Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1980/2022 09.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1, X və X qarşı, müstəqil tələb irəli sürən üçüncü şəxslər X2 və X1 İddiaçı Cavabdeh1 Cavabdeh4, X qarşı iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətin ötürülməsi, buraxılmış prosessual müddətin üzrlü sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1389/2021 nömrəli iş üzrə 24 yanvar 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətin ə dair işə 09 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki birinci icraat
1. İddiaçı, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh4 adına verilmiş şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv olunması, X tərəfindən vərəsələrin hər birinə düşən əmlak üzrə fərdi şəhadətnamə, çıxarışların və tikinti pasportun verilməsi və həmin şəxslərin qeydiyyata alınmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Eyni zamanda, X və X da ərizə təqdim edərək, mülki iş üzrə onların müstəqil tələb irəli sürən üçüncü şəxs kimi qəbul edilmələrini, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh4 adına verilmiş vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, X tərəfindən onlara verilmiş çıxarışın ləğv olunması, mərhum X ünvan 3 ünvanında yerləşən miras qalan fərdi yaşayış evinin X və X tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaka dair qanunla müəyyən edilmiş qaydada payların müəyyən edilərək həmin hissədə onlara vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin X üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(007)-136/2019, hakim X.F.Mirzəyev) İddiaçı Cavabdeh1, X və X qarşı şəhadətnamənin etibarsız sayılması, çıxarışın ləğv olunması, vərəsələrin hər birinə düşən əmlaka çıxarışın verilməsi və qeydiyyata alınması tələbinə da ir iddiası və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X3 və X1 cavabdehlər İddiaçı, Cavabdeh1, Cavabdeh4, X və X qarşı vərəsəliyin qəbulu faktının müəyyən edilməsi və miras qalmış əmlaka dair payların müəyyən edilməsi tələblərinə dair iddia ərizələri rədd edilmişdir.
4. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13080/2019 nömrəli, 14 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov, E.C.Kazımov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1, X və X qarşı şəhadətnamənin etibarsız sayılması, çıxarışın ləğv olunması, vərəsələrin hər birinə düşən əmlaka çıxarışın verilməsi və qeydiyyata alınması barədə iddiası və müstəqil tələb irəli sürən üçüncü şəxslər X3 və X1 cavabdehlər İddiaçı, Cavabdeh1, Cavabdeh4, X və X qarşı vərəsəliyin qəbulu faktının müəyyən edilməsi və miras qalmış əmlaka dair payların müəyyən edilməsi barədə iddia tələbləri rədd edilmişdir.
6. Qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər G.Quliyev (sədrlik edən və məruzəçi), İ.Xələfov və Z.Əliyyev) 14 oktyabr 2020-ci il tarixli qərarı ilə, iddiaçının kassasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Apellyasiya instansiy ası məhkəməsindəki ikinci icraat
8. Bakı Apelyasiya Məhkəməsinin (hakimlər Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov) 17 fevral 2021-ci il tarixli, 2(103)-1389/2021 saylı qətnaməsi ilə İddiaçı və üçüncü şəxslər X3 və X1 apelyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Nizami Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. İddiaçı qeyd edilən qətnamədən kassasiya şikayəti vermiş, şikayətə buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə əlavə etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1389/2021 nömrəli iş üzrə 24 yanvar 2022-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 17 fevral 2021-ci il tarixli, 2(103)-1389/2021 saylı qətnaməsindən kassasiya şikayəti ver ilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə İddiaçı ərizəsi təmin olunmamış, kassasiya şikayəti əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 17 fevral 2021-ci il tarixli, 2(103)-1389/2021 saylı qətnaməsi 01 mart 2021-ci il tarixdə poçt vasitəsilə tərəflərə göndərilmiş, ilkin iddia üzrə İddiaçı “ünvan 4 ünvanlanmış məktub isə öz növbəsində 16 mart 2021-ci il tarixində “bacısı tərəfindən” imza edilməklə qəbul edilmişdir.
12. Həmçinin iş materiallarından görünür ki, ilkin iddia üzrə İddiaçı həm birinci instanisya məhkəməsində olan icraat zamanı, həm öncəki apellyasiya məhkəməsində olan icraat zamanı, həm də k assasiya icraatı zamanı bütün bildirişlər və digər rəsmi sənədlərin surətləri həmin ünvan üzrə, yəni “ünvan 5 çatdırılmış, bu məlumatlara əsasən ilkin iddia üzrə iddiaçı da müvafiq məhkəmə iclaslarında iştirak etmiş və ünvan dəyişikliyi ilə bağlı heç bir zaman hər hansısa məlumat və ya iradını bildirməmişdir.
13. Göründüyü kimi məhkəmə kollegiyası tərəfindən qətnamə ilkin iddia üzrə iddiaçının “ünvan 5 rəsmi qaydada göndərilib və ünvan üzrə qəbul edilməsinə baxmayaraq, prosessual müddət ilkin iddia iddiaçının təqsiri üzündən uzun müddət ötürülmüşdür.
14. Bu səbəbdən də məhkəmə kollegiyası hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçının ərizəsində göstərdiyi hallar buraxılmış prosessual müddətin üzrlü sayılması üçün qanuni əsas ola bilməz.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onun icrası məcburidir və belə olan halda prosessual müddətin müvafiq əsas olmadan bərpası qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburililik, preyudisiallıq, müstəsnalılıq və təkzibedilməzlik əhəmiyyətini azaldaraq, məhkəmə qərarlarının qətiliyinə xələl gətirmiş olur. Bu hal, həmçinin hüquqi müəyyənlik prinsipindən irəli gəlir.
16. Çünki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surə tdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır.
17. «K.N.Qəribovanın şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəb ul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
22. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olun mamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayətində İddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə
25. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. (maddə 129.1)
26. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. (maddə 130.1)
27. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. (maddə 130.3)
28. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. (maddə 133.1)
29. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. (maddə 146)
30. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. (maddə 405)
31. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır (maddə 408.1.4)
32. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
33. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Belə ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.
36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, k assasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1389/2021 nömrəli iş üzrə 24 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.