Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1974/2024 03.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı və X2 Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1974/2024 (Açar sözlər: cavabdehin torpaq sahəsindən çıxarılması və özbaşına tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı və X2 Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən məcburi qaydada çıxarılması və zəbt edilmiş torpaq sahədə qanunsuz tikilmiş tikilinin sökülməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsin in Mülki kollegiyasının 2(107)-41/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 03 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Torpağın mülkiyyətə verilməsinə dair JN-049F KOD 40312028 saylı Şəhadətnaməyə əsasən, Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli 20 nömrəli qərarı ilə, X5, X3, İddiaçı və X2 mülkiyyətinə Qax rayonunun Çinarlı kəndinin ərazisindən 0,09 ha həyətyanı torpaq sahəsi verilmişdir.
2. X5 03 oktyabr 2004-cü il tarixdə, X3 isə 25 aprel 2019-cu il tarixdə ölmüşlər.
3. Torpağın mülkiyyətə verilməsinə dair JN-050F KOD 40312028 saylı Şəhadətnaməyə əsasən, Qax rayon Aqrar İslahat Komis siyasının 28 dekabr 1997-ci il tarixli 20 nömrəli qərarı ilə, X6, Cavabdeh, X7, X8, X4 və İddiaçı Əmrah oğlunun mülkiyyətinə Qax rayonunun Çinarlı kəndinin ərazisindən 0,11 ha həyətyanı torpaq sahəsi verilmişdir.
4. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-651/2021 nömrəli, 16 iyun 2021-ci il tarixli qərarına əsasən, iddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı “X5 və X1 məxsus olan JN-049F və JN-048F şəhadətnamələrin, torpaq sahəsinin plan və sərhədlərinin ölçüsü hissələrinin xx.xx.1987-ci il tarixli texniki pasportda göstərilən “B” və “V” tikililəri hissəsində ləğv edilməsi və xx.xx.1987-ci il tarixli texniki pasportun və xx.xx.1988-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Qax rayonu Çinarlı kəndində yerləşən fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsinin vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməmişdir.
5. Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-349/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qərarı ilə, iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-651/2021 nömrəli, 16 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçılar İddiaçı və X9 (bundan sonra iddiaçılar və ya ad, soyadları) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək, torpağın m ülkiyyətə verilməsinə dair JN-049F nömrəli Şəhadətnamə əsasında onların mülkiyyətində olan 0,09 ha həyətyanı torpaq sahəsindən cavabdehin qanunsuz zəbt etdiyi hissədən məcburi çıxarılması və zəbt edilmiş sahədə tikilmiş qanunsuz tikilinin sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
7. İddiaçılar məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Torpağın mülkiyyətə verilməsinə dair JN-049F nömrəli Şəhadətnamə əsasında onların mülkiyyətində olan 0,09 ha həyətyanı torpaq sahəsindən cavabdehin qanunsuz zəbt etdiyi hissədən məcburi çıxarılması və zəbt edilmiş sahədə tikilmiş köməkçi tikilinin (maşın qarajının) sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
8. İddia tələbi onun əsaslandırılmışdır ki, Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1 997-ci il tarixli 20 nömrəli qərarı ilə onların, Yusif Şahmuradov və Zalxa Seydəliyevanın mülkiyyətinə 0,09 ha həyətyanı torpaq sahəsi verilmişdir. Hazırda həmin torpaq sahəsi onların mülkiyyətindədir. Valideynləri olan Yusif Şahmuradov və Zalxa Seydəliyeva rəhmətə getmişlər. Cavabdeh tərəfindən onların mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi zəbt edilmiş və həmin yerdə qanunsuz tikili inşa edilmişdir. Nəticədə onlar öz torpaq sahəsindən lazımi qaydada istifadə edə bilməmiş, torpaq sahəsinə daxil olmaları qeyri mümkündür. Qeyd olunanların nəticəsi olaraq onlar dövlət tərəfindən onlara verimiş torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilmirlər. Bu da onların həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını kobud surətdə pozur.
9. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qe yd olunanlardan əlavə olaraq onu da göstərmişdir ki, Cavabdeh Şəki İnzibati Məhkəməsində “X5 və X1 məxsus olan JN049F və JN-048F şəhadətnamələrin, torpaq sahəsinin plan və sərhədlərinin ölçüsü hissələrinin xx.xx.1987-ci il tarixli texniki pasportda göstərilən “B” və “V” tikililəri hissəsində ləğv edilməsi və xx.xx.1987-ci il tarixli texniki pasportun və xx.xx.1988-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Qax rayonu Çinarlı kəndində yerləşən fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsinin vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddia qaldırmış, onun iddiası təmin edilməmişdir. Lakin buna baxmayaraq cavabdeh qanunsuz zəbt etdiyi ərazidən çıxmır və orada inşa etdiyi qanunsuz tiki lini sökmür.
10. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, onlar iddia tələbində göstərilənləri qəbul etmirlər. Çünki Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Mübahisələndirilən torpaq sahəsinə dair iddiaçıya verilən sənədlər etibarsızdır. Həmin torpaq sahəsi cavabdehə məxsusdur. Odur ki, iddianın rədd olunmasını xahiş edir.
11. Birinci instansiya məhkəməsinin qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7890 saylı, 08 dekabr 2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Əraz i İdarəsinin mühəndisi S.Ağabalayevin tərtib etdiyi 26 avqyust 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, iddiaçılar İddiaçı və Oruc Şahmuradovun iddiasında göstərilən torpaq sahəsi 665 kv.m. olub, döngə nöqtələri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. JN-49F, KOD 40312018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Yusif Şahmuradov, Zalxa Seydəliyeva, İddiaçı və Oruc Şahmuradovun ümumi birgə mülkiyyətinə verilmiş 0,09 ha həyətyanı torpaq sahəsinin sərhədlərinin ölçüləri ilə faktiki istifadəsində olan torpaq sahələrinin ölçüləri arasında fərq olduğu üçün cavablandırılması mümkün olmamışdır.
12. Qax Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(024)31/2023 nömrəli, 20 fevral 2023-ci il tarixli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia təmin olunmuş, cavabdeh JN-049F nömrəli Şəhadətnamə əsasında Yusif Şahmuradov, Zalxa Seydəliyeva, İddiaçı və Oruc Şahmuradovun ümumi birgə mülkiyyətinə verilmiş 0,09 ha həyətyanı torpaq sahəsi üzərində qanunsuz tikilmiş köməkçi tikili-maşın qarajından (mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilən) məcburi qaydada çıxarılması və zəbt edilmiş sahədə qanunsuz tikilmiş köməkçi tikili-maşın qarajının cavabdehin hesabına sökülməsi, cavabdehdən iş üzrə 50 manat ekspertiza xərcinin alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, JN049F KOD 40312028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surətlərindən görünür ki, Qax rayonunun Çinarlı kəndində yerləşən 0,09 ha həyətyanı torpaq sahəsi Yusif Şahmuradov, Zalxa Seydəliyeva, İddiaçı və Oruc Şahmuradovun ümumi birgə mülkiyyətinə verilmişdir. İddiaçı Torpağın mülkiyyətə verilməsinə dair JN-049F nömrəli Şəhadətnamə əsasında onların mülkiyyətində olan 0,09 ha həyətyanı torpaq sahəsindən cavabdehin qanunsuz zəbt etdiyi hissədən məcburi çıxarılması və zəbt edilmiş sahədə tikilmiş köməkçi tikilinin (maşın qarajının) sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün xüsusi biliklərdən istifadə edilməsi zəruri olduğundan iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və tədqiqatın aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparı lmış, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri qarşısında qoyulmuş sualları cavablandırmış, ekspertizanın 08 dekabr 2022-ci il tarixli 10/7890 saylı rəyinə əsasən iddiaçı Yusif Şahmuradov, Zalxa Seydəliyeva, İddiaçı və Oruc Şahmuradovun iddiasında göstərilən torpaq sahəsinin 665 kv.m. olub döngə nöqtələri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. JN-49F, KOD 40312018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Yusif Şahmuradov, Zalxa Seydəliyeva, İddiaçı və Oruc Şahmuradovun ümumi birgə mülkiyyətinə verilmiş 0,09 ha həyətyanı torpaq sahəsinin sərhədlərinin ölçüləri ilə faktiki istifadəsində olan torpaq sahələrinin ölçüləri arasında fərq olduğu üçün cavablandırılması mümkün olmamışdır. Lakin iş materiallarında olan mütəxəssis rəyində olan sxem lə müəyyən edilmişdir ki, cavabdehlər iddiaçılara məxsus olan torpaq sahəsindən istifadə edirlər və həmin torpaq sahəsi üzərində tikililər mövcuddur. Ekspert rəyində JN-49F, KOD 40312018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Yusif Şahmuradov, Zalxa Seydəliyeva, İddiaçı və Oruc Şahmuradovun ümumi birgə mülkiyyətinə verilmiş 0,09 ha həyətyanı torpaq sahəsinin sərhədlərinin ölçüləri ilə faktiki istifadəsində olan torpaq sahələrinin ölçüləri arasında fərq olduğu üçün cavablandırılması mümkün olmasa da, mütəxəssis rəyinə əlavə edilmiş sxemlə cavabdehin iddiaçılara məxsus torpaq sahəsindən istifadə etməsi və həmin torpaq sahəsində tikililər inşa edildiyi sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddiaçı tələbində haqlıdır.
14. Birinci instansiya məhk əməsi gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.4, 164.1, 165.1 və 170.2-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49.1, 84 və 111-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 76.1, 77.1, 217.4, 218.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
15. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin plan cizgi sənədlərini nəzərə almamış, iddiaçının qeyd etdiyi zəbt torpaq sahəsində ti kilinin nə vaxt və kim tərəfindən tikildiyi nəzərə alınmamış, iddiaçıya torpaq sahəsinin verildiyi tarixlə, ilkin sənədlərdə qeyd olunan tarixlərə nəzər salınmamışdır. Ekspert rəyinə əsasən, Yusif Şahmuradov, Zalxa Seydəliyeva, İddiaçı və Oruc Şahmuradovun ümumi birgə mülkiyyətinə verilmiş 0,09 ha həyətyanı torpaq sahəsinin sərhədlərinin ölçüləri ilə faktiki istifadəsində olan torpaq sahələrinin ölçüləri arasında fərq olduğu üçün cavablandırılması mümkün olmamışdır. Mübahisəyə mahiyyəti üzrə baxılmalı, iş üzrə ilkin sənədlər araşdırılmalı, torpaq sahəsinin nə vaxt cavabdehin istifadəsinə verilməsini, nə vaxt zəbt torpaq sahəsində maşın qarajının tikildiyini araşdırmalıdır. Belə ki, zəbt torpaq sahəsində yardımçı tikili faktiki olaraq 1960-cı ildən əvvəl tikilmişdir, iddiaçının valideynləri Yusif Şahmuradov və Zalxa Seydəliyevaya isə torpaq sahəsi AİK-nın 28 dekabr 1997-ci il tarixli 20 nömrəli səhv qərarı ilə verilmişdir.
17. Apellyasiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır.
18. Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 20 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/6901 nömrəli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 08 avqyust 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: -“JN-49F KOD 40312018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməy ə əsasən Yusif Şahmuradov, İddiaçı və Oruc Şahmuradovun ümumi birgə mülkiyyətinə verilmiş Qax rayonunun Çinarlı kəndində yerləşən 0,09 ha həyətyanı torpaq sahəsinin sənədində koordinatlar olmadığından hər hansı ölçülərdə və koordinatlarda yerləşməsini təyin etmək mümkün olmamışdır. Həmin torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki istifadəsində olan torpaq sahəsinin sərhədlərinin ölçüləri və coğrafi yerləşməsi arasında olan uyğunsuzluq sxem 1-də göstərilmişdir. -JN-50F KOD 40312028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X6, Cavabdeh, X7, X8, X4, İddiaçı Əmrah oğlunun ümumi birgə mülkiyyətinə verilmiş Qax rayonunun Çinarlı kəndində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə, həmçinin naturada koordinatları və coğrafiy yerləşməsi sxem 2-də göstər ilmişdir. -1988-ci il tarixli Qeydiyyat vəsiqəsində göstərilmiş 0,24 ha torpaq sahəsinin döngə nöqtələri koordinatları olmadığından faktiki istifadədə olan torpaqla, yerləşmə və mülkiyyət vəziyyəti barədə tərəflərindən cavablandırılması mümkün olmamışdır. -JN-49F KOD 40312018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və JN-50F KOD 40312028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən torpaq sahələrinin sənəd üzrə üst-üstə düşməsi yoxdur. Lakin, torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrlə naturada istifadə olunan torpaq sahələri arasında həm sahə fərqi, həm də coğrafi yerləşməsində uyğunsuzluq var. Sxem 1-də göstərilmişdir. -Qax rayonunun Çinarlı kəndində yerləşən Cavabdeh tikdiyi qaraj tikilisinin naturada özünün istifadəsində, göstərilən şəhad ətnamədə Yusif Şahmuradov, Zalxa Seydəliyeva, İddiaçı və Oruc Şahmuradovun ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsinin üzərində göstərilir və 1987-ci il iyul ayında verilmiş texniki pasportda qeyd olunmuş torpaq sahəsində isə Zəhra Şahmuradovanın adına naves (günlük) (B) kimi qeyd olunmuşdur. -27 iyun 1988-ci il tarixli Qeydiyyat vəsiqəsində göstərilən 50 kv.m. fərdi yaşayış evinə aid hər hansı bir sxem olmadığından göstərilən hansı Şəhadətnamələrə düşübdüşmədiyini qeyd eləmək mümkün olmamışdır.”
19. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(107)-41/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Elçin Mehdiyev) cavabdeh tərəfindən verilmiş apel lyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur.
20. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə qərarlarında, mütəxəssis və ekspert rəylərində, o cümlədən hazırki apellyasiya icraatında qəbul edilmiş icraatın dayandırılması və ekspertiza təyin edilməsi barədə qərardadda və mütəxəssis və ekspert rəylərində Qax rayonunun Çinarlı kəndində yerləşən 0,09 ha həyətyanı torpaq sahəsinin Yusif Şahmuradov, Zalxa Seydəliyeva, İddiaçı və Oruc Şahmuradovun ümumi birgə mülkiyyətinə verilməsi barədə JN-49F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin KOD 40312028 olmalı olduğu halda, 40312018 kimi yazılmışdır. Məhkə mə kollegiyası hesab etmişdir ki, 40312018 kimi yazılmasına baxmayaraq, bütün araşdırmalar JN-49F KOD 40312028 saylı Şəhadətnamə barəsində aparıldığından həmin səhv işin mahiyyətinə təsir etməmişdir və kollegiya tərəfindən texniki yanlışlıq olaraq qəbul edilmişdir.
21. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mübahisəli tikili olan qaraj və onun yerləşdiyi torpaq sahəsinin rəsmi sənəd üzrə iddiaçının mülkiyyətində olması rəylərlə öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə əldə edilmiş hər iki ekspert rəyində iddiaçılara və cavabdehə məxsus mübahisəli torpaq sahələrinin sənəd üzrə və naturada ölçü və koordinatlarında fərqlər olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 dekabr 2 022-ci il tarixli 10/7890 saylı ekspert rəyində İddiaçı və Oruc Şahmuradovun iddiasında göstərilən sənəd üzrə 0,09 ha olan torpaq sahəsinin naturada 665 kv.m. olduğu göstərilmişdir. Həmin rəy üzrə mütəxəssisin hazırladığı sxemdə cavabdehlərin iddiaçılara məxsus olan torpaq sahəsindən istifadə etdiyi və həmin torpaq sahəsi üzərində tikililərin mövcud olması görünür. Apellyasiya icraatı zamanı əldə edilmiş yuxarıda göstərilən ekspert rəyində Qax rayonunun Çinarlı kəndində yerləşən cavabdehin tikdiyi qaraj tikilisinin naturada özünün istifadəsində, göstərilən şəhadətnamədə Yusif Şahmuradov, Zalxa Seydəliyeva, İddiaçı və Oruc Şahmuradovun ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsinin üzərində göstərildiyi qeyd olunur və həmin rəy üzrə mütəxəssisin hazırladığı sxem də həmin halı təsdiqlə yir. Buradan belə nəticə çıxır ki, sənəd üzrə iddiaçıların torpaq sahəsinə aid olan qaraj tikilisi iddiaçıların naturada çatışmayan torpaq sahəsində yerləşir və faktiki olaraq cavabdeh tərəfindən istifadə olunur. Nəzərə alınmalıdır ki, Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan torpaq sahələri onların mülkiyyətinə verilmişdir.
22. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, inzibati işlər üzrə məhkəmə qərarları mülki iş üzrə məhkəmə araşdırması üçün preyudisial əhəmiyyət daşımasa da, bu inzibati iş üzrə məhkəmə qərarlarının mülki işlər üzrə araşdırma zamanı sübut qismində qəbul edilməsi imkanını istisna etmir. O cümlədən, Aqrar İslahat Komissiyasının qərarlarının, onlar əsasında verilmiş Şəhadətnamələrin və digər daşınmaz əmlaka mülkiyyət hüquqları ilə bağlı sənədlərin qanunsuzluğunun müəyyən edilməsi məhkəmə qərarları ilə həll edilən məsələdir. Həmin məsələlər Mülki Prosessuаl Məcəllənin 81-ci maddəsinin tələbinə əsasən başqa sübutlarla təsdiq edilə bilməz. Göründüyü kimi, İddiaçı və ailə üzvlərinin adına olan JN-049F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin qanunsuzluğu məsələsinə Şəki İnzibati Məhkəməsinin 2-1(116)651/2021 nömrəli, 16 iyun 2021-ci il tarixli qərarı qəbul edilərkən inzibati iş üzrə məhkəmə araşdırması qaydasında baxılmış və həmin hal sübut edilməmişdir. Həmin halın başqa qaydada (başqa sübutlarla) sübut edilməsi mümkün deyildir.
23. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, iddiaçılara verilmiş mübahisəli torpaq sahəsinə aid 1987-ci ildə tərtib olunmuş texniki pasportda A, B və V tikil iləri göstərilmişdir ki, həmin tikililər ev, tövlə və fundamenstsiz taxta naves tikililəri olmuşdur. 2020-ci ilin oktyabrın 26-da məhkəməyə daxil olmuş hazırki iddiaya qədər mübahisəli ərazidə qaraj tikilisinin mövcud olması ilə bağlı heç bir sübuta rast gəlinmir. Ona görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırki işə 25 iyun 1999-cu il tarixdən qüvvədə olmuş Torpaq və 1 sentyabr 2000-ci ildən qüvvədə olmuş Mülki Məcəllələrin normalarını tətbiq etməkdə haqlı olmuşdur. İşin yuxarıda qeyd olunan halları nəzərə alındıqda, iddianın qanuni əsası kimi Mülki Məcəllənin 157.4 və 180.4-cü maddələri nəzərdən keçirilə bilər. Yuxarıda göstərilənlərə əsasən, iddiaçılar öz qanuni mülkiyyətlərində olan torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsini tələb etməkdə haqlıdırlar.
24. Apellyasiya instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, Mülki Məcəllənin Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.4, 164.1, 165.1 və 170.2-ci, Torpaq Məcəlləsinin 49.1, 84 və 111-ci və Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 372.1, 372.6, 372.7, 384.0.1 və 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
25. Qətnamədən cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul olunmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin mülki yyət hüquqları birinci və apellyasiya məhkəmələri tərəfindən kobud şəkildə pozulmuşdur. Apellyasiya şikayətində də qeyd etdiyi birinci instansiya məhkəməsi tərəfindən ilkin plan cizgi sənədlərinin nəzərə alınmaması, iddiaçının qeyd etdiyi zəbt torpaq sahəsində tikilinin nə vaxt və kim tərəfindən tikildiyinin nəzərə alınmaması, iddiaçıya torpaq sahəsinin verildiyi tarixlə, ilkin sənədlərdə qeyd olunan tarixlərə nəzər salınmaması apellyasiya instansiyası məhkəməsi tərəfindən də yaxşı araşdırılmamışdır. Zəbt torpaq sahəsində yardımçı tikili (qaraj) faktiki olaraq 1960-cı ildən əvvəl tikilmişdir. İddiaçının valideynləri Yusif Şahmuradov və Zalxa Seydəliyevaya isə torpaq sahəsi AİK-nın 28 dekabr 1997-ci il tarixli 20 nömrəli səhv qərarı ilə verilmişdir. Lakin təqdim etdikləri bu məlumat da ap ellyasiya məhkəməsi tərəfindən Şəki İnzibati Məhkəməsinin 2-11(116)-651/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı əsas götürülərək, az da olsa araşdırılmamış və düzgün qiymətləndirilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
27. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
28. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşı nmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
29. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
30. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vernək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
31. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
32. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
33. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
34. Maddə 154.2. Bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində ola n əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır.
35. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
36. Maddə 157.4. əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəktələrə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
37. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
38. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahəd ən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
39. Maddə 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
40. Maddə 5 (1-ci hissə). Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur.
41. Maddə 83 (1-ci hissə).Hüquqi və fiziki şəxslər to rpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər.
42. Maddə 84 (1-ci hissə). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
43. Maddə 84 (3-cü hissə). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
44. Maddə 111 (1, 2 və 3-cü hissələr). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların ə vvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
47. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları il ə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
51. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
52. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izaha tları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
53. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
54. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcə llənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
57. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
58. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
59. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə iddianın təmin edilməsi hissəsində tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütünlüklə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, həmçinin mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
62. Belə ki, iddiaçılar məhkəməyə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair JN-049F nömrəli Şəhadətnamə əsasında onların mülkiyyətində olan 0,09 ha həyətyanı torpaq sahəsindən cavabdehin qanunsuz zəbt etdiyi hissədən məcburi çıxarılması və zəbt edilmiş sahədə tikilmiş köməkçi tikilinin (maşın qarajının) sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
63. Apellyasiya instans iya məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən, mübahisəli tikili olan qaraj və onun yerləşdiyi torpaq sahəsinin rəsmi sənəd üzrə iddiaçının mülkiyyətində olmasının rəylərlə öz təsdiqini tapmasını, iş üzrə əldə edilmiş hər iki ekspert rəyində iddiaçılara və cavabdehə məxsus mübahisəli torpaq sahələrinin sənəd üzrə və naturada ölçü və koordinatlarında fərqlər olduğunun müəyyən edilməsini, birinci instansiya məhkəməsində icraat zamanı alınmış Məhkəmə Ekspertiza Mərkəzinin 08 dekabr 2022-ci il tarixli 10/7890 saylı ekspert rəyində iddiaçıların iddiada göstərilən sənəd üzrə 0,09 ha olan torpaq sahəsinin naturada 665 kv.m. olduğunun göstərilməsini, həmin rəy üzrə mütəxəssisin hazırladığı sxemdə cavabdehlərin iddiaçılara məxsu s olan torpaq sahəsindən istifadə etdiyi və həmin torpaq sahəsi üzərində tikililərin mövcud olmasının görünməsini, apellyasiya icraatı zamanı əldə edilmiş ekspert rəyində Qax rayonunun Çinarlı kəndində yerləşən cavabdehin tikdiyi qaraj tikilisinin naturada özünün istifadəsində, göstərilən şəhadətnamədə Yusif Şahmuradov, Zalxa Seydəliyeva, İddiaçı və Oruc Şahmuradovun ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsinin üzərində göstərildiyinin qeyd olunmasını, həmin rəy üzrə mütəxəssisin hazırladığı sxemin də həmin halı təsdiqləməsini qeyd edərək, belə nəticəyə gəlmişdir ki, sənəd üzrə iddiaçıların torpaq sahəsinə aid olan qaraj tikilisi iddiaçıların naturada çatışmayan torpaq sahəsində yerləşir və faktiki olaraq cavabdeh tərəfindən istifadə olunur.
64. Apellyasiya instansiya məhkəməsi həm çinin birinci instansiya məhkəməsinin hazırki işə 25 iyun 1999-cu il tarixdən qüvvədə olmuş Torpaq və 1 sentyabr 2000-ci ildən qüvvədə olmuş Mülki Məcəllələrin normalarını tətbiq etməkdə haqlı olması barədə nəticəyə gələrək, iddiaçılara verilmiş mübahisəli torpaq sahəsinə aid 1987-ci ildə tərtib olunmuş texniki pasportda A, B və V tikililəri göstərilməsini, həmin tikililərin ev, tövlə və fundamenstsiz taxta naves tikililəri olmasını, 2020-ci ilin oktyabrın 26-da məhkəməyə daxil olmuş hazırki iddiaya qədər mübahisəli ərazidə qaraj tikilisinin mövcud olması ilə bağlı heç bir sübuta rast gəlinmədiyini qeyd etmişdir.
65. Məhkəmə kollegiyası iş materiallarında olan mövcud sübutlara düzgün hüquqi qiymət verilməməsi səbəbindən cavabdehin mübahisəli torpaq sahəsini zəbt etməsi ilə bağlı məhkəmələr in gəldikləri nəticə ilə aşağıdakılara əsasən razılaşmır.
66. Belə ki, birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən, iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunub-olunmaması, istifadə olunursa hansı hissədə istifadə olunması, habelə iddiaçılara aid torpaq sahəsində cavabdeh tərəfindən hər hansı tikilinin inşa edilib-edilməməsi, o cümlədən iddiaçıların və cavabdehin mülkiyyətində olan torpaq sahələrinin koordinatlarının müəyyən edilməsi, torpaq sahələrinin sənəd üzrə, həmçinin naturada üst-üstə düşüb-düşməməsi və s. ilə bağlı sualların aydınlaşdırılması məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizaları təyin edilərək müvafiq rəylər alınmışdır.
67. Lakin birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikintitexniki ekspertizs ı üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 dekabr 2022-ci il tarixli rəydə, iddiaçıların iddiasında göstərilən torpaq sahəsininm 665 kv.m. olması, JN-49F, KOD 40312018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Yusif Şahmuradov, Zalxa Seydəliyeva, İddiaçı və Oruc Şahmuradovun ümumi birgə mülkiyyətinə verilmiş 0,09 ha həyətyanı torpaq sahəsinin sərhədlərinin ölçüləri ilə faktiki istifadəsində olan torpaq sahələrinin ölçüləri arasında fərq olduğu üçün cavablandırılmasının mümkün olmaması qeyd olunmuşdur.
68. Həmçinin apellyasiya instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizsı üzrə Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 20 oktyabr 2023-cü il tarixli ekspert rəyində, JN-49F KOD 40312018 saylı Torpağın mülkiyyətə v erilməsinə dair Şəhadətnamə və JN-50F KOD 40312028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən torpaq sahələrinin sənəd üzrə üstüstə düşməsinin olmadığı, lakin torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrlə naturada istifadə olunan torpaq sahələri arasında həm sahə fərqi, həm də coğrafi yerləşməsində uyğunsuzluq olması, cavabdehin tikdiyi qaraj tikilisinin naturada özünün istifadəsində, göstərilən şəhadətnamədə Yusif Şahmuradov, Zalxa Seydəliyeva, İddiaçı və Oruc Şahmuradovun ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsinin üzərində göstərilməsi və 1987-ci il iyul ayında verilmiş texniki pasportda qeyd olunmuş torpaq sahəsində isə Zəhra Şahmuradovanın adına naves (günlük) (B) kimi qeyd olunması qeyd edilmişdir.
69. Göründüyü kimi birinci və apellyasiya inst ansiya məhkəmələri tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizalarının rəyləri ilə, iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunub-olunmaması, istifadə olunursa hansı hissədə istifadə olunması, habelə iddiaçılara aid torpaq sahəsində cavabdeh tərəfindən hər hansı tikilinin inşa edilib-edilməməsi, o cümlədən iddiaçıların və cavabdehin mülkiyyətində olan torpaq sahələrinin naturada üst-üstə düşüb-düşməməsi ilə bağlı suallara cavab verilməmişdir. Ekspert rəylərində qeyd olunan suallara cavab verilməməsinin səbəbi, torpaq sahəsinin sərhədlərinin ölçüləri ilə faktiki istifadəsində olan torpaq sahələrinin ölçüləri arasında fərqin olması, eyni zamanda torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrlə naturada istifadə olunan torpaq sahələri arasında həm sahə fərqinin, həm də coğrafi yerləşməsində uyğunsuzluğun olması ilə izah olunmuşdur.
70. Apellyasiya instansiya məhkəməsi isə təqdim edilmiş sübutlar əsasında işin bu faktiki halları, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə bağlı ətraflı araşdırma aparmamış, iddiaçıların torpaq sahəsinin sərhədlərinin ölçüləri ilə faktiki istifadələrində olan torpaq sahəsinin ölçüləri arasında fərqin, eyni zamanda Şəhadətnamə ilə naturada istifadə olunan torpaq sahəsi arasında həm sahə fərqinin, həm də coğrafi yerləşməsində uyğunsuzluğun olmasını, yəni Şəhadətnaməyə uyğun olaraq torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməməsi və torpaq sahəsinin planı və ölçüsünə uyğun olmamasını nəzərə almadan, iddiaçıların iddia ərizəsində sökülməsini tələb etdikləri köməkç i tikilinin (maşın qarajının) nə vaxt inşa edilməsini və iddiaçılara aid torpaq sahəsində yerləşməsini dəqiq müəyyən etmədən, qeyri-müəyyən olmaqla, verilmiş əksər sualları cavablandırmamış ekspert rəylərinə düzgün hüquqi qiymət verməmiş, subyektiv mülahizələrə əsaslanmaqla iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaq barədə düzgün olmayan qənaətə gəlmiş, bununla iş üzrə istinad etdiyi maddi hüquq normalarını da düzün tətbiq etməmişdir.
71. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri kimi digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmamaqla, məhkəmə üçün məcburi deyildir və digər sübutlar kimi obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli hüquq normalarına müv afiq olaraq, müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (Mülki Prosessual Məcəllənin 88, 101.7 və 103-cü maddələri). Bununla belə nəzərə alınmalıdır ki, xüsusi bilik tələb olunan sualları izah etmək məhz ekspertizanın səlahiyyətinə aiddir (Mülki Prosessual Məcəllənin 97, 99-cu maddələri).
72. Bundan başqa məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin, torpaq sahəsində yardımçı tikilinin (qaraj) faktiki olaraq 1960-cı ildən əvvəl tikilməsi barədə dəlili ilə bağlı qeyd edir ki, eyni məzmunlu dəlil cavabdeh tərəfindən apellyasiya şikayətində də göstərilmiş, lakin apellyasiya instansiya məhkəməsi həmin dəlillə bağlı 2020-ci ilin oktyabrın 26-da məhkəməyə daxil olmuş hazırki iddiaya qədər mübahisəli ərazidə qaraj tikilisinin mövcud olması ilə bağlı heç bir sübut a rast gəlinmədiyini qeyd etsə də, qeyd olunan dəlili ekspert qarşısında müvafiq sual qoymaqla, yaxud yerində baxış keçirməklə araşdırmadan, mövcudluğunu şübhə altına aldığı həmin tikilinin sökülməsi barədə iddianı təmin etmiş birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
73. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçılar hazırki iddia üzrə tələbi yalnız cavabdeh kimi Cavabdeh yönəltsələr də, faktiki olaraq iddianın obyektini Cavabdehla yanaşı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən onun ailə üzvü olan digər şəxslərin də ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsi təşkil edir. Lakin apellyasiya instansiya məhkəməsi iddia tələbinin Torpağın mülkiyyətə verilməsinə dair JN-050F KOD 40312028 saylı Şəhadətnamədə adları göstərilən başqa şəxslərin maraqları na toxunub-toxunmaması məsələsini, habelə onların işə cəlb edilməsinə zərurətin olub-olmamasını müzakirə etməmişdir.
74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır.
75. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayətində mübahisələndirilən hissədə apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllni tapmamışdır.
76. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qey d olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
77. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə t ərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
78. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
79. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi MPM-in 88- ci maddəsinin tələblərinə riayət etməklə qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.
80. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
81. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
82. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-41/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.