Məhkəmə qərarları › İş №2(102)-1982/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1982/2019

09.04.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1982/2019 09.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli, 2(107)-2394/2018 saylı qətnaməsindən üçüncü şəxs “xxxx” MMC-nin direktoru xxx, vəkili X2 və İddiaçı, vəkili Vəkil kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Qax rayon məhkəməsinin 18 iyul 2018-ci il tarixli, 2(024)-344/2018 sayl ı qətnaməsi ilə (sədrlik edən, hakim M.İ.Qarayev) İddiaçı cavabdehlər Cavabdeh1 və Qax rayon DNK-na qarşı “torpaq alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddiası təmin edilərək, JN-167 saylı Dövlət Aktına əsasən xxx, Nümayəndə2, İddiaçı, xxx, xxx, xxxvə xxxnin paylı mülkiyyətində olan Qax rayonu, xxx kəndində yerləşən, 4,46 ha pay torpaq sahəsinin Cavabdeh1 satılmasına dair notarial qaydada bağlanmış 10 dekabr 2001-ci il tarixli torpaq alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Üçüncü şəxs “xxxx” MMC qətnamədən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli, 2(107)-2394/2018 saylı qətnaməsi ilə (hakimlər G.Q.Abbasov sədrlik edən, məruzəçi, R.R.Rəfiyev və E.Ş.Hüseynov) apellyasiya şikayət i qismən təmin edilərək, iş üzrə Qax rayon məhkəməsinin 18 iyul 2018-ci il tarixli qətnaməsi qismən- notarial qaydada bağlanmış 10 dekabr 2001-ci il tarixli torpaq alqı-satqı müqaviləsinin xxx, Nümayəndə2, xxx, xxx, xxxvə xxxyə münasibətdə etibarsız hesab edilməsinin təmin edilməsi hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Üçüncü şəxs “xxxx” MMC və İddiaçı ayrı-arılıqda qətnamədən kassasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı “torpaq alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia qaldırmış və tələbini onunla əsaslandırmışdır ki, Qax rayonu, xxx kəndində yerləşən 4,46 ha torpaq sahəsi Qax rayon AİK-nın 28 iyun 1998-ci il tarixli, 07 saylı qərarı ilə 7 nəfər ailə üzvləri ilə birlikdə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə onların paylı mülkiyyətlərinə verilmişdir. Torpaq sahəsi üzərində paylı mülkiyyət hüquqları JN-167- saylı Dövlət Aktına əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. O, xx xxxxxx 1992-ci ildə Qax rayonu, xxx kəndində doğulmaqla, torpaq sahəsi onların paylı mülkiyyətinə verilərkən 16 yaşı tamam olmamışdır. Lakin valideynləri paylı mülkiyyətlərində olan 4,46 ha pay torpaq sahəsini 10 dekabr 2001-ci il tarixli notarial qaydada təsdiq edilmiş torpaq alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satmışlar. Torpaq sahəsi satılarkən onun 9, X3nin isə 14 yaşı olmuşdur. Notarial qaydada təsdiq edilmiş müqaviləni 7 nəfər paylı mülkiyyətçilərdən 5 nəfəri, yəni atası, anas ı, qardaşı Aslan, bacıları Leyla və Nazəni imzalamışlar. Onun və X3nin hüquqları müvafiq qəyyumluq və himayəçilik orqanı tərəfindən müdafiə olunmamışdır. Torpaq sahəsinə dair alqı-satqı müqaviləsi notariatda təsdiq edilərkən onun və X3nin qanunvericilik aktlarında təsbit olunmuş mülkiyyət hüquqları pozulmuşdur. Nəticədə o, və X3 paylı mülkiyyət hüququ ilə hər birinə məxsus olan 0,637 ha torpaq sahəsindən məhrum olmuşlar. O, bu barədə yalnız 2018-ci ilin mart ayında alqı-satqı müqaviləsinin surətini əldə etdikdən sonra bilmişdir. X3 29 iyun 2004-cü ildə ölmüşdür. Torpaq sahəsi alqısatqı müqaviləsinə əsasən Cavabdeh1 satılsa da, həmin müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Hazırda torpağa mülkiyyət hüququna dair JN167 saylı Dövlət Aktı onlardadır. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Üçüncü şəxs “xxxx” MMC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Üçüncü şəxs “xxxx” MMC-nin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən İddiaçı aid hissədə ləğv edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normala rının tələblərini pozaraq, iddia ərizəsini bütövlükdə təmin etməməklə səhv nəticəyə gəlmişdir. İddiaçı kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qismən- iddia ərizəsinin rədd edilməsi hissəsində ləğv edilib, iddia ərizəsinin bütövlükdə təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətlərinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar vermişlər. Cavabdeh1, cavabdeh Qax rayon DNK, üçüncü şəxs “xxxx” MMC və vəkili Bəhruz Bayramov məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhk əməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə üçüncü şəxs “xxxx” MMCnin kassasiya şikayəti qismən təmin, İddiaçı kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiya sı məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini İddiaçı aid hissədə dəyişdirilmədən saxlayıb, qalan hissədə qətnaməni ləğv edib, iddia ərizəsini rədd edərkən, mübahisəli torpaq sahəsinin iddiaçının və ailə üzvlərinin paylı mülkiyyətində olmasına, həmin torpaq sahəsinə dair notarial qaydada alqı-satqı müqaviləsi bağlanarkən iddiaçı və X3 azyaşlı olduqları halda qəyyumluq və himayəçilik orqanından qabaqcadan razılıq alınmamasına, notariat orqanının qanunvericiliyin tələblərini pozaraq alqı-satqı müqaviləsini rəsmiləşdirməsinə, xxx öldüyünə görə iddiaçının onun adından alqı-satqı müqaviləsini mübahisələndirmək üçün müvafiq subyektiv hüquqa malik olmamasına, digər payçılara münasibətdə alqısatqı müqaviləsinin etibarsızlığı üçün əsasların müəyyən edilməməsinə, iddiaçı istisna olunmaqla digər payçılara münasibətdə alqı-satqı müqaviləsini etibarsız hesab etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad etmiş və hüquqi mövqeyini Mülki Məcəllənin 16.1, 36.2, 337.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi iddiaçıya aid hissədə istisna olunmaqla apellyasiya instansiyası məhkəməsinin hazırkı mübahisəli məsələ ilə bağlı gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir və işdə, iddiaçının kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün ə saslar yoxdur. Belə ki, işdən görünür ki, Qax rayonu, xxx kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 4,46 ha torpaq sahəsi Qax rayon AİK-nın 28 iyun 1998-ci il tarixli, 07 saylı qərarı ilə iddiaçının və 6 nəfər ailə üzvlərinin paylı mülkiyyətinə verilmiş və 06 oktyabr 1999-cu il tarixli, JN-167 saylı “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən həmin torpaq sahəsi mülkiyyət hüququ üzrə onların adlarına qeydə alınmışdır. 10 dekabr 2001-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən xxx, digər 6 nəfər ailə üzvləri ilə birlikdə 4,46 ha torpaq sahəsini 58.000.000 manata (AZM) Cavabdeh1 satmış və yetkinlik yaşına çatmamış qızı İddiaçı və oğlu xxxnin əvəzinə torpaq sahəsinin satılmasına dair yazılı razılıq vermiş və ərizə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmişdir. 06 iyul 2005-ci il tarixli, JN-0407 saylı “torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 4,46 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmışdır. Bundan sonra reyestr orqanı tərəfindən Cavabdeh1 adına 12 mart 2009-cu il tarixli Çıxarış verilmiş və sonuncu 12 fevral 2012-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsini 5.000 manata üçüncü şəxs “xxxx” MMC-nə satmış və 06 iyun 2015-ci il tarixli Çıxarışa əsasən 4,46 ha torpaq sahəsi də daxil olmaqla, cəmi 7,48 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınmışdır. 12 aprel 2018-ci il tarixdə, 17 ildən sonra İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin onun və 6 nəfər ailə üzvlərinin paylı m ülkiyyətində olmasını, həmin torpaq sahəsinə dair notarial qaydada alqı-satqı müqaviləsi bağlanarkən onun 9, X3nin isə 14 yaşı olmasını, həmin müqaviləni 7 nəfər mülkiyyətçidən 5 nəfərin, yəni atası, anası, qardaşı Aslan, bacıları Leyla və Nazəninin imzalamalarını, onun və qardaşı Tengiz Şahinidzenin hüquqlarının qəyyumluq və himayəçilik orqanı tərəfindən müdafiə olunmamasını, bu barədə qəyyumluq və himayəçilik orqanından qabaqcadan razılıq alınmamasını, X3nin 29 iyun 2004-cü ildə ölməsini və nəticədə hər birinin payına düşən 0,637 ha torpaq sahəsindən məhrum olmalarını, bu barədə yalnız 2018-ci ilin mart ayında alqı-satqı müqaviləsinin surətini əldə etdikdən sonra xəbər tutmasını göstərib, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azə rbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 215.4-cü maddəsinə görə, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 215.5-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə görə, daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işin yuxarıda müəyyən edilmiş faktiki hallarını nəzərə alıb qeyd etmişdir ki, mübahisəli 4,46 ha torpaq sahəsi 06 oktyabr 1999-cu il tarixli, JN-167 saylı “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən 7 nəfər şəxsin, yəni hər birinin payı 0,637 ha olmaqla iddiaçının və ailə üzvlərinin paylı mülkiyyətlərində olduğundan, onlardan xxx, Quqili Şainidze, Leyla Susanidze, Nazəni Sainidze və Aslan Sainidze öz paylarını 10 dekabr 2001-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsini şəxsən imzalamla, yetikinlik yaşına çatmayan İddiaçı və xxxnin payları onların əvəzinə ataları xxxnin verdiyi yazılı razılıq ərizəsinə əsasən 58.000.000 manata (AZM) Cavabdeh1 satıldığından, iddiaçıya aid hissədə istisna olmaqla, alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması öz təsdiqini tapmadığından, iddiaçının tələbinə əsasən alqı-satqı müqaviləsini bütövlükdə etibarsız hesab etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Kassasiya instansiyası məhkəməsi bu hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iddiaçının kassasiya şi kayətinə əsasən qətnamənin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, mülki qanunverciliyə görə, alqı-satqı müqaviləsi konsensual xarakterli müqavilədir, yəni tərəflər müqavilənin bütün mühüm şərtləri barədə razılığa gəldikləri andan alqı-satqı müqaviləsi bağlanmış hesab olunur. Adətən, alqı-satqı müqaviləsində tərəflərin razılığa gəlməsi ilə müqavilənin icrası üst-üstə düşür, lakin bu, alqı-satqı müqavilənin konsensual xarakterinə xələl gətirmir. Deməli, alqı-satqı müqaviləsi bağlandığı andan tərəflərin müvafiq hüquq və vəzifələri yaranır, bunun üçün əşyanın alıcıya verilməsini gözləmək tələb olunmur. Nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsi qarşılıqlı xarakterli əqddir. Hər iki tərəfdə qarşılıqlı subyektiv hüquq və vəzifələrin olması bu müqa vilənin zəruri şərtlərindən biridir. Belə ki, alıcının təklif olunan əşyanın verilməsini tələb etmək hüququna satıcının həmin əşyanı vermək vəzifəsi, satıcının verdiyi əşyanın haqqını tələb etmək hüququna alıcının əşyanın dəyərini ödəmək vəzifəsi qarşılıqlı şərtləndirilmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, xxx, Quqili Şainidze, Leyla Susanidze, Nazəni Sainidze və Aslan Sainidze, eləcə də yetikinlik yaşına çatmayan İddiaçı və xxxnin qanuni nümayəndəsi kimi ataları xxx mübahisəli 4,46 ha torpaq sahəsini 58.000.000 manata (AZM) Cavabdeh1 satdıqlarından və sonuncu həmin torpaq sahəsini qəbul edib əvəzində müqavilədə müəyyənləşdirilmiş qeyd olunan pul vəsaitini onlara ödədiyindən, həmçinin alqı-satqı müq aviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmaqla bağlanması öz təsdiqini tapmadığından, alqısatqı müqaviləsi onların paylarına, eləcə də mərhum xxxnin payna aid hissədə etibarsız sayıla bilməz. Kassasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən xxx, Nümayəndə2, Leyla Susanidze, Nazəni Sainidze və Aslan Sainidzenin alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı məhkəmədə iddia qaldırmamalarını, eləcə də iddiaçının mərhum xxxnin pozulmuş hüququnun müdafiəsi ilə bağlı məhkəmədə iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmamasını da nəzərə alır və belə qənaətə gəlir ki, qeyd olunan hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının payına münasibətdə alqı-satqı müqaviləsinin bağlanması zamanı qəyyumluq və himayə çilik orqanının razılığının alınmamasına gəlincə isə, kassasiya instansiyası məhkəməsi hesab edir ki, üçüncü şəxs “xxxx” MMC mübahisəli 4,46 ha torpaq sahəsini vicdanlı əldə etdiyindən, həmçinin iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək qanunla müəyyən edilmiş 1 illik kəsici müddəti ötürdüyündən, bu hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olmaz. Belə ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli 4,46 ha torpaq sahəsinə münasibətdə üçüncü şəxs “xxxx” MMC-nin vicdanlı əldə edən olmasına diqqət yetirməmişdir. Halbuki, əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehti yatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsi ilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbə-üz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin biri-birinə olan inamının azalmasına da gətirib çıxarır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya MəhkəməsiPlenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyət çi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanl ı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmin qərarda eyni zamanda göstərilir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalqhüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümləd ən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Kassasiya instansiyası məhkəməsi üçüncü şəxs “xxxx” MMC-nin kassasiya şikayətinin dəlilləri ilə razılaşıb hesab edir ki, iddiaçının torpaq sahəsinə qanunla qorunan hər hansı hüququ pozulmuş olsa da belə, onun pozulmuş hüquqları torpaq sahəsini vicdanlı əldə edə n üçüncü şəxs “xxxx” MMC-nin hesabına kompensasiya edilə bilməz və iddiaçı, onun payını qəyyumluq və himayəçilik orqanının razılığı olmadan özgəninkiləşdirmiş atası xxxyə qarşı ayrıca birinci instansiya məhkəməsində iddia qaldırmaqla ona dəymiş ziyanı tələb edə bilər. Digər tərəfdən işdən görünür ki, iddiaçı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmasından 17 il sonra, yetikinlik yaşına çatdıqdan 8 il sonra (iddiaçı xx xxxxxx 1992-ci ildə doğulub) hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik kəsici müddəti də ötürmüşdür. Halbuki, qeyd olunan maddənin mənasına görə, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə so n qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, qeyd olunan maddədə nəzərdə tutulan müddət həqiqətən iddia müddəti deyil, kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Ona görə də, Mülki Məcəllənin 354.2-ci maddəsi mülki mübahisəyə tətbiq edilərkən, yalnız iki hal aydınlaşdırılmalıdır: 1) maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas ver ən halları bilib və ya bilməli idi; 2) həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. Kassasiya instansiyası məhkəməsi eyni zamanda hesab edir ki, kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqinə dair ərizə verməsi tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. İddiaçı kassasiya şikayətində alqı-satqı müqaviləsinin bağlanmasından yalnız 2018-ci ilin mart ayında xəbər tutmasını göstərsə də, işdə bu barədə heç bir mötəbər yazılı sübut yoxdur. Əksinə, 10 dekabr 2001-ci il tarixdən torpaq sahəsinin başqasının sahibliyində, istifadəsində olması mülki iş mate rialları ilə istisna olunmur və iddiaçının yetikinlik yaşına çatdığı 2010-cu ildən sonra bunu bilməməsi inandırıcı, ağlabatan görünmür və bütün bunlar iddiaçının hazırda mübahisələndirilən əqdin etibarsız sayılmasına əsas verən halları məhz 2018-ci il mart ayında bilməsi və ya bilməli olması qənaətinə gəlməyə əsas vermir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da təsbit edilib göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətlərində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, üçüncü şəxs “xxxx” MMC-nin kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən- iddia ərizəsinin təmin edilməsi hissəsində ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, qalan hissədə qətnamə dəyişdirilmədən, İddiaçı kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Üçüncü şəxs “xxxx” MMC-nin direktoru xxx və vəkili X2nun kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli, 2(107)-2394/2018 saylı qətnaməsi qismən- iddia ərizəsinin təmin edilməsi hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən ba xılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın, qalan hissədə qətnamə dəyişdirilmədən, İddiaçı və vəkili Vəkil kassasiya şikayəti təmin edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar