilə yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsi də təşkil edir. Lakin işə baxmış məhkəmələr tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmişlər. Qanunvericiliyin sadalanan normalarına əsasən iddiaçının hazırki iddia tələbi üzrə məhkəməyə müraciət etmək hüququ o zaman yaranır ki, (birinci hal) mübahisəli tikililər qanunsuz inşa edilmiş olsun və (ikinci hal) iddiaçının hər hansı maraq və hüquqlarını pozsun, onun həyat və sağlamlığı üçün təhlükə yaratsın. Apellyasiya instansiya məhkəməsinin istinad etdiyi pozuntu o zaman mövcud olardı ki, tərəflərə məxsus fərdi yaşayış evləri yanaşı yerləşsin və cavabdeh ona məxsus hissədən kənara çıxsın. Lakin işdən görünür ki, cavabdeh məhz ona məxsus fərdi yaşayış evinin üzərində tikilini inşa edib və həmin obyektin sərhədlərindən kənara çıxmayıb. İstinad olunun Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsində nəzərdə tutulmuş ara məsafəsinin tətbiqi ilə bağlı qaydalar isə yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə aiddir. Göründüyü kimi cavabdeh tərəfindən inşa olunan tikililər Şəhərsalma və Tikinti Məcəlləsinin 6 9-cu maddəsində nəzərdə tutulan pozuntu kimi qiymətləndirilməli deyildi. Hazırki iş üzrə müəyyən edilməli digər bir hal ondan ibarətdir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya hər hansı bir ziyan dəymişdirmi? Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2024 nömrəli, 05 oktyabr 2021-ci il tarixli rəyini əsas götürərək, dəymiş ziyanın 774.80 manat olmasını ağlabatan hesab etməklə düzgün nəticəyə gəlmişdir. Lakin iş materiallarından görünür ki, işdə 3 ekspert rəyi mövcuddur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/5090 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, tərəflərə məxsus yaşayış evlərinə baxış keçirilən zamanı tikililərin köhnə təmirli vəziyyətdə olduğu və yaşayış evlərinin divarları və tavanları üzərində boya qatının qabarması, dam örtüyünün döşəməsinin korroziyaya uğradığı, tavan və divarların üzərində çatların olduğu müşahidə olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, nəticə hissəsində göstərilmişdir ki, X1 məxsus ünvan 1 ünvanında yerləşən 19 saylı evdə əmələ gəlmiş qüsurların (divar kağızlarının qopması, çatlar, zədə və s.) ünvan 3 ünvanında Cavabdeh tərəfindən inşa edilən tikililərin inşası zamanı və ya hansı səbəbdən yarandığını dəqiqliklə müəyyən etmək mümkün olmadı. Qeyd olunur ki, həmin məsələ, Azərbaycan Respublikasının FHN-nin Tikintidə X3 Agentliyinin mütəxəssisləri tərəfindən rə y tərtib olunandan sonra müəyyən oluna bilər. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2022-ci il tarixli 37/3405977 saylı məktubundan müəyyən ki, Agentliyin əməkdaşları tədqiqatda iştirak etməmiş, zəruri mütəxəssis rəyi təqdim olunmamışdır. Digər bir rəy, "xxxx" MMC-nin 29 dekabr 2021-ci il tarixli 527/Mi/21 saylı mütəxəssis rəyindən isə görünür ki, Cavabdeh tərəfindən inşa edilən ikinci mərtəbənin xarici divarının sərhədi ilə İddiaçı məxsus birmərtəbəli tikilinin dam örtüyünün kəsişmə hissəsində tollanma və nəmə davamlı izolyasiya işləri düzgün aparılmamışdır. Bu səbəbdən yağan yağışın boşluqlardan içəri daxil olaraq İddiaçı məxsus otaqların tavanında və divarlarında qopmalar əmələ gətirməsi müşahidə olunur. Azərba ycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2024 nömrəli, 5 oktyabr 2021-ci il tarixli rəydən isə görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evində yaranmış qüsurların məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsi qeyd olunmamışdır. Göründüyü kimi, iş materiallarına 3 müxtəlif və ziddiyyətli rəylər mövcuddur. İşə baxmış apellyasiya instansiya məhkəməsi konkret hansı rəyə istinad etməsini, cavabdehin konkret hansı işləri düzgün aparmamasını müəyyən etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2023-cü il tarixli və 05 oktyabr 2021-ci il tarixli rəylərində cavabdehə məxsus fərdi yaşayış evində yaranmış fəsadların məhz cavabdeh tərəfindən edilmiş tikinti işləri nəticəsində baş verməsi göstərilməmişdir. "xxxx" MMC-nin 29 dekabr 2021-ci il tarixli mütəxəssis rəyində isə qeyd olunmuşdur ki, tollanma və nəmə davamlı izolyasiya işləri düzgün aparılmamışdır. Lakin bu işlərin aradan qaldırılması imkanı araşdırılmadan qanunsuz və əsassız olaraq ikinci mərtəbənin tamamilə sökülməsi nəticəsinə gəlinmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
28. Maddə 13.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növ ündə ola bilər.
29. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
30. Maddə
60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir;
31. Maddə
125. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
32. Maddə
129. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya:
33. Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol:
34. Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini tə min etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
35. Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır:
36. Maddə 6.1.7. Mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması;
37. Maddə 6.1.8. Pozulmuş hüquqların bərpasının təmin edilməsi;
38. Maddə 6.1.9. Mülki hüquqların məhkəmə müdafiəsi.
39. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
40. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ dur.
41. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
42. Maddə 152.5. Mülkiyyətçi müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
43. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bi r torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
44. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir- birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.
45. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
46. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və y a buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
47. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
48. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Şəhərsalma v ə Tikinti Məcəlləsi:
49. Maddə 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır.
50. Maddə 69.2.Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır.
51. Maddə 69.4.Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir.
52. Maddə 71.1. Ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir.
53. Maddə 72.1. Qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfi ndən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır.
54. Maddə 73.1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır.
55. Maddə 73.2. İki yanaşı torpaq sahələrinin səviyyələri müxtəlif olduqda, hasarın hündürlüyünün istinad nöqtəsi qismində torpaq sahəsinin ən yuxarı səviyyəsi qəbul edilir.
56. Maddə 73.4. Qonşu torpaq sahələrinin şaquli planlaşdırılması zamanı atmosfer yağıntılarının və suvarma sularının bir qonşunun torpağından digərinə axmaması üçün müvafiq tədbirlər görülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM):
57. Maddə 14.2. Məhkəmə yaln ız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır.
61. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
62. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
63. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
64. Maddə 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur.
65. Maddə 407.2.Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və ya xud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
67. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
68. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt ə sas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
69. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
70. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirilsə də dəlilləri yalnız iddianın təmin olunan hissəs i ilə bağlı olmuşdur. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin aktı həmin dəlillər əsasında qismən yoxlanır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
72. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir. İlk olaraq, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.
73. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mötəbər sayılan, mötəbər olmamasına dair cavabdeh tərəfindən hər hansı konkret əsasa istinad olunmayan, belə prosessual əsaslar işdən də aşkar edilməyən ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ünvan 3 ünvanında Cavabdeh inşa etdiyi iki mərtəbəli ev X2 və Cavabdeh evlərinin ümumi divarının (evin arxa divarının) üstündə inşa edildiyindən, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1 bəndinin tələbləri pozulmuşdur. İddiaçıya məxsus yaşayış evində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 774,80 manat məbləğində olduğu müəyyən edilmişdir.
74. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində göstərmişdir ki, tərəflərə məxsus yaşayış evlərinə baxış keçirilən zamanı tikililərin köhnə təmirli vəziyyətdə olduğu və yaşayış evlərinin divarları və tavanlarının üzərində boyaq qatını n qabarması, dam örtüyünün döşəməsinin korroziyaya uğradığı, tavan və divarların üzərində çatların oluduğu müəyyən olunur.
75. Apellyasiya instansiya məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən əsas dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəf tikinti işlərinin xüsusi mülkiyyətində olan hamam, tualet və mətbəxin divarları üstündə, həmçinin evinin qabaq hissəsində aparılmasını və tikinti işlərinin aparıldığı sahələrin iddiaçıya hər hansı aidiyyatının olmamasını bildirsə də apellyasiya şikayətinin məzmunundan, eləcə də işin faktiki halları ilə tərəflərə məxsus evlər arasında olan hasar ortaq divardır və həmin evin divarı həm də ortaq divar funksiyası daşıyır.
76. Beləliklə qeyd edilməlidir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətin ə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Apellyasiya məhkəməsi faktiki olaraq irəli sürülmüş dəlillərə müəyyən olunmuş hallar baxımından qiymətləndirmiş və yuxarıda göstərilən nəticəyə gəlmişdir.
77. Şikayətin digər dəlilləri işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Belə ki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən i şin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, işə, irəli sürülmüş dəlillər üzrə, yalnız həmin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunubolunmaması hədlərində baxır.
78. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
79. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-189/2023 nömrəli iş üzrə 28 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.