Məhkəmə qərarları › İş №2(102)-1977/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1977/2022

15.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1977/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X31, Nümayəndə2, X19, Cavabdeh1nə və AR ƏMDK yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vəsiyyətnamənin və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, vərəsəliyin qəbulu müddətinin uzadılması, miras payın bölüşdürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1942/2021 nömrəli iş üzrə 16 noya br 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il tarixli, 2(063)-242/2009 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Ucar rayon dövlət notariat kontoruna, X20 və X16 qarşı Ucar rayon dövlət notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən yaşayış evinin ikidə bir hissəsinə X21 adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Ucar rayon dövlət notariat kontoruna vəzifə olaraq tapşırılması, X17 ləyaqətsiz vərəsə kimi tanınması tələbinə və 20 (iyirmi) manat dövlət rüsu munun cavabdehlərdən X12 iddiaçının xeyrinə tutulması barədə iddiası əsassız olduğundan rədd edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(120)-1664/2020 nömrəli qərardadının surətindən görünür ki, İddiaçı cavabdeh Ucar rayon notariat kontoruna qarşı vərəsəlik hüququ haqqında verilmiş şəhadətnamənin ləğv edilməsi və qanuni vərəsələrin müəyyən edilməsi tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamışdır. Ucar rayon notariat kontorunda 01 iyun 2004-cü ildə 2V-26 reyestr nömrəsi ilə verilmiş 17 saylı vərəsəlik işində olan 07 fevral 2003-cü il tarixdə, saat 17:00-da Ucar şəhərində tərtib edilmiş vəsiyyətnamədən görünür ki, ünvan 2-da yaşayan Daşdəmirov Vəli Sədrəddin oğlu ölən günədək ona məxsus ünvan 2 ünvanda yerləşən yaşayış evinin ona düşən hissəsini X8 vəsiyyət etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Daşdəmirov Vəli Sədrəddin oğlu 10 fevral 2003-cü ildə 38 yaşında ölmüş və bu barədə Ucar rayon VVAQD şöbəsində ölüm haqqında akt qeydləri kitabında 13 fevral 2003-cü il tarixdə 15 nömrə ilə qeyd edilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 01 aprel 2004-cü ildə 52 yaşında ölmüş və bu barədə Bakı şəhəri Binəqədi rayonu “Leyla” nikah evində ölüm haqqında akt qeydləri kitabında 01 iyun 2004-cü il tarixdə 469 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ata Daşdəmirov Vəli Sədrəddin oğlu və ana X22 olan İddiaçı xx xxxxxxxx 1992-ci ildə Ucar şəhərində doğulmuşdur. Çıxarışdan görünür ki, Daşdəmirov Vəli Sədrəddin oğlu ilə X14 nikahları pozulmuş, bu barədə 26 sentyabr 1995-ci ildə 15 nömrə ilə qeyd edilmişdir. xx xxxxxxxx 1992-ci ildə anadan olmuş İddiaçı adından hərəkət edən anası, Göyçay şəhəri, Atatürk küçəsi, ev 39-da yaşayan X22 tərəfindən Ucar rayon dövlət notariat kontoruna ünvanlanmış 27 may 2004-cü il tarixli ərizədən görünür ki, 10 fevral 2003-cü ildə vəfat etmiş Daşdəmirov Vəli Sədrəddin oğlundan qalan ünvan 2 ünvanda yerləşən yaşayış evinin ikidə bir hissəsindən ibarət miras əmlakı xx xxxxxxxx 1992-ci ildə anadan olmuş oğlu İddiaçı adından o, qəbul etməmişdir. Buraxılmış müddətin bərpası üçün gələcəkdə məhkəmə iddia qaldırmayacaqdır. Həmin yaşayış evinin ikidə bir hissəsindən ibarət miras əmlakın X17 adına keçirilməsinə etiraz etmir. 01 iyun 2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətind ən görünür ki, 10 fevral 2003-cü ildə vəfat etmiş Daşdəmirov Vəli Sədrəddin oğlunun ünvan 2-da yaşayan qardaşı X26 ikidə bir hissədə irs almalıdır. Ucar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 mart 2021-ci il tarixli, 151 nömrəli arayışın surətindən görünür ki, X26 03 fevral 2020-ci il tarixdə ölmüşdür. 10 sentyabr 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, 03 fevral 2020-ci il tarixdə ölmüş X17 vərəsəsi-X30 və X32r və onların hər biri miras əmlakdan bərabər hissədə pay almalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1nə və qeyrilərinə qarşı vərəsəliyin qəbulu müddətinin uzadılması və s. tələbi barədə iddia ərizəsi və tələbin həcminin artırılması və ərizənin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək Daşdəmirov Vəli Sədrəddin oğlunun ünvan 4 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinin ona məxsus ikidə bir hissəsinə dair X5 verdiyi 07 fevral 2003-cü il tarixli, 2V-16 nömrəli reyestrdə qeydiyyata alınmış vəsiyyətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 36.1, 36.2, 157.1, 337.1, 337.3, 1268.2-ci maddələrini rəhbər tutmaqla 01 iyun 2004-cü il tarixdə 2V-26 reyestr nömrəsi ilə qeydə alınmış 17 saylı vərəsəlik işi üzrə Ucar rayon dövlət notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşım az Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 25 may 2004-cü il tarixli, 1276 saylı daşınmaz əmlakın reyestrindən çıxarışın Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinin ikidə bir hissədə X17 adına qeydə alınması hissəsində etibarsız hesab edilməsi və onlardan irəli gələn bütün hüquqi nəticələrin ləğv olunması, 01 iyun 2004-cü il tarixdə 2V-26 reyestr nömrəsi ilə qeydə alınmış 17 saylı vərəsəlik işi üzrə Ucar rayon dövlət notariat kontorunun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsindən irəli gələn hüquqi nəticənin-10 sentyabr 2020ci il tarixdə 2V-96 reyestr nömrəsi ilə qeydə alınmış 95 saylı vərəsəlik işi üzrə X23 və X31 Ucar rayon dövlət notariat kontoru tə rəfindən verilmiş verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinə dair vərəsəliyin qəbulu müddətinin iddiaçıya münasibətdə uzadılması, Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən miras əmlakın ikidə bir hissəsi üzərində iddiaçının payının müəyyən olunması, iddiaçının 10 fevral 2003-cü il tarixdə vəfat etmiş mərhum atası Daşdəmirov Vəli Sədrəddin oğlunun vərəsəsi kimi tanınması, məhkəmə araşdırması zamanı Ucar rayon dövlət notariat ofisinin notariusu Elman Cəlalovun əməllərində cinayətlərin əlamətləri aşkara çıxarsa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən bu barədə xüsusi qərardad qəbul edilərək araşdırılması üçün a idiyyəti prokurorluq orqanına göndərilməsi, Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinə dair iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh1 üzərinə qoyulması barədə obyektiv, ədalətli və qərəzsiz qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 10 fevral 2003-cü il tarixdə vəfat etmiş atası Daşdəmirov Vəli Sədrəddin oğlunun vərəsəsidir. 01 iyun 2004-cü il tarixdə əmisi X20 ünvan 5 ünvanında yerləşən yaşayış evinə dair atasının ölmündən sonra vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin vaxt o, azyaşlı olmuş, anası X22 2004-cü il tarixdə onun qanuni nümayəndəsi olmuşdur. Guya anası X22 27 may 2004-cü il tarixdə miras qoyan Daşdəmirov Vəli Sədrəddin oğlundan qalan miras əmlakını oğlunun adından qəbul etmədiyi haqqında və gələcəkdə də qəbul etməyəcəyi və bu barədə məhkəmədə iddia qaldırmayacağı ilə bağlı ərizə vermişdir. Anası onun mənafeyinə zidd olan heç bir addım ata bilməzdi. Anasının dediyinə görə imzanı onun aldadaraq maddi yardım adı ilə hüquqdan sui-istifadə edərək imzalatdırmışlar, bunu anasının özü məhkəmədə izahat verərək təsdiq edə bilər, üstəlik həmin vaxt o, azyaşlı olmuşdur. Qanunvericiliyə əsasən anası ona çatası əmlak barədə onun mənafeyinə zidd qərar qəbul edə bilməzdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 36.1-ci maddəsinə əsasən qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumlu qda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabına ödəyə bilər. Göründüyü kimi anası ona çatası miras əmlak barəsində sərəncam verərkən qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almamışdır. Bu da onun hüquqlarını kobud surətdə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin d igər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Göründüyü kimi azyaşlı olduğu vaxt ona çatası miras əmlaka dair verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə və aparılan notariat hərəkətləri tamamilə onun ziyanına olmuşdur. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən mirasın qəbul edilməsinin 3 yolu var: notariat kontoruna ərizə vermək; miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etməyə başlamaq. Mirasın qəbul edilməsi üçün göstərilən hərək ətlər Mülki Məcəllənin 1246 və 1247-ci maddələrində nəzərdə tutulan müddət ərzində həyata keçirilməlidir. Göstərilən müddət ərzində yuxarıda göstərilən hərəkətlərin heç birinin edilməməsi mirasdan imtinaya bərabər tutulur (Mülki Məcəllənin 1273-1-ci maddəsi). Lakin bu imtina vərəsənin məhkəməyə müraciət hüququnu məhdudlaşdıra bilməz. Əgər vərəsə nəzərdə tutulan müddəti ötürmüşsə və sonradan mirası qəbul etmək niyyətindədirsə o zaman yalnız məhkəməyə müraciət etməlidir. Bu halda iddia predmeti düzgün seçilməlidir. Bu adətən 2 iddia tələbi ilə həyata keçirilir: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mirasın qəbul edilməsi üçün vaxtın uzadılması. Birinci halda iddia müddəti yuxarıda göstərilən 2-ci və 3-cü halların mövcudluğunda, ikinci halda isə yuxarıda göstərilən birinci halla qeyri-mövcudluğunda Mülki Məcəllənin 1248-ci maddəsinə əsasən uzadıla bilər. Müddətin uzadılması üçün mütləq şəxsin hərəkətsizliyi üzürlü olmalıdır, bu isə bir qədər mübahisə yaradan mövzudur. Məsələn, üzürlü sayılması üçün əsaslar, xəstəlik, xarici ölkədə ezamiyyətdə olma, miras qoyanın ölümündən xəbərsiz olma və s. Yuxarıda göstərilən mirasın qəbul edilmə hallarından birincisi dəqiq və aşkar hesab olunsa da ikinci və üçüncü hal qeyri-aşkar ola bilər. Yəni ikinci və üçüncü hallarda vərəsə özü də bilmədən mirası qəbul edə bilər. Burada incə nüanslar çoxdur. Buna görə də məhkəməyə iddia ərizəsi ilə müraciət edəndə bu incə nüansları aşkara çıxarmaq lazımdır. Bəzən hərəkətsizlik özü vərəsəyə istədiyi hüququ qazandırmış olur. Göründüyü kimi atasının birinci növbəli vərəsəsi olsa da ikinci n övbəli vərəsəsi-əmisi ona çatası miras əmlakı qanunsuz yollarla ələ keçirmişdir. Hazırda əmisi vəfat etmiş, onun iki vərəsəsi-oğlu Rüfət Daşdəmirli və Fatma Daşdəmirova vardır. Atasının birinci növbəli vərəsəsi olduğundan atasından qalmış miras əmlak da ona çatmalıdır. Onda olan məlumata görə mübahisəli əmlakı cavabdehlər çox ucuz qiymətə, dəyər dəyməzinə satışa qoymuşlar. Hazırda atasından ona miras qalmış evin satılma təhlükəsi vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 08 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri m ənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İddia ərizəsinə əlavə edilən 2V-26 saylı Cavabdeh1 notariat işindən görünür ki, həmin notariat işi ilə əlaqədar icraat notarius tərəfindən tamamilə qanunsuz və əsassız olaraq aparılmışdır. Məhkəmənin hazırlıq iclası zamanı onlara məlum olmuşdur ki, 10 sentyabr 2020-ci il tarixdə 2V-96 reyestr nömrəsi ilə qeydə alınmış 95 saylı vərəsəlik işi üzrə 03 fevral 2020-ci il tarixdə ölmüş X17 həyat yoldaşı X30 və oğlu X31 Ucar şəhəri, N.Nərimanov küçəsində yerləşən 9 saylı fərdi yaşayış evinə dair Cavabdeh1 notariusu Elman Cəlalov tərəfindən vərəsəlik şəhadətnaməsi verilmişdir. Məhz bu səbəbdən iddianın dəqiqləşdirilməsi barədə ərizə verilməsi zərurəti yaranmışdır. Atası 10 fevral 2003-cü ildə ölənd ə və miras açılarkən onun 11 yaşı olmuşdur. İş materiallarından görünür ki, o, xx xxxxxxxx 1992-ci ildə doğulmuşdur, vərəsəlik şəhadətnaməsinin ləğvi ilə bağlı 2009-cu ildə onun anası tərəfindən məhkəmədə iddia qaldırılan zaman isə onun 17 yaşı olmuşdur, o, öz hüquqlarının və azadlıqlarının keyfiyyətli müdafiəsi üçün birinci növbədə baş verən hadisələri qavramağı, onların hüquqi nəticəsini dərk etməli, oxumalı, işləməli, pul qazanmalı, notariat icraatını qaldırmalı, atasına məxsus sənədləri toplamalı, hüquqi yardım üçün vəkillə müqavilə bağlamalı və mülkiyyət hüquqlarını bərpa etmək üçün məhkəmədə düzgün iddia qaldırmalı idi. Həmçinin, 2009-cu il tarixdə məhkəmədə qaldırılan iddianın məzmunundan görünür ki, iddia ərizəsi hüquqi savada malik olmayan şəxs tərəfindən qaldırılmışdır. O, 11 yaş lı uşaq olduğundan öz pozulmuş hüquqlarını qorumaq üçün məhkəmə müdafiəsindən qanuna müvafiq qaydada və düzgün formada istifadə edə bilsin. 11 yaşında uşağın köməksiz vəziyyətindən istifadə edərkən ona məxsus əmlakı əmisi Ə.Daşdəmirov ələ keçirmişdir. Aydın olur ki, 11 yaşlı azyaşlı uşağın köməksiz vəziyyətdə olmasından və anasının hüquqi savadsızlığından istifadə olunmuşdur. İş materialarına əlavə olunan Ucar rayon qeydiyyat şöbəsinin arayışlardan görünür ki, Daşdəmirov Vəli Sədrəddin oğlu ilə X22 04 noyabr 1991-ci ildə rəsmi nikaha girərək evlənmişlər. Həmin nikah 26 sentyabr 1995-ci ildə pozulmuşdur. Göründüyü kimi onun anası X40 Daşdəmirovdan boşandığına görə və üstündən 3 ildən çox müddət keçdiyinə görə atasına qarşı hər hansı əmlak tələbi ola bilməzdi və atasından ona çatası miras pa yına münasibətdə 01 iyun 2004-cü ildə onun ziyanına və mənafelərinə zidd olan sərəncam verə bilməzdi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1163-cü maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Həmin Məcəllənin 1164-cü maddəsində qeyd olunmuşdur ki, əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Hazırkı mübahisənin bu səviyyəyə çatmasında Cavabdeh1 birbaşa təqsiri vardır. Belə ki, Mülki Məcəllənin 1268.2ci maddəsinə əsasən əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yo l verilir. Notariusun bu maddədən xəbəri ola-ola, qəsdən, bilə-bilə qanunsuzluğa göz yummuş və anası tərəfindən onun nümayəndəsi kimi imtinaya şərait yaratmışdır. Halbuki, qanunvericiliyə əsasən bu mümkün deyildir. Qanunvericiliyin tələbinə əsasən nümayəndə mirası yalnız qəbul edə bilər, onun vəziyyətini ağırlaşdıran hər hansı əqd bağlaya bilməz. Nümayəndə vasitəsi ilə mirasdan imtinaya yalnız məhkəmənin icazəsi ilə yol verilə bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Yəni göründüyü kimi məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq anası Qənirə Daşdəmirovanı mirasdan imtina barədə ərizəsi özü-özlüyündə etibarsızdır. Göründüyü kimi burada əsa s təqsir dövlət orqanı olan Cavabdeh1dir. Çünki Cavabdeh1 qanunsuzluğa və saxtakarlığa yol verməsəydi 11 yaşlı azyaşlı uşaq qanun üzrə birinci dərəcəli vərəsə olan, ona halal çatası mirasdan bu qaydada məhrum olmazdı. Həmçinin, nəzərə almaq lazımdır ki, o, baş leytenantdır, o, hərbi akademiyanı bitirmiş, 2006-cı il aprel döyüşlərinin, daha sonra 2020-ci il 44 günlük vətən müharibəsinin iştirakçısı olmuşdur. Bütün bu müddət ərzində o, heç cür imkan taparaq məhkəməyə müraciət etməmişdir. Bundan əlavə, iş materiallarında olan 2V-26 reyestr nömrəli vərəsəlik işinin birinci səhifəsində olan ərizədən görünür ki, X26 yazdığı ərizədə Daşdəmirov Vəli Sədrəddin oğlunun adını miras qoyan kimi göstərmişdir. Halbuki, Daşdəmirov Vəli Sədrəddin oğlu öz miras payını X8 vəsiyyət etmişdir. İş materiallarınd a olan ölüm haqqında şəhadətnamədən görünür ki. X13 52 yaşında, 01 aprel 2004-cü il tarixdə vəfat etmiş, lakin onun ölümü 01 iyun 2004-cü ildə, yəni X20 vərəsəlik şəhadətnaməsinin verildiyi gün qeydə alınmışdır. Bunun özü də olduqca şübhəli haldır. Bundan başqa miras əmlakı Daşdəmirov X33 Daşdəmirovaya vəsiyyət etsə də, qeyd olunan vərəsəlik işində Qətibə Daşdəmirovanın və onun vərəsə övladlarının miras əmlakdan imtinası görünürmür və mirasdan imtina barədə vərəsəlik işində heç bir yazılı ərizə və ya digər qaydada mötəbər sübut mövcud deyil. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. İş materiallarından görünür ki, Qətibə Daşdəmirovanın ölümündən cəmi 2 ay keçdikdən sonra Əli Daşdəmirova vərəsəlik şəhadətnaməsi verilmişdir. Halbuki, vərəsəlik şəhadətnaməsi qanunvericiliyin tələbinə görə altı aydan sonra verilə bilərdi. Notariat icraatının (vərəsəlik işi) birinci səhifəsindən görünür ki, notarius Elman Cəlilov və Daşdəmirov Vəli Sədrəddin oğlu bilərəkdən-qəsdən Daşdəmirov Vəli Sədrəddin oğlunun övladları qismində ondan savayı X2 miras qoyanın oğlu və X6 isə miras qoyanın qızı kimi göstərilmişdir. Halbuki, iş materiallarından görünür ki, X1 Daşdəmirovun qardaşı, X10 isə Vəli Daşdəmirovun bacısıdır. Bundan əlavə, Daşdəmirov Vəli Sədrəddin oğlunun payını vəsiyyət etdiyi Qətibə Daşdəmirovanın adı vərəsəlik işinin birinci səhifəsində qeyd olunan həmin 17 saylı ərizədə göstərilməmişdir. Bundan əlavə, Daşdəmirov Vəli Sədrəddin oğlunun həyatı boyu cə mi bir vərəsəsi olmuşdur. O, da onun öldüyü gün 11 yaşı olan oğludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Hesab edir ki, Daşdəmirov Vəli Sədrəddin oğlunun Ucar rayon notariat kontorunda X8 verdiyi 07 fevral 2003-cü il tarixli, reyestrdə 2V-16 nömrə ilə qeydiyyata alınmış vəsiyyətnamə də məhkəmə qaydasında etibarsız hesab olunmalıdır. Belə ki, notariat işinin 2-ci səhifəsində qeyd olunmuşdur ki, Daşdəmirov Vəli Sədrəddin oğlu 10 fevral 2003-cü il tarixdə bədən səthinin üçdə bir hissəsinin termiki yanığı səbəbilə vəfat etmişdir. Həmin notariat işinin 14-cü səhifəsində isə Daşdəmirov Vəli Sədrəddin oğlunun verdiyi vəsiyyətnamə öz əksini tapmışdır. Və siyyətnamə 07 fevral 2003-cü il tarixdə, saat 17:00-da verilmişdir (yəni ölümündən 3 gün əvvəl). Həmin vəsiyyətnaməni mərhumun özü deyil, X34 imzalamışdır. Əsas da o olmuşdur ki, bütün barmaqlar yandığına görə mərhum guya tapşırıq vermişdir ki, Söhrab Əskərov vəsiyyətnaməni imzalasın. Bu tamamilə yalandır. Vərəsəlik işindən görünür ki, vəsiyyətnaməni Vəli Daşdəmirovun əvəzindən imzalayan X27, şahidlər X28 və X9 bilinmir. Onların şəxsiyyətlərinə dair notariat işində heç bir məlumat öz əksini tapmamışdır. Mülki Məcəllənin 1184-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ol a bilməzlər. İş materiallarından görünür ki, şahidlərin və vəsiyyəti imzalayan şəxslərin kimlikləri müəyyən olunmur. Bu da qanunvericiliyin tələblərinin pozulmasıdır. Həmin Məcəllənin 1188-ci maddəsinə əsasən vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər. İş materiallarından görünür ki, şahidlərin yaşay ış yerinə dair məlumatları və şəxsiyyətini idendifikasiya edəcək hər hansı məlumatlar vəsiyyətnamədə və vərəsəlik işində öz əksini tapmamışdır. X8 atası tərəfindən verilmiş vəsiyyətnamə tamamilə saxtalaşdırılmışdır. Əvvəla, onun atasının tək əlləri deyil, bədənin üçdə bir hissəsi yanmışdır. Tibb elminə görə termiki yanıq yanıqların ən ağır növünə aiddir. İddiaçının atası belə ağır vəziyyətdə vəsiyyətnamə verə bilməzdi. Üstəlik atası ekstrasens deyildir ki, bilsin ki, 3 gün sonra vəfat edəcəkdir. Bundan başqa, iddia ərizəsinə əlavə olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 saylı X3 Vəli Sədrəddin oğluna dair ambulator kitabçasından çıxarışdan və digər sənədlərdən görünür ki, atası Vəli Daşdəmirova şizofreniya diaqnozu qoyulmuşdur, yəni o, vəsiyyət verə bilməzdi. Digər tərəfdən o nun atası yananda affekt vəziyyətində olmuş, heç danışa da bilməmişdir, çünki ona güclü ağrıkəsicilər vururlarmış ki, ağrını hiss etməsin. Əlavə olaraq bildirdi ki, hərbi qulluqçu olduğuna görə və döyüşlərdə iştirak etdiyinə görə 2021-ci ilə qədər məhkəmədə iddia qaldırmamışdır. Valideynlərinin nikahı 1995-ci ildə pozulmuşdur, onların nikahı pozulduqdan sonra anasının himayəsində olmuş və Göyçay şəhərində yaşamışlar. Ucar Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Xəlilov, iş № 2(063)-400/2021) İddiaçı cavabdehlər Cavabdeh1nə və qeyrilərinə qarşı vərəsəliyin qəbulu müddətinin uzadılması və s. tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mirasın qəbul edilməməsi barədə ərizə yazılarkən İddiaçı məhdud fəal iyyət qabiliyyətli olmuş, onun adından ərizəni (əqdi) anası X22 imzalamış, mübahisə predmeti olan ərizə yazıldığı tarixdən 5 il sonra iddiaçı, Ucar rayon dövlət notariat kontoruna, X20 və X16 qarşı Ucar rayon dövlət notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, ünvan 6 ünvanında yerləşən yaşayış evinin ikidə bir hissəsinə İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Ucar rayon dövlət notariat kontoruna vəzifə olaraq tapşırılması, X17 ləyaqətsiz vərəsə kimi tanınması tələbi barədə Ucar Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 22 oktyabr 2009-cu il tarixli, 2(063)-242/2009 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, sözügedən qətnamə qanun qüvvəsini almışdır. Bundan sonra, iddiaçı 17 il sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək anası Qənirə Daşdəmirova tərəfindən onun adından mirası qəbul etməkdən imtina edilməsi barədə ərizə yazılarkən aldadıldığını, belə bir ərizə yazılarkən ilk öncə qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi tələb olunduğunu, belə bir icazə alınmadan yazılmış ərizə əsasında atasından miras qalmış əmlakın əmisi Əli Daşdəmirovun adına rəsmiləşdirildiyini, eyni zamanda, qanun üzrə vərəsəlik zamanı miras əmlak birinci növbədə vərəsə olduğu halda, ikinci növbədəki vərəsəyə keçməsini bildirmişdir. Yuxarıda istinad olunan maddi hüquq normalarının tələbinə görə hər hansı əqd (ərizə) bağlanarkən qəyyumluq və himayəçilik orqanının o zaman icazəsi alınır ki, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya ö z hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslərin məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, eləcə də yetkinlik yaşına çatmayanların, yəni məhdud fəaliyyət qabliyyəti olmayan şəxslərin üzərində qəyyum və yaxud himayəçi təyin edilmiş olsun. Hazırkı iş üzrə iddiaçı, adından mirası qəbul etməməsi barədə ərizə yazılarkən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməmiş, atası Vəli Daşdəmirov ölməsinə baxmayaraq anası Qənirə Daşdəmirova onu himayə etmişdir. Həmçinin, ərizənin məzmunundan görünür ki, iddiaçı, atasından miras qalmış əmlakı qanunla müəyyən edilmiş müddət ərzində qəbul etmədiyini bildirmişdir. Lakin iddiaçı həmin ərizəni mirasdan imtina kimi qiymətləndirərək, belə bir ərizə yazılarkən qəyyumluq və himayəçilik orqanının razılığının tələb edildiyini bildirmişdir. Yuxarı qeyd edilən maddi hüquq normalarının tələbindən göründüyü kimi qanunvericilik, mirasdan imtina ilə, mirasın qəbul edilməməsi barədə ərizənin hüquqi nəticələrini müəyyən etmiş, yalnız məhdud fəaliyyət qabiliyyətli şəxs mirasdan imtina edərkən, qəyyumluq və himayəçilik orqanının qabaqcadan razılığının tələb olunduğunu təsbit etmişdir. Belə olan halda, məhdud fəaliyyət qabiliyyətli şəxsin qanuni nümayəndəsi tərəfindən mirasın qəbul edilməməsi barədə ərizə yazılarkən qəyyumluq və himayəçilik orqanının razılığının alınmasına ehtiyac olmur. Həmçinin, işin hallarından görünür ki, Vəli Daşdəmirovun yeganə birinci növbədə olan vərəsəsi–oğlu İddiaçıdur. İddiaçı atasından miras qalmış əmlakı qanunla müəyyən olunmuş müddətdə qəbul etmədiyi üçün, mübahisəli əmlak ikinci növbədə olan vərəsəyə, yəni miras qoy anın qardaşı-Əli Daşdəmirova keçmişdir. Bu mənada məhkəmə hesab edir ki, Ucar rayon notariat kontorunun notariusu tərəfindən Vəli Daşdəmirovdan miras qalmış əmlak rəsmişlədirilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri pozulmamışdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq bu nəticəyə gəlir ki, şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi, həmçinin, ondan irəli gələn hüquqi nəticələrin ləğv olunması üçün qanuni əsaslar yoxdur. Məhkəmə, iddiaçının vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə iddiası ilə bağlı qeyd edir ki, notariat kontorunda V.Daşdəmirovdan miras qalmış miras əmlakla bağlı qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir, buna səbəb kimi vəsiyyətnamə üzrə vəsiyyət alan Qətibə Daşdəmirova sağlığında qanunla müəyyən olunmuş müddət ərzində mirasın qəbul etməsi barədə və vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün müraciət etməmişdir. Eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallar hazırkı iş üzrə nəzərə alınmalıdır. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı vəkili Nümayəndə1 apellyasiya şikayəti vermiş və onunla əsaslandırmışdır ki, Ucar Rayon Məhkəməsinin 2(063)400/2021 saylı, 29.06.2021-ci il tarixli qətnaməsi ilə kobud maddi və prosessual hüquq normalarının pozuntularına yol verilmişdir. Hesab edir ki, bu cür əsassız, ədalətsiz və qanunsuz qətnamə Şəki Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən (qüvvədə) saxlanıla bilməz. İddiaçının atası öləndə və miras açılarkən onun 11 yaşı olmuşdur Vərəsəlik şəhadətnaməsinin ləğvi ilə bağlı iddia qaldırılan zaman isə iddiaçın ın 17 yaşı olmuşdur. İddiaçı öz hüquqlarının və azadlıqlarının keyfiyyətli müdafiəsi üçün birinci növbədə baş verən hadisələri qavramalı, onların hüquqi nəticəsini dərk etməli, oxumalı, işləməli, pul qazanmalı, notariat icraatını qaldırmalı, atasına məxsus sənədləri toplamalı, hüquqi yardım üçün vəkillə müqavilə bağlamalı və mülkiyyət hüquqlarını bərpa etmək üçün məhkəmədə düzgün iddia qaldırmalı idi. Bunu etmək üçün isə kifayət qədər vaxt lazımdır. Üstəlik 2009-cu il tarixdə məhkəmədə qaldırılan iddianın məzmunundan görünür ki, iddia ərizəsi hüquqi savada malik olmayan biri tərəfindən qaldırılmışdır. Bir sözlə 11 yaşında olan uşaq böyüməli və ətrafında baş verənləri tam olaraq qavramalı idi ki, öz pozulmuş hüquqlarını qorumaq üçün məhkəmə müdafiəsindən qanunamüvafiq qaydada və düzgün form ada isitifadə edə bilsin. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Ucar Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(063)400/2021 nömrəli qətnaməsində kobud maddi və prosessual hüquq normalarının pozuntularına yol verildiyindən həmin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin olunmasını, işə obyektiv, qərəzsiz və ədalətli baxılaraq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və E.Hüseynov, iş № 2(107)-1942/2021) İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ucar Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(063)-400/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxl anılmışdır. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab etmişdir ki, miras qoyan Daşdəmirov Vəli Sədrəddin oğlu 10.02 2003-cü il tarixdə vəfat etdiyindən həmin gün mirasın açıldığı vaxt sayılır (2000-ci il redaksiyalı Mülki Məcəllənin 1146-cı maddəsi). Miras qoyan Ucar şəhərində daimi yaşadığından və daşınmaz əmlak Ucar rayonunda yerləşdiyindən mirasın açıldığı yer Ucar rayonu hesab edilir (həmin Məcəllənin 1147-ci maddəsi). Miras əmlaka Daşdəmirov Vəli Sədrəddin oğlunun öldüyü məqamadək malik olduğu ünvan 7 ünvanda yeləşən evin ona məxsus olan ½ hissəsi daxildir. Məhkəmə araşdırması zamanı həmçinin miras qoyan Vəli Daşdəmirovun mübahisəli əmlaka dair X7 adına 07.02.2003-cü il tarixdə Ucar rayon notariat kontorunda vəsiyyətnamə qoyması müəyy ən edilmişdir (i/m səh.67). Kollegiyanın tədqiqi zamanı həmçinin müəyyən edilmişdir ki, miras qoyanın öldüyü məqamda sağ olmuş xx.xx.1992-ci il təvəllüdlü övladı, hazırki İddiaçı azyaşlı olmaqla onun qanun üzrə birinci növbə vərəsəsi, (MM-nin 1159.1-ci maddəsi), Qətibə Daşdəmirova isə vəsiyyət üzrə vərəsəsi olmuşdur (MM-nin 1166-cı maddəsi). Eyni zamanda müəyyən edildi ki, mübahisəli miras əmlakın əldə olunması birgə nikah dövrünə təsadüf etməməklə, miras qoyan ölməmişdən əvvəl, yəni 1995-ci ildə arvadı X11 rəsmi qaydada boşanmışdır. Bu halda kollegiya hesab edir ki, sonuncunun birgə əmlak rejimi yaranmamaqla, həmçinin miras qoyanın vərəsəsi də hesab olunmur (MM-in 1163-cü maddəsi). Araşdırmanın bu hissəsində kollegiya göstərmişdir ki, iddiaçı iddia tələbində, həmçinin də apellyasiya şikay ətində Daşdəmirov Vəli Sədrəddin oğlunun ünvan 4 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinin ona məxsus ½ hissəsinə dair X5 verdiyi 07 fevral 2003-cü il tarixli, 2V-16 nömrəli reyestrdə qeydiyyata alınmış vəsiyyətnamənin etibarsız hesab edilməsini mübahisələndirmişdir. Qeyd olunan maddi hüquq normasından göründüyü kimi vəsiyyətnamənin qüvvədən düşməsi-etibarsız sayılması barədə iddianın axını vəsiyyətnamə tərtib edildiyi gündən deyil, mirasın açıldığı gündən başlanır. Kollegiya qeyd etmişdir ki, mülki hüquq münasibətlərinin, o cümlədən vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı bu münasibətlərin iştirakçılarının iradə ifadəsini əks etdirən əqdlərə əsaslanır. Vəsiyyətnamə yalnız miras açıldıqdan sonra hüquq və vəzifələr yaradan birtərəfli əqddir. Və siyyət edən öz əmlakını həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət edə, vərəsələrin miras payını müəyyənləşdirə bilər, qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Əqdin etibarsızlığı əqdin qanunun tələblərinə zidd olaraq və yaxud qanunvericilikdə müəyyən edilmiş qaydalara riayət edilmədən bağlanmasını, yəni əqdin bağlandığı andan qanunsuz olmasını ehtiva edir. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanunazidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətini n mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər (Mülki Məcəllənin 1225.1.,1225.2. və 1225.3. maddələri). Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinin tələbinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. İş materiallarında olan 07.02.2003-cü il tarixli, 2V-16 reyestr nömrəli vəsiyyətnamədən görünür ki, vəsiyyətnamə notarial qaydada təsdiq olunmaqla, üç nəfər şahidin iştirakı ilə tərtib olunmuşdur. Vəsiyyətnamənin digər şəxs tərəfindən imzalanmasının da əsas səbəbi kimi “vəsiyyət edənin hər iki əlinin və bütün barmaqlarının yanması” səbəbi olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsi lə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətindən fərqli olaraq kəsiçi müddətlər bərpa olunmur. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Bu müddət yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. Məhkəmə araşdırması zamanı da cavabdeh yalnız israrlı şəkildə müddətin tətbiq edilməsini və məhz bu səbəbdən iddianın təmin olunması üçün heç bir əsasın olmadığını bildirmişdir. Kollegiya apellyasiya şikayətinin bu dəlilini əsaslı hesab etmir. Kollegiya bildirir ki, təqdim olunmuş sənədlərdən, o cümlədən 01.06.2004-cü il tarixli, 2V-26 nömrəli notariat işindən (i/m səh. 61, notariat işinin 8-ci səhifəsi) müəyyən olunur ki, İddiaçı anası X22 27 may 2004-cü il tarixli, notarial qaydada təsdiq olunmuş ərizə ilə notariusa müraciət edərək “10 fevral 2003-cü ildə vəfat etmiş Daşdəmirov Vəli Sədrəddin oğlundan qalan ünvan 2 ünvanda yerləşən yaşayış evinin ikidə bir hissəsindən ibarət miras əmlakı xx xxxxxxxx 1992-ci ildə anadan olmuş oğlu İddiaçı adından o, qəbul etmədiyini, buraxılmış müddətin bərpası üçün gələcəkdə məhkəmədə iddia qaldırmayacağı, həmçinin həmin yaşayış evinin 1/2 hissəsindən ibarət miras əmlakın X17 adına keçirilməsinə etiraz emədiyini bildirmişdir. Kollegiya apellyasiya şikayətinin (o, cümlədən iddia tələbinin) bu hissəsi ilə bağlı vurğulayır ki, düzdür həmin vaxt (2003-cü ildə) İddiaçı azyaşlı olmaq la, öz hüquqlarını müstəqil qaydada həyata keçirə bilməmişdir. Lakin iş materialları ilə müəyyən edilir ki, iddiaçı sonradan (həmin vaxt iddiaçı məhkəmədə nümayəndə vasitəsilə təmsil olunmuşdur) 2009-cu il tarixdə mübahisəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğvi ilə bağlı Ucar Rayon Məhkəməsinə müraciət etmiş, lakin iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən görünür ki, “.... X22 öz izahatında göstərmişdir ki, 2004-cü ilin may ayında o, Ucar şəhərinə gəlmiş, qaynı Əlidən 500 ABŞ dollar aldıqdan sonra oğlunun qanuni nümayəndəsi kimi Ucar rayon DNK-ya gedib 10.09.1992-ci il təvəllüdlü oğlu Kamranın adından miras əmlakı qəbul etmədiyini, miras əmlakı qəbul etmək buraxılmış müddətin bərpası üçün gələcəkdə məhkəmədə iddia qaldırmayacağı barədə ərizə təqdim etmişdir”. İş materiallar ı ilə həmin qətnamənin qanuni qüvvədə olması müəyyən edilir. Apellyasiya şikayətinin digər dəlilinə, yəni “iddiaçının atası öləndə və miras açılarkən onun 11 yaşı olmasına, vərəsəlik şəhadətnaməsinin ləğvi ilə bağlı iddia qaldırılan zaman isə 17 yaşı olmasına, eləcə də öz hüquqlarının və azadlıqlarının keyfiyyətli müdafiəsi, bir sözlə baş verənləri qavramaq üçün vaxt lazım olmasına” münasibət bildirən kollegiya qeyd edir ki, iddiaçı mübahisəli vərəsəlik şəhadətnaməsinin verilməsindən 17 il sonra, yetikinlik yaşına çatdıqdan (iddiaçı xx xxxxxxxx 1992-ci ildə doğulub, 2010-cu il tarixdə artıq yetkinlik yaşına çatmışdır) isə təxminən 11 il sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə qanunvericiliklə müəyyən olunmuş müddət ərzində hüquqlarından istifadə etməmişdir. Ona görə də i ddiaçı tərəfin bu mülahizələri də məhkəmə tərəfindən inandırıcı və ağlabatan görünmür. Çünki məhkəmə tədqiq edilən sübutları sadalamaqla kifayətlənməməli, onlar əlaqəli şəkildə şərh edilməklə, məcmu halda qiymətləndirilməlidir. Apellyasiya şikayətinin daha bir dəlili üzrə - Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinə dair vərəsəliyin qəbulu müddətinin iddiaçıya münasibətdə uzadılmasına aid hissədə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi mübahisənin bu hissəsinə də düzgün kontekstdən yanaşmışdır. Belə ki, məhkəmə kollegiyasının iclasında, həmçinin təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, İddiaçı atası (miras qoyan) 2003-cü il tarixdə vəfat edərkən, azyaşlı, olsa da yenə də yetkinlik yaşına çatdı qdan sonra qanunvericiliklə müəyyən olunmuş müddət ərzində öz hüququndan lazımi qaydada istifadə etməmiş, mirasın rəsmi və ya faktiki qaydada qəbul edilməsinə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı bunu digər səbəblərlə əsaslandırsa da, kollegiya həmin dəlilləri iş üçün yetərli hesab etmir. Kollegiyanın qənaətinə görə mirası qəbul etmək müddətinin uzadılması yalnız gecikdirmə olduqda və belə gecikmənin səbəbləri üzrlü olduqda uzadılmalıdır. Hazırki işdə isə belə bir hal mövcud deyil. Çünki yuxarıda qeyd olunduğu kimi iddiaçı mirasın qəbulu üçün qanunvericiliklə müəyyən olunmuş müddət ərzində deyil, yetkinlik yaşına çatandan təxminən 10-11 il sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də kollegiya iddiaçıya münasibətdə mirasın qəbul edilmə si üçün müəyyənləşdirilmiş müddətin gecikdirmə səbəbini üzrlü hesab etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)1942/2021 nömrəli iş üzrə 16 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməs indən İddiaçı kassasiya şikayəti vermiş və qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliy yət qabiliyyəti vardır. 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. 29.1-ci maddəsinə əsasən bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır. 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. 33.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəs indən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. 36.1-ci maddəsinə əsasən qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik or qanının qabaqcadan icazəsi alınmaqla xərclənir. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabına ödəyə bilər. 337.1-ci maddəsinin tələbinə görə, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinin tələbinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü m addəsinin tələbinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 344.1-ci maddəsinə əsasən bu Məcəllənin 29-cu maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın (azyaşlının) bağladığı əqd etibarsızdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəs iyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1163-cü maddənin tələbinə görə nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bi lməzlər. 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. 1170.2-ci maddəsinin tələbinə görə əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alırlar. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1202–ci maddəsinin tələblərinə görə məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. 1225.1.-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.2.-ci maddəsinə əsasən qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. 1225.3.-cü maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1231.1-ci maddəsinə əsasən vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər. 1243.1-ci maddəsinə əsasən vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərz ində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1247-ci maddəsinə əsasən (mirasın qəbul edilməsinin xüsusi müddəti) əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. 1248.1.-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2.-ci maddəsinə əsasən bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbu lunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. 1268.2-ci maddəsinə əsasən əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. 1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. “Notariat Haqqında” Azərbaycan Respublikasının Qanununun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mi rası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. 60-cı maddəsinin 2-ci bəndinə əsasən notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə ə sasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlilləri işin halları ilə birlikdə tədqiq olunaraq düzgün olaraq qiymətləndirilmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1942/2021 nömrəli iş üzrə 16 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar