Məhkəmə qərarları › İş №2(102)-1984/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1984/2023

13.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1984/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İsmayil qızının cavabdeh X və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:mənzilin təhvil verilməsi və müqavilənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 yanvar 2023-cü il tarixli, 2(103)182/2023 saylı qətnaməsindən cavabdeh X verdiyi kassasiya şikayəti üzrə işə 13 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etd i. İşin halları X13 ilə İddiaçı İsmayil qızı arasında 17 mart 1971-ci il tarixdə nikah bağlanmışdır. 06 fevral 2017-ci il tarixli müqavilə ilə "xxxx" MMC Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 117.8 kv.metr olan, hər kv.m üçün 880 manat ödənilməklə 14 saylı mənzilin tikilib başa çatdırıb təhvil-təslim aktı əsasında payçı X təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 103.664 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Xa Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 117,8 kv.metr olan 14 saylı mənzilin dəyərini tam ödəməsi barədə 10 aprel 2017-c i il tarixli arayış verilmişdir. 18 may 2017-ci il tarixli müqavilə ilə "xxxx" MMC Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 117 kv.metr olan hər kv.metr üçün 500 manat ödənilməklə 14 saylı mənzilin tikilib başa çatdırıb təhvil-təslim aktı əsasında payçı X11 təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 58.500 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. X11 Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 117 kv.metr olan 14 saylı mənzilin dəyərini tam ödəməsi barədə 18 may 2017-ci il tarixli arayış verilmişdir. 30 yanvar 2021-ci il tarixdə X13 ölmüşdür. İ ş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı İsmayil qızı (bundan sonra iddiaçı) cavabdehlər x və "xxxx" MMC-nə (bundan sonra cavabdehlər) qarşı “mənzilin təhvil verilməsi və müqavilənin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun sifarişi əsasında hazırlanmış və payçısı olduğu Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1- ci blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 117 kv.metr olan 14 saylı mənzilə dair cavabdeh "xxxx" MMC ilə cavabdeh X arasında bağlanmış 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilə dair müqavilənin həyat yoldaşının adından dəyişdirilərək onun adına bağlanması, eləcədə mənzilin onun sahibliyinə və istifadəsinə müqavilə şərtlərinə uyğun təhvil verilməsi, habelə həmin mənzilə dair təmir aktının verilməsi öhdəliyinin "xxxx" MMCnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə birgə nikah dövründə onun mərhum əri X13 18 may 2017-ci il tarixdə müqavilə bağlayaraq Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 117 kv.metr olan 14 saylı mənzilin dəyərini ödəməklə almışlar. Mənzili alarkən müvafiq layihə sənədi və lazımı icazə sənədləri mövcud olmuş və həmin sənədlərə uyğun olaraq payının dəyərini ödəməklə tikinti layihə sənədi əsasında mənzilləri əldə etmişdir. Qeyd edilən mənzili tərəflər arasında ba ğlanmış müqaviləyə əsasən icraçı qeyd edilən bina üzrə tikinti işləri başa çatdıqdan sonra təhvil-təslim aktı əsasında iddiaçıya verməli idi. Cavabdeh şirkət tərəfindən qeyd edilən mənzil gecikmə ilə 2021-ci ilin fevral ayında hazır olmuşdur. Mənzilə baxış keçirilmək, habelə mərhum həyat yoldaşının ölümündən sonra həmin mənzili öz adına keçirmək və müvafiq olaraq təhvil almaq məqsədi ilə 2021-ci ilin fevral ayının ortalarında cavabdeh şirkətə getdikdə həmin mənzilə dair təmir arayışı verilməmiş, habelə müqavilənin İddiaçı İsmayil qızının adına dəyişdirilməsindən imtina edilmişdir. Bundan sonra, iddiaçı həmin mənzilin təhvil alınması və müqavilənin onun adına verilməsi ilə bağlı çoxsaylı müraciətlərdən sonra həmin mənzilin 2018-ci il tarixdə başqa bir şəxsə müqavilə əsasında verildiyini müə yyən etmiş, lakin həmin müqavilənin özünü əldə edə bilməmişdir. Qeyd edilən hər iki mənzil üzrə sifarişçi o, olmuş və aralarında olan müqaviləyə əsasən mənzillər onun sifarişi üzrə tikilib ona təhvil verilməli idi. Hazırkı iş üzrə aralarında olan 18 may 2017-ci il tarixli müqavilədən görünür ki,"xxxx" MMC onun tərəfindən inşa edilən, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 117 kv.metr olan 14 saylı mənzilin tikilib başa çatdırıb təhvil təslim aktı əsasında payçıya təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 58.500 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Bu baxımdan iddiaçının hazırkı podrat müqaviləsi üzrə öhdəliyin icrasının icraçı X-dən tələb etmək hüqu qu vardır. Daha sonra, iddiaçının vəkili və nümayəndəsi X3 iddiaya dəqiqləşdirmə verərək 06 fevral 2017-ci il tarixdə sonradan "xxxx" MMC ilə İddiaçı X arasında tərtib edilmiş müqavilənin etibarsız hesab edilməklə iddia tələbini digər hissələrində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X3 iddia tələbini müdafiə edib göstərmişdir ki, iddiaçının mərhum əri X13 ilə cavabbdeh "xxxx" MMC arasında mübahisəli mənzilə dair müqavilə 17 may 2017-ci il tarixdə bağlanmışdır. "xxxx" MMC ilə digər cavabdeh X arasında bağlanan müqavilə 2018-ci ildə bağlanıldığı halda cavabdeh X vəkili və nümayəndəsi tərəfindən iddiaçı tərəfin onlara dair müqavilədə tarix qeydinin sənədin sürətində görsənməməsi ilə tanış olduqdan sonra köhnə tarixə tərtib edilmiş və sonradan yazılmış müqavilə, yəni 06 fevral 2017-ci il tarixli, 014003 saylı əsli olmayan müqavilə məhkəməyə təqdim edilmişdir. Həmin müqavilə saxtadır. Həmin müqavilə bağlanan vaxt yəni MMC-də heç bir daş belə qoyulmamışdır və layihəsi təzə hazırlanmış, təsdiq olunmuş və tikinti həmin vaxtdan başlanılmışdır. Cavabdeh X ilə 06 fevral 2017-ci il tarixdə müqavilə bağlanıla bilməzdi, çünki həmin vaxt digər cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538 məhəllədə yerləşən binada X da daxil olmaqla hər hansı ev satılmamışdır. Həmin binada satış 2017-ci ilin may ayından başlanılmışdır. Cavabdeh X məxsus olan müqavilə müvafiq tarixi göstərilməyən şəkildə təqdim edilmiş və o, məhkəmə iclasına gəlməmiş, müxtəlif vaxtlarda vəsatət verərək işlə tanış olmaq adı altında məhkəmə iclasında iştirakdan yayınmış, ekspertiza üçün xətt nümunələrinin götürülməsi üçün dəvət edilsə də məhkəməyə gəlməmiş, yalnız məhkəmə iclasının son bir iclasında vəkili bir dəfə iştirak etməklə müvafiq olaraq (təqdim edilən müqavilədə tarixin olmamasından istifadə edərək) müqavilə təqdim etmişdir. Həmin məhkəmə iclaslarının keçirildiyi vaxtlarda isə müvafiq olaraq iddiaçı ilə barışmaq üçün müxtəlif vaxtlar istəmiş, lakin sonradan barışıq üçün verdiyi vədə əməl etməyərək MMCnin rəhbərliyi ilə əlaqəyə girərək müqavilənin tarixini saxtalaşdırmaqla məhkəməyə təqdim etmişdir. Qeyd edilən müqavilənin özünə nəzər yetirdikdə həmin müqavilənin tarixinin olmamasından istifadə edilərək dəyişdirildiyini və 06 fevral 2017-ci il tarixli olması qeyd edilmişdir. Halbuki, 06 fevral 2 017-ci il tarixdə daxil olmaqla MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə yerləşən binada hər hansı bir ev satılmamış və belə bir müqavilənin həmin tarixdə olması da bu səbəbdən mümkün deyildir. Həmin binada mənzillərin satışı yalnız 2017-ci ilin may ayından etibarən olmuş, çünki həmin binada müvafiq layihənin təsdiqi və binanın tikintisi qeyd edilən tarixdən başlamışdır. MMC tərəfindən ilkin satılan müqavilə nümunələrinə nəzər yetirdikdə həmin müqavilənin tərtibi və təsdiqi İddiaçı İsmayil qızına məxsus müqavilə formasında olmuş, cavabdeh X məxsus müqavilə forması 2018-ci ildən etibarən tərtib edilmişdir. Həmçinin, cavabdeh X məxsus müqavilədə göstərilən qiymət əslində 2018-ci il tarixdən sonra satılan evlərin satış qiymətləri ilə oxşardır və bu hal da təsdiq edir ki, həqiqətən müqavilə məhz 2017-ci il tarixdə yox, 2018-ci il və ya ondan sonrakı tarixə aiddir. Bundan əlavə, müqaviləni dəyişdirərkən müqavilənin sıra nömrəsinə baxdıqda isə həmin müqavilənin 2018-ci il tarixdən sonrakı müqaviləyə aid olduğu görünür. Çünki, 2017-ci il tarixli müqavilələrdə hər hansı nömrə olmamışdır. Bundan əlavə, 2017-ci il tarixli müqavilələrdə satılan mənzillərin onların müqaviləsində olduğu kimi kv.metrinin 500 manat məbləğində satılması, 2018-2019-cu illərə aid müqavilələrdə və sonrakı müqavilələrdə isə mənzillərin kv.m-nin 800-880 manat məbləğində satılması görünür. Cavabdeh X müqaviləsinə əsasən 2017-ci il tarixdə isə evin hər kvadrat metrinə 880 manat ödənmişdir. Yəni 2 il son evin kvadrati daha ucuz satılmış və bu deyilənlər əsasında görünür ki, ca vabdeh X müqaviləsi saxtadır. Cavabdeh x məhkəmə iclaslarında iştirak etməyərək, son məhkəmə iclasında 06 fevral 2017-ci il tarixli müqavilə təqdim etmişdir. 06 fevral 2017-ci il tarixdə MMC tərəfindən heç bir başqa şəxsə mənzil satılmamış, həmin tarixdə cavabdeh X da daxil olmaqla hər hansı bir şəxslə MMC müqavilə bağlamamışdır. Cavabdeh X MMC tərəfindən sonradan saxta müqavilə vermişlər və bu saxta müqavilə ilə bağlı MMC-nin qeydiyyat kitabçasında heç bir qeyd yoxdur. Bundan əlavə, müqaviləni dəyişdirərkən müqavilənin sıra nömrəsinə baxdıqda isə həmin müqavilənin 2018-ci il tarixdən sonrakı müqaviləyə aid olduğu görülür. Çünki, 2017-ci il tarixli müqavilələrdə hər hansı nömrə olmamışdır. İş materiallarında olan 18 may 2017-ci il tarixli müqavilədən görünür ki, cavabdeh "xxxx" MMC Bakı şə həri, Nizami rayonu, M.Abbasov küçəsi 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-cü mərtəbəsində yerləşən ümumi sahəsi 117 kv.metr olan hər kv.m üçün 500 manat ödənilməklə 54 saylı mənzilin tikilib başa çatdırıb təhvil-təslim aktı əsasında payçı X4 təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 58.500 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 18 may 2017-ci il tarixli müqavilədən görünür ki, cavabdeh "xxxx" MMC Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-cü mərtəbəsində yerləşən ümumi sahəsi 78 kv.metr olan hər kv.m üçün 500 manat ödənilməklə 53 saylı mənzilin tikilib başa çatdırıb təhvil təslim aktı əsasında payçı X4 təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 39.000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 01 fevral 2019-cu il tarixli müqavilədən görünür ki, cavabdeh "xxxx" MMC Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-cü mərtəbəsində yerləşən ümumi sahəsi 117,8 kv.metr olan hər kv.metr üçün 763 manat ödənilməklə 54 saylı mənzilin tikilib başa çatdırıb təhvil təslim aktı əsasında payçı X6 təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 90.000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 01 avqust 2019-cu il tarixli müqavilədən görünür ki, cavabdeh "xxxx" MMC Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blo k, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 101,84 kv.metr olan hər kv.metri üçün 800 manat ödənilməklə 204 saylı mənzilin tikilib başa çatdırıb təhvil təslim aktı əsasında payçı X9 təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 90.000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(007)1813/2021 saylı qətnaməsi ilə (hakim H.Əhmədova) iddia təmin edilmiş, İddiaçı sifarişi əsasında hazırlanmış və payçısı olduğu Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 117 kv.metr olan 14 saylı mənzilə dair "xxxx" MMC ilə AXarasında bağlanmış 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Niza mi rayonu, M.Abbasov küçəsi 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 117 kv.meğr olan 14 saylı mənzilə dair müqavilə İddiaçı mərhum əri X10 adından dəyişdirilərək İddiaçı adına bağlanılması, eləcə də mənzilin onun sahibliyinə və istifadəsinə müqavilə şərtlərinə uyğun təhvil verilməsi, habelə həmin mənzilə dair təmir aktının verilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nə həvalə edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh X1 məhkəmə tərəfindən "xxxx" MMC ilə aralarında bağlanmış müqavilənin əslinin təqdim edilməsi və ekspertiza keçirilməsi üçün xətt nümunələrinin götürülməsi təklif edilsə də, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, müqavilənin əslini təqdim etməmiş və ekspertiza keçirilməsi üçün xətt nümunələrinin götürülməsi üçün məhkəməyə nümunələr təqdim etməmişdir. Bununla da, cavabdeh Xı məhkəmə tərəfindən ekspertiza aparılmasına maneçilik törətməklə, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etməməklə öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Bundan əlavə məhkəmənin 07 oktyabr 2021-ci il tarixli qərardadla hazırki iş üzrə "xxxx" MMC-dən mübahisəli mənzilin hansı tarixdən satılması ilə əlaqədar qeydiyyat kitabının əsli götürülərək məhkəməyə təqdim edilməsi barədə qərardad qəbul edilməsinə baxmayaraq həmin qərardad cavabdeh "xxxx" MMC tərəfindən icra edilməmiş, qeyd olunan qeydiyyat kitabının məhkəməyə təqdim olunması təmin edilməmişdir. Göründüyü kimi, cavabdeh X2 tərəfindən məhkəməyə ona məxsus müqavilənin əsli və ya müvafiq qaydada təsdiq olunmuş surəti təqdim olunmamış, iş üzrə ekspertizanın keçirilməsi üçün tədqiqat nümunələri təqdim edilməmiş, bununla da iş üzrə ekspertizanın keçirilməsinə maneə yaradılmış, eyni zamanda digər cavabdeh "xxxx" MMC tərəfindən mübahisəli mənzilin digər cavabdehə hansı tarixdən satılması ilə əlaqədar qeydiyyat kitabının əsli məhkəməyə təqdim edilməmişdir. Bundan başqa "xxxx" MMC tərəfindən 2017-ci il və 2018-2019-cu il tarixlərdə mənzillərlə bağlı tərəflər və digər şəxslərlə bağlanılmış oxşar müqavilələrdəki mənzillərin hər kvadrat metrinin dəyəri və müqavilələrin tərtibatı onlara mütəxəssis tərəfindən qiymət verilmədən də vizual baxışla da müəyyən etmək olar ki, "xxxx" MMC ilə digər cavabdeh X2 arasında bağlanılmış 06 fevral 2017-ci il ta rixli müqavilə iddiaçının mərhum həyat yoldaşı X13 ilə 18 may 2017-ci il tarixdən bağlanılmış müqavilədən sonra bağlanılmışdır. Belə ki, 2017-ci il tarixli müqavilələrdə müqavilələrin və maliyyə arayışlarının tərtibatı, dizaynı, forması və müqavilələrdə MMC-nin əlaqə nömrəsi fərqli əks etdirilmiş, 2017-ci ilin müqavilələrində müqavilə nömrəsi əks etdirilməmişdir. Halbuki cavabdeh X2 tərəfindən məhkəməyə təqdim olunmuş müqavilənin surəti sonrakı illərdə tərtib olunmuş müqavilə formaları ilə eynilik təşkil edir. 2017-ci ilin müqavilələrində mənzillərin hər kv.metri üçün 500 manat qiymət müəyyən edildiyi halda 2018-2019-cu illərdə bu 763-880 manat dəyərində dəyişmişdir. Lakin cavabdeh X2 ilə müqavilə 2017-ci ildə bağlanılmasına baxmayaraq mənzilin hər kvadrat metrinin dəyəri 880 manat müəyyən olunmuşdur. Belə olan halda qeyd olunanlar mübahisəli mənzillə bağlı cavabdehlər arasında tərtib edilmiş müqavilənin X13 ilə müqavilə bağlanıldıqdan sonra geri tarixlə bağlanılması qənaətinə gəlməyə əsas verir və bu hallar nəticə etibarı ilə cavabdehlər arasında bağlanılmış 06 fevral 2017-ci il tarixli müqavilənin etibarsız sayılmasına zəmin yaradır. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 157.2, 157.8, 158.2, 165.1, 225.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 81, 97.5, 106.1, 106.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh X apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğ v edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin baş direktoru X7 ilə onun arasında bağlanmış 06 fevral 2017-ci il tarixli, 014003 nömrəli müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 117.8 kv.metr olan 14 saylı mənzili hər kv.metri üçün 880 manat olmaqla 103.664 manata ona satmışdır. “X“ MMC mənzilin tikilib başa çatdırıb təhvil-təslim aktı əsasında payçı kimi ona təhvil verməyi, sonuncu isə mənzilin dəyərindən ilkin 75.000 manat ödədiyindən qalan pulu ödəniş cədvəlinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. 10 aprel 2017-ci il tarixdə o, mənzilin dəyərini tam ödəmiş və bu barədə ona arayış verilmişdir. 09 fevral 2021-ci il tarixdə isə mənzilin ona məxsus olması və təmirə buraxılması barədə arayış verilmişdir. Qeyd olunan sənədlərin əsli mövcuddur və məhkəməyə təqdim oluna bilər. Bundan sonra, ona məxsus mənzil onun tərəfindən təmir olunmuş və bu barədə fotoşəkillər məhkəməyə təqdim edilmişdir. Mənzil alındığı gündən hal-hazıradək onun istifadəsində olmuşdur. İddia ərizəsindən göründüyü kimi və məhkəmə araşdırması ilə müəyyən olunduğu kimi İddiaçı İsmayil qızı və onun mərhum əri X13 heç vaxt mübahisəli mənzildə olmamışlar. Belə ki, həmin mənzil sonradan saxta müqavilə əsasında tikinti materiallarının müqabilində X adına formal olaraq rəsmiləşdirilmişdir. Bundan başqa, məhkəmə bildirişi ona çatmamış və onun hə min bildirişdən xəbəri olmamışdır. Əgər bildirişin çatıbsa bu barədə mülki iş materiallarında sənəd olmalıdır. İki məhkəmə iclasında sənədlərin əsli hakimə təqdim olunsa da, hakim əslinə baxaraq geri qaytarmış və məhkəmə iclaslarını iddiaçının adından çıxış edərək "xxxx" MMC ilə razılıq əldə edəcəklərinə istinad edərək təxirə salmışdır. Onun sənədlərin əslini təqdim etmək niyyəti olmasaydı həmin sənədlər iki dəfə hakimə təqdim olunmazdı. O, hazırda da, həmin sənədlərin əslini təqdim etməyə hazırdır və ekspertiza keçirilməsi üçün xətt nümunələrinin götürülməsinə etiraz etmir. İddiaçı İsmayil qızı ona məxsus müqavilənin 2018-ci ildə bağlandığını və 06 fevral 2017-ci il tarixli müqavilənin saxta olduğunu bildirsə də, ona məxsus müqavilənin saxta olmasını təsdiq edən heç bir sübutu məhkəməyə t əqdim etməmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 10 noyabr 2022-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş "xxxx" MMC ilə X arasında bağlanmış 06 fevral 2017-ci il tarixli, 014003 saylı müqavilənin və "xxxx" MMC ilə X13 arasında bağlanmış 18 may 2017-ci il tarixli müqavilənin çap mətnləri müxtəlif printerlərdə çap edilmişdir. Təqdim edilmiş "xxxx" MMC ilə X arasında bağlanmış 06 fevral 2017-ci il tarixli, 014003 saylı müqavilənin və "xxxx" MMC ilə X13 arasında bağlanmış 18 may 2017-ci il tarixli müqavilənin çap mətnlərinin şriftləri eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş 10 aprel 2017-ci il tarixli arayışın surətinin və 18 may 2017-ci il tarixli arayışın mətnlərinin şriftləri eynilik təşkil etmirlər. Təqdim edilmiş 10 aprel 2017-ci il tarixli arayışı n surətinin və 18 may 2017-ci il tarixli arayışın mətnləri elektrofotoqrafik çap üsulu ilə hazırlanmışdır. Ekspertizaya təqdim edilmiş mülki işin 252-ci vərəqəsində olan 06 fevral 2017-ci il tarixli, 014003 saylı müqavilədə “Payçı” qrafasındakı imza - X tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 yanvar 2023-cü il tarixli, 2(103)182/2023 saylı qətnaməsi ilə (hakimlər E.Ə.Mehdiyev sədrlik edən, məruzəçi, X.Ə.Sarıyev və N.Ş.Cəfərov) apellyasiya şikayəti qismən təmin olunmuş, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(007)- 1813/2021 saylı qətnaməsi ləğv olunmuş, yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 117 kv.metr olan 14 saylı mənzilinə dair cavabdeh "xxxx" MMC ilə X arasında bağlanmış 06 fevral 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, X tərəfindən həmin mənzilə görə "xxxx" MMC-yə ödənilmiş 103.664 manat pulun "xxxx" MMC-dən alınaraq Xa ödənilməsi, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 117 kv.metr olan 14 saylı mənzilinə dair müqavilənin mərhum X10 adından dəyişdirilərək İddiaçı adına bağlanılması, eləcə də mənzilin onun sahibliyinə və istifadəsinə müqavilə şərtlərinə uyğun təhvil verilsi, habelə həmin mənzilə dair təmir aktının verilməsi öhdəliyinin "xxxx" MMC-yə həvalə edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hazırkı mülki mübahisə üzrə iddianın predmetini mübahisəli mənzilə dair cavabdeh "xxxx" MMC ilə cavabdeh AX arasında 06 fevral 2017-ci il tarixdə bağlanması qeyd edilən müqavilə təşkil edir. İddiaçı, iddia ərizəsində həmin müqavilənin etibarsız sayılmasını xahiş etdiyi halda, birinci instansiya məhkəməsi mövcud olmayan 2018-ci il tarixli müqaviləni etibarsız hesab etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 06 fevral 2017-ci il tarixli müqavilə iddiaçının mərhum əri X13 ilə 18 may 2017-ci il tarixdə bağlanılmış müqavilədən sonra formal olaraq əvvəlki tarixə tərtib edilmişdir. Belə ki, 2017-ci il tarixli müqavilələrdə, müqavilələrin və maliyyə arayışlarının tərtibatı, di zaynı, forması və müqavilələrdə MMC-nin əlaqə nömrəsi fərqli əks etdirilmiş, 2017-ci ilin müqavilələrində, müqavilə nömrəsi ümumiyyətlə qeyd edilməmişdir. Məhkəmə kollegiya qeyd edilənləri, həmçinin ekspert rəyi ilə "xxxx" MMC ilə X arasında olan 06 fevral 2017-ci il tarixli, 014003 saylı müqavilədə “payçı” qrafasındakı imzanın- X tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğunu nəzərə alaraq hesab etmişdir ki, həmin müqavilə etibarsız hesab edilməli və onun nəticələrinə dair restitusiya tətbiq edilərək X tərəfindən həmin mənzilə görə "xxxx" MMC-nə ödənilmiş 103.664 manat pul vəsaiti "xxxx" MMC-dən alınaraq X ödənilməlidir. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8, 337.1, 337.3, 337.5, 354.1-ci maddələrinə, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.2, 218.3-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-ci il tarixli qərarına, “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konctitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh X kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh X2 mübahisəli mənzili 06 fevral 2017-ci il tarixdə birgə nikah dövründə əldə etdiyindən onun ərinin mülkiyyətçinin ailə üzvü olaraq həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ olmasına baxmayaraq bu hal məhkəmə araşdırması zamanı araşdırılmamış və cavabdeh X əri prosesə cəlb olunmamışdır. Mübahisəli mənzil cavabdeh X2 ilə onun ərinin birgə nikahı dövründə qazandıqları əml ak olduğundan onların ümumi mülkiyyətidir. Cavabdeh X2 mübahisəli mənzili mənzil-tikinti kooperativinin üzvü olaraq pay haqqını tam olaraq 10 aprel 2017-ci il tarixdə ödədiyindən yaşayış sahəsinə mülkiyyət hüququ əldə etmişdir. İddiaçı İsmayil qızı mərhum əri X10 vərəsəsi olaraq iddia tələbi ilə məhkəməyə müraciət etsə də, mülki iş materiallarına vərəsəlik işinin açılıb-açılmaması, miras qoyanın vərəsələri, miras əmlakın qəbul edilib-edilməməsi, edilmişdirsə kim tərəfindən qəbul edilməsi və ya iddaçı tərəfindən qəbul edilməsi məhkəmə tərəfindən araşdırılmamışdır. İddiaçı İsmayil qızı yalnız işə apellyasiya məhkəməsində baxılan zaman apellyasiya şikayətində qeyd olunanları nəzərə aldıqdan sonra vərəsəlik işi açdırmışdır. Bundan başqa, İddiaçı İsmayil qızı cavabdeh X məxsus müqavilənin 201 8-ci ildə bağlandığını və 06 fevral 2017-ci il tarixli müqavilənin saxta olduğunu bildirsə də, cavabdeh X məxsus müqavilənin saxta olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Lakin, məhkəmə səlahiyyətlərindən kənara çıxaraq və iddiaçı tərəfdən çıxış edərək "xxxx" MMC tərəfindən 2017-ci il və 2018-2019-cu il tarixlərdə mənzillərlə bağlı digər şəxslərlə bağlanılmış oxşar müqavilələr əldə edərək və zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxsi məhkəmədə mütəxəssis qismində cəlb etmək əvəzinə, mütəxəssis tərəfindən qiymət verilmədən oxşar müqavilələrə baxış keçirmiş və o, qənaətə gəlmişdir ki, mənzillərin hər kvadrat metrinin dəyəri və müqavilələrin tərtibatı onlara mütəxəssis tərəfindən qiymət verilmədən də vizual baxışla da müəyyən etmək olar ki, "xxxx" MMC i lə digər cavabdeh X2 arasında bağlanılmış 06 fevral 2017-ci il tarixli müqavilə iddiaçının mərhum əri X13 ilə 18 may 2017-ci il tarixdə bağlanılmış müqavilədən sonra bağlanmışdır. Həmçinin ekspertin rəyi məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməzdi. Belə ki, bir tərəfdən məhkəmə X tərəfindən "xxxx" MMC-nə 103.664 manat pulun ödənilməsini qəbul edir, digər tərəfdən ekspert rəyini əsas götürür. Cavabdeh X tərəfindən MMC-nə 06 fevral 2017-ci il tarixli müqavilə üzrə ödəniş edildiyi halda nə üçün müqavilədə başqa imza çəkməlidir.? Digər tərəfdən, müqavilə bağlandığı tarixdən 6 il vaxt keçmişdir. İmzanın müəyyən qədər eyni olmaması mümkün bir haldır. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2017-ci il tarixli müqavilə iddiaçının mərhum həyat yoldaşıX13 ilə 18 may 2017-ci il tarixdə bağlanılmış müqavilədən sonra formal olaraq əvvəlki tarixə tərtib edilmişdir. 2017-ci il tarixli müqavilələrdə müqavilələrin və maliyyə arayışlarının tərtibatı, dizaynı, forması və müqavilələrdə MMC-nin əlaqə nömrəsi fərqli əks etdirilmiş, 2017-ci il müqavilələrində müqavilə nömrəsi ümumiyyətlə əks etdirilməmişdir. Cavabdeh X 06 fevral 2017-ci il tarixli müqaviləni bağlayarkən müqavilənin və arayışın tərtibatı, dizaynı, formasının binadan ev alan digər şəxslərlə eyni olub-olmamasını yoxlaya bilməzdi. Bundan başqa, ekspert bir neçə nümunə üzrə tədqiqat aparmışdır, hansı ki, həmin binada 200-dən artıq müqavilə bağlanmış və nümunələrin hamısı üzrə tədqiqat aparılmamışdır. Bu isə cavabdeh X ilə bağlanmış müqavilənin iddiaçının mərhum əri X13 ilə 18 may 2017-ci il tarixdə bağ lanılmış müqavilədən sonra formal olaraq əvvəlki tarixə tərtib edilməsinə dəlalət etmir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştiraka edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. (xx.xx.2017-ci ilədək qüvvədə olan redaksiya) Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdi rilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktı n etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-ci il tarixli qərarı Həmin qərara əsasən pay haqqının tam ö dənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativ üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativin isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Kooperativ üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə edirlər. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kassasiya şikayətində qətnamə cavabdeh X tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən mülki prosessual normaların tələblər ini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Kassator, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 17 mart 1971-ci il tarixdə iddiaçı rəsmi nikah əsasında X13 ilə ailə qurub. 06 fevral 2017-ci il tarixli müqaviləyə əsasən, "xxxx" MMC Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məh əllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 117.8 kv.metr olan, hər kv.m üçün 880 manat ödəməklə 14 saylı mənzili tikib başa çatdırıb təhvil-təslim aktı əsasında payçı X təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 103.664 manat pul vəsaitini ödəməyi öhdəsinə götürüb. X Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 117,8 kv.metr olan 14 saylı mənzilinin dəyərini tam ödəməsi barədə 10 aprel 2017-ci il tarixli maliyyə arayışı verilmişdir. Həmçinin, 18 may 2017-ci il tarixli müqaviləyə əsasən, "xxxx" MMC Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-c i blok, 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 117 kv.metr olan hər kv.metr üçün 500 manat ödəməklə 14 saylı mənzili tikib başa çatdırıb təhvil-təslim aktı əsasında payçı X11 təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 58.500 manat pul vəsaitini ödəməyi öhdəsinə götürüb. X11 Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 117 kv.metr olan 14 saylı mənzilin dəyərini tam ödəməsinə dair 18 may 2017-ci il tarixli maliyyə arayışı verilmişdir. 30 yanvar 2021-ci il tarixdə X13 ölmüşdür. Apelyasiya instansiyası məhkəməsi, işə əlavə edilmiş sübutları, habelə cavabdeh X kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, hazırki mül ki mübahisə üzrə iddianın predmetini mübahisəli mənzilə dair "xxxx" MMC ilə X arasında 06 fevral 2017-ci il tarixdə bağlanması qeyd edilən müqavilə təşkil edir. İddiaçı, iddia ərizəsində həmin müqavilənin etibarsız sayılmasını xahiş etdiyi halda, birinci instansiya məhkəməsi mövcud olmayan 2018-ci il tarixli müqaviləni etibarsız hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin işin halları barədə səhv nəticəyə gəldiyini qeyd etməklə hüquqi mövqeyini belə əsaslandırmışdır ki, 06 fevral 2017-ci il tarixli müqavilə iddiaçının mərhum əri X13 ilə 18 may 2017-ci il tarixdə bağlanılmış müqavilədən sonra formal olaraq əvvəlki tarixə tərtib edilmişdir. Belə ki, işə əlavə edilmiş 2017-ci il tarixli müqavilələrə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin müqavi lələrin və maliyyə arayışlarının tərtibatı, dizaynı, forması və müqavilələrdə MMC-nin əlaqə nömrəsi fərqli əks etdirilmişdir və 2017-ci ilin müqavilələrində, müqavilə nömrəsi ümumiyyətlə qeyd edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilənləri, həmçinin ekspert rəyi ilə "xxxx" MMC ilə X arasında olan 06 fevral 2017-ci il tarixli, 014003 saylı müqavilədə “payçı” qrafasındakı imzanın- xı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğunu nəzərə alaraq hesab etmişdir ki, həmin müqavilə etibarsız hesab edilməli və onun nəticələrinə dair restitusiya tətbiq edilərək X tərəfindən həmin mənzilə görə "xxxx" MMCnə ödənilmiş 103.664 manat pul vəsaiti "xxxx" MMC-dən alınaraq X ödənilməlidir. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəti cə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, kassator, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozuduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, onun bu dəlilləri ilə razılaşmaq olmaz. Belə ki, işə əlavə edilmiş sübutlarla, habelə ekspert rəyləri ilə müəyyən edilmişdir ki, "xxxx" MMC ilə x arasında bağlanmış 06 fevral 2017-ci il tarixli, 014003 saylı müqavilənin və "xxxx" MMC ilə X13 arasında bağlanmış 18 may 2017-ci il tarixli müqavilənin çap mətnləri müxtəlif printerlərdə çap edilmişdir. Eyni zamanda, 10 aprel 2017-ci il və 18 may 2017-ci il tarixli maliyyə arayışlırının mətnlərinin şriftləri eynilik təşkil etmir və ekspertiza ya təqdim edilmiş 06 fevral 2017-ci il tarixli, 014003 saylı müqavilədə “payçı” qrafasındakı imza- X tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bundan başqa, kassatorun kassasiya şikayətində göstərdiyi dəlillər mülki iş materilları ilə öz təsdini tapmır. Əksinə, "xxxx" MMC tərəfindən 2017, 2018 və 2019-cu il tarixlərdə ayrı-ayrı mənzillərə dair tərəflər və digər şəxslərlə bağlanılmış oxşar müqavilələrdəki mənzillərin hər kvadrat metrinin dəyəri və müqavilələrin tərtibatı onlara mütəxəssis tərəfindən qiymət verilmədən vizual baxışla da müəyyən etmək olar ki, "xxxx" MMC ilə digər cavabdeh X2 arasında bağlanılmış 06 fevral 2017-ci il tarixli müqavilə iddiaçının mərhum əri X13 ilə 18 may 2017-ci il tarixdə bağlanmış müqavilədən sonra bağlanmışdır. Belə ki, 2017-ci il tarixli müqavi lələrdə müqavilələrin və maliyyə arayışlarının tərtibatı, dizaynı, forması və müqavilələrdə MMC-nin əlaqə nömrəsi fərqli əks etdirilmiş, 2017-ci ilin müqavilələrində, müqavilə nömrələri ümumiyyətlə qeyd edilməmişdir. Halbuki, X2 tərəfindən məhkəməyə təqdim edilmiş müqavilənin surəti sonrakı illərdə tərtib olunmuş müqavilə formaları ilə eynilik təşkil edir. Yəni, 2017-ci ilin müqavilələrində mənzillərin hər kv.metri üçün 500 manat qiymət müəyyən edildiyi halda, 2018-2019-cu illərdə bağlanmış müqavilələrdə mənzillərin hər kv.metrinin dəyəri 763-880 manat göstərilmişdir. Belə olan halda tərəflər arasında bağlanmış müqavilələrdəki bu fərqlilik Cavabdeh1 ilə bağlanmış müqavilənin geri tarixlə bağlandığı qənaətinə gəlməyə əsas verir. İşin bu halı işə baxan məhkəmələr tərəfindən tələb olunmasına baxmayaraq, cavabdeh "xxxx" MMC tərəfindən müqavilələrin qeydiyyat kitablarının məhkəməyə təqdim edilməməsi ilə də təsdiq olunur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, cavabdeh X kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələbl ərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 yanvar 2023-cü il tarixli, 2(103)-182/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar