Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1976/2024 10.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və Səbail Rayon İcra Hakimiyyətinə, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilən X6 və Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsinə qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 2(102)554/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 7 saylı evin 21 saylı mənzili X4 mülkiyyətində olmaqla, bacısı İddiaçı həmin ünvanda yaşayır.
2. Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 7 saylı evin 29 saylı mənzili Cavabdeh mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh və Səbail Rayon İcra Hakimiyyətinə, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 7 saylı evin 21 və 29 saylı mənzillərin qarşısında ümumi istifadədə olan eyvan sahədə cavabdeh tərəfindən qanunsuz inşa edilmiş (29 saylı mənzilin artırması) tikilinin sökülməsi, zəbt olunmuş 12,25 kv.metr sahənin boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi, həmçinin həmin 7 saylı evin həyətinin giriş hissəsinin ikinci mərtəbəsində inşa olunmuş sahəsi 12,18 kv.metr (2,9x4,2) olan tikilinin, 7 saylı evə giriş-çıxış üçün nəzərdə tutulmuş pilləkən qəfəsinin sol tərəfində sahəsi 8,7 kv.metr olan mətbəx otağının və onunla üzbəüz tikilinin qarşı tərəfinin 3,68 kv.metr (0,8x4,6) artırılmış hissəsinin sökülərək sahənin əvvəlki vəziyyətinə gətirilməs i barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onun əsaslandırılmışdır ki, iddiaçı qeyd olunan ünvanda, “italyanka” deyilən həyətdə azyaşlı qızı və mənzilin mülkiyyətçisi olan bacısı X6 ilə qeydiyyatda olmaqla daimi yaşayırlar. Mənzillərinin çıxışı ümumi istifadədə olan eyvanadır. Həmin eyvana 2 tərəfdən giriş-çıxış üçün pilləkənlər nəzərdə tutulmuşdur. Lakin, həmin ünvanın 29 saylı mənzilində yaşayan, qonşuları olan cavabdehin Ziyəddin adlı qardaşı tərəfindən özbaşına olaraq və 45 saylı MKİS-nin rəisinin razılığı ilə mənzilinə yaxın olan, eyvana bitişik giriş-çıxış üçün nəzərdə tutulan pilləkəni bağlayaraq, bütün qonşuların ümumi istifadəsində olan eyvanda özü üçün mənzil tikməklə qonşuların, o cümlədən, iddiaçının da yaşayış hüquqlarını məhdudlaşdırmışdır. Cavabdeh tərəfindən tikilən otağın giriş-çıxış qapısı iddiaçının divarı ilə bitişik, yəni, eyni divar olduğundan, dəmir qapısı açılıbbağlananda bitişik divar deformasiya olur və divarda, yəni, mənzilinin divarında çatlar əmələ gəlir. Yay fəslində qapı daim açıq vəziyyətdə olur. Eyni zamanda, qapı açılıb bağlanarkan güclü səs yaranır, qapı açıq vəziyyətdə olarkən mənzilinin pəncərəsinə təbii işığın və havanın düşməsi çətinləşir, yaşadığı mənzil təbii işıqsız və havasız olur. Bundan başqa, pilləkənin daraldılması nəticəsində qonşuların mənzillərinə məişət əşyalarını gətirilib-çıxarılmasını məhdudlaşdırır. 2014-cü ilin dekabr ayında kirayəşin tərəfindən yanğın təhlükəsizlik qaydalarına riayət edilmədiyindən yanğın baş vermiş, müxtəlif əşyalar yanmışdır. Yanğın zamanı digər giriş-çıxış üçün nəzərdə tutulan pillə kənlər bağlı olduğundan qonşular, azyaşlı uşaqlar və yaşlı sakinlər güclü həyəcan keçirmişlər. Yuxarıda qeyd olunan qanunsuzluqlarla əlaqədar, daim yaranan münaqişələrə görə Səbail RPİ-nin 8-ci Polis Bölməsinə müraciətlərinə 17 aprel 2015-ci və 19 iyul 2015-ci il tarixli məktublarla “ümumi yaşayış qaydalarına riayət etməkləri və xəbərdar olmaqları” və “mülki qaydada məhkəməyə müraciət tövsiyə olmuşdur”.
5. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya etiraz verərək göstərmişdir ki, o, Ermənistan Respublikasından məcburi köçkün olaraq Bakı şəhərinə gəlmiş, mübahisəli mənzili 1990-cı ildə almışdır. İddiaçı özünə məxsus evi 2012-ci ildə almış və özü də etiraf etmişdir ki, o, evi alandan sonra orda heç bir tikinti işləri aparılmamışdır. Deməli, iddiaçı köçəndə cavabdehə məxsus ev hazırki v əziyyətdə olmuşdur. İddiaçı 5-6 ildən sonra qonşuluq münasibətlərinin soyuduğundan belə bir iddia qaldırmışdır. Cavabdeh mənzili alandan sonra sadəcə təmir işləri aparmış, heç bir əlavə tikinti işləri görməmişdir. 1990-cı ildən bu günə kimi heç bir qonşunun iradı və pretenziyası olmadığı və 30 ilə yaxın maneəsiz yaşamaqlarına baxmayaraq, 4-5 il əvvəl gələn qonşunun belə iddia qaldırması absurddur.
6. İş üzrə birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 17 iyul 2017-ci il tarixli rəyinə əsasən, X2 faktiki istifadəsində olan Bakı şəhəri, Səbail rayonu Buxta küçəsi, 7 saylı evin 29 saylı mənzilin mövcud vəziyyəti üzrə ümumi sahəsinin 42,75 kv.m. olduğu, baxış zamanı təqdim olunmuş plan-sxemə əsasən isə ümumi sahəsinin 30,5 kv.metr olmaqla, həmin mənzili n plan və ölçülərdə (cizgilərdə) əks olunmuş sərhədlər hüdudlarından kənar olduğu müəyyən edilmişdir. Tədqiq olunan 21 saylı mənzilin texniki pasportun göstəriciləri ilə mövcud vəziyyətini müqayisədə 6,4 kv.m. əlavə tikililərin inşa olunduğu, digər 29 saylı mənzilin isə baxış zamanı təqdim olunmuş plan-cizgi ilə mövcud vəziyyətini müqayisədə 12,25 kv.m. artıq tikililər olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu Buxta küçəsi, 7 saylı evin tərəflərin yaşadığı 21 və 29 saylı mənzillərin qarşısında inşa edilmiş tikilinin (29 saylı mənzilin artırması) mövcudluğu ümumi istifadədə olan sahənin (eyvanın) və həmin sahəyə giriş-çıxışın zəbt olunması hallarının olduğu müəyyən edilmişdir.
7. Birinci instansiya məhkəməsinə təqdim edilmiş məhkəmə-tikinti texniki ekspertizası üzrə 05 yanvar 20 18-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi 7 saylı evin (binanın) həyətinin giriş hissəsində ikinci mərtəbədə inşa olunmuş sahəsi 12,18 kv.m. (2,9x4,2) m olan tikilinin, 7 saylı evə giriş-çıxış üçün nəzərdə tutulmuş pilləkən qəfəsəsinin sol tərəfində sahəsi 8,7 kv.m. olan mətbəx otağının və onunla üzbəüz tikilinin qarşı tərəfinin 3,68 kv.m. (0,8x4,6) m artırılmış hissəsinin mövcudluğu FHN-nin X9 Xidməti 2-ci Ərazi X9 İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli xx/xx-0840 saylı məktubda və Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli məktubda qeyd olunanlara əsasən iddiaçının və Buxta küçəsi 7 5aylı evin 21 saylı mənzilinin digər sakinlərinin mənzildən sərbəst istifa də edilməsinə (işıqlanması, havalanması) maneçilik yaradır. Lakin, həmin mübahisəli tikililərin iddiaçının və 21 saylı digər evin sakinləri hüquq və mənafelərini pozulub-pozulmamasının müəyyən edilməsi hüquqi məsələ olduğundan məhkəmə tərəfindən müəyyən edilə bilər. Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi 7 saylı evin (binanın) həyətinin giriş hissəsində ikinci mərtəbədə inşa olunmuş sahəsi 12,18 kv.m. (2,9x4,2) m olan tikilinin, 7 saylı evə giriş-çıxış üçün nəzərdə tutulmuş pilləkən qəfəsəsinin sol tərəfində sahəsi 8,7 kv.m. olan mətbəx otağının və onunla üzbəüz tikilinin qarşı tərəfinin 3,68 kv.m. (0,8x4,6) m artırılmış hissəsinin inşa olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarında göstərilənlərə əsasən müvafiq icazə sənədləri alı nmalıdır. Lakin iş materiallarında həmin tikililərin inşa olunmasına dair hər hansı müvafiq təsdiq olunmuş sənədlərin olmadığı müəyyən edilmişdir.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(009)2/2023 nömrəli qətnaməsi ilə (hakim R.N.Qafarova) iddia qismən təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi 7 saylı evdə ümumi istifadə üçün nəzərdə tutulmuş giriş-çıxış yolunun üzərində Cavabdeh tərəfindən inşa edilmiş sahəsi 0,64 kv.metr (0,85 x 0,75 m) olan anbar tikilisinin ümumi istifadədə olan pilləkən meydançasından istifadə olunmasına maneələr törətdiyinə görə sökülməsi, həmin ərazinin əvvəlki vəziyyətinə gətirilməsi qət edilmiş, iddia qalan hissələrdə təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, b undan əvvəl İddiaçı və X1 rayon İcra Hakimiyyətinin nəzdində Daimi fəaliyyət göstərən idarələrarası komissiyanın xx.xx.2017-ci il tarixli, Ə-42/2-091/2-t/1 saylı aktına görə, Cavabdeh mülkiyyətində olan mənzilin ölçülərinin dəqiqləşdirilməsi ərizəsi əsasında yerində aparılmış ölçmə işlərinin nəticəsində aktının və həmin aktın təsdiq edilməsi və Cavabdeh mənzil ölçülərinin dəqiqləşdirilməsi haqqında Bakı şəhəri Səbail rayon İcra hakimiyyəti başçısı tərəfindən verilmiş 28 dekabr 2017-ci il tarixli 171 nömrəli sərəncamı mübahisələndirərək ləğv edilməsini xahiş etmiş və bu iddia üzrə artıq qəbul edilərək qanuni qüvvəsini almış məhkəmə aktları mövcuddur.
10. Həmin məhkəmə aktlarından görünür ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 2967 nömrəli, 17 sentyabr 1994-cü il tarixli “rayon mənzi l fondunun özəlləşdirilməsi əvəzsiz olaraq vətəndaş Cavabdeh şəxsi mülkiyyət kimi verilməsi haqqında” sərəncamı ilə Buxta küçəsi 7 nömrəli evin ümumi sahəsi 75,5 kv.metr olan 2 otaqlı 29 saylı mənzili Cavabdeh mülkiyyətinə verilmişdir. ünvan 2 ünvanında yerləşən 29 saylı mənzil Cavabdeh adına xüsusi mülkiyyət kimi xx.xx.1995-ci il tarixdə 322 nömrəli reyestr kitabının 46576 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh məxsus Səbail rayonu, Buxta küçəsi, 7 nömrəli evin 29 saylı mənzili ilə X5 məxsus Səbail rayonu, Buxta küçəsi, 7 nömrəli evin 21 saylı qonşu mənzillərdir. X6 Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi 7 nömrəli evin 21 saylı mənzilin mülkiyyətçisi İddiaçı notariat qaydasında təsdiq olunmuş müqaviləyə əsasən mənzili əvəzsiz istifadə edən şəxsdir. Daşınmaz əmlakın dövlət rey estrindən çıxarışa əsasən Bakı şəhəri Səbail rayonu Buxta küçəsi, bina 7, 21 saylı mənzil X4 mülkiyyətindədir. xx.xx.2012-ci il tarixdə tərtib edilmiş texniki pasportdan müəyyən olunur ki, X5 məxsus Bakı şəhəri Səbail rayonu Buxta küçəsi, bina 7, 21 saylı mənzil iki mərtəbəli binanın ikinci mərtəbəsində 1 otaqlı mənzilin ümumi sahəsi 22,9 kv.m, yaşayış sahəsi 16 kv.m, dəhliz 6,90 kv.m-dən ibarətdir Səbail rayon İcra hakimiyyəti başçısının aparatının xx.xx.2015-ci il tarixli 10-782 nömrəli məktubu ilə iddiaçıya, qonşu tərəfindən yaşadıqları binanın giriş-çıxışı üçün nəzərdə tutulan pilləkənın zəbt edildiyini, qonşuların ümumi istifadəsində olan eyvanda mənzil tikməklə yaşayış hüquqlarının məhdudlaşdırılması barədə müxtəlif dövlət qurumlarına ünvanlanan, Memarlıq və Şəhərsalma Baş idarəsində n Səbail rayon İcra hakimiyyətinə daxil olmuş 1172 saylı, xx.xx.2015-ci il qeydiyyat tarixli məktubla əlaqədar, qonşu ilə aralarında yaranmış mübahisə məhkəmə predmeti olduğundan aidiyyəti üzrə müvafiq məhkəmə orqanlarına müraciət etmək tövsiyə olunmuşdur. Səbail rayon İcra Hakimiyyətinin nəzdində Daimi fəaliyyət göstərən idarələrarası komissiyanın xx.xx.2017-ci il tarixli, Ə-42/2-091/2-t/1 saylı aktına görə, Cavabdeh mülkiyyətində olan mənzilin ölçülərinin dəqiqləşdirilməsi ərizəsi əsasında yerində aparılmış ölçmə işlərinin nəticəsinə baxılmışdır. Təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, Səbail rayonu, Buxta küçəsi, ev 7, 29 saylı mənzilin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.1995-ci il tarixli, 43894 saylı Qeydiyyat Vəsiqəsində ümumi sahəsi 75,5 kv.metr olmaqla həqiqətən Cavabdeh mülkiyyətindədir. Yerində aparılmış yenidən ölçmə zamanı məlum olmuşdur ki, Səbail rayonu, Buxta küçəsi. ev 7, 29 saylı mənzilin ümumi sahəsi 152,8 kv.metr olmaqla Cavabdeh istifadəsindədir. Yuxarıda qeyd olunanları, Səbail rayon İcra hakimiyyəti nəzdində Daimi fəaliyyət göstərən idarələrarası komissiyanın xx.xx.2017-ci il tarixli Ə42/2091/2-t/1 saylı aktını, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23 və 24-ci maddələrini və Yerli İcra hakimiyyətləri haqqında Əsasnamənin 6.8-ci maddəsini rəhbər tutaraq komissiya üzvləri aşağıdakıları qərara almışdır: 1) Səbail rayonu, Buxta küçəsi, ev 7, 29 saylı mənzilin ümumi sahəsi 152,8 kv.metr hesab edilsin. Səbail rayon İcra hakimiyyəti nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiyanın xx.xx.2017 -ci il tarixli Ə-42/2-091/2-t/1 saylı aktının təsdiq edilməsi və vətəndaş Cavabdeh mənzil ölçülərinin dəqiqləşdirilməsi haqqında Bakı şəhəri Səbail rayon İcra hakimiyyəti başçısının 171 saylı 28 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Səbail rayon İcra Hakimiyyəti nəzdində Daimi fəaliyyət göstərən idarələrarası komissiyanın Ə-42/2-091/2-t/1 saylı xx.xx.2017-ci il tarixli aktı təsdiq edilmiş, Səbail rayon Buxta küçəsi, ev 7, 29 saylı mənzilin ümumi sahəsi 152,8 kv.m hesab edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 18 aprel 2022-ci il tarixli qərarı ilə iddia tələbi qismən - Səbail rayon İcra hakimiyyəti nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiyanın xx.xx.2017-ci il tarixli, Ə-42/2-091/2-t/1 saylı aktının təsdiq edilməsi və vətəndaş Cavabdeh mənzil ölçülərinin dəqiqləşdirilməs i haqqında Bakı şəhəri Səbail rayon İcra hakimiyyəti başçısının 171 saylı, xx.xx.2017-ci il tarixli sərəncamın ləğv edilməsi hissəsində təmin edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2022-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02 may 2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Həmin iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 13 noyabr 2020-ci il tarixli ekspert rəyindən görünür ki, iddiaçının mübahisələndirdiyi Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısı nın Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiyanın xx.xx.2017-ci il tarixli Ə-42/209/2-t/1 saylı aktın təsdiq edilməsi və vətəndaş X3 mənzil ölçülərinin dəqiqləşdirilməsi haqqında 171 saylı xx.xx.2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilən Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 7 saylı evin, 29 saylı mənzilin 2-ci mərtəbəsində yerləşən pilləkən meydançasına daxil olduqda sağ tərəfdə evə bitişik vəziyyətdə 0,64 kv.m (0,85 x 0,75 m) sahəsi olan anbar tikilisinin quraşdırıldığı müəyyən edilmişdir. Həmin tikilinin İddiaçı yaşadığı Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi 7 saylı evin 21 saylı mənzilindən istifadə hüququna (giriş-çıxış və s.) maneə törətmədiyi müəyyən edilmişdir. Lakin sahəsi 0,64 kv.metr (0,85 x 0,7 5 m) olan anbar tikilisi ümumi istifadə üçün nəzərdə tutulmuş giriş-çıxış yolunun üzərində quraşdırıldığını nəzərə alaraq ümumi istifadədə olan pilləkən meydançasından istifadə olunmasına maneələr törətdiyi müəyyən edilir.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 13 noyabr 2020-ci il tarixli ekspert rəyi qeyd edilən qərarlarda əksini tapsa da, həmin rəy də nəzərə alınmaqla bu nəticəyə gəlinmişdir ki, iş üzrə mübahisələndirilən Bakı şəhəri Səbail rayon İcra hakimiyyəti başçısının 28 dekabr 2017-ci il tarixli 171 nömrəli sərəncamı həm mənzil qanunvericiliyinin, həm də inzibati icraatın aparılması qaydalarının pozulması şəraitində qəbul edildiyindən, müvafiq Sərəncam qanunsuz inzibati akt olmaqla məhkəmə qaydasında ləğv edilməlidir.
16. Məhkəmə, hazırkı işin icraatı zamanı da iki ekspert rəyinin təqdim edilməsinə baxmayaraq, qanuni qüvvəsini almış məhkəmə aktlarında əksini taparaq gəlinmiş nəticə ilə bağlı olan Məhkəmə Ekspertiza Mərkəzinin 13 noyabr 2020-ci il tarixli ekspert rəyini hazırki iş üzrə sübut növü kimi qiymətləndirilməsini mümkün saymış və göstərmişdir ki, rəydə sahəsi 0,64 kv.metr (0,85 x 0,75 m) olan anbar tikilisinin X3 mənzil ölçülərinin dəqiqləşdirilməsi haqqında 171 saylı 28 dekabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilən ona məxsus Bakı şəhəri Səbail rayonu, Buxta küçəsi, 7 saylı evin, 29 saylı mənzilin 2-ci mərtəbəsində yerləşən pilləkən meydançasına daxil olduqda sağ tərəfdə evə bitişik vəziyyətdə 0,64 kv.m (0,85 x 0,75 m) sahəsi olan anbar tikilisinin quraşdırıldığı müəyyən edilməklə sözügedən tikilinin ümumi istifadə üçün nəzərdə tutulmuş giriş-çıxış yolunun üzərində, pilləkən meydançasından istifadə olunmasına maneələr törətdiyi göstərilmişdir. Başqa sözlə, qanuni qüvvəsini almış məhkəmə aktlarının nəticəsi olaraq 171 saylı xx.xx.2017-ci il tarixli Sərəncamın ləğvi həmin Sərəncam ilə təsdiq edilən cavabdehə məxsus Bakı şəhəri Səbail rayonu, Buxta küçəsi, 7 saylı evin, 29 saylı mənzilin 2-ci mərtəbəsində yerləşən pilləkən meydançasına daxil olduqda sağ tərəfdə evə bitişik vəziyyətdə 0,64 kv.m (0,85 x 0,75 m) sahəsi olan anbar tikilisinin də özbaşına tikili olmasının təsdiqidir.
17. Beləliklə, məhkəmə hesab etmişdir ki, qeyd edilən ekspert rəyi sübut növü kimi qiymətləndirilərək, Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi 7 saylı evdə cavabdeh tərəfindən inşa edilmiş sahəsi 0,64 kv.metr (0,85 x 0,75 m) olan anbar tikilisi ümumi istifadə üçün nəzərdə tutulmuş giriş-çıxış yolunun üzərində quraşdırıldığını nəzərə alaraq ümumi istifadədə olan pilləkən meydançasından istifadə olunmasına maneələr törətdiyinə görə sökülməli və həmin ərazi əvvəlki vəziyyətinə gətirilməlidir.
18. Lakin, məhkəmə iddianın digər hissələrinin təmin edilməsini mümkün saymamış və göstərmişdir ki, istinad edilən ekspert rəyində inşa edilmiş sahəsi 0,64 kv.metr (0,85 x 0,75 m) olan anbar tikilisindən başqa iddiada sökülməsi tələb edilən digər tikililərin İddiaçı yaşadığı Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi 7 saylı evin 21 saylı mənzilindən istifadə hüququna (giriş-çıxış və s.) maneə törətməsi öz təsdiqini tapmamışdır.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsi nin 180.1, 180.2, 180.4-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 101.7, 206.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
20. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin olunmamış hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 2(103)-554/2024 nömrəli qətnaməsi ilə (hakim İ.S.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər E.C.Kazımovdan və K.H.Əkbərovdan ibarət tərkibdə), apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(009)2/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdi rilmədən saxlanılmışdır.
22. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, iddiaçının mənzili 2012-ci ildə əldə etməsi, həmin tarixdən də orada yaşaması, həmçinin iddiaçının sökülməsini istədiyi sahələrin onun həmin mənzili əldə etməsindən çox əvvəllər mövcud olması hazırki mülki iş üzrə mübahisəsiz hallarıdır.
23. Mülki iş üzrə obyektivliyin təmin olunması üçün apellyasiya kollegiyası tərəfindən tərəflərin iştirakı ilə mübahisəli ünvanda 18 dekabr 2023-cü il tarixdə yerində müayinə keçirilmiş və müəyyən edilmişdir ki, tərəflər Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 7 saylı ünvanda yaşayır, onların bildirməsinə əsasən həmin tikili keçən əsrin əvvəllərində inşa edilmiş, taxta-daş konstruksiyalı olmaqla alt hissədə iki, üst tərəfdən is ə bir mərtəbəlidir, tikili “italyan” tipli olmaqla mənzillər yan-yanadır və qapıları tikili boyu uzanan uzun dəhlizə açılır, iddiaçının mənzili ilə cavabdehə aid mənzil həmin dəhlizin sonunda yerləşir, tərəflərin mənzillərinin giriş-çıxışı ayrı olmaqla, istifadə zamanı biri digərinə maneə olmur, iddiaçı təkrar bildirir ki, o, həmin mənzili 2012-ci ildə əldə etmişdir, eyni zamanda da tərəflər təsdiq edirlər ki, cavabdeh həmin ünvanda 35-40 il bundan öncə yaşayır, iddiaçının hazırda sökülməsini istədiyi sahələr onun həmin mənzili əldə etməsindən çox əvvəllər mövcud olmuşdur, eyni zamanda da müəyyən olunmuşdur ki, iddiaçının sökülməsini istədiyi sahə onun mənzilindən xeyli uzaqda yerləşir və onun mənzilindən istifadəsinə heç bir əngəl törətmir, eləcə də müəyyən olundu ki, tərəflər arasında ix tilaf, əslində cavabdehin mənzilindən istifadə zamanı birgəyaşayış qaydalarına əməl etməməsi, yəni mənzilə çox adamın yığışması, çoxlu səs-küy salınması, gecə saatlarında ucadan danışılması, qeyri-etik ifadələr işlədilməsi, qapının möhkəm çırpılması və s. bu kimi hallarla bağlı yaranmışdır.
24. Beləliklə, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının sökülməsini tələb etdiyi tikililər onun mənzilindən xeyli uzaqda yerləşdiyindən mənzildən istifadəsinə heç bir əngəl və maneə törətmir, sadəcə bu mübahisənin yaranma səbəbi daha çox cavabdeh tərəfin birgə yaşayış qaydalarına əməl etməməsi, ümumi istifadədə olan həyətdə səs-küyün olmasıdır. Buna görə də, apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır, təmin edilə bilməz. Kassasiya şika yətinin və ona etirazın dəlilləri:
25. İddiaçı kassasiya şikayəti və sonradan kassasiya şikayətinə əlavə verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 2(102)554/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Mənzil Məcəlləsinin 23.1, 23.2, 24.1, 27.1-ci, Mülki Məcəllənin 180.1, 180.4-cü, Mülki Prosessual Məcəllənin 9.1-ci maddələrinin pozulması ilə qəbul edilmişdir.
27. Belə ki, apellyasiya məhkəməsi tərəfindən işdəki sənədlərə əsassız olaraq qiymət verilməmişdir. Halbuki, heç bir sənədi olmayan tikililər özbaşına tikili kimi məh kəmənin qərarına əsasən sökülməli idi.
28. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
29. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
30. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktik i halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
31. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
32. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qər arını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya mə hkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, o cümlədən mübahisəli ərazi yerində müayinə olunmuş və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək, cavabdeh tərəfindən inşa olunan mübahisəli tikililərin iddiaçının hüquq və mənafelərinə toxunmamasına dair nəticəyə gəlinmişdir.
37. Kassasiya şikayətinin dəlilləri işin faktiki hallarının araşdırılmaması ilə əlaqəlidir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
39. Gös tərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 2(102)-554/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.