Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1979/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: eyni mənzilə bir neçə şəxsin adına müqavilə bağlanmasının nəticələri) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı, vəkili Vəkil4, Cavabdeh, vəkili Vəkil2, Üçüncü şəxsin vəkili X1, şirkətin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs qismində “xxxx” Kompani MMC cəlb edilməklə) “mənzildən çıxartma, mənzilin boşaldılması və əqdin etibarsızlığı” tələbinə dair mülki iş, iddia çı Cavabdehlər İddiaçı və “xxxx Kompani” MMC-yə qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-609/2020 nömrəli iş üzrə 13 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Həm İddiaçı və həm də Cavabdeh adına “xxxx Kompani” MMC-nin inşa etdiyi eyni mərtəbə, eyni sayda otaqlar və eyni yaşayış sahəsinə malik mənzilə dair (5-ci mərtəbədə 191.4 kv.m olan dörd otaqlı mənzil) müqavilə mövcuddur. İddiaçılə müqavilə 2008-ci ildə, Cavabdehla 2009-cu ildə müqavilə bağlanması qeyd edilmişdir. Cavabdeh mənzili Dilavər adlı şəxsdən alması barədə sənədləşmələ r həyata keçirilmişdir. Dilavərlə müqavilənin 2007-ci ildə bağlanması göstərilmiş və onun 2009-cu ildə vermiş olduğu ərizəsi əsasında mənzil Ülfətin adına rəsmiləşmişdir. Cavanşir 2011-ci ildə Sahild–D şirkətinə qarşı məhkəməyə müraciət edərək mənzili təhvil vermədiyi üçün mənzilin pulunun qaytarılmasını tələb etmiş, 1-ci instansiya məhkəməsi onun iddiasını təmin etmişdir. 2013-cü ildə Apellyasiya icraatında tərəflər həmin mübahisə ilə bağlı barışıq sazişi bağlamış və məhkəmə sazişi təsdiq etmişdir. Sazişə əsasən “xxxx Kompani” MMC apelyasiya şikayətindən imtina etmiş və iddiaçıya müqavilədə nəzərdə tutulan 5-ci mərtəbədəki 4 otaqlı mənzili 2014-cü ilin fevralınadək təhvil verməyi, eyni zamanda elektrik, santexnika işlərində Cavanşirə köməklik göstərməyi öhdəsinə götürmüşdür. 2017ci ildə Ü lfət maraqlarına toxunan şəxs kimi həmin qərardaddan Ali Məhkəmənin Sədrinə ərizə vermiş və onun ərizəsi təmin edilməmişdir. Həmin qərarda yazılmışdır ki, mənzilin həmin mənzil olmasına dair işdə sübutlar yoxdur, ərizəçi ona verilmiş mənzili şirkətdən tələb edə bilər. Barışıq sazişi əsasında şirkət mənzili təhvil vermədiyi üçün 2017-ci ildə Cavanşir yenidən Şirəkətə qarşı məhkəmədə iddia qaldıraraq mənzilə köçürülməsi və vurulmuş zərəri tələb etmişdir. Məhkəmələr mənzilə köçürmə tələbini təmin etmiş və 1000 manat mənəvi zərərin ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Şirkət və Ülfət kassasiya instansiyasınadək şikayət verirlər və onların şikayətləri təmin olunmur. Məhkəmələrin mövqeyi belə olur ki, tələb olunan mənzil iddiaçıya satılmışdır, onun müqaviləsi etibarlı müqavilədir. Həmin q ətnamənin icrası zamanı icra məmuru müqavilədə qeyd edilən 5-ci mərtəbənin qeyri-yaşayış sahələrinin mərtəbələrinin sayları nəzərə alınmaqla və yaxud alınmamaqla müəyyən edilməsi ilə bağlı qətnaməyə izah verilməsinə dair məsələ qaldırmış və sonda məhkəmələrin mövqeyi belə olmuşdur ki, tələb olunan mənzil elə müqavilədə nəzərdə tutulan 5-ci mərtəbədəki, yəni eyni zamanda Ülfətin adına bağlanmış müqavilədəki mənzildir. Ona görə İddiaçı və həm də Cavabdeh ayrı-ayrılıqda bir-birinə qarşı hazırkı mübahisəni başlatmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. Birinci iddia üzrə İddiaçı Cavabdeh qarşı (“xxxx” MMC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “mənzildən çıxartma, mənzilin boşaldılması və əqdin etibarsızlığı” tələbi nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" MMC arasında 19 may 2009-cu il tarixində bağlanmış alğısatqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh və ailəsinin mənzildən çıxarılması, mənzilin boşaldılması və İddiaçı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 may 2008-ci il tarixində İddiaçı ilə "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (həmin dövrdə adı "xxxx" MMC olan) arasında 115 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Alğı-satqı müqaviləsinə əsasən “xxxx Kompani” MMC ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191.4 m2-dən ibarət olan 4 otaqlı mənzili İddiaçı mülkiyyətinə verməyi, İddiaçı isə həmin mənzilin dəyərini müqavilədə müəyyən edil miş müddətdə və qaydada ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin iddiaçının öz öhdəliyini vaxtında və tam icra etməsinə baxmayaraq, “xxxx Kompani” MMC 115 saylı müqavilənin 3.2-ci bəndini pozaraq 24 ay ərzində müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliklərini yerinə yetirməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. İddiaçı “xxxx Kompani” MMC-ə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2011-ci il tarixli qətnaməsi ilə iddiaçının “xxxx Kompani” MMC-yə ödədiyi 191.400 ABŞ dolları məbləğində pulun sonuncudan alınaraq ona ödənilməsinə dair qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 23 oktyabr 2015-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2011 tar ixli qətnaməsi ləğv edilmiş, İddiaçı “xxxx Kompani” MMC-yə qarşı “pul tələbinə dair” iddiası üzrə işin icraatına tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməklə xitam verilmişdir. Barışıq sazişinə görə İddiaçı “xxxx Kompani” MMC-yə qarşı 191.400 ABŞ dollarının və 21 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsinə dair iddia tələbindən imtina edir; 2) cavabdeh “xxxx Kompani” MMC Yasamal Rayon məhkəməsinin 10 noyabr 2011 tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina edir və ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191.4 m2-dən ibarət olan 4 otaqlı mənzili 2014-cü ilin fevralında İddiaçı istifadəsinə verməyi və həmin mənzildə təmir aparılan vaxtı elektrik, santexnik işlərinin görülməsində iddiaçıya k öməklik etməyi öhdəsinə götürür. İcra sənədi üzrə qərardadın icrası zamanı məlum olur ki, İddiaçı qətnamə üzrə köçürülməli olduğu mənzildə, yəni ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191.4 m2-dən ibarət olan 4 otaqlı mənzildə faktiki olaraq Cavabdeh yaşayır və Cavabdeh həmin mənzilin onun qanuni sahibliyində olduğunu iddia edir. Cavabdeh ilə “xxxx Kompani” MMC arasında ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191.4 m2 -dən ibarət olan 4 otaqlı mənzilin verilməsi ilə bağlı alğı-satqı müqaviləsi 19 may 2009-cu il tarixində, həmin mənzilin İddiaçı mülkiyyətinə verilməsi ilə bağlı anoloji alğı-satqı müqaviləsi isə 02 may 2008-ci il tarixində bağlanmışdır. “xxxx” MMC tərəfindən mənzil ilk növbədə qanu ni əsaslarla İddiaçı satılmasına baxmayaraq heç bir hüquqi əsas olmadan Cavabdeh satılmışdır. Cavabdeh ilə “xxxx Kompani” MMC arasında bağlanılan alğı-satqı müqaviləsi etbarsızdır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6375/2019 saylı, 02 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxartma, mənzilin boşaldılması və əqdin etibarsızlığı” tələblərinə dair iddiasının təmin edilməsi, Cavabdeh ilə "xxxx" MMC arasında 19 may 2009-cu il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 14 saylı mənzildən çıxarılması qət edilmişdir.
5. İkinci iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı və “xxxx Kompani” MMC-yə qarşı “müqaviləni n və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanda 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191,4 kv.m olan 4 otaqlı mənzilə dair cavabdeh İddiaçı ilə digər cavabdeh “xxxx Kompani” MMC arasında bağlanmış 02 may 2008-ci il tarixli, 115 saylı müqavilənin və verilmiş maliyyə arayışının tərtib edildiyi andan etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 ilə cavabdeh “xxxx” MMC arasında 17 mart 2007-ci il tarixdə 109/3 saylı müqavilə və maliyyə arayışı imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh ünvan 3 ünvanda 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191,4 kv.m olan 4 otaqlı 14 s aylı mənzili dəyəri Əliyev Dilavər tərəfindən ödənildikdən sonra ona təhvil vermişdir. 2007-ci il tarixdə qeyd olunan mənzil Dilavər Əliyevin sahibliyində və istifadəsində olmuşdur. X4 şirkətə ərizə verərək onunla bağlanmış 17 mart 2007-ci il tarixli müqaviləni ləğv edilib adından çıxarılması və həmin mənzilin onun adına keçməsinə etiraz etmədiyini bildirmişdir. Həmin mənzillə bağlı 19 may 2009-cu il tarixdə onunla “xxxx Compani” MMC arasında müqavilə və maliyyə arayışı imzalanmışdır. 2009-cu il tarixdən etibarən həmin mənzil onun sahibliyində və istifadəsindədir. Mənzilin bütün təmir işləri onun tərəfindən aparılmış, hal-hazırda ailə üzvləri ilə birlikdə illərdir ki, həmin mənzildə yaşayır.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7242/2019 saylı 09 dekabr 2019-cu il tarixli qətn aməsi ilə (sədrlik edən hakim F.Abdıyev) iddia tələbi rədd edilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin 16 iyun 2020-ci il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir. a) Apelyasiya instansiyası məhkəməsindəki İ icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X.Mərdanova - sədrlik edən və məruzəçi, E.Həsənov və F.Babayev) 13 oktyabr 2020-ci il tarixli 2(103)609/2020 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6375/2019 saylı, 02 sentyabr 2019-cu il tarixli qətnaməsindən iş üzrə Cavabdeh və üçüncü şəxs qismində “xxxx” Kompani MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6375/2019 saylı, 02 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətna mə qəbul edilmiş, iddia tələbləri rədd edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7242/2019 saylı 09 dekabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı Cavabdeh və cavabdeh “xxxx Kompani” MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7242/2019 saylı 09 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 88, 217,1, 217.3, 82.3, 82.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin Bakı şəhəri Xətai rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi hissəsində ləğv edilməsini və işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi əsas sübut kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.12.2017-ci il tarixli 3m-2904/17 saylı qərardadına istinad edərək göstərmişdir ki, guya həmin qərardadda mənzillərin eyni olmaması qeyd edilmişdir. Lakin həmin qərardadda qeyd edilir ki, mənzillərin eyni olması iş materiallarından görünmür. Bu isə o demək deyildir ki, beşinci mərtəbə 4 otaqlı, sahəsi 191,40 kv.m olan 2 mənzil var. Belə olan halda məhkəmə mübahisəsi üçün əsas da olmazdı. Apellyasiya məhkəməsi heç bir araşdırma aparmadan, yerli baxış keçirmədən belə bir qənaətə gəlmişdir ki, mübahisə predmetləri ayrı-ayrı mənzillərdir və bu səbəbdən də iddia tələbi təmin edilə bilməz. Məhkəmə sübutlara düzgün hiquqi qiymət verməmiş, prosessual hüquq normalarının tələblərini pozmuş və nəticə etibarı ilə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı Cavabdeh oğu etiraz göndərərək qeyd etmişdir ki, İddiaçı verdiyi kassasiya şikayəti tam əsassızdır, heç bir sübuta istinad olunmamışdır. Maddi və prosessual normaları işin faktiki hallarına düzgün tətbiq olunmuşdur. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edi lməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçı, vəkili Vəkil4 kassasiya şikayətini müdafiə edərək ona uyğun izahat verərək şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun vəkili Vəkil2 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
16. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili X3, şirkətin nümayəndəsi Nümayəndə kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 178.1. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurgu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirldər(15 dekabr 2017-ci il tarixədək olan redaksiyada).
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Həmin Məcəllənin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
21. Maddə 233.3.. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
22. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Həmin Məcəllənin 418.1 maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgü n tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
25. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi ond a şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Eyni zamanda həmin qərarda göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktik i halları və hüquq normaları əsasında çıxarılır. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, həm İddiaçı və həm də Cavabdeh adına “xxxx Kompani” MMC-nin inşa etdiyi eyni mərtəbə, eyni sa yda otaqlar və eyni yaşayış sahəsinə malik mənzilə dair (5-ci mərtəbədə 191.4 kv.m olan dörd otaqlı mənzil) müqavilə mövcuddur. İddiaçılə müqavilənin 2008-ci ildə, Cavabdehla 2009-cu ildə bağlanması qeyd edilmişdir. Cavabdeh mənzili Dilavər adlı şəxsdən alması barədə sənədləşmələr həyata keçirilmişdir. Dilavərlə müqavilənin 2007-ci ildə bağlanması göstərilmiş və onun 2009-cu ildə vermiş olduğu ərizəsi əsasında mənzil Ülfətin adına rəsmiləşmişdir. Cavanşir 2011-ci ildə Sahild–D şirkətinə qarşı məhkəməyə müraciət edərək mənzili təhvil vermədiyi üçün mənzilin pulunun qaytarılmasını tələb etmiş, 1-ci instansiya məhkəməsi onun iddiasını təmin etmişdir. 2013-cü ildə Apellyasiya icraatında tərəflər həmin mübahisə ilə bağlı barışıq sazişi bağlamış və məhkəmə sazişi təsdiq etmişdir. Sazişə əsasən “ xxxx Kompani” MMC apelyasiya şikayətindən imtina etmiş və iddiaçıya müqavilədə nəzərdə tutulan 5-ci mərtəbədəki 4 otaqlı mənzili 2014-cü ilin fevralınadək təhvil verməyi, eyni zamanda elektrik, santexnika işlərində Cavanşirə köməklik göstərməyi öhdəsinə götürmüşdür. Bir neçə il sonra həmin qərardaddan Ülfət maraqlarına toxunan şəxs kimi Ali Məhkəmənin Sədrinə ərizə vermiş və onun ərizəsi təmin edilməmişdir. Həmin qərarda yazılmışdır ki, mənzilin həmin mənzil olmasına dair işdə sübutlar yoxdur, ərizəçi ona verilmiş mənzili şirkətdən tələb edə bilər. Barışıq sazişi əsasında şirkət mənzili təhvil vermədiyi üçün 2017-ci ildə Cavanşir yenidən Şirəkətə qarşı məhkəmədə iddia qaldıraraq mənzilə köçürülməsi və vurulmuş zərəri tələb etmişdir. Məhkəmələr mənzilə köçürmə tələbini təmin edir və 1000 ma nat mənəvi zərərin ödənilməsi qət edilir. Həmin qətnamədən Şirkət və Ülfət kassasiya instansiyasınadək şikayət verirlər və onların şikayətləri təmin olunmur. Məhkəmələrin mövqeyi belə olur ki, tələb olunan mənzil iddiaçıya satılmışdır. Həmin qətnamənin icrası zamanı icra məmuru müqavilədə qeyd edilən 5-ci mərtəbənin qeyri-yaşayış sahələrinin mərtəbələrinin sayları nəzərə alınmaqla və yaxud alınmamaqla müəyyən edilməsi ilə bağlı qətnaməyə izah verilməsinə dair məsələ qaldırmış və sonda məhkəmələrin mövqeyi belə olmuşdur ki, tələb olunan mənzil elə müqavilədə nəzərdə tutulan 5-ci mərtəbədəki, yəni eyni zamanda Ülfətin adına bağlanmış müqavilədəki mənzildir.
29. Amma, işə baxan Apelyasiya Məhkəməsi öz qətnaməsini həmin mənzillə bağlı mövcud olmuş mübahisələrlə bağlı məhkəmə qərarları ilə mü əyyən edilən yuxarıda sadalanan hallarla əsaslandırmamış, əksinə MPM-nin 82.3-cü maddəsini həmin normanın mahiyyətinə zidd olan hallara tətbiq etmişdir.
30. Apelyasiya Məhkəməsinin əsaslanması belə olmuşdur: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3396/2017 nömrəli, 08.06.2017-ci il tarixli qətnaməsi ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı mənzilə köçürülmə, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. İddiaçı ünvan 4 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191,4 kv.m olan 4 otaqlı mənzilə köçürülməsi, 1000 (bir min) manat məbləğində mənəvi ziyan “xxxx Kompani” MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 3 0 oktyabr 2017-ci il tarixli, 2( 103)- 11099/2017 saylı qətnaməsi ilə cavabdeh “xxxx Kompani” MMC və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 aprel 2018-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli, 2(103)-11099/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarın təsviri hissəsindən məlum olur ki, İddiaçı “xxxx Kompani” MMC ilə bağladığı 14.09.2008-ci il tarixli müqavilə əsasında iddiaçıya verilmiş mənzilin tikintisi yubandığına və müqavilə öhdəliklərini yerinə yetirmədiyinə görə “xxxx” MMC-yə qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2011-ci il tarixli qətnaməsi ilə iddiaçının "xxxx" MMC-yə ödədiyi 191.400 ABŞ dolları məbləğində pulun sonuncudan alınaraq ona ödənilməsinə dair qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 23 oktyabr 2013-ci il tarixli qərardadı ilə İddiaçı "xxxx" MMC-ə qarşı "pul tələbinə dair" iddiası üzrə işin icraatına tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməklə xitam vermişdir. Barışıq sazişinə görə İddiaçı “xxxx” MMC-yə qarşı 191.400 ABŞ dollarının və 21 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsinə dair iddia tələbindən imtina edir; 2) cavabdeh “xxxx” MMC Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2011 tarixli qətnaməsind ən verilmiş apellyasiya şikayətindən imtina edir və ünvan 5 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191.4 m2 -dən ibarət olan 4 otaqlı mənzili 2014-cü ilin fevralında İddiaçı istifadəsinə verməyi və həmin mənzildə təmir aparılan vaxtı elektrik, santexnik işlərinin görülməsində iddiaçıya köməklik etməyi öhdəsinə götürür. Həmçinin, iş materialları ilə müəyyən olunur ki, 19 may 2009-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, Baki şəhəri, F.Bayramov küçəsi 1156 ünvanda yerəşən 2 saylı yaşayış binası “xxxx Kompani” MMC-yə məxsusdur. Bu yaşayış binasının 5-ci mərtəbəsində ümumi tikinti sahəsi 191,4 kv.m. olan 4 otaqlı 14 saylı mənzilin pay dəyəri payçı Cavabdeh tərəfindən tam ödənilmişdir. Onun “xxxx Kompani” MMC-yə borcu yoxdur. 19 may 2009-cu il tarixli 109/3 nömrəli müqavilənin surətindən görünür ki, satıcı “xxxx Kompani” MMC, ünvan 2 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində tikinti sahəsi 191.4 kv.m.-dən ibarət olan 4 otaqlı 14 saylı mənzil «Alıcı»-ya-Cavabdeh təhvil verilmişdir. Mənzilin dəyəri: 191 400 (yüz doxsan br min dörd yüz ) manat payçı- Cavabdeh tərəfindən əvvəlki payçı X2 ödənilmişdir. İş materiallarında olan məhkəmə aktı ilə maraqlarına toxunan şəxs Cavabdeh müraciətinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.12.2017-ci il tarixli 3m-2904/2017 saylı qərardadında qeyd olunmuşdur ki, tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən, cavabdeh MMC ünvan 2 ünvanında inşa edilən 2 saylı yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 191,4 kv.m ibarət olan 4 otaqlı mənzili 2014-cü ilin fevral ayında İddiaçı istifadəsinə verməyi və həmin mənzildə təmir aparılan vaxt elektrik, santexnik işlərinin görülməsinə iddiaçıya köməklik etməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə isə “xxxx Kompani” MMC arasında 19.05.2009-cu il tarixdə bağlanmış alğı-satqı müqaviləsi isə ünvan 2 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində tikinti sahəsi 191,4 kv.m ibarət olan 4 otaqlı 14 saylı mənzili barəsində olmuşdur. Beləliklə müəyyən edilir ki, “xxxx Kompani” MMC ilə İddiaçı arasında bağlanılan barışıq sazişi ünvan 6 ünvanında inşa edilən 2 saylı yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 191,40 kv.m ibarət olan 4 otaqlı nömrəsi göstərilməyən mənzil, maraqlı şəxs Cavabdehla “xxxx Kompani” MMC arasında bağlanmış müqavilə isə ünvan 6 ünvanında inşa edilən 2 saylı yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 191,40 kv.m ibarət 4 otaqlı 14 saylı mənzil barəsində olmuşdur. Qərardadda həmin mənzillərin eyni olmaması qeyd edilmişdir.
31. Apelyasiya Məhkəməsi Cavabdeh barışıq sazişindən maraqlı şəxs kimi Ali Məhkəmənin sədrinə etdiyi müraciətlə bağlı çıxarılan qərardakı fikirləri preyudisial əhəmiyytli hal kimi qiymətləndirərək Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsini tətbiq etmişdir.
32. Həmin qərarda qeyd olunan fikirlərin preyudisial əhəmiyyət kəsb edən hal kimi dəyərləndirilməsi və Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tətbiq olunması absurddur və bununla bağlı əlavə dəyərləndirmə aparılmasına kollegiya zərurət görmür.
33. Apelyasiya Məhkəməsi hazırkı qərarın 33-cü bəndində məhkəmənin müəyyən etdiyi hallar kimi sadal adığı faktlar bir daha təsdiq edir ki, tərəflərin adına rəsmiləşdirildmiş mənzilin eyni mənzil olması məhkəmənin müəyyən edilmiş hallar kimi qəbul etdiyi faktiki hallarla təsdiq olunur. Cavabdeh barışıq sazişindən şikayət etmişdi ona görə ki, bağlanmış müqavilə onun adına rəsmiləşmiş mənzillə bağlı idi.
34. Eyni zamanda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)3396/2017 nömrəli, 08.06.2017-ci il tarixli qətnaməsi ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı mənzilə köçürülmə, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. İddiaçı ünvan 4 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191,4 kv.m olan 4 otaqlı mənzilə köçürülməsi, 1000 (bir min) manat məbləğində mənəvi ziyan “xxxx Kompani” MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən yenə şirkət və hüquq və vəzifələrinə toxunulan şəxs Cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli, 2( 103)-11099/2017 saylı qətnaməsi ilə şikayətlər təmin edilməmiş, həmin qətnamədən yenə hüquq və vəzifələrinə toxunulan şəxs Cavabdeh kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 aprel 2018-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Məhkəmələr və Cavabdeh özü (həmin qərarlardan şikayət verməklə) təsdiq etmişlər ki, mübahisəli mənzil eyni mənzildir.
35. Məhkəmələr iddiaçı ilə bağlanmış müqaviləni etibarlı müqavilə hesab edərək iddianı təmin etmişdirlər. Həmin qərarlarla Cavabdeh apelyasiya və kassasiya şikayəti rədd edilərkən mənzilin başqa mənz il olması halına istinad edilməmişdir.
36. Həmin binanın 5-ci mərtəbəsində eyni göstəricilərə aid başqa mənzil mövcud deyil, məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, həmin mənzil başqa oxşar ünvanda axtarmaq əsassızdır (icra məmurunun izahla bağlı məhkəmə qərarlarına bax).
37. Beləki, iddiaçının mənzilə köçürmə barədə qətnamədən qarşı tərəfin şikayətləri təmin olunmadıqdan sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3396/2017 nömrəli, 08.06.2017-ci il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun əsassız olaraq qaldırdığı başqa bir məsələ-mərtəbələrin eyni olmaması barədə məsələ yenə məhkəmə qərarları ilə rədd edilməklə təsdiq olundu ki, mərtəbə mübahisə olunan mənzilin yerləşdiyi mərtəbədir.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.12.2017-ci il tarixli 3m2904/ 17 saylı qərardadında tərəflərə məxsus olan mənzillərin eyni olub-olmaması barədə mübahisəyə baxılmamışdır. Həmin qərardadla Cavabdeh barışıq sazişində maraqlarına toxunan şəxs kimi şikayəti təmin edilməmiş və digər əsaslardan başqa ərizəçiyə məxsus olan mənzilin barəsində mübahisə aparılan mənzillə eyni olmasına dair işdə sübut olmaması bildirilmişdir. Hansıki, həmin müraciətdən sonra yuxarıda sadalanan məhkəmə qərarları ilə müəyyən edildi ki, mübahisəsi aparılan mənzillər eyni mənzillərdir.
39. Ona görə qeyd olunan qərarda yazılan fikirləri MPM-nin 82.3-cü maddəsinin tələbləri baxımından dəyərləndirərək mübahisəni həll etmək qanunsuz və əsassız olmuşdur.
40. Əksinə, işə baxan Apelyasiya məhkəməsi hazırda qüvvədə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.06.2017-ci il tarixli qət naməsinin göstərişlərini preyudisial əhəmiyyətə malik sübut kimi dəyərləndirməli idi. Çünki həmin qətnamə eyni tərəflər arasında (həmin işə baxılarkən həm şirkət və həm də Cavabdeh cəlb edilmiş və onların şikayətləri təmin olunmamışdır) və eyni predmet üzrə çıxarılmış məhkəmə qərarı idi. Özü də Cavabdeh həmin qətnamədən verdiyi şikayətlər ona görə təmin olunmamışdır ki, iddiaçının mübahisəli mənzilə dair bağladığı əqd etibarlı əqd hesab olunmuşdur (həmin mənzilə hüququ olması təsdiq edilmişdir). Ona görə hazırkı işdə həmin əqdin etibarsızlığı tələbi ilə bağlı qiymətləndirmə aparılarkən qeyd olunan preyudisial əhəmiyyətli sübutlar (məhkəmə qərarları) istifadə olunaraq müvafiq qərar qəbul edilə bilərdi.
41. Kassasiya məhkəməsi Cavabdeh kassasiya şikayəti ilə bağlı 2(102)-2318/18 nömrəli, 09 aprel 2018-ci il tarixli qərarında geniş qiymətləndirmə aparmışdır (həmin iş üzrə kassasiya məhkəməsinin qərarına bax). Həmin qərarda, o cümlədən mülki işlə bağlı çıxarılmış digər məhkəmə qərarında (apellyasiya instansiyanın) Cavabdeh şikayətinin mənzilin fərqli mənzil olması əsası ilə rədd edilməsi qeyd edilməmişdir.
42. Deməli, İddiaçı mübahisəli mənzilə köçürülməsi barədə qanuni qüvvəsini almış bir məhkəmə qətnaməsi mövcuddur. Tələbkar həmin mənzildə yaşayanların oradan çıxarılmasını və onun adına aparılmış sənədləşmələrin etibarsızlığını tələb edir. Nə qədər ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur və dövlətin adından çıxarılmış həmin qətnamə icra olunmalıdır, ona görə işə baxan məhkəmənin mübahisəyə bu kontekstdən qiymət verməsindən başqa digər seçimi olmamışdır. Mübahis ə ilə bağlı bütün hüquqi dəyərləndirmələr bu istiqamətdə aparıla bilərdi və aparılmalıdır.
43. Bundan başqa, məhkəmə kollegiyası bir məsələni də qeyd etməyi zəruri hesab edir. 2011-ci ildə İddiaçı mənzilə görə ödənilmiş vəsaitin qaytarılması barədə iddiasına baxılmışdır. Həmin iş üzrə şirkət 2013-cü ildə barışıq sazişi bağlamış və həmin mənzildə öz hesabına əlavə işlər görməklə mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Bütün bu mübahisələrin davam etdiyi dövrdə şirkət həmin mənzilin iddiaçı ilə müqavilə bağlanmamışdan əvvəl və yaxud sonra başqa şəxsə satılması ilə bağlı heç bir fikir bildirməmiş, əksinə 2014-cü ilin fevral ayınadək mənzilin tikintisini başa çatdıraraq iddiaçıya təhvil verməyi, əlavə olaraq ona digər işlərdə köməklik göstərməyi öhdəsinə götürmüşdür. Vəd edilən mənzil mübahisəli mənzil deyildisə, onda şirkət hansı mənzili iddiaçıya təhvil verməsinə keçən müddət ərzində aydınlıq gətirməli idi. Bu halın mövcudluğu mübahisəli mənzilə dair bağlanmış 2007-ci ildəki müqavilənin, o cümlədən sonrakı müqavilənin həqiqiliyini şübhə altına alır. Məhkəmələr 2007-ci ildə bağlanmış müqavilənin İddiaçı iddialarının rədd edilməsi üçün sonradan düşünülmüş müqavilə olması ilə bağlı şübhəli hallara qiymət verməmişlər.
44. Barışıq sazişinin təsdiq olunmasına dair işi öyrənməklə həmin vaxt şirkətin mübahisəli mənzili başqa şəxsə satıb-satmaması ilə bağlı məlumat verib-verməməsini aydınlaşdırmaq olardı. Həmin iş üzrə məhkəmə qərarlarında şirkətin mənzilin başqa şəxsə satılmasını bildirməsi qeyd edilməmişdir. Belə məlumat təsdiqini tapsaydı mübahisə ilə bağlı barışıq s azişinin bağlanması istisna olunardı.
45. Ona görə kollegiya belə hesab edir ki, şirkət tərəfindən bir mənzilə görə iki müqavilə bağlanması, o cümlədən “xxxx” MMC ilə X4 arasında 17 mart 2007-ci il tarixdə bağlanmış müqavilənin məhz həmin tarixdə bağlanmış həqiqi müqavilə olması şübhə doğurduğundan, qeyd olunan məsələdə cinayətin əlamətləri olduğu üçün xüsusi qərardad çıxarılmaqla məsələyə hüquqi qiymət verilməsi üçün prokurora məlumat verilməlidir.
46. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün qətnamə ləğv olunaraq iş yeni məhkəmə baxışına göndərilməlidir.
47. Eyni zamanda kollegiyanın mövqeyi belədir ki, Bakı Apelyasiya Məhkəməsinin müvafiq qətnaməsi b ütövlüklə ləğv edilməlidir. Ona görə ki, həmin məhkəmənin dəyişdirmədən saxladığı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)7242/2019 saylı 09 dekabr 2019-cu il tarixli qətnaməsi də hazırkı qərarda şərh olunan qiymətləndirməyə zidd olaraq əsaslandırılmışdır. Nə qədər ki, mübahisə bölünən deyil, tələblərin təmin olunması digərinin dəyərləndirməsindən asılıdır, ona görə qətnamə bütövlükdə ləğv edilərək mübahisəyə birlikdə qiymət verilməsi üçün göndərilməlidir.
48. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-609/2020 nömrəli iş üzrə 1XXXX 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.