Məhkəmə qərarları › İş №2(102)-1986/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1986/2020

13.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1986/2020 13.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və XXX İddia tələbi: çıxarışların və müqavilələrin etibarsız hesab edilməsi Açar sözlər: çıxarışın və müqavilənin etibarsızlığı, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), NurXXX Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Fərhadov Fuad XXXrza oğlunun katibliyi, iddiaçının vəkili Vəkil1, Cavabdeh3 vəkili Vəkil2, Cavabdeh4 vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11877/2019 nömrXXX iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Bakı Şəhər İcra Hakimiyyətinin xx xxxxxx 1998-ci il tarixli, 123 nömrXXX qərarına əsasən XXX bağlar sahəsindəki 233 nömrXXX BTK-nin nəzdində 0,12 ha torpaq sahəsi olan 5061b saylı bağ sahəsi (bundan sonra – 5061b saylı bağ sahəsi) Cavabdeh1 ayrılmış və X14 tərəfindən ona 39 nömrXXX order verilmişdir. Sonradan Cavabdeh1 X14nə ərizə ilə müraciət edərək sözügedən bağ sahəsinin Cavabdeh3 adına keçirilməsini xahiş etmiş, X4 və İstismarı Birliyi ilə Cavabdeh3 arasında bağlanmış 31303 nömrXXX müqaviləyə əsasən həmin bağ sahəsinin tikintiləri ilə birlikdə sonuncunun istifadəsinə verilməsi razılaşdırılmış, xx.xx.2014-cü il tarixdə i sə həmin bağ sahəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla ona RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Bakı şəhəriXXXnda xx xxxx 2014-cü il tarixdə təsdiq edilmiş alqı-satqısı müqaviləsinə əsasən Cavabdeh3 5061b saylı bağ sahəsini 60000 manata Cavabdeh4 satmışdır. Bundan başqa, X4 və İstismarı Birliyi ilə X10 arasında bağlanmış 31302 nömrXXX müqaviləyə əsasən XXX bağlar ərazisindəki 0,12 ha torpaq sahəsindən ibarət 5061v saylı bağ sahəsinin (bundan sonra – 5061v saylı bağ sahəsi) tikintiləri ilə birlikdə sonuncunun istifadəsinə verilməsi razılaşdırılmış, xx.xx.2014-cü il tarixdə həmin bağ sahəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla ona müvafiq çıxarış verilmişdir. Bakı şəhəriXXXnda x x xxxx 2014-cü il tarixdə təsdiq edilmiş alqı-satqısı müqaviləsinə əsasən X10 5061v saylı bağ sahəsini 60000 manata Cavabdeh4 satmışdır. Həmin alqı-satqı müqavilələrinin predmeti olmuş bağ sahələri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh4 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınaraq ona müvafiq çıxarışlar verilmişdir. İddiaçının tərəf olmadığı müki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6178/2018 nömrXXX, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh1 XXXya X14nin 233 nömrXXX kooperativi tərəfindən verilmiş xx xxxxxx 1998-ci il tarixli, 39 saylı orderin etibarsız hesab edilməsi, Cavabdeh3 adına verilmiş (Seriya RX, № 0358643, qeydiyyat tarixi xx.xx.2014, qeydiyyat nömrəsi **********) çıxarışın, xx xxxx 2014-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin, X5 adına verilmiş (SeriyaRX, № 0358644, qeydiyyat tarixi xx.xx.2014,qeydiyyat nömrəsi **********) çıxarışın, Cavabdeh4 adına verilmiş (Seriya RX, № 0381159, qeydiyyat tarixi xx.xx.2014, qeydiyyat nömrəsi **********) çıxarışın, X4 Birliyi arasında bağlanmış 31302 saylı icarə müqaviləsinin və xx xxxx 2014-cü il tarixli, AN-İ №0414716 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3292/2017 saylı, xx xxxx 2017-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilmiş, tərəflər arasında aşağıdakı şərtlərə bağlanılmış barışıq sazişi təsdiq edilmişdir: “1. XXX, XXX, XXX və XXXanın birlikdə XXXaya, XXXa və XXXa qarşı Bakı şəh əri Sabunçu Rayon Məhkəməsində qaldırdığı XXXnun İİİ şəxs kimi iştirak etdiyi: “Bakı şəhəri, Sabunçu rayonu, XXX bağ sahəsində yerləşən və xüsusi mülkiyyət hüququ ilə Cavabdeh4 adına dövlət qeydiyyatına alınmış 5061 b, 5061d, 5061v, 5061q və 5061e saylı bağ sahələrinə dair Cavabdeh4 ilə X7 XXX qızına məxsus olmuş 5061e və 5061q saylı bağ sahələrinə dair xx.xx.2014-cü il tarixində bağlanmış ******* və ******* nömrXXX, X8 məxsus 5061v saylı bağ sahəsinə dair xx.xx.2014-cü il tarixində bağlanmış ******* nömrXXX, Cavabdeh3 məxsus 5061 b saylı bağ sahəsinə dair xx.xx.2014-cü il tarixində bağlanmış ******* nömrXXX, X12 məxsus olmuş 5061d saylı bağ sahəsinə dair xx.xx.2014-cü il tarixində bağlanmış ******* nömrXXX alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və torpaq sahələrinin əsassız s ahiblikdən qaytarılması barədə” hal-hazırda apellyasiya şikayətinə yenidən baxılması barədə sonuncu məhkəmə qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı olan mülki iş üzrə mübahisənin davam etdirilməsindən imtina edirlər.

2. XXX, XXX, XXX və XXXa öz iddialarından XXXnun xeyrinə imtina edirlər.

3. XXX, XXX, XXX, XXX və XXXaya bağ sahələrindən onun xeyrinə imtina edilməsinə görə mübahisXXX alqı-satqı müqavilələrində göstərilən məbləğdə haqq ödəməyi öhdəsinə götürür.

4. XXXa, XXX, XXX və XXX - XXX, XXX, XXX və XXXanın göstərilən bağ sahələrindən XXXnun xeyrinə imtinalarını qəbul edirlər.

5. XXXa və XXX göstərilən bağ sahələrini, XXXnun istədiyi vaxt onun və ya onun göstərdiyi şəxsin mülkiyyətinə, hər hansı əvəz almadan keçirəcəklər ini öz öhdələrinə götürürlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarı ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinin həmin qərardaddan verdiyi kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında XXXnə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 adına verilmiş çıxarışın (Seriya RX, № 0358643, qeydiyyat tarixi 06,03.2014, qeydiyyat nömrəsi **********), xx xxxx 2014-cü i l tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin, X5 adına verilmiş çıxarışın (Seriya RX, № 0358644, qeydiyyat tarixi xx.xx.2014, qeydiyyat nömrəsi **********), Cavabdeh4 adına verilmiş çıxarışın (Seriya RX, № 0381159, qeydiyyat tarixi xx.xx.2014, qeydiyyat nömrəsi **********), X4 birliyi arasında bağlanmış №31302 saylı icarə müqaviləsinin və xx xxxx 2014-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcraiyyə komitəsinin X4 və istismarı birliyinin XXX bağlar sahəsindəki 203 nömrXXX kooperativinin xx xxxxxxxx 1990cı il tarixli, 2 nömrXXX Orderi ilə 0,12 ha torpaq sahəsindən ibarət 5061b nömrXXX bağ atası X13, 226 nömrXXX kooperativinin xx xxxx 1991 -ci il tarixli B/C nömrXXX Orderinə əsasən isə 0,12 ha torpaq sahəsindən ibarət olan 5061e nömrXXX bağ babası (yəni, atasının atası) X1 verilib. Həmin bağlar bir-birinə yaxın ərazidə yerləşib, atası öz bağında abadlaşdırma işləri aparıb, çox sayda meyvə ağacları əkərək bir neçə il ərzində gözəl bir bağ yaradıb, bağ sahəsinin içərisində yayda istirahət etmək üçün kiçik bir ev inşa edib, uzun müddət həmin bağda dincələrək atasının əkdiyi meyvə ağaclarının bəhrələrindən istifadə edib. Babası da öz bağında abadlıq işləri apararaq, daimi bağ sahəsindən istifadə edib. Atasının xx xxxxxxx 1995-ci il tarixdə vəfatından sonra bağ sahəsinə babası baxıb, özünün də imkanı olduqca bağla maraqlanıb və mütəmadi olaraq bağa gedib-gXXXb. xx xxxxx 2006-cı il tarixdə babası da vəfat edib. Babasının ölümündən sonra işləri ilə əlaqədar ölkədən kənarda olduğu üçün bağlara tez-tez baş çəkməsi mümkün olmayıb. Hər iki bağ bir qədər baxımsız qalıb. Buna baxmayaraq hərdən bağa gedib, imkan olduqca ağacların dibini belləyib, onları suvarıb, həmçinin qonşularından bağlara baxmalarını xahiş edib. Təxminən 2013-cü ilin payız aylarında bir az sXXXqə-səhman yaratmaq niyyətilə bağlara gedərkən dəmir hasarların söküldüyünü və yerində mişar daşlarından hündür hasarın çəkildiyini görüb. Hasarın Cavabdeh2 tərəfindən çəkilməsini, həmçinin bağların sonuncu tərəfindən xx.xx.2014-cü il tarixdə özəlləşdirildiyini öyrənib. Yaranmış anlaşılmazlığı aydınlaşdırmaq üçün 2015-ci ildə sorğu ilə XXXnə məktubla müraciət edib. Xidmətin xx.xx.2015-ci il tarixli məktubunda arxiv məlumatlarına əsasən eyni bağ nömrəsinin digər fi ziki şəxsin adına qeydiyyatdan keçməsinin müəyyən olunduğu, yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar ünvanda olan mütəxəssislərin sözügedən bağ sahəsinin bir neçə bağla bir hasar daxilində olmasını aşkarladıqları, bu səbəbdən mərzçəkmə işlərinin sürülməsi və arxiv cizgisinə uyğun notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim olunmasının məqsədəuyğun olduğu göstərilib. Xidmətdən təqdim edilən sənədlərdən ona məxsus bağ sahəsinin X14nin 233 nömrXXX kooperativinin 39 saylı orderi ilə xx xxxxxx 1998-ci il tarixdə Cavabdeh1 XXXva verilməsini öyrənib. Onların bağ orderi 203 nömrXXX kooperativ tərəfindən verildiyi halda həmin orderin 233 nömrXXX kooperativ tərəfindən verilməsi qeyri-mümkündür.Əslində hər iki order eyni nömrXXX kooperativ tərəfindən verilmXXX idi. Bundan başqa Cav abdeh1 XXXya verilmiş orderi imzalayan şəxsin ad və soyadı göstərilməyib, sadəcə imza ilə kifayətlənilib. Orderdə tarixi göstərən müvafiq ştamp olmayıb. Sonuncunun tarixi olmayan bir ərizəsi ilə həmin bağ Cavabdeh3 adına keçirilib. BelXXXklə atasının bağına xx.xx.2002-ci il tarixdə Cavabdeh3 adına icarə müqaviləsi bağlanıb. O, məhz bu əsasla mübahisXXX bağı xx.xx.2014-cü il tarixdə öz adına özəlləşdirib. X5 xeyrinə bağdan kimsə imtina etməyib, orderi imzalayan vəzifXXX şəxsin imzası saxtalaşdırılıb. Bakı Şəhər İcra Hakimiyyətinin arxivində Cavabdeh1 XXXvaya dair order istisna olmaqla hər hansı bir məlumat və ya sənədin olmaması da bağ sahəsinin bilərəkdən Cavabdeh1 XXXvanın adına sənədləşdirilməsini göstərir. Nəticə etibarilə atasına və babasına məxsus bağ sahələri onların xəbəri olmadan s axta əsaslarla mənimsənilib. İddiaçı tələbini təsdiq edən sübutlar qismində məhkəməyə 0,12 ha torpaq sahəsindən ibarət 5061b nömrXXX bağın atası X13 ayrılması barədə Bakı şəhər İcraiyyə komitəsinin X4 və istismarı birliyinin XXX bağlar sahəsindəki 203 nömrXXX kooperativinin xx xxxxxxxx 1990-cı il tarixli, 2 nömrXXX orderin və kooperativ üzvlərinin siyahısından çıxarışın, həmçinin 0,12 ha torpaq sahəsindən ibarət 5061v nömrXXX bağın babası X1 ayrılması barədə Bakı şəhər İcraiyyə komitəsinin X4 və istismarı birliyinin XXX bağlar sahəsindəki 226 nömrXXX kooperativinin xx xxxx 1991-ci il tarixli, Б\C nömrXXX orderin surətini təqdim etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-2873/2019 nömrXXX iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməs i ilə (hakim İ.Burcayev) iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-11877/2019 nömrXXX iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş üzrə yeni qətnamə çıxarılmış, iddia təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının irXXX sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır. Çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbi ndə istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Belə ki, iddiaçı müvafiq orderlər əsasında mərhum atasına və babasına ayrılmış mübahisXXX bağ sahələrində hələ onların sağlığında abadlıq işləri apardıqlarını, çox sayda meyvə ağacları əkərək bir neçə il ərzində gözəl bir bağ yaratdıqlarını, bağ sahələrinin içərisində yayda istirahət etmək üçün kiçik ev inşa etdiklərini və ata-babasının vəfatına qədər bağ sahələrinin onların istifadəsində olduqlarını (iddiaçının bildirdiyinə görə, atası 1995-ci ildə, babası isə 2006-cı ildə ölmüşlər) və məhz bundan sonra zəbt olunduğunu bildirsə də, həmin hallara dair hər hansı sübut təqdim etməmişdir. Əksinə mübahisXXX bağ sahələrinin hələ 1998-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qərarı ilə ca vabdehlərin istifadəsinə verildiyi, sonradan qanuna müvafiq olaraq özəlləşdirildikləri və nəhayət 2014-cü ildə notarial qaydada bağlanmış alqı-satqı müqavilələrinə əsasən Cavabdeh4 xeyrinə özgəninkiləşdirildiyi müəyyən edilmişdir. Həmçinin məhkəmə araşdırılması zamanı, mübahisXXX bağ sahələri ilə bağlı 2015ci ildən başlayaraq məhkəmə mübahisələrinin başlanıldığı, müvafiq qərardadla onların üzərinə həbs qoyulduğu, həmin işin 2017-ci ildə barışıq sazişi ilə yekunlaşdığı, bağ sahələrinin qanuni qüvvəsini almış məhkəmə aktı əsasında başqa bir şəxsin mülkiyyətinə verildiyi müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi iş üzrə belə qənaətə gəlmişdir ki, mübahisXXX bağ sahələrinin ən azından 2006-cı ilə qədər (nəzərə alınsa ki, iddiaçının babası məhz həmin ildə vəfat etmişdir) iddiaçının sahiblik və istifadəsində olduğunu təkzib edilir. Məntiqli deyildir ki, iddiaçı mübahisXXX bağ sahələrinə ən azından 2006-cı ilə qədər sahiblik etdiyi halda, bütün bunlardan xəbər tutmamışdır; digər tərəfdən iddiaçı iddia ərizəsində bir tərəfdən bağ sahələrinə atasının ölümündən sonra babasının baxdığını, xx.xx.2006-cı il tarixdə babasının vəfatından sonra isə onlara özünün nəzarət etdiyini (hərdən gedib baxdığını, imkan olduqca ağacların dibini bellədiyini, onları suvardığını və s.) göstərsə də, başqa bir yerdə bağ sahələrinin zəbt olunmasını 2013-cü ilin payız aylarında öyrəndiyi bildirmişdir. Məhkəmə bu xüsusatları nəzərə alaraq iddiaçının mövqeyinin əvvəldən qeyri-səmimi olduğu qənaətinə gəlmişdir. İddiaçı tərəfindən sübut qismində təqdim edilən orderlərə münasibətdə isə Məhkəmə koll egiyası qeyd etmişdir ki, əvvəla sözügedən orderlər dövlət arxivində aşkar edilməmişdir (Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinin məktubunda da sözügedən orderlərin İdarənin arxivində aşkar edilmədiyi qeyd olunmuşdur). Müvafiq arxiv çıxarışı ilə sadəcə iddiaçının atasının kooperativ üzvlüyünə qəbul edildiyi müəyyən edilmiş, bununla belə ona hər hansı bağ sahəsinin ayrıldığı göstərilməmişdir. İddiaçının babasına gəldikdə isə onun kooperativ üzvlüyünə qəbul edilmiş olduğu ümumiyyətlə müəyyən olunmur. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı Cavabdeh2 və Cavabdeh3 adına verilmiş çıxarışların etibarsız hesab olunması tələblərini irXXX sürməkdə haqlı olmamışdır. Məhkəmə, iddiaçının digər (alqı-satqı müqavilələr inin və onların əsasında verilmiş müvafiq çıxarışların, habelə icarə müqaviləsinin etibarsız hesab edilməsi) tələbləri üzrə əlavə əsaslandırma aparılmasına zərurət görməmişdir. Çünki mübahisXXX əmlaklara dair hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi, bu tələbdən irXXX gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir. Apelyasiya instansiyası məhkəməsi, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 4.1-ci maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə istinadla hesab etmişdir ki, iddiaçı ümumiyyətlə hazırkı iddia tələblərini irXXX sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. İddia tələblərinin əsassız olması ba rədə gəldiyi nəticəyə uyğun olaraq məhkəmə prosessual qənaət prinsipinə əsaslanmaqla, iddia müddətinin tətbiqinə dair cavabdehlərin ərizələrinə də ayrıca qiymət verməyi zəruri hesab etməmişdir. Kassasiya şikayətinin dXXXlləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti iddianın dXXXllərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəyə baxarkən iddiaçıya münasibətdə qərəzli olmuş, mülki işi obyektiv, hərtərəfli və tam araşdırmamış, sübutları birtərəfli qiymətləndirmiş, bununla da maddi və prosessual hüquq normala rının tələblərini və iddiaçının hüquqlarını pozmuş, nəticədə iş üzrə qanunsuz və əsassız qətnamə qəbul edərək mübahisəni düzgün həll etməmişdir. Cavabdeh3 kassasiya şikayətinə yazılı etiraz təqdim edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin əsaslı olduğunu bildirdi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh3 vəkili və Cavabdeh4 vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin əsassız olduğunu bildirərək, kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair dair qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iş üzrə digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dXXXlləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irXXX gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməmXXXdir. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün və mübahisənin predmeti bölünməz olduğundan həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisXXX hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətn aməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dXXXllərinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Kassator apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğunu ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olmasını əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dXXXlləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, habelə əvvəlki məhkəmə baxışlarının predmeti olmamış əlavə sübutların araşdırılması ilə bağlıdır. Halbuki hazırkı icraat çərçivəsində belə dXXXllər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Əsasın iddianın dXXXlləri ilə üst-üstə düşən həmin dXXXllərə apellyasiya instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir. Məhkəmə ko llegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gXXXr ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11877/2019 nömrXXX iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar